Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                 

İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Tarix: Bu gün, 07:10 | Çap et
İrəvan əslində Bakının gedişlərini təkrarlayır...
“Ermənistan Ulu Öndərin balanslı siyasət irsini öz xarici siyasətinə proyeksiya edir... Azərbaycan 1994-cü ildən bəri davamlı olaraq balanslı xarici siyasət xəttini izləyir. Bu, Ulu Öndərin siyasi irsinin davamı olub bizi II Qarabağ müharibəsində qələbəyə gətirdi. Bu irsin davamı Azərbaycanın regional güc olaraq mövqeyini qoruması baxımından əhəmiyyət daşıyır. Azərbaycan dünyada baş verən qlobal geosiyasi çalxantılarının başlanğıcında öncə Türkiyə ilə müttəfiqlik haqqında (15 iyun 2021) və Rusiya ilə müttəfiqlik haqqında (22 fevral 2022), Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında (18 iyul 2022), daha sonra Rusiya və İranla birgə Şimal-Cənub dəhlizinin inkişafına dair (9 sentyabr 2022) və ən son Çinlə strateji tərəfdaşlıq haqqında (3 iyul 2024) mühüm sazişlər imzaladı. Göründüyü kimi, bu strategiya halqasında bir ABŞ çatışmır. Bu isə, ABŞ-ın Vətən müharibəsindən sonra ölkəmizə qarşı siyasətində sərt dəyişiklikləri ilə əlaqədardır”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, xüsusilə 2024-cü ilin 1 yanvarından etibarən 907-ci düzəlişin 2 illik müddətə bərpa olunması münasibətlərdə geriləmənin ən vacib göstəricisi olaraq dəyərələndirilə bilər: “Tramp administrasiyasının yeni dövründə Azərbaycan-ABŞ münasibətlərinin bərpası üçün addımlar atıla bilər. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev milli televiziyalara ən son (7 yanvar 2025) müsahibəsində qeyd etdi ki, Azərbaycan ABŞ ilə də strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır. Bu, Azərbaycanın balanslı siyasətinin ruhuna tam uyğun bir addım olar”.

“Bu gün, biz Ermənistanın Ulu Öndərin irsini öz xarici siyasətinə proyeksiya etdiyinin şahidi olmaqdayıq. Rusiyanın müttəfiqi, onun iqtisadi təsir arealında yer alan (Avrasiya İqtisadi Birliyi (AİB) üzvü), ölkə ərazisində Rusiyanın hərbi bazalarına yer verən (o cümlədən de-fakto KTMT üzvü) olan bir ölkə artıq balanslı siyasətə keçid edir. Bunun ən əhəmiyyətli göstəricisi isə 14 yanvar 2025-ci il tarixində Ermənistanın ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq haqqında sazişdir. Erməni ekspertlər bu sazişin Ermənistanın regional mövqeyini zədələməməsi üçün iddia edirlər ki, bununla ABŞ-ın Cənubi Qafqazda hərbi iştirakı (hərbi baza yaratması), yaxud silah satışı və hərbi əməkdaşlıq nəzərdə tutulmayıb. Həqiqətən, Azərbaycanın da Türkiyə və Rusiya ilə müttəfiqliyi, yaxud Çinlə strateji tərəfdaşlığı da hərbi baza yaradılmasını nəzərdə tutmur. Lakin bununla yanaşı, ABŞ-ın artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunda varlığını və hərbi-siyasi iştirakını artırmaqda olduğu, bunun üçün Ermənistanın hazırda mühüm strateji nöqtə olaraq dəyərləndirildiyi deyilə bilər. Belə ki, 14 yanvar sazişinə öncüllük edən razılaşma olaraq dəyərləndirə biləcəyimiz 5 aprel 2024-cü il tarixli Brüssel razılaşmasından sonra biz ABŞ-ın Ermənistanla hərbi əməkdaşlığının dərinləşdiyini, birgə hərbi təlimlər, Avropa Müşahidə Missiyasına Kanadının qoşulmasıyla onun gizli NATO missiyasına dönüşməsi, Aİ-nin Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımları, Fransdan açıq, ABŞ-dan gizli hərbi yardımlar və s. eyni xəttin 14 yanvar sazişi ilə daha da genişləndiriləcəyini ehtimal etməyə əsas verir. Bu ehtimalın doğrulub doğrulmayacağını, yaxud sazişin tam şəkildə reallaşdırılıb-reallaşdırılmayacağını Trampın ikinci prezidentlik dövrü göstərəcək”-deyə Şəhla Cəlilzadə qeyd edib.

Politoloq bildirib ki, bunun Ukrayna 2014, Gürcüstan 2008, yaxud Suriya ssenarisinə çevrilməməsi üçün Ermənistan hazırda balans yaratmağa çalışır: “Bu fonda Ermənistan-İran yüksək rəsmilərinin görüşlərinin keçirildiyini və münasibətlərin əhəmiyyətinin hər iki tərəfdən vurğulandığını, iki ölkə arasında sərhəddin “dostluq və barış sərhəddi” olaraq adlandırılmasını, Ermənistanın İranla gizli hərbi sazişinə dair iddiaların olduğunu, hətta İranın Ermənistanın suverenliyini qorumaq adıyla Zəngəzura qoşun yeritmək istəyini açıq şəkildə bəyan etdiyini görürük. Bütün bunlar Ermənistan-ABŞ strateji tərəfdaşlıq sazişi fonunda İranla “dostluğu” qorumağa hesablanmış addımlardır. Rusiyanın münasibəti isə daha fərqlidir. Çünki, Rusiya Ukrayna və Gürcüstandakı hadisələrə bənzər şəkildə öz “arxa bağçası” adlandırdığı ərazini itirmək təhlükəsi ilə üzləşib. Gürcüstan hökümətinin mövqeyinə baxmayaraq ordakı proseslər hələ də aktiv fazada qalmaqda davam edir”.

Şəhla Cəlilzadə hesab edir ki, Ermənistan bunun baş vermədiyini Rusiyaya iqtisadi dividientlər qazandırmaqla sübut etməyə çalışır: “Ermənistanın Aİ üzvlüyünə dair ritorikası Avrasiya İqtisadi Birliyindən rəsmi olaraq çıxmadığı müddətçə sadəcə siyasi manevr olaraq dəyərləndirilməlidir. Bu üzvlük Gürcüstan və Türkiyənin Aİ üzvü olmadan və Rusiyanın ciddi şəkildə bölgədən uzaqlaşdırılması baş vermədən reallaşa bilməz”.

“Bütün bunlar nəzərə alınaraq ehtimal oluna bilər ki, 2025-ci il Azərbaycan üçün mühüm balanslaşdırıcı addımlarla yadda qalacaq. Bu fonda Qərblə, o cümlədən ABŞ-la münasibətlərin bərpası və inkişafı, yeni əməkdaşlıq sferalarının yaradılması üçün mühüm addımların atılması məqsədəuyğun hesab olunur”-deyə Şəhla Cəlilzadə əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru