Trampın İran ssenarisi: Azərbaycan və Türkiyəyə ciddi təsir göstərəcək .....                     Rusiyada azərbaycanlı blogerə ŞOK İTTİHAM .....                     Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı .....                     İranda elita dəyişir .....                     Millerin həyat yoldaşı Qrenlandiyanın ABŞ bayrağının rənglərində xəritəsini paylaşıb .....                     Maduro əməliyyatı yeni dünya nizamının dönüş nöqtəsidir .....                     Tramp əslində bunu hədəfləyir... .....                     “Venesuela hadisəsi beynəlxalq hüququn iflasını göstərdi” .....                     Azərbaycanda avtomobillər BAHALAŞACAQ .....                     Rus işğalına səs verən Venesuala “haqqını” aldı! .....                     "Hüquq hüquqdur, yoxdursa, sənin üçün də yoxdur..." .....                     Neftimiz qurtarır: Bu qarışıq dünyada NƏ EDƏCƏYİK? .....                     Keçən il 37 nəfərə elmlər doktoru adı verilməsindən imtina edilib .....                     İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir .....                     Faytonçu Nazim efirdə dalaşdığı jurnalistlə barışıb? .....                     Maduronun həbsindən sonra... .....                     İranda aksiyalar zamanı toqquşmalar nəticəsində daha 3 nəfər ölüb .....                     'AVANT' fürsət gözləyirdi: Daha bir neçə ağac kəsildi... .....                     Karib dənizi üzərindən uçuşlara məhdudiyyət aradan qaldırılıb .....                     AQTA bu xəstəlik mənbəyini görmür? .....                     Biri getdi, qaldı ikisi… .....                     "Starlink" Venesuelaya bir ay pulsuz rabitə xidmətləri göstərəcək .....                     Mikayıl Cabbarov bacarmadı: ƏKSİNƏ... BATIRDI! .....                     Güney Azərbaycan nədən SUSQUNDUR... .....                     Zaur Mikayılov büdcə pullarını DƏDƏ MALI BİLİR? .....                     Dövlətə məxsus daha bir qurumda CİDDİ GERİLƏMƏ .....                     ABŞ-nin Venesueladakı hərbi əməliyyatı beynəlxalq qaydalara təhdid kimi qiymətləndirilir .....                     Məktəblər bağlana bilər: xəstəlik sürətlə artır .....                     ABŞ qitəni “təmizləyir” .....                     Pentaqon rəhbəri ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib .....                     Masallı elə bil avtopilot rejimindədir: Başçı gözə dəymir... .....                     “Temu” Azərbaycan bazarından “çıxarılır”? .....                     Venesuelada Maduroya dəstək mitinqləri başladı .....                     Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb .....                     Bu gün dünyada hüquq adına onsuz da heç nə qalmayıb .....                     Maduronun həbsi VƏ..: Azərbaycan üçün yaxşı nəsə görünmür .....                     Tanınmış sənətçi Maduronun həbsinə belə reaksiya verdi .....                     "Rusiya işıqlı heç nə vəd etmir..." .....                     ABŞ mediası Trampa 'xeyir-dua' vermədi .....                     Rövşən Nəcəf dövlətə belə ZİYAN VURUR .....                 

Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Tarix: 12-02-2025, 11:50 | Çap et
Paşinyan yazdı, ermənicə "sülh" istədi
Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə əsl peşəsini, yəni jurnalistikanı, xatırlayıb klaviaturaya "sarılanda" ortaya ancaq demaqogiya simfoniyası kimi təsvir edilə biləcək əcaib mətnlər çıxır.

Bu dəfə Paşinyan Ermənistanın "Armenpress" agentliyində "Sülh üçün bütün şərtlər mövcuddur" başlıqlı məqalə dərc etdirib. Səbrli olmağa çalışdıq və bu qrafomaniya məhsulunu sonadək oxuduq.

Bəlli olan bir nəsnə var: Paşinyanın əsl peşəkar, hətta mütəxəssis olduğu yeganə sahə marazmatik söz oyunbazlığıdır, vəssəlam.

Taleyin digər ironiyası isə budur ki, Nikol Vovaeviç məqaləni Fransaya səfəri əsnasında yazıbmış. Yəni Paşinyan səfərə yollanan gün yazısının dərcini tapşırıb və başqa cür də ola bilməzdi: Emmanuel Makronun həm də prezidentlik etdiyi Fransa uzun illərdir beynəlxalq arenada Ermənistanın vəkili rolunu oynayan bir ölkədir. Aydındır ki, məqalə Paris lobbiçiliyinin gücləndirdiyi "suveren iradənin" əksi kimi təqdim olunmalı idi. Amma əslində bu, növbəti dəfə riyakarlıqla bəzədilmiş revanşizm manifestindən başqa bir şey deyil.

İlk diqqət çəkən məqam Paşinyanın növbəti dəfə Azərbaycana qarşı maymaq iddialarla çıxış etməkdən əl çəkməməsidir.

Ermənistanın baş naziri Azərbaycan torpaqlarının otuz illik işğalını unudaraq öz ölkəsini "aqressiyanın qurbanı" kimi təqdim etməyə çalışır. Onun əsas arqumenti Qərbi Azərbaycan İcmasının mövcudluğudur. Paşinyanın fikrincə, bu təşkilat "Ermənistanın təhlükəsizliyinə təhdid yaradır". Amma əslində vəziyyət tamamilə tərsinədir: İcmanın məqsədi azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qovulduqları tarixi torpaqlarına təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir.

Üstəlik, baş nazir heyrətamiz bir cürətlə Ermənistan ordusunun yenidən silahlanmasını "islahatlar" kimi qələmə verir və bunu Azərbaycanın fəaliyyətinə bağlamamağa çalışır. O, absurd iddiasını belə ifadə edir: "Ermənistanın Azərbaycanla bağlı hərbi əməliyyatlar həyata keçirmək planı yoxdur. Amma Ermənistanın təhlükəsizliyinə təhdidlər məhz Azərbaycandan qaynaqlanır".

Çox maraqlıdır! İşğal etdiyi torpaqlardan illərlə çıxmayan və sonucda Azərbaycan Ordusunun iti qovan kimi qovduğu bir ölkə indi "təhlükəsizliyi" bəhanə gətirərək öz ordusunu "islah və modernizasiya" edir. Ərazilərinin 20 faizini 30 il işğalda qalan, indisə sülh müqaviləsi imzalamağa can atan bir ölkənin indi necə "təhdid mənbəyi"nə çevrilməsi isə tam bir nonsensdir.

Paşinyanın özünü sülhsevər kimi təqdim etdiyi məqalənin növbəti hissəsi daha təəccüblüdür. Onun sözlərinə görə, tərəflər artıq sülh sazişinin böyük bir hissəsini razılaşdırıblar və hətta İrəvan mübahisəli məsələlər üzrə "əliaçıq, səxavətli" təkliflər irəli sürüb. Fəqət Ermənistan lideri inadla Bakının əsas tələblərini görməzdən gəlir: beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina, sərhəddə xarici silahlı qüvvələrin yerləşdirilməsinə son qoyulması, ATƏT-in Minsk Qrupunun ləğvi və ən əsası, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddənin çıxarılması.

Sonuncu tələb xüsusilə vacibdir. Çünki Ermənistan Konstitusiyasında ölkə ərazilərinə Qarabağın "daxil edilməsi" İrəvanın revanşist xəyallarını davam etdirdiyinin əsas sübutudur. Amma Paşinyan bu haqda susmağa üstünlük verir və arzusunu reallıq kimi təqdim edir.

İrəvan təkcə öz səhvlərini qəbul etməkdən imtina etmir, həm də sürətlə silahlanmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hərbi xərcləri üç dəfə artaraq 2021-ci ildəki 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Həm də bu vəsait müdafiə üçün deyil, Azərbaycanın ərazisinə zərbə endirə biləcək sistemlərin alınmasına yönəldilib. Paşinyanın sülh ritorikası ilə bu fəaliyyətlər necə uzlaşır? Cavab sadədir: heç cür!

Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın riyakarlığını haqlı olaraq ifşa edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə Ermənistan tərəfinin müharibədən sonra separatçıları silahlandırmaqla yanaşı, hərbi cinayətkarlar üzərində ədalətli məhkəmə prosesini alqışlamaqdan imtina etdiyini xatırladıb. Paşinyanın qənaətinə görəsə, Bakıda keçirilən məhkəmə prosesi "teatr tamaşasıdır". Görəsən, o, Nyurnberq məhkəmələrini də belə adlandırardımı? Bu cür bəyanatlar Ermənistan rəhbərliyinin nə qədər revanşist və destruktiv mövqedə olduğunu bir daha sübut edir.

Nikol Paşinyanın Parisə səfəri xüsusilə diqqət çəkir. Fransa uzun müddətdir ki, Ermənistan siyasətinin əsas himayəçisi rolunu oynayır - ələlxüsus da sülh təşəbbüslərinə pəl vurmaq məsələsində. Görünür, Fransanın siyasi elitası ilə keçirdiyi görüşlərdən vəcdə gələn Paşinyan, özünü geniş auditoriyaya nümayiş etdirmək qərarına gəlib.

Gerçəksə budur ki, Paşinyanın Parisə səfəri İrəvan üçün Vaşinqtonla münasibətlərin soyuması fonunda dəstək qazanmaq cəhdindən başqa bir şey deyil. Ağ Evdə administrasiya dəyişikliyi Ermənistanı ənənəvi "himayədar"ından xoflanmağa vadar edib və bu səbəbdən də Paris status-kvonu saxlamaq istəyən ermənilərin son ümididir.

Lakin Fransa da, Ermənistan da reallığa qarşı durmaq üçün nə gücə, nə də imkana malikdir. Azərbaycan artıq sübut edib ki, ərazi iddialarını və ikili standartları qəbul etməyəcək. Riyakarlıq dövrü bitdi və Paşinyanın səfəri yeni geosiyasi şəraitə uyğunlaşmaqda aciz olan bir rejimin son çırpınışlarından başqa bir şey deyil.

Nikol Paşinyanın "Armenpress"də dərc olunmuş məqaləsində "sülhpərvər" təsir bağışlamaq cəhdlərinə gəldikdə isə, faktlara nəzər salaq.

Son üç il ərzində Ermənistan hərbi xərclərini aktiv şəkildə artırır və müdafiə üçün deyil, açıq şəkildə hücum üçün nəzərdə tutulan silahlar alır. Məsələn, ötən ilin oktyabr ayında Ermənistan və Fransa arasında hava hücumundan müdafiə sistemlərinin və artilleriya qurğularının tədarükü barədə razılaşma imzalanıb. Ermənistan mediasının məlumatına görə, söhbət Azərbaycanın ərazisini hədəf ala bilən uzaqmənzilli raket komplekslərinin alınmasından gedir. Rəsmi İrəvan "neytral siyasət" bəyanatlarına baxmayaraq, NATO ilə birgə hərbi təlimlərdə fəal iştirak edir. Xüsusilə, 2024-cü ilin sentyabrında “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində genişmiqyaslı manevrlər keçirildi. Bu təlimlərdə iştirak edən Amerika və Fransa təlimatçıları əsasən hücum əməliyyatlarına diqqət yetirdilər.

Üstəlik, Ermənistanla Hindistan arasında çox aktiv hərbi-texniki əməkdaşlığı da unutmayaq. 2023-cü ildə İrəvan Hindistanın "Bharat Earth Movers Ltd." (BEML), "Tata Power Company Ltd." (TPCL) və "Larsen & Toubro" (L&T) şirkətləri ilə 214 mm çaplı "Pinaka" reaktiv yaylım atəşi sistemlərinin tədarükü barədə 353 milyon dollarlıq müqavilə imzaladı. Ermənistan bu sistemlərin "müdafiə xarakterli" olduğunu bəyan etsə də, onların sıx məskunlaşmış ərazilərə zərbə endirmək üçün istifadə oluna biləcəyi açıq-aydındır.

Sülh yolunda digər ciddi maneə Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsidir. Əsas məqamları xatırlayaq ki, İrəvan ya tamamilə gözardı edir, ya da öz xeyrinə yozur.

Belə ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı aydın öhdəliklərə baxmayaraq, Ermənistan əsassız şərtlər irəli sürərək bu prosesi uzadır. Bu, təkcə əldə olunan razılaşmaları pozmur, həm də bütün regionun iqtisadi inkişafına mane olur.

Sadalanan faktlar fonunda Ermənistan baş nazirinin “sülhə hazır olması” ilə bağlı bəyanatları açıq-aşkar fars kimi səslənir. Onun ikiüzlü mövqeyini nümayiş etdirən, məqalədə yer alan iddialardan bəzi iqtibaslara varaq.

N.Paşinyan yazıb ki, bəs "Ermənistan konstruktiv danışıqlara hazırdır, lakin Azərbaycan təcavüzdən imtina etməlidir". Burada "təcavüz" altında Azərbaycanın beynəlxalq hüquqa əməl etmək tələbi nəzərdə tutulur. Və ya "Biz silahlara qarşılıqlı nəzarət təklif edirik". Ermənistanın ilk növbədə hücum potensialını artırmaqdan imtina etməli olduğu nəzərə alınsa, bu təklif absurddur. Ən nəhayət, "Qarabağ münaqişəsi hələ həll olunmayıb". Bu iddia BMT də daxil olmaqla beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə birbaşa ziddiyyət təşkil edir.

