Köçəryanın adamları saxlanıldı .....                     İki seçki komissiyasının sədri və bir katibi tutulub .....                     Paşinyan Azərbaycanla sülh prosesindən danışdı .....                     Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox .....                     Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər .....                     Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu .....                     Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib .....                     ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir .....                     Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... .....                     Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... .....                     Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı .....                     Demoqrafik fəlakətə doğru gedirik, .....                     MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! .....                     Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... .....                     Azərbaycanın YAVLİNSKİSİ... .....                     "Məsmə Aslanın oyunu ləzzət elədi..." .....                     Ya intervalı azaldın, YA DA Kİ... .....                     Müharibə əlilinin QANINI BATIRIRLAR .....                     Güney Qafqazda PAŞİNYAN POZASI... .....                     İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... .....                     Zatən adı üstündə... Tramp deyib vaxtında... .....                     Səni pöşələnəsən, ay tarix!.. .....                     Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... .....                     Yamaq vurulmuş iqtisadiyyatımız... .....                     “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                 

Ədalət Partiyasında qalmaqal: Qiyam, yoxsa qurultaya hazırlıq? - NƏ BAŞ VERİR?
Tarix: 16-04-2025, 08:36 | Çap et
Ədalət Partiyasında qalmaqal: Qiyam, yoxsa qurultaya hazırlıq?
Ədalət Partiyasının qurucusu, mərhum ziyalımız, hüquq elmləri doktoru İlyas İsmayılovun vəfatından sonra partiyada sədrlik uğrunda mübarizəyə start verilib.

Ovqat.com-un partiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, sədrlik uğrunda ən azı 2 qrup mübarizə aparır.

Son zamanlara qədər gizli təşkilatlanma şəklində davam edən mübarizə artıq açıq müstəviyə keçib. Bildirilir ki, 12 aprel 2025-ci il tarixində partiyanın Siyasi Şurasının bir neçə üzvünün iştirakı ilə iclas keçirilib və toplantıda Ali Məclisin çağrılması barədə qərar qəbul olunub. Məqsəd partiya sədrini seçəcək növbəti qurultaya hazırlıq imiş. İddialara inansaq, toplantıda iştirak edənlərin bəziləri ümumiyyətlə Ədalət Partiyasının üzvü olmayıb, 1 nəfər isə telefonla müzakirələrə qatılıb. Halbuki partiya Nizamnaməsində bu cür iştirak nəzərdə tutulmayıb.

Ədalət Partiyasının Ali Məclisinin sədri Meydan Babayev də faktı təsdiqləyib. Hazırda partiya Nizamnaməsinə əsasən, partiya sədrinin funksiyalarını yerinə yetirən Meydan Babayev əməkdaşımızla söhbətində bildirib ki, qurumun Təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimovun təşəbbüsü ilə keçirilən iclas partiyanın Nizamnaməsinin tələblərinə cavab vermədiyi üçün legitim sayıla bilməz.

Meydan Babayev onu da əlavə edib ki, partiyada sədrlik uğrunda heç də 2 qrup arasında mübarizə getmir: “Əksinə, partiyamızın bütün rəhbərliyi, həmçinin Ali Məclisi öz yerindədir və yaxınlarda keçirməyi planlaşdırdığımız qurultaya hazırlaşır. Sədrlik uğrunda mübarizə aparan 1 nəfər var, o da Mütəllim Rəhimovdur. Başına bir neçə şəxsi toplayan (ki onların bəziləri ümumiyyətlə partiya üzvü deyil) Mütəllim Rəhimov sədrlik eşqinə düşüb və bu istiqamətdə mübahisəli uğursuz addımlar atır. İş o yerə çatıb ki, partiya sədrinin səlahiyyətlərini mənimsəyərək guya, Siyasi Şuranın iclasını çağırır və öz səlahiyyət həddini aşan qərarlar qəbul edir, qəbul etdiyi qərarları partiyanın sosial şəbəkələrində paylaşır. Biz də partiya rəhbərliyi olaraq, səlahiyyət həddini aşan Mütəllim Rəhimovu öz sosial şəbəkələrimizdən uzaqlaşdırdıq. Əgər bu dağıdıcı fəaliyyətini davam etdirərsə o, yəqin ki, partiya sıralarından da kənarlaşdırılacaq”.

Hazırda Ədalət Partiyasının qarşısında dayanan ən mühüm çağırışın təşkilatı qorumaq olduğunu bildirən Meydan Babayevin fikrincə, bunun üçün ən qısa yol partiyanın kollegial idarə olunmasıdır: “Məqsədimiz partiya Nizamnaməsini və Azərbaycan Respublikası qanunvericiliyini əldə rəhbər tutub kollegial idarəçiliyə keçməkdir. Çünki rəhbərimizi yeni itirmişik və istər-istəməz partiyada idarəetmə boşluğu yaranıb. Bir neçə illik ara müddətində partiyanı möhkəmləndirib növbəti qurultayımızda əgər zərurət yaranarsa, yenidən sədr seçə bilərik. İndidən sədrlik uğrunda yarışın başlaması partiyada lüzumsuz ziddiyyətlər ortaya çıxara və illərlə fəaliyyət göstərdiyimiz təşkilatı dağıda bilər. Bu isə ilk növbədə mərhum İlyas İsmayılovun ruhuna hörmətsizlikdir. Nə yazıq ki, Mütəllim Rəhimov öz şəxsi mənafeyi naminə məhz bunu edir”.

Meydan Babayevin partiyada baş verənlər barədə rəsmi bəyanat da hazırlayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

Ədalət Partiyası Siyasi Şurasının 12 aprel 2025-ci il tarixdə keçirilmiş İclasının nəticələrinin etibarsız hesab edilməsi barədə

Ədalət Partiyasının Sədrinin səlahiyyətlərini həyata keçirən Ali Məclis Sədrinin в„– SB10/0425 saylı Bəyanatı

Ədalət Partiyasının fəaliyyəti yalnız və yalnız Siyasi Partiyalar haqqında Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan Nizamnaməsinə əsaslanır.

1. Qüvvədə olan Partiya Nizamnaməsinin Partiyanın Sədri təsbit olunmuş 4.8.3. maddəsinə əsasən Partiyanın Sədri Siyasi Şuranın işinə rəhbərlik edir.

2. Nizamnamənin 4.5.2. maddəsinə əsasən Partiya orqanlarının fəaliyyətini kordinasiya edir.

3. Nizamnamənin 4.8.7. maddəsinə əsasən Sədr olmadıqda onun səlahiyyətlərini Ali Məclisin Sədri həyata keçirir.

Siyasi Partiyalar Haqqında Az. Res. Qanunun 16.2.5. Maddəsinə əsasən Partiyanın Sədri : siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının növbədənkənar iclaslarını çağırır;

4. Partiyanın Siyasi Şurası Ali Məclisin yığıncaqları arasındakı dövrdə partiyanın operativ fəaliyyətini həyata keçirən direktiv orqandır. Siyasi Şura Partiyanın orqanı olaraq bilavasitə Nizamnamə əsasında yaradılır. Ədalət Partiyasının qüvvədə olan Nizamnaməsində isə Siyasi Şuranın üzvünün Partiyanın adından bəyanat vermək hüququ nəzərdə tutulmur. Siyasi Şuranın işinə rəhbərlik etmək səlahiyyətləri, partiyanı təmsil etmək, partiyanın adından bəyanatlar vermək , müraciətlər, çıxışlar etmək, müqavilələr bağlamaq hüququ yalnız Partiyanın sədrinin səlahiyyətlərinə aid edilmişdir. Həmin səlahiyyətlər digər şəxsə (şəxslərə) verilmir. Ona görə də Partiyanın adından belə bəyanatlar vermək nəinki daxili nizam-intizam qaydalarının pozulması, habelə nəticə etibarilə sədrin səlahiyyətlərinin mənimsənilməsi kimi hüquq pozuntusu xarakteri daşıyır. Bu isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyətə səbəb ola bilər.

Siyasi Şuranın işinin təşkili ilə əlaqədar Nizamnamədə və Qanunda başqa hallar nəzərdə tutulmadığına görə Siyasi Şuranın işinə sədrlik etməli olan Ali Məclisin Sədri və ya Partiyanın Sədri səlahiyyətlərini icra edən şəxs Siyasi Şuranın iclasında iştirak etmədiyi üçün 12 aprel 2025 tarixdə keçirilən iclasın nəticələri etibarsız hesab olunur.

Bundan başqa həmin iclasın tərkibində iştirak edən şəxslər əsas etibarilə Siyasi Şuranın üzvləri olmamış, Şura üzvlərinin bəziləri isə ümumiyyətlə bu günə qədər Siyasi Şuranın heç bir iclaslarında iştirak etməmişdir. Bir nəfər isə Şuranın iclasına telefon vasitəsilə qoşularaq fikir bildirmişdir. Keçirilən iclas barədə yalnış məlumatlar internet informasiya portallarına ötürülərək, ictimailəşdirilmişdir. Bununla da Partiya Nizamnaməsinin yuxarıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

Baş vermiş bütün hüquq pozuntularını nəzərə alaraq Partiya Siyasi Şurasının 12 aprel 2025-ci il tarixdə Partiyanın Bakı şəhəri, Ə. Əzimzadə küç 4 ünvanda yerləşən əsas ofisində keçirilən İclasının nəticələri etibarsız hesab edilir.

Bəyanat tam məzmunda yayım mediyasına ötürülsün.

Ədalət Partiyası Sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin Sədri: Meydan Babayev

Bakı şəhəri

14 aprel 2025-ci il.

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın adamları saxlanıldı
Bu gün, 11:48
İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Bu gün, 11:46
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Bu gün, 11:15
Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Bu gün, 09:46
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Bu gün, 09:42
Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Bu gün, 09:39
ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Bu gün, 08:42
Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Bu gün, 08:38
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Bu gün, 08:29
Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Bu gün, 08:22
Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Bu gün, 08:19
MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Bu gün, 08:14
Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Bu gün, 08:04
Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Bu gün, 07:51
"Məsmə Aslanın oyunu ləzzət elədi..." - REAKSİYA
Bu gün, 07:37
Ya intervalı azaldın, YA DA Kİ... - NARAZILIQ VAR...
Bu gün, 07:26
Müharibə əlilinin QANINI BATIRIRLAR - MÜRACİƏT
Bu gün, 07:18
Güney Qafqazda PAŞİNYAN POZASI... - Kim necə görür...
Bu gün, 07:09
İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... - TƏKLİF...
Bu gün, 07:04
Zatən adı üstündə... Tramp deyib vaxtında... - Ortada məntiq də olmalıdır axı...
Bu gün, 06:52
Səni pöşələnəsən, ay tarix!.. - ÇƏRXİ-FƏLƏK...
Bu gün, 06:43
Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... - MALƏSƏF...
Bu gün, 06:40
Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Bu gün, 06:31
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
Dünən, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
Dünən, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
Dünən, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Dünən, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
Dünən, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Dünən, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
Dünən, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
Dünən, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
Dünən, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
Dünən, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
Dünən, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
Dünən, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Dünən, 16:35
Tramp Maskla barışıb
Dünən, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Dünən, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Dünən, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Dünən, 15:04
Yasamal RİH İZAHAT VERDİ
Dünən, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Dünən, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Dünən, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Dünən, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Dünən, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Dünən, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Dünən, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru