“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Tarix: 29-04-2025, 11:37 | Çap et
 Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli sosial şəbəkələrdə yeniyetmələrin özlərinə qadın salonlarında süni saqqal, bığ çəkdirmələri, dodaq dolğusu etmələri barədə yayılan görüntülərlə bağlı çağırış edib.
T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bir siyasətçi kimi dedikləri müəyyən insanlarda acıq yaradır.
“Heç olmasa ağsaqqal kimi insanın sözünü eşitsinlər. Artıq elə bir vəziyyət yaranıb ki... 20 il əvvəl hansısa qəzetdə köşə yazarı olmaq, yaxud hansısa televiziyada beş-on dəqiqəlik müəllif verilişi aparmaq arzusunda idim ki, millətimizin başının tacı olan mənəviyyatımızın qorunub-saxlanılması barədə fikirlərimi söyləyim, cəmiyyətdə gedən mənfi tendensiyaların artmasından narahatlığımı ifadə edim, atalara, analara, övladlara öz baxışlarımı deyim. Hətta 1990-cı ildə ilk dəfə deputat seçilən zaman Milli Məclisdə ilk çıxışım mənəviyyatla, əxlaqla bağlı olub. Dünyada qadının ən böyük yaraşığı həya, kişilərin isə vüqarı, mərdanəliyidir. Vəziyyət elə gətirib ki, biz dəfələrlə mənəviyyatımızın ağrılarından danışmışıq. İndiki halda cavan oğlanların dodaq dolğusu etmələri, süni saqqal qoymaları, bığ çəkdirmələri, qadın salonlarında hədsiz dərəcədə vaxt keçirmələri məndə xeyli narahatlıq yaradır. Sifətdə burun əyridirsə, bunu cərrahiyyə yolu ilə aradan qaldırmaq, üzdə ziyil çıxıbsa, tibbi nöqteyi-nəzərdən əməliyyat etmək olar. Lakin süni surətdə sir-sifətini dəyişib, özünü qadına oxşatmaq kişiliyə yaraşan şey deyil. İnsan birinci özündən, sonra başqalarından öyrənir. Cavan oğlanlar da birinci özlərində kişiliyi tərbiyə etməlidirlər. Bu o qədər böyük, kompleks məsələdir... Milli Məclisdə dəfələrlə məsələ qaldırdım ki, hətta kişi müəllimlərin maaşını artırmaqla onları pensiyaya çıxarmamaq, məktəbdə saxlamaq lazımdır. Çünki uşaqlarımıza ancaq qadınlar dərs deyir. Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər? Axı heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər. Onları yamsılayan uşaqlar yetişdirirlər. Toyda cavan oğlanlar qız kimi əyilib-büzülürlər, əyri-üyrü fars rəqsi oynayırlar. Bu məsələlər ailənin içindən başlayır. Valideynlər buna necə imkan verirlər? İnsanlar həmişə əyriliklərlə barışıblar. Sanki bu məsələlərlə də barışıblar. İnsanların içində ictimai etiraz ölüb. Heç olmasa ailə dəyərlərinin qorunmasına çalışmaq lazımdır. Nə qədər öyüd-nəsihətlə çıxış edirəm, amma mənə qarşı hücumlar olur. Kişidən kişi iyi gələr, qadından qadın. Qadın həyalı və gözəl olmalıdır. Kişinin vüqarı, daxili aləmi, mərdliyi, comərdliyi elə onun üzünə də, bədəninə də yansıyacaq. Təəssüf edirəm ki, bu məsələ başlı-başına buraxılıb. Cənubi Koreyada kişilərin kosmetikadan istifadəsi o qədər yayılıb ki, bunların bir səbəbini türk seriallarında görürlər. Hökumət qarşısında məsələ qaldırırlar ki, türk serialları qadağan olunsun. Bizdə isə türk serialları da, digərləri də təbliğ olunur. Heç də hamısı mənəvi cəhətdən saf deyil. Narahatlıq törədən cəhətlər də var. Bəziləri düşünürlər ki, həyatdır, qoy necə bilirlərsə, elə yaşasınlar. Dünya dəyişir, müqavimətin mənası yoxdur. Hamı düşünür ki, övlad evində öz valideynlərindən çox zəmanəsinə oxşayır, zəmanə pisləşib. Axı zəmanə şərti məfhumdur. Zəmanəni pis və yaxşı edən bizik. Biz onu gözəl, mərdanə etməli, insanlar arasında kişilik münasibətlərini möhkəmləndirməliyik. Biz yaşlanmışıq, ömrümüzün çox az hissəsi qalıb. Ancaq övladlarımızın gələcəyi barədə çox narahatam. "Qurani-Kərim"də də var, Lut qövmü bu cür biabırçılıqlarla məhv olub getdi. Dünyanın ən böyük imperiyası olan Roma kişi əxlaqsızlığından məhv oldu. Gözümüz görə-görə cəmiyyətimiz bu cür murdarlıqları əxz etməklə ailə institutu dağılır. Nigah bağlayanların, övladlarımızın sayı azalır. Getdikcə cəmiyyətdə əyri proseslər gedir. Həmişə demişəm, bizim millət özündən başqa hamıya oxşamağa çalışır. Özümüzə oxşayaq. Qafqaz vüqarımızı, İslam mənəviyyatımızı, türk mərdanəliyimizi qoruyaq”, — o bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Bu gün, 16:14 |
|
|
|
• “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Bu gün, 16:05 |
|
|
|
• Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Bu gün, 15:55 |
|
|
|
• Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:53 |
|
|
|
• Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Bu gün, 15:50 |
|
|
|
• Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 15:48 |
|
|
|
• Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Bu gün, 15:45 |
|
|
|
• Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Bu gün, 15:43 |
|
|
|
• "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Bu gün, 15:34 |
|
|
|
• Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Bu gün, 15:29 |
|
|
|
• Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Bu gün, 15:23 |
|
|
|
• Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Bu gün, 15:16 |
|
|
|
• Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39 |
|
|
|
• Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25 |
|
|
|
• Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13 |
|
|
|
• 10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09 |
|
|
|
• Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03 |
|
|
|
• Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
• Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58 |
|
|
|
• Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47 |
|
|
|
• Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44 |
|
|
|
• Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42 |
|
|
|
• ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34 |
|
|
|
• Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31 |
|
|
|
• Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29 |
|
|
|
• İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24 |
|
|
|
• “Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22 |
|
|
|
• Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11 |
|
|
|
• Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10 |
|
|
|
• Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02 |
|
|
|
• Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51 |
|
|
|
• “Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49 |
|
|
|
• "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41 |
|
|
|
• İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37 |
|
|
|
• "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31 |
|
|
|
• Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28 |
|
|
|
• “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16 |
|
|
|
• Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13 |
|
|
|
• 3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08 |
|
|
|
• Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06 |
|
|
|
• Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03 |
|
|
|
• `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00 |
|
|
|
• Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52 |
|
|
|
• Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49 |
|
|
|
• Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37 |
|
|
|
• Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33 |
|
|
|
• Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30 |
|
|
|
|