“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Tarix: 16-01-2025, 12:50 | Çap et
 “Ukrayna ilə ABŞ arasında 2021-ci ildə Strateji Tərəfdaşlıq Xartiyası adlı müqavilə imzalandı. Nizamnamənin 2-ci bölməsi “Təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə” adlanır. Ukrayna bundan nə əldə etdi? Ölkə yüz minlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbass və digər mühüm əraziləri itirdi”. Bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib. O bildirib ki, ABŞ-nin Bayden administrasiyası Zelenski ilə birlikdə Ukraynanı böyük bir poliqona çevirdi: “Bu gün Ukraynanın dinc gələcəyi sual altındadır.
Əslində, Nikol rejiminin qərbyönlü “rəqsi” Ermənistanın xarici siyasi vektorunun dəyişməsinə səbəb oldu. Təhdidlər azalmayacaq, artacaq. Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəri gəlməyəcək”. E.Şarmazanov qeyd edib ki, müqavilə mümkün ABŞ-İran münaqişəsi halında Ermənistan üçün ciddi problemlər yaradacaq: “Belə qarışıq geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə olaraq axmaqlıqdır. Mümkün təcavüz halında Ermənistanı kim qoruyacaq? Qərb? 100 il əvvəl Qərbin gözəl vədlərinə ümid bağladıq və nəticədə İrəvanın qapısında türkləri qarşıladıq. O zaman Ermənistan türk hərbi varlığından yalnız sovetləşmə sayəsində xilas oldu. İndi Ermənistanı kim xilas edəcək?”. Keçmiş vitse-spiker bənzər sazişin Gürcüstanla da imzalandığını, lakin Tbilisinin işğal altında olan Cənubi Osetiya və Abxaziyanı qaytara bilmədiyini xatırladıb. Qeyd edək ki, ötən gün Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
ReAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Azərbaycan-Türkiyə arasında hərbi-strateji anlaşma - Şuşa Bəyannəməsi ölkəmiz üçün güclü, dayanıqlı, ən vacibi, işlək bir təhlükəsizlik çətiridir. Partiya rəhbərinin sözlərinə görə, Ermənistan rəsmi şəxsləri və ictimai fikir liderləri bu müqavilə ilə bağlı hay-küy salmışdılar ki, Şuşada imzalanan sənəd məhz Ermənistana qarşıdır:
"Mən bir neçə dəfə elə Ermənistanda yayımlanan TV kanallara müsahibələrimdə onlara başa salmağa çalışdım ki, özünüz haqqında çox yüksək fikirdəsiniz, bu müqavilə kiçik Ermənistana qarşı deyil. Şuşa Bəyannaməsi Azərbaycana daim Şimaldan və Cənubdan gələn təhdidləri yox etmək, Rusiya və İranı çəkindirmək üçün imzalanıb. Azərbaycan-Türkiyə strateji ittifaqı Cənubi Qafqazın əsas güc və təhlükəsizlik mənbəyidir. Ermənistanın ABŞ ilə imzaladığı əməkdaşlıq müqaviləsi ilə bağlı bir neçə vacib məqamı vurğulamaq lazımdır. Gedər ayaq Bayden administrasiyası ilə imzalanan bu sənədin işlək olması sual altındadır. Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməmiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb. Qoy, Rusiya və İran narahat olub Ermənistanla münasibətlərini aydınlaşdırsınlar. Bizim mövqeyimiz belə olmalıdır ki, onsuz da Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür. Biz Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına çalışırıq. Ermənistanda Rusiya hərbi bazaları var. Ölkənin Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi İrəvanın ABŞ ilə müqaviləsi Rusiyanı əsəbiləşdirib Ermənistana qarşı hansısa hərəkətə keçirəcəksə, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq".
N.Cəfərli diqqətə çatdırıb ki, Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir:
"Əsasən də, Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir. Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmürmü? Görür, sadəcə, sərf edir, özü də hamıya sərf edir. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq. Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə - Türkiyə zəmanət verə bilər. Geci-tezi, məhz bu konsepsiya qalib gələcək. Azərbaycan isə Tramp administrasiyası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik. Məncə, doğru qərar olacaq. Bir neçə dəfə publik çıxışlarımda demişdim, indi də bu fikirdə qalıram. Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Trampın, “mən dünyaya sülh gətirəcəm”, mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın, məhz Azərbaycan və Türkiyənin addımlarına görə sıxışdırılması daha da sürətlənəcək. Ona görə də Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq. Bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək “qapazları” gözləməliyik".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü - FOTO
Bu gün, 10:49 |
|
|
|
| • Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... -Rauf Əliyev ölkədə ev tikən yox, ev yıxan kimi tanınır
Bu gün, 10:45 |
|
|
|
| • Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?
Bu gün, 10:41 |
|
|
|
| • NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39 |
|
|
|
| • “Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... - anam da deyir ki...”
Bu gün, 10:33 |
|
|
|
| • "Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..."
Bu gün, 10:32 |
|
|
|
| • Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər - Mirzoyan
Bu gün, 10:23 |
|
|
|
| • “Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” - parodist-aktyor Ramil Abdullayevdən ETİRAF
Bu gün, 10:20 |
|
|
|
| • Məmur arvadını və ustanı öldürən ömürlük məhkum yenidən məhkəmə qarşısında
Bu gün, 10:18 |
|
|
|
| • Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:15 |
|
|
|
| • Laçında xuliqanlıq edən iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:09 |
|
|
|
| • Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender - DETALLAR
Bu gün, 10:07 |
|
|
|
| • Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? - AÇIQLAMA
Bu gün, 10:06 |
|
|
|
| • Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... - İNCƏLƏMƏ
Bu gün, 10:00 |
|
|
|
| • Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq - ŞİRKƏT, QALİB
Bu gün, 09:56 |
|
|
|
| • Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 09:53 |
|
|
|
| • Tibb bacısının əri həkimi döydü – GƏNCƏDƏ HADİSƏ
Bu gün, 09:52 |
|
|
|
| • Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi - "Canımın hayındayam..."
Bu gün, 09:48 |
|
|
|
| • Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 09:44 |
|
|
|
| • Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
| • Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - MƏQALƏ
Bu gün, 09:33 |
|
|
|
| • Gəncədə Prezident sərəncamı niyə icra olunmur? - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
| • Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Bu gün, 08:50 |
|
|
|
| • Həmkarsız qalan SOCAR işçiləri... - Amma qanun deyir ki...
Bu gün, 07:42 |
|
|
|
| • Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... - AXI NİYƏ?..
Bu gün, 07:35 |
|
|
|
| • Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24 |
|
|
|
| • Virtual təhlükəsizlik məsələsi... - HƏLƏ DƏ...
Bu gün, 07:21 |
|
|
|
| • "Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı - 5 aydır vətəndaş qapılarda qalıb
Bu gün, 07:18 |
|
|
|
| • Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı - NƏ ETMƏLİ?
Bu gün, 07:09 |
|
|
|
| • ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
Bu gün, 07:07 |
|
|
|
| • Qalmaqallı kolleclə bağlı daha bir iddia - BU NƏDİ BELƏ?
Bu gün, 07:02 |
|
|
|
| • Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57 |
|
|
|
| • İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44 |
|
|
|
| • Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib - Görünəni odur ki...
Bu gün, 06:40 |
|
|
|
| • Rəqsanənin borclu olduğu şəxs danışdı - "Onu biz buraxdırdıq"
Bu gün, 06:34 |
|
|
|
| • 2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?
Bu gün, 06:32 |
|
|
|
| • ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır - GƏLİŞMƏ
Bu gün, 06:28 |
|
|
|
| • "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15 |
|
|
|
| • Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07 |
|
|
|
| • Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05 |
|
|
|
| • TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56 |
|
|
|
| • Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54 |
|
|
|
| • Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14 |
|
|
|
| • Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06 |
|
|
|
| • "Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48 |
|
|
|
| • Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Dünən, 16:42 |
|
|
|
| • Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Dünən, 16:34 |
|
|
|
| • Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Dünən, 16:30 |
|
|
|
|