Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi .....                     Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı .....                     Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı .....                     “Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...” .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi .....                     Paşinyan təkbaşına hökumət qura biləcək? .....                     Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək .....                     Tokayev və Kobaxidze Paşinyanı təbrik edib .....                     Ermənistanda səslərin hamısı hesablandı, Paşinyanın partiyası qalib gəldi .....                     Süni intellekt Yer kürəsində ən böyük resurs istehlakçılarından birinə çevrilir .....                     Ermənistan Rusiyasız mövcud ola bilməz .....                     “5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” .....                     İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: .....                     Ermənistanda seçkilər: .....                     "Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... .....                     Bakıdan Bakıya... BU QƏDƏRMİ ÇƏTİNDİR? .....                     Boylarından yuxarı niyə tullasınlar ki... .....                     İsrail İranda neft-kimya şirkətinə zərbə endirib .....                     İsrail ordusu İranda hərbi hədəflərə zərbələr endirib .....                     Ermənilər bu işi yaxşı bacarır... .....                     Dünyanın ən məşhur rəsm əsərində Azərbaycan ilə bağlı detallar .....                     Biz qardaşımızı yaxşı tanıyırıq... .....                     Mən niyə Paşinyana qələbə arzulamıram... .....                     NÖVBƏTİ İXTİSAR DALĞASI ANONSU: Durun, cənablar... .....                     Mən niyə Paşinyana qələbə arzulayıram... .....                     SAXAL İranın mərkəzi və qərb bölgələrindəki hədəflərə zərbələr endirdiyini açıqlayıb .....                     “Azərbaycan-Ermənistan sülhündə üçüncü tərəfə ehtiyac yoxdur” .....                     İş yerləri niyə bağlanır? .....                     Bu, sırf Rusiyanın təşəbbüsü ilə yaradılmış regional təhlükəsizlik formatı idi .....                     BAKI QATİLİ... indi də bu tarixi binaları hədəfə alıb! .....                     Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ... .....                     Rusiya Ermənistanda seçkilərə müdaxilə edib .....                     Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib .....                     Paşinyan köhnə kursa sadiq qalacağını dedi... .....                     “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə qalib gəlib .....                     Köçəryanın adamları saxlanıldı .....                     İki seçki komissiyasının sədri və bir katibi tutulub .....                     Paşinyan Azərbaycanla sülh prosesindən danışdı .....                     Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox .....                     Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər .....                 

"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Tarix: 23-12-2024, 09:07 | Çap et
"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır"
“Prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində dünyada baş verən proseslərin dəqiq təhlilini verdi. Prezident bir daha qətiyyətlə qeyd etdi ki, Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir, beynəlxalq aləmdə kifəyət qədər böyük siyasi nüfuza, eyni zamanda, iqtisadi və hərbi gücə malikdir. Bu isə milli maraqlarımızı təmin etməyə tam imkan verir. Prezident İlham Əliyev həmişə səmimi, açıq söhbətlər edib, uğurları da, problemləri də ilk növbədə xalqı ilə müzakirə edib. Xalq İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir, ona inanır. Xalq da Ulu öndər Heydər Əliyevin dediyi kimi, özü qədər ona inanır və bu inam bu illər ərzində daha da möhkəmləndi”.

Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

O bildirib ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tam müstəqil aktor kimi qəbul edilir: “Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırmış və o, birmənalı olaraq etibarlı tərəfdaş hesab edilir. Azərbaycan 44 günlük Vətən müharibəsində işğalçı Ermənistana qalib gələrək Zəfər tarixini yazdı və BMT TŞ-nin dörd qətnaməsini özü icra edib dövlətin ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Bu haqq işində Azərbaycan xalqına mənəvi və siyasi dəstək verən isə qardaş Türkiyə dövləti oldu. Təsadüfi deyil ki, bu Zəfərdən sonra Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı”.

“Cənab Prezident müsahibəsində geosiyasi proseslərə münasibət bildirərkən Şuşa Bəyannaməsini xüsusi vurğuladı və qeyd etdi ki, iki qardaş dövlətin bir-birinin ərazisində hərbi baza yaratmalarına ona görə ehtiyac yoxdur ki, bu iki qardaş xalq bundan sonra həmişə bir yerdə olacaq və onların ordusu da hər zaman bir yerdə olacaqdır. O, aydın şəkildə bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Bunu hər bir dövlət nəzərə almalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Türkiyə starteji müttəfiqliyi Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər”, - deputat söyləyib.

B.Əliyevin sözlərinə görə, Cənubi Qafqazda gərginlik yaratmağa, hətta hərbi avantura planlarını gizlətməyən ABŞ və Fransa Azərbaycanın təhlükəsizliyini təhdid edir ki, Azərbaycanı özündən asılı vəziyyətə salsın və öz istəklərini diqtə etsin: “Bunun üçün isə Ermənistan həmişəki kimi bir alət olaraq istifadə edilir və "təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla Azərbaycanın sərhədinin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik". Həm də nəzərə almaq lazımdır ki, Ermənistan tərəfdən sərhədlərimizə NATO-nun sayı bir neçə yüz nəfərə çatan “mülki qiyafədə” hərbi-kəşfiyyat missiyası yerləşdirilib və onlar vəziyyəti gərginləşdirməyə çalışırlar. Ona görə də Azərbaycan hərbi gücünü və müdafiə qabiliyyətini artırır. İstənilən xarici hərbi təhlükəyə sarsıdıcı cavab veriləcəkdir. Təhlükənin miqyasından asılı olaraq, preventiv tədbirlər də həyata keçirilə bilər”.

“Cənab Prezident müsahibəsində bir vacib məsələyə də diqqəti çəkdi. Bildirdi ki, Ermənistan tərəfindən Azərbaycana vurulmuş zərərin təhlilinə və hesablanmasına xarici ekspertlərin iştirakı ilə 4 il vaxt sərf edildi. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Nəzərə alsaq ki, Ermənistanın ÜDM-i cəmi 24 milyard dollardır, onda həm Ermənistan, həm də onu silahlandıran dövlətlər bunun nə demək olduğunu aydın dərk etməli və düzgün nəticə çıxarmalıdırlar. Müsahibədə cənab Prezident dünya ictimaiyyətinin diqqətinə bir məsələni aydın şəkildə çatdırdı. Prezident qeyd etdi ki, Ermənistan öz Konstitusiyasını ona görə dəyişməlidir ki, konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi obyektiv zərurətdir. Eyni zamanda, münaqişə həll edildiyi üçün ATƏT-in Minsk qrupu da ləğv edilməlidir. Şübhəsiz ki, tarixin arxivinə verilmiş ATƏT-in Minsk qrupu çoxdan ləğv edilməli idi. Amma həmin həmsədr ölkələr bunu etmirlər. Niyə? Onlar nə istəyirlər? Reallığı, ədaləti niyə həzm edə bilmirlər?! Əlbəttə, bu, ritorik sualdır”, - deputat əlavə edib.

B.Əliyev vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşması bu istiqamətdə ikitərəfli danışıqlar çərçivəsində həyata keçirilməli və sülh müqaviləsi bağlanmalıdır:

“Ermənistan və onu silahlandıran, dəstəkləyən, məsləhət verən ölkələr nəhayət anlamalıdırlar ki, sülhə, təhlükəsizliyə və davamlı inkişafa nail olmaq üçün qarşılıqlı etimad və hörmət əsasında konstruktiv əməkdaşlıq olmalıdır. Bunun alternativi yoxdur və Ermənistanı müharibəyə sürükləyənlər, əslində, onu fəlakətə aparır, bölgəni isə xaosa sürükləyirlər. Azərbaycan və Türkiyə bölgədə real siyasi, iqtisadi və hərbi güc olaraq buna qətiyyən imkan verməyəcək. Ona görə də Ermənistan və “silahdaşları” olan dövlətlər destruktiv addımlardan, qərarlardan çəkinməli, Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmalı, ədalətli mövqe tutmalı və bərabərhüquqlu qarşılıqlı əməkdaşlığa başlamalıdırlar. Belə olan halda Cənubi Qafqazda sülhü, tərəqqini və sabitliyi təmin etmək olar. Azərbaycanın iqtisadi potensialı imkan verir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın davamlı iqtisadi inkişafı təmin edilsin”.

Deputat təəssüflə qeyd edib ki, Qərbdə və ABŞ-də erməni lobbisinin təsir dairəsində olan bəzi siyasi dairələr və korrupsiya çirkabında “firavan” yaşayan bəzi siyasətçilər və QHT nümayəndələri nəinki Azərbaycanda, həm də dünənə qədər Avropa İttifaqında qəbul etməyə hazırlaşdıqları Gürcüstanda da siyasi sabitliyin pozulmasında maraqlı görünür: “Əgər belə olmasaydı, onda Gürcüstanın siyasi hakimiyyəti ilə əməkdaşlıq etmək əvəzinə ona qarşı siyasi təyziqlər artırılmaz və hansısa qərarların qəbul edilməsi zorla diqtə edilməzdi. İnanırıq ki, istər Avropada, istərsə də ABŞ-də cidi siyasətçilər demokratiyaya, konstruktiv və məhsuldar əməkdaşlığa sadiq olduqlarını bəyan edəcək və konstruktiv əməkdaşlıqda maraqlı olduqlarını əməli fəaliyyətləri ilə nümayiş etdirəcəklər. Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişaf həm də Avropanın marağında olmalıdır”.

“Sonda bir daha vurğulamaq istərdik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq nəinki Azərbaycanın, eləcə də bölgənin inkişafına böyük təkan verəcəkdir”, - deputat B.Əliyev əlavə edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:31
Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:29
Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:27
“Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”
Bu gün, 10:25
Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi
Bu gün, 10:20
Paşinyan təkbaşına hökumət qura biləcək? - ŞƏRTLƏR
Bu gün, 10:15
Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək - GƏLİŞMƏ
Bu gün, 10:11
Tokayev və Kobaxidze Paşinyanı təbrik edib
Bu gün, 10:08
Ermənistanda səslərin hamısı hesablandı, Paşinyanın partiyası qalib gəldi - 49,81% səslə...
Bu gün, 10:04
Süni intellekt Yer kürəsində ən böyük resurs istehlakçılarından birinə çevrilir -Fəlakətin miqyası tükürpədicidir
Bu gün, 09:59
Ermənistan Rusiyasız mövcud ola bilməz - Ayvazyan
Bu gün, 09:56
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO
Bu gün, 09:52
İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: - Bu obyektlər VURULDU
Bu gün, 09:50
Ermənistanda seçkilər: - son məlumatlar
Bu gün, 09:48
"Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... - "Bundan sonra harda iş tapaq?"
Bu gün, 09:45
Bakıdan Bakıya... BU QƏDƏRMİ ÇƏTİNDİR? - "...cavab ala bilmirəm"
Bu gün, 09:34
Boylarından yuxarı niyə tullasınlar ki... - GİLEY
Bu gün, 09:28
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Bu gün, 09:08
İsrail ordusu İranda hərbi hədəflərə zərbələr endirib - KİV
Bu gün, 08:11
Ermənilər bu işi yaxşı bacarır... - ÇƏTİR DƏYİŞMƏYİ...
Bu gün, 08:09
Dünyanın ən məşhur rəsm əsərində Azərbaycan ilə bağlı detallar - FOTO
Bu gün, 08:00
Biz qardaşımızı yaxşı tanıyırıq... - Həm də səngərdən...
Bu gün, 07:46
Mən niyə Paşinyana qələbə arzulamıram... - ÇÜNKİ...
Bu gün, 07:35
NÖVBƏTİ İXTİSAR DALĞASI ANONSU: Durun, cənablar... - NHMT sədri ÇAĞIRIŞ ETDİ
Bu gün, 07:25
Mən niyə Paşinyana qələbə arzulayıram... - Bu düşmənə arzulamaq deyil...
Bu gün, 07:14
SAXAL İranın mərkəzi və qərb bölgələrindəki hədəflərə zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 07:04
“Azərbaycan-Ermənistan sülhündə üçüncü tərəfə ehtiyac yoxdur” - Rusiyaya CAVAB
Bu gün, 06:55
İş yerləri niyə bağlanır? - AKTUAL
Bu gün, 06:50
Bu, sırf Rusiyanın təşəbbüsü ilə yaradılmış regional təhlükəsizlik formatı idi - ONA GÖRƏ DƏ...
Bu gün, 06:48
BAKI QATİLİ... indi də bu tarixi binaları hədəfə alıb! - ETİRAZ VAR!
Bu gün, 06:43
Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 06:34
Rusiya Ermənistanda seçkilərə müdaxilə edib - Makron BELƏ DEYİR...
Bu gün, 06:27
Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib - "Axios"
Bu gün, 06:24
Paşinyan köhnə kursa sadiq qalacağını dedi... - Avropa İttifaqı isə...
Bu gün, 06:22
“Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə qalib gəlib - Paşinyan
Bu gün, 06:18
Köçəryanın adamları saxlanıldı
Dünən, 11:48
İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Dünən, 11:46
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Dünən, 11:15
Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Dünən, 09:46
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Dünən, 09:42
Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Dünən, 09:39
ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Dünən, 08:42
Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Dünən, 08:38
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Dünən, 08:29
Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Dünən, 08:22
Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Dünən, 08:19
MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Dünən, 08:14
Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Dünən, 08:04
Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Dünən, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru