“Müvafiq dövlət qurumları bu iddiaları ciddi araşdırmalı, ölçü götürməlidir” - ÇAĞIRIŞ
Tarix: 5-12-2024, 12:11 | Çap et
 Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb. Forumdan bildirilib ki, Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların formalaşdırılmasında kobud pozuntu hallarını müşahidə edir: "Bəzi hallarda yerlərdə bir sıra qurumlar seçkili təsisat olan İctimai şuralara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır". Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa zidd olduğunu bəyan edib: “Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25 faizi eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var". Azərbaycan Milli QHT Forumu hesab edir ki, İctimai şuraların “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır.
AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, ümumiyyətlə, dövlət qurumları yanında İctimai şuraların funksiyalarının nədən ibarət olması ilə bağlı heç şuraların özünün anlayışı yoxdur. Partiya rəhbəri vurğulayıb ki, İctimai şuraların məqsədi və mahiyyəti ictimaiyyətin maraqlarının həmin dövlət qurumunda təmin olunmasına vasitəçilik etməkdir:
"İctimai şuralar ictimaiyyətin mövqeyini, fikirlərini, hiss və həyəcanlarını, tələb və təkliflərini dövlət qurumu nəzdində müdafiə edən, insanların sözünü deyən, mövqeyini qoruyan qurum olmalıdır. Yəni dövlət qurumu ilə ictimaiyyətin əlaqələrini formalaşdırmalı və ictimaiyyətin yanında yer almalıdır. Amma əsfuslar ki, bunun əksini görürük. Dövlət qurumlarının rəhbərləri adətən dəvətləri özləri göndərirlər və guya seçki ilə müəyyənləşir və sədr seçirlər. İctimai şuralara elə adamları cəlb edirlər ki, fəaliyyət Şuranın mahiyyətindən kənar olsun. Hazırki İctimai şuraların əsas işi hansısa dövlət qurumunu ictimai qınaqdan müdafiə etməkdən ibarətdir. Halbuki İctimai şuraların işi həmin dövlət qurumunda ictimaiyyətin mövqeyini qorumaqdır. O baxımdan biz İctimai şuralara ciddi yanaşmırıq. Çünki effektiv fəaliyyətləri yoxdur və cəmiyyətdə etibarları da yoxdur. Hər halda Milli QHT Forumunun diqqət çəkdiyi məsələlər də önəmlidir. Düzdür, bununla bağlı hansısa məlumata sahib deyiləm. Amma istənilən halda müvafiq dövlət qurumları bu iddiaları ciddi araşdırmalı, ölçü götürməlidir. Belə məsələlərdə diqqətli olmaq lazımdır".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
|