Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Tarix: 16-01-2025, 09:26 | Çap et
 Ötən həftə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi və "qocalar evi"nə - baş nazirin müavini postuna göndərildi. 19 il maliyyə naziri işləmiş Samir Şərifov "köhnə qvardiya"nın vəzifədə qalan adda-budda üzvlərindən biri idi. Sabiq maliyyə naziri bir neçə məsələ ilə yadda qalmışdı. Onlardan ən qalmaqallısı Samir Şərifovun üç ölkənin" agenti" olması haqda iddialar idi. ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın o vaxtkı maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunmuşdu. Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia etmişdi. Son illərdə isə Samir Şərifov kölgəyə çəkilmişdi və onun barəsində xüsusi məlumatlar yayılmırdı. Ümumiyyətlə, sabiq nazir gündəmə gəlmirdi. Sadəcə, vaxtaşırı proqnozlar səslənirdi ki, supernazirlik yaradıla, qurumlar bir-birinə birləşdirilə bilər. Bu xüsusda son günlər yenidən informasiyalar tirajlanır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev maliyyə naziri vəzifəsinə gətiriləcək, quruma vergi və gömrük xidmətləri tabe etdiriləcək, daha bir supernazirlik yaradılacaq. Hərçənd, bu ssenari reallaşacağı təqdirdə, iqtisadiyyat naziri Mikayıl Cabbarovdan vergi kimi mühüm bir qol qoparılmış olacaq. Lakin istənilən halda, yeni idarəetmə komandasında Mikayıl Cabbarov və Sahil Babayev aparıcı fiqurlar sayılırlar, onlar üzərindən sosial-iqtisadi siyasət yürüdülür. Bizim üçün bu prosesdə maraqlı detal isə Samir Şərifovun vəzifədən azad edilməsi ilə keçmiş klanla demək olar ki, vidalaşma reallığıdır. Bundan sonra qalır fövqəladə hallar naziri Kəmaləddin Heydərov... Anaxeber.info yazır ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi kadr dəyişiklikləri "köhnə qvardiya"nın yola salınması ilə nəticələndi. PA rəhbəri Ramiz Mehdiyevdən ta sabiq nəqliyyat naziri Ziya Məmmədova qədər hamını əhatə edən bu yolasalmalar, ən son Samir Şərifovun nazir işindən azad edilməsi irəlidə "fövqəlnazir"in də postu ilə vidalaşacağı ehtimallarını gücləndirir. Buna qədər K. Heydərovun maliyyə bazarları silkələnib, biznes strukturları əlindən alınıb, dayaqları xeyli dərəcədə sarsılıb. Əvvəlki qüdrəti olmayan K. Heydərovun bir müddət sonra vəzifəsindən azad olunması, hətta FHN-nin bir quruma tabe etdirilməsi gözlənilir. Bununla da "pazl" tamamlanmış olacaq. Yəni "köhnə qvardiya" demək olar ki, tarixin arxivinə qovuşdu. K. Heydərov Mehdiyev klanından qalan sonuncu "miras"lardan biridir. Hakimiyyətin yeni siyasi elitası isə artıq bu komanda ilə bir yerdə idarəetmədə iştirak etmək istəmir. Bunun yaxşı, ya pis olduğunu siyasi rəhbərlik müəyyənləşdirir, analitiklər isə müşahidə edirlər ki, yeni siyasi komandada köhnələrə yer yoxdur. Odur ki, Heydərovun da "fövqəlnazir" erasına son qoyulacağı o qədər uzaqda görünmür. Əlbəttə, hələ də idarəçilikdə köhnənin elementləri və qalıqları mövcuddur. Eyni zamanda, vəzifəsindən alınmalı kadrlar yenə də qalıb. Amma əsas iri başlar, böyük gövdələr götürülüb. Həmçinin, parlamentdə bir daha "təmizləmə"lər olacağı istisna edilmir. Özünü hakimiyyətin siyasi-ideoloji dayağı hesab etmək, "dövlət də, qanun da mənəm" prinsipi həmin məmurların fəaliyyətinin əsasını təşkil edib. Onlar müraciət edən hər bir sadə vətəndaşla da belə davranıblar. Ona görə də bu gün qanun hamı üçün bərabərdir anlayışına siyasi kollaps kimi baxırlar. Ancaq Azərbaycanın dövlət aparatında fundamental dəyişikliklər onları keçmişə qovuşdurur. Lakin o demək deyil ki, yeni gələnlərin "ətəyində namaz qılmaq" olar. Yeni komandanın da əhalini narazı salan xeyli addımları var. Bu haqda daha sonra...
/Anaxeber.İnfo

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Bu gün, 11:08 |
|
|
|
| • Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Bu gün, 11:06 |
|
|
|
| • Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bu gün, 11:02 |
|
|
|
| • Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Bu gün, 11:00 |
|
|
|
| • Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Bu gün, 10:52 |
|
|
|
| • "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Bu gün, 10:43 |
|
|
|
| • Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Bu gün, 10:39 |
|
|
|
| • “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:37 |
|
|
|
| • AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Bu gün, 10:35 |
|
|
|
| • “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Bu gün, 10:34 |
|
|
|
| • Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Bu gün, 10:32 |
|
|
|
| • Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Bu gün, 10:30 |
|
|
|
| • İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Bu gün, 10:28 |
|
|
|
| • Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
| • Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq - Sizin belə bir haqqınız yoxdur, işinizlə məşğul olun
Bu gün, 10:14 |
|
|
|
| • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTO
Bu gün, 09:56 |
|
|
|
| • Bakıya qarşı yeni ittifaq mesajı? - NƏ BAŞ VERİR?
Bu gün, 09:36 |
|
|
|
| • Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - DETALLAR
Bu gün, 09:34 |
|
|
|
| • Bakıya qarşı Cekson-Venik düzəlişi - ABŞ-la ticarətdə daha bir əngəl
Bu gün, 08:48 |
|
|
|
| • Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Bu gün, 08:46 |
|
|
|
| • Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü... - BU NƏDİ BELƏ?
Bu gün, 08:38 |
|
|
|
| • Bakı təhsil idarəsindən NAZİRLİYİN XƏBƏRİ VARMI? - İTTİHAM VAR...
Bu gün, 08:35 |
|
|
|
| • Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?
Bu gün, 08:28 |
|
|
|
| • BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... - AAK sədrinin qızı fəlsəfə doktoru elmi dərəcəsi alır
Bu gün, 08:19 |
|
|
|
| • Putin qərar verə bilmir, Paşinyan məsuliyyəti üzərinə götürmür - Görünəni odur ki...
Bu gün, 08:10 |
|
|
|
| • ŞƏT parıltısı altında boşluq - Bu qurum Azərbaycana nə verir?
Bu gün, 08:08 |
|
|
|
| • Si Cinpin Pezeşkiyanı niyə gözardı (iqnor) etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:04 |
|
|
|
| • “İxtisar” adı ilə işdən azad edildi və... - bu gün yaşamaq uğrunda mübarizə aparır...
Bu gün, 07:58 |
|
|
|
| • Tədris mərkəzində Almaniyaya İŞÇİ YOLLAMA adı altında FIRILDAQ - VİDEO
Bu gün, 07:53 |
|
|
|
| • Bu, Azərbaycan və Ermənistan şirkətləri arasındakı ilk kommersiya sövdələşməsi deyil... - NƏ BAŞ VERİR?
Bu gün, 07:46 |
|
|
|
| • Azərbaycanda bu məşhur ifadəni deyənə 15 il həbs verilir? – İLGİNC
Bu gün, 07:43 |
|
|
|
| • «Bakı-2040» Baş Planı ümumiyyətlə nəyə və kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37 |
|
|
|
| • Anti-İnhisar Agentliyinə də tərcüməçi lazım imiş... - ÇÜNKİ...
Bu gün, 07:26 |
|
|
|
| • Əgər Simonyan Azərbaycana gələrsə... - GƏLİŞMƏ
Bu gün, 07:19 |
|
|
|
| • Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 07:12 |
|
|
|
| • KAPİTAL BANK... ən etibarsız ünvana çevrilib - GİLEY
Bu gün, 07:07 |
|
|
|
| • Qanunsuz evlər niyə sənədləşdirilmir..? - AKTUAL
Bu gün, 06:59 |
|
|
|
| • Fars-molla rejimi daha da sərtləşir... - KİV
Bu gün, 06:56 |
|
|
|
| • Neft hasilatı azalır, məmur kefindən qalmır - AXI NİYƏ?..
Bu gün, 06:52 |
|
|
|
| • Qarabağ Qazisinə qalxan KAFİR ƏLLƏR... - AKTUAL
Bu gün, 06:40 |
|
|
|
| • Cənnətdə MƏMƏ DAVASI... - REPLİKA
Bu gün, 06:33 |
|
|
|
| • Uşaqların QUANTANAMOSU: "Kayu" Bağçası - NARAZILIQ VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Rus bazası Ermənistandan gedəcək, amma... - Abramyan
Dünən, 17:52 |
|
|
|
| • İki ay əvvəl işdən çıxarılmışdı – Yeni yüksək vəzifəyə gətirildi
Dünən, 17:50 |
|
|
|
| • Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu - Şarmazanov SƏRSƏMLƏYİR
Dünən, 17:30 |
|
|
|
| • 100 dollarlıq neft dolların taleyini həll edəcək: -1,5 manata qədər ucuzlaşma?
Dünən, 17:28 |
|
|
|
| • Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal - DİQQƏT
Dünən, 17:26 |
|
|
|
| • ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb - FOTO
Dünən, 17:23 |
|
|
|
| • “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Dünən, 17:18 |
|
|
|
|