“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                 

Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Tarix: Bu gün, 09:56 | Çap et
Seçki ayında bələdiyyələr birləşir
Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq.

Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini 5 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidir. Qeyd edək ki, bu ayın 29-da bələdiyyə seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək. O da bildirilib ki, Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı təxminən 5 milyon 960 min nəfərdir.

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür.

“Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir. Seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”, - deyə MSK sədri əlavə edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, bələdiyyələr onların resurslarının bir yerə toplanması məqsədilə birləşdirilir. Millət vəkili vurğuladı ki, kiçik bələdiyyələr uzaq perspektivə planlar qura bilmirlər: “Kiçik bələdiyyələrin böyük planlar qurmaq imkanları məhduddur. Böyük qrantlar, eyni zamanda bank kreditləri əldə etməyə çıxışları olmur. Hər hansı bölgənin çox sayda kiçik bələdiyyələrinin olması həmin bölgənin imkanlarına görə birgə hərəkət fəaliyyətini də məhdudlaşdırır. Buna görə də bələdiyyələrin birləşdirilməsi, əhali sayının daha çox olduğu birləşmiş bələdiyyələrin yaradılması barədə qərar qəbul edildi. Bu qərar bələdiyyələrin imkanlarını bir yerə toplamağa imkan verəcək. “Bələdiyyələr haqqında” Qanuna görə, bələdiyyələr orta məktəblər, uşaq bağçaları yarada bilərlər, istehsal müəssisələri təsis etmək və onları idarə etmək hüququna malikdirlər. Eyni zamanda qanunun icazə verdiyi biznes fəaliyyəti ilə də məşğul olmaq imkanları var. Bələdiyyələr həmçinin parklar, uşaq əyləncə mərkəzləri qura, böyük qrantlar və bank kreditləri əldə edərək perspektivli işlər görə bilərlər. Kiçik bələdiyyələrin birləşdirilməsi həmin bələdiyyələrin əhatə etdiyi ərazidə yaşayan əhalinin də maraqlarındadır. Görünən odur ki, bələdiyyələrin birləşdirilməsi ilə bağlı müzakirələrdə narazılıq yoxdur. Cəmiyyət resursların bir yerə toplanması ilə daha böyük işlərin görülə biləcəyinin fərqindədir. Builki bələdiyyə seçkiləri daha iri bələdiyyələrin formalaşmasına səbəb olur. Hesab edirəm ki, yeni bələdiyyələr artıq birləşmiş halda aid olduqları region üçün daha səmərəli və faydalı işlər görə biləcəklər".

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli xatırlatdı ki, Azərbaycanda bələdiyyələrin birləşdirilməsi artıq 3-cü dəfədir həyata keçirilir. “Yeni Müsavat”a açıqlamasında N.Cəfərli qeyd etdi ki, bu istiqaməti doğru hesab edir: “Bələdiyyələrin birləşdirilməsi ilə böyük bələdiyyələrin kifayət qədər ciddi imkanları və fürsətləri yaranır. Bələdiyyələrin ən böyük problemi səlahiyyətlərinin və məsuliyyətlərinin az olması ilə yanaşı, maliyyə mənbələrinin olmamasıdır. Son gedişat ondan xəbər verir ki, böyük bələdiyyələrin yaradılması yolu ilə bələdiyyələrin maliyyə dayanıqlığını artırmağa çalışırlar. Digər istiqamət isə bələdiyyələrə mütləq əlavə səlahiyyətlərin verilməsi olmalıdır. Qanunvericilikdə boşluqlar olsa da, əlavə səlahiyyətlərlə bələdiyyələr yerli özünüidarəetmə institutlarına çevrilməlidirlər. Bələdiyyələrin kommunal xidmətlər də daxil olmaqla, abadlıq-quruculuq işlərinə qədər səlahiyyətləri olmalıdır. Əlavə olaraq, maliyyə mənbələri də yaranacaqsa, bu daha effektiv fəaliyyət göstərməyə imkan yaradacaq. Hazırda bələdiyyələrin icra hakimiyyətlərinin qurumu kimi fəaliyyət göstərir ki, bu da doğru deyil”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru