“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                     Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar .....                     Sabiq deputat tələbə oldu .....                     “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” .....                     Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? .....                     Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                     "Dövlət əmlakını taladım" .....                     Rusiya həqiqətən NATO-ya hücum edə bilər .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib .....                     Azərkosmos-un ixracı gəlirləri düşüb .....                     Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                 

Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir – Milyonlarla manata
Tarix: 10-06-2025, 11:22 | Çap et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazasının və təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətlərinin satın alınması üzrə 07.02.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “BİS CO” MMC seçilib və tərəflər arasında 1.172.589,6 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.06.2025-ci ildə dərc edilib.

Bu məlumata baxdıqda ilk yaranan sual belədir. “BİS CO” MMC özü necə, fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdıra bilibmi?

Qeyd edək ki, bu Dövlət Məşğulluq Agentliyinin “BİS CO” MMC ilə bağladığı ilk satınalma müqaviləsi deyil. Belə ki, 23.10.2019-cu ildən 05.06.2025-ci ilə qədər Dövlət Məşğulluq Agentliyi “BİS CO” MMC ilə özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidməti, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması xidmət, BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işləri, insan resursları üzrə strategiya sənədinin hazırlanması xidməti üzrə ümumi dəyəri 6 423 033 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Maraqlı orasıdır ki, “BİS CO” MMC son illər ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların keçirdiyi açıq tenderlərin qalıbi olub. Bunu satınalmaların portalına yerləşdirilmiş məlumlar da təsdiq edir. Bu isə “BİS CO” MMC -nin udduğu tenderləri heç də azad rəqabət yolu ilə deyil, Sosial Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirdiyini sübut edir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİS CO” (VÖEN: 1001721661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.09.2009-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, RƏŞİD BEHBUDOV , ev.1A, m.13, qanuni təmsilçisi kimi isə Hüseynov Heydər Yusif oğlu qeyd olunub. Şirkətin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub. Reyestr məlumatlarına 2019-cu ildə edilən dəyişiklikdən sonra Fariz Hüseynlini atası Heydər Hüseynov əvəz edib.

Qeyd edək ki, “BİS CO” MMC haqqında olan rəsmi məlumatlar bu qədərdir. Elektron medianın yaydığına görə “Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilir. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib.

Burada xüsusilə diqqət yetirməli bir məqam da var. yuxarıda göstərilən məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi “BİS CO” MMC bağladığı müqavilələrdə özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidmətinin , yeni peşə və kvalifikasiya standartlarının hazırlanması xidmətnin, BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınmasını açıqlayıb.

Amma elektron mediada və açıq internet resusrsları üzərindən apardığımız araşdırmada “BİS CO” MMC tərəfindən özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına 18 mart 2019-cu ildə yerləşdirilmiş məlumatda sözügedən nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi başa çatdığı bildirilir.

Qeyd edilir ki, Bakıda növbəti təlim kursları keçirilib və paytaxtın rayonları üzrə 11 nəfər kursu uğurla başa çatdırıb. Bundan əvvəl isə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında təlimlər keçirilməklə 66 təlimçi hazırlanmışdı. Beləliklə, cari ildə özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcək.

Məlumatdan da göründüyü kimi, Dövlət Məşğulluq Xidməti təlimçilərin hazırlanması prosesinin başa çatdığını, özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcəyini açıqlayıb.

Belə olan təqdirdə, Dövlət Məşğulluq Agentliyi müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərə niyə özlərinin hazırladığı təlimçiləri deyil, “BİS CO” MMC-ni cəlb edir. Üstəlik bu xidmətin göstərilməsi üçün MMC-yə milyonlarla manat dövlət vəsaiti xərcləyir.

Yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına 24 yanvar 2025-ci ildə yerləşdirilmiş məlumatda qeyd edilir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama ( özünüməşğulluq) cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyə yaxın artaraq 17,3 mini ötüb. Ötən dövrdə özünüməşğulluq proqramına 96 mindən çox işsiz və işaxtaran şəxs cəlb olunub. Proqram iştirakçıları üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Qeyd edək ki, nazirliyin portalına 27 yanvar 2025-ci ildə yerləşdirilmiş başqa bir məlumatda qeyd edilir ki, Dövlət Məşğulluq Agentliyi və “Məşğulluğa Dəstək Layihəsi”nin nümayəndələri Türkiyənin Peşə Kvalifikasiya Təşkilatında (Mesleki Yeterlilik Kurumu – MYK) təcrübə səfərində olub. Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” Dövlət Məşğulluq Agentliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu layihə özünüməşğulluq proqramının genişləndirilməsində dəstək məqsədi güdür. “Məşğulluğa Dəstək Layihəsi”nin nümayəndələri əsasən Dövlət Məşğulluq Agentliyindən və Dünya Bankından ibarətdir. Layihənin nümayəndələri aşağıdakı funksiyaları yerinə yetirirlər: Layihənin təməl məqsədlərinin təyin edilməsi, Layihənin icrası üçün maliyyə və texniki dəstəyin təmin edilməsi, Özünüməşğulluq proqramlarının təşviq edilməsi, İştirakçıların təlimləndirilməsi və dəstəklənməsi, Layihənin uğurlu icrasının təmin edilməsi.

Bütün bu məlumatlardan da göründüyü kimi, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçiləri özü hazırlayır. Belə olan təqdirdə, barəsində heç bir məlumat olmayan, hətta sosial şəbəkələrdə adi bir veb səhifəsi olmayan “BİS CO” MMC-yə hər il milyonlarla manat dövlət vəsaiti nə üçün ayrılır. Təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətləri göstərən bu MMC-nin görəsən təlim keçməyə hansısa bir beynəlxalq sertifikatı varmı?

Göründüyü kimi, Dövlət Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir. Ümid edək ki, Dövlət Agentliyi təlim keçirilməsi məqsədi ilə milyonlarla manat dövlət vəsaiti ayırdığı bu MMC-nin fəaliyyətinə aydınlıq gətirəcək.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Bu gün, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru