Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Tarix: 13-02-2025, 09:20 | Çap et
 "Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə geri qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə, İcma nümayəndələrini qəbul etməli və onların istəklərini özlərindən eşitməlidir". Bu barədə Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir: "Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk deyil. Vaşinqton səfərindən uğursuz qayıdan və “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ administrasiyası ilə dialoq qura bilməyən Paşinyan revanşist məqsədlərinə dəstək almaq üçün Paris səfərindən öncə mətbuata üz tutmalı olub. Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üçün iki ölkə arasında komissiyanın fəaliyyət göstərdiyini, bu fəaliyyət üçün komissiyanın reqlamentinin hər iki tərəfdən təsdiq edildiyini vurğulayan Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadılması ilə bağlı onun hökuməti Brüsselə müraciət ünvanlayıb. Təbii ki, Fransanın xeyir-duası, Avropa İttifaqı üzvü olmayan Kanadanın iştirakı ilə daha iki il müddətinə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi, müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkdə davam edəcəklər. Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd işğal altında saxlamaqla, 700 000 azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq, etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaradıb".
Parlament üzvü qeyd edib ki, Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilib:
"Təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin əməllərinin hazırda Bakıda keçirilən məhkəmə prosesində sübutu Ermənistanın dövlət olaraq hüquqi məsuliyyət daşıması yolunda ciddi addımlardır. Bu cinayət əməllərinin Bakı məhkəməsində sübutu isə zaman məsələsidir və Paşinyan hökuməti də bunu başa düşür və çox narahatdır. Buna görə də Paşinyan bir müddət əvvəl Bakıda müttəhimlər kürsüsündə əyləşən və təqsirli bilinən şəxslərə “psixoloji təsirə malik maddələr verilməsi” kimi absurd iddialar səsləndirdi. İndi isə Ermənistan baş naziri növbəti manipulyasiyaya əl ataraq, bəşəriyyətin gözü qarşısında, şəffaf və açıq şəkildə baş tutan, “İkinci Nürnberq prosesi” kimi tanınan məhkəməni aşağılayır. Bu, bir daha təsdiqləyir ki, İrəvanın siyasi dairələri Bakıda baş tutan məhkəmə prosesinin nəticəsi və onun perspektivindən ciddi narahatdırlar".
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair əsassız və qərəzli fikirlər səsləndirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Anasını sevgilisi ilə lüt tutdu - Maştağada qətl törədən oğul HƏBS OLUNMADI
Dünən, 21:05 |
|
|
|
| • "Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" - Zirəddin Rzayevdən ŞOK açıqlamalar
Dünən, 21:01 |
|
|
|
| • Keçmiş deputat Sənaye və Texnologiya Kollecinin direktoruna `GÖRMƏMİŞ` DEDİ... - "Bu, yeni hal deyil..."
Dünən, 18:11 |
|
|
|
| • Azərbaycan Rusiyadan 62, Qazaxıstandan isə 73 dollara neft alıb
Dünən, 18:08 |
|
|
|
| • Bu axşam “Nar”da böyük həyəcan – Növbəti avtomobil səni gözləyir
Dünən, 18:03 |
|
|
|
| • Ermənistanda da pensiya yaşı artırılır?
Dünən, 18:01 |
|
|
|
| • Nura Suridən növbəti ETİRAZ - "Xoşbəxt adamlarsınız e, xəbəriniz yoxdur..."
Dünən, 17:56 |
|
|
|
| • "Bu, minlərlə azərbaycanlı ailəsinin sevinci deməkdir..." - REAKSİYA
Dünən, 17:51 |
|
|
|
| • "Bakcell" lotereyasında 10-cu lüks avtomobil uduldu!
Dünən, 17:48 |
|
|
|
| • Prezidentin Amnistiya təşəbbüsü humanist idarəetmənin açıq təzahürüdür - ŞƏRH
Dünən, 17:45 |
|
|
|
| • Bakıda onlayn qumardan 173 milyon manat qazanan dəstə hakim qarşısında – PULLAR KİMİN CİBİNDƏDİR?
Dünən, 17:35 |
|
|
|
| • “Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
Dünən, 17:28 |
|
|
|
| • Yeni il gecəsi Bakı restoranlarında ŞOK QİYMƏTLƏR - Yerlər tükənir, qiymətlər ƏL YANDIRIR
Dünən, 17:05 |
|
|
|
| • SEPAH Azərbaycandan əl çəkmir
Dünən, 17:03 |
|
|
|
| • Kallas Kiyevə çağırış etdi - “Donbası verməyin!”
Dünən, 17:00 |
|
|
|
| • Xocalı qatili "savaş mesajı" VERDİ
Dünən, 16:56 |
|
|
|
| • Ərdoğan sərt danışdı: - CHP Azərbaycanı elə yaraladı ki...
Dünən, 16:54 |
|
|
|
| • 5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var - Əliməmməd Nuriyev
Dünən, 16:53 |
|
|
|
| • Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər - Ermənistan KİV
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanın Suriyaya təbii qazı neçəyə satdığı məlum oldu - SİYAHI
Dünən, 16:48 |
|
|
|
| • Moskvada tanışı Azərbaycan vətəndaşını dərədə öldürdü - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
| • Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi - “Oğru yığnağı elə düşünməməlidir ki...”
Dünən, 16:40 |
|
|
|
| • “Onların da amnistiyaya düşməsini istərdim” – Novella Cəfəroğlu
Dünən, 16:38 |
|
|
|
| • Ramiz Mehdiyevin adı qarışan qətl işində köhnə ssenari işə düşüb - zərərçəkənlər “boz kardinal”ın adı ilə “vurulur”
Dünən, 16:21 |
|
|
|
| • İcra başçısı baş mütəxəssisi işdən çıxardı - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Biləsuvarda qayınananı öldürən gəlin öz BALDIZI QIZI imiş - TƏFƏRRÜAT
Dünən, 16:17 |
|
|
|
| • "DTX-nın keçirdiyi bu əməliyyatlar..." - ŞƏRH
Dünən, 16:14 |
|
|
|
| • Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
Dünən, 16:04 |
|
|
|
| • Daha bir başçının həbsi gözlənilir... - İTTİHAM VAR...
Dünən, 15:59 |
|
|
|
| • “Mehdiyev işi” genişlənir: Paşazadələri nə gözləyir? – Hüquqşünas açıqladı
Dünən, 15:50 |
|
|
|
| • Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir - Hərbi ekspert
Dünən, 15:47 |
|
|
|
| • Azərbaycan neft məhsullarının Ermənistana idxalı - “Kommersiya sirridir”
Dünən, 15:44 |
|
|
|
| • Zelenski Donbasla bağlı Rusiyaya güzəştdən imtina etdi - “Bild”
Dünən, 15:43 |
|
|
|
| • Amnistiyanın kimlərə şamil olunacağı məlum olub - DİQQƏT
Dünən, 15:37 |
|
|
|
| • BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Dünən, 15:35 |
|
|
|
| • THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib - TƏFƏRRÜAT
Dünən, 15:30 |
|
|
|
| • Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir? - AKTUAL
Dünən, 15:28 |
|
|
|
| • Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - DETALLAR
Dünən, 15:25 |
|
|
|
| • 140,6 min manatlıq broker şirkəti - LƏĞV OLUNUR
Dünən, 15:08 |
|
|
|
| • Millət vəkillərindən vətəndaşların müraciətinə dəstək - “Problem qanunun tələb etdiyi formada həllini tapmalıdır”
Dünən, 15:06 |
|
|
|
| • Aİ Venesuelaya qarşı sanksiyaları uzadıb
Dünən, 15:00 |
|
|
|
| • Kremli dəhşətə gətirən anons: Ermənilərlə bağlı çağırış edildi – Bakı da dəstəkləyir
Dünən, 14:22 |
|
|
|
| • Prezident Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını təltif edib - ADLAR
Dünən, 14:18 |
|
|
|
| • Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib - SƏRƏNCAM
Dünən, 14:15 |
|
|
|
| • FHN-in əməkdaşlarına ali hərbi və xüsusi rütbələr verilib - SİYAHI
Dünən, 14:14 |
|
|
|
| • Kimlərə iki dəfə çox maaş ödəniləcək? – “Əmək Məcəlləsi” dəyişir
Dünən, 13:12 |
|
|
|
| • Samir Bağırova görə tənqid edilən sığınacaq rəhbəri - “Cəmiyyətin içində diskriminasiyaya, stiqmaya meyilli olan insanlar var”
Dünən, 13:10 |
|
|
|
| • “Avant Park” sakinləri: Problemlər bitmir, ƏDV mübahisəsi dərinləşir - VİDEO
Dünən, 13:08 |
|
|
|
| • İran indi də Babəkə “ilişməyə” başlayıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:03 |
|
|
|
| • Erməni nazir Azərbaycanla sərhəddəki vəziyyətdən DANIŞDI
Dünən, 13:01 |
|
|
|
|