Nikol Paşinyanın bəhs etdiyimiz ifadələri onun sülh niyyətinin riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir. Halbuki Ermənistan münasibətlərin normallaşması üçün əsas ola biləcək bir sıra beynəlxalq qətnamələri və qərarları görməzdən gəlməyə davam edir. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edirdi. Bu tələblər bu gün də aktuallığını qoruyur, çünki Ermənistan hələ də Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, 2022-ci ilin dekabrında məhkəmə Ermənistanı Laçın dəhlizi bölgəsində təxribatlara son qoymağa məcbur etdi. Lakin İrəvan bu qərarı qulaqardına vurdu və dəhlizdən hərbi təchizat üçün istifadəni davam etdirdi. ATƏT-in Minsk Qrupunun 2005-ci ildəki tövsiyələrində Ermənistanın ərazi iddialarından imtina etməsi tələb olunurdu. Amma zaman göstərir ki, bu tövsiyələr də İrəvan tərəfindən tamamilə nəzərə alınmadı.

Beləliklə, Ermənistan rəhbərliyinin "sülh" dedikdə əslində yeni təxribatlara hazırlaşmaq üçün bir fasiləni nəzərdə tutduğu aydın olur. Amma tarix sübut edir ki, belə "atəşkəslər" həmişə onları başladanlar üçün pis nəticələnir. Paşinyanın məqaləsi isə yalnız onun rəhbərlik etdiyi rejimin yarıtmaz təbliğatını ifşa edir.

Söz güclü silahdır, amma diletantın əlində yalnız onun özünə zərər vurur.

Sadalanan faktların fonunda aydın görünür ki, Ermənistan "sülh" ritorikasını yalnız yeni təxribatları ört-basdır etmək üçün istifadə edir. Paşinyanın məqaləsi revanşizmi nəcib niyyətlər adı altında gizlətmək cəhdidir. Amma faktlar, rəqəmlər və sənədlər bu saxta tamaşanı tamamilə ifşa edir.

Azərbaycan tərəfi isə əksinə, prinsiplərdən geri çəkilmədən konstruktiv danışıqlara hazır olduğunu nümayiş etdirir. İrəvan anlamalıdır ki, öhdəliklərin yerinə yetirilməsi və təxribatlardan imtina olmadan sülhə gedən yol bağlıdır. Ermənistanın revanşist ambisiyalarını davam etdirmək cəhdləri sərt cavabla üzləşəcək.

Bu dəfə isə nə bəhanələr, nə məqalələr, nə də riyakarlıq bu illüziyalarda yaşamağa davam edənləri xilas edə bilməyəcək.

Reallıq artıq göstərib ki, beynəlxalq hüquqdan kənara atılan hər bir addım Ermənistan üçün fəlakətlə nəticələnir.

Amma görünən budur ki, İrəvan öz tarixindən dərs çıxarmaq fikrində deyil.

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın İran ssenarisi: Azərbaycan və Türkiyəyə ciddi təsir göstərəcək - AKTUAL
Bu gün, 17:08
Rusiyada azərbaycanlı blogerə ŞOK İTTİHAM - TƏFƏRRÜAT
Bu gün, 17:05
Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı - Məsələ ondadır ki...
Bu gün, 17:02
İranda elita dəyişir - Maduro ssenarisi olmayacaq
Bu gün, 15:59
Millerin həyat yoldaşı Qrenlandiyanın ABŞ bayrağının rənglərində xəritəsini paylaşıb - FOTO
Bu gün, 15:52
Maduro əməliyyatı yeni dünya nizamının dönüş nöqtəsidir - Bundan belə qayda yoxdur, güc var
Bu gün, 14:00
Tramp əslində bunu hədəfləyir... - ŞƏRH
Bu gün, 13:56
“Venesuela hadisəsi beynəlxalq hüququn iflasını göstərdi” - deputat
Bu gün, 13:48
Azərbaycanda avtomobillər BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 13:43
Rus işğalına səs verən Venesuala “haqqını” aldı!
Bu gün, 13:02
"Hüquq hüquqdur, yoxdursa, sənin üçün də yoxdur..." - Maduronun həbsinə ən obyektiv qiymət...
Bu gün, 12:59
Neftimiz qurtarır: Bu qarışıq dünyada NƏ EDƏCƏYİK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:30
Keçən il 37 nəfərə elmlər doktoru adı verilməsindən imtina edilib
Bu gün, 12:25
İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar
Bu gün, 12:20
Faytonçu Nazim efirdə dalaşdığı jurnalistlə barışıb? – Özü aydınlıq gətirdi
Bu gün, 11:28
Maduronun həbsindən sonra... - "Daha da ayıq-sayıq olmağımız gərəkdir..."
Bu gün, 11:26
İranda aksiyalar zamanı toqquşmalar nəticəsində daha 3 nəfər ölüb - “Fars” agentliyi
Bu gün, 11:20
'AVANT' fürsət gözləyirdi: Daha bir neçə ağac kəsildi... - NARAZILIQ VAR...
Bu gün, 11:18
Karib dənizi üzərindən uçuşlara məhdudiyyət aradan qaldırılıb - Sean Duffi AÇIQLADI
Bu gün, 10:36
AQTA bu xəstəlik mənbəyini görmür? - DİQQƏT, təhlükə var..!
Bu gün, 10:08
Biri getdi, qaldı ikisi… – Sabiq nazirdən Maduro haqda açıqlama
Bu gün, 10:02
"Starlink" Venesuelaya bir ay pulsuz rabitə xidmətləri göstərəcək
Bu gün, 09:59
Mikayıl Cabbarov bacarmadı: ƏKSİNƏ... BATIRDI! - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:57
Güney Azərbaycan nədən SUSQUNDUR... - "Bu o demək deyil ki..."
Bu gün, 09:32
Zaur Mikayılov büdcə pullarını DƏDƏ MALI BİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 09:23
Dövlətə məxsus daha bir qurumda CİDDİ GERİLƏMƏ - TƏFƏRRÜAT
Bu gün, 09:14
ABŞ-nin Venesueladakı hərbi əməliyyatı beynəlxalq qaydalara təhdid kimi qiymətləndirilir - "Global Times" qəzeti
Bu gün, 09:08
Məktəblər bağlana bilər: xəstəlik sürətlə artır - “Distant təhsilə keçilməsə…”
Bu gün, 09:06
ABŞ qitəni “təmizləyir” - Növbədə bu ölkələrdir!
Bu gün, 09:00
Pentaqon rəhbəri ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib
Bu gün, 08:58
Masallı elə bil avtopilot rejimindədir: Başçı gözə dəymir... - VİDEOFAKT
Bu gün, 06:45
“Temu” Azərbaycan bazarından “çıxarılır”? - GƏLİŞMƏ
Bu gün, 06:31
Venesuelada Maduroya dəstək mitinqləri başladı
Bu gün, 06:25
Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb - Kyodo xəbər agentliyi
Bu gün, 06:21
Bu gün dünyada hüquq adına onsuz da heç nə qalmayıb - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:06
Maduronun həbsi VƏ..: Azərbaycan üçün yaxşı nəsə görünmür - AKTUAL
Bu gün, 03:01
Tanınmış sənətçi Maduronun həbsinə belə reaksiya verdi - "ABŞ özünü..."
Bu gün, 02:57
"Rusiya işıqlı heç nə vəd etmir..." - Natiq Cəfərli deyir ki...
Bu gün, 02:52
ABŞ mediası Trampa 'xeyir-dua' vermədi - "Qanunsuz və ağılsız addım!.."
Bu gün, 02:42
Rövşən Nəcəf dövlətə belə ZİYAN VURUR - ŞOK TƏFƏRRÜAT
Bu gün, 02:34
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR - İLGİNC
Bu gün, 02:24
Narkotikə görə tutuldu, amma... - şərəfsizliyi ifşa olundu...
Dünən, 18:35
Tramp Venesuelaya problemlərin həlli yollarını təklif edib - Vens
Dünən, 18:30
Maduronun son görüşü ortaya çıxdı - 12 saat əvvəl
Dünən, 17:30
ABŞ-ın Venesuelaya hücumu neçə dəqiqə çəkib? – ŞOK DETALLAR
Dünən, 17:27
Kiyev Maduronun legitimliyini tanımır - Ukrayna XİN başçısı
Dünən, 17:24
ABŞ Maduro və xanımını hansı cinayətdə ittiham edib?
Dünən, 17:22
Lerikdə ARXALI DİREKTOR... - BU NƏDİ BELƏ?
Dünən, 16:21
“Ölümdən qayıtmışam, güllələrin altından sağ çıxmışam” – Hacı Qalib DANIŞDI
Dünən, 16:10
Xamenei ölkədəki etiraz aksiyaları haqda danışıb
Dünən, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru