
Bu gün 15 aprel – Dünya İncəsənət Günüdür.
Bu əlamətdar günlə bağlı Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov, Azərbaycan incəsənətinin dünya incəsənətində özünəməxsus yerə və rola malik olduğunu bildirib:
“Azərbaycan xalqı zəngin insənətə malik bir xalqdır. Xalqımız dünyaya çox böyük musiqiçilər, rəssamlar, istedadlı aktyorlar, heykəltaraşlar və s. bəxş edib. Əminliklə deyə bilərik ki, Azərbaycansız dünya insənəti yarımçıq görünər, bunca dolğun təəssürat yaratmazdı.
İnanıram ki, Azərbaycan xalqı bundan sonra da istedadlı övladları sayəsində sadəcə mill incəsənətimizə deyil, ümumilkdə dünya incəsənətinə yeni-yeni töhfələr verməkdə, bəşər mədəniyyətini zənginləşdirməkdə davam edəcək.
Mən bu əlamətdar gün münasibətilə bütün incəsənət adamlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”.