"Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                     Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib .....                     Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                     Dostları Aysuna .....                     Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? .....                     İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır .....                     Hansı partiya neçə mandat qazandı? .....                     231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI .....                     ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” .....                     Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” .....                     ADNSU-dan "AZI" məsələsinə reaksiya: .....                     Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək .....                     Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... .....                     "Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." .....                     Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: .....                 

“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Tarix: 19-11-2024, 10:34 | Çap et
“Freedom House”dən görünməmiş həyasızlıq
COP29 başlayandan Azərbaycan əleyhinə qarayaxma, şər-böhtan kampaniyası ikiqat güclənib. Təbii ki, söhbət xüsusən də Qərbdəki erməni lobbisinə, antitürk, anti-Azərbaycan çevrələrinə bağlı qüvvələrdən, bir də 5 qəpiyə görə öz vətənini, xalqını satmış milli satqınlardan gedir.

Onlardan biri də özünün saxta “hesabatları” ilə Azərbaycana vaxtaşırı hücum edən, ünvanımıza ağlasığmaz böhtanlar və hədyanlar səsləndirən, erməni ağzı ilə danışan “Freedom House” (FH) yalançı “insan haqları” təşkilatıdır. Bu həmin FH-dır ki, 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanı “artsaxı işğal etmək”də və Ermənistan ərazisinə girməkdə ittiham etmişdi.

Erməni lobbisinin əlində çoxdan oyuncağa və alətə çevrilən “Freedom House” o vaxtdan ölkəmizə qarşı şər kampaniyasını davam etdirir. Hətta getdikcə daha heyrətamiz ittihamlar və absurd tələblər irəli sürməkdədir. Belə ki, təzəlikcə qurum Azərbaycanı yenə “Dağlıq Qarabağ ermənilərinə qarşı qəsdən etnik təmizləmə kampaniyası aparmaq”da ittiham edib və “demokratik ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə” çağırıb. Hesabatda həmçinin deyilir ki, “Azərbaycanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməlidir”.

Sırtıqlığın bu qədəri yəni. Ancaq bu da hələ hamısı deyil. “Freedom House” beynəlxalq ictimaiyyəti Azərbaycanın “artsax sakinlərinin təhlükəsizlik zəmanəti altında Dağlıq Qarabağa qayıtması üçün şərait yaratmasını təmin etməyə” çağırıb. Ardınca yenə həyasızcasına bəyan edilir: “Dağlıq Qarabağda erməni əhalisinin hüquqlarının pozulması hətta onların məcburi köçkündən sonra da davam edir və onların əmlakının dağıdılması, eləcə də erməni tarix və mədəniyyət abidələrinin dağıdılması şəklində özünü göstərir. Ölkələrin səyləri həmçinin YUNESKO və digər təşkilatların müstəqil monitorinq missiyaları həyata keçirmək üçün "artsax"a girişinin təmin edilməsinə yönəldilməlidir".

İşə bax, “soyqırımı”, “etnik təmizləmə”, “tarixi-mədəni irs” anlayışları, YUNESKO erməni işğalı bitəndən və terrorçu xunta rejimi ləğv ediləndən, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra yadlarına düşüb...

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, “Freedom House” Azərbaycana qarşı münasibətdə “Human Rights Watch”, “Amnesty International” təşkilatlarından da qərəzli mövqedədir. Hüquqçunun sözlərinə görə, təşkilat ABŞ Dövlət Departamentindən subsidiya alır və onun tapşırıqları əsasında fəaliyyət göstərir: “Bu təşkilat bir növ departamentin strukturudur, formal olaraq QHT kimi göstərilir. Departament birbaşa, heç bir müsabiqə keçirmədən təşkilata pul ayırır. Departamentin sifarişi ilə işləyən GONGO (Government-Organized Non-Governmental Organization) təşkilatıdır.

“Freedom House” Azərbaycanla bağlı saxta reytinqlər təşkil edir və dünyanın ən axrıncı, interneti olmayan, rəsmi bir dövlət qəzeti və televiziyası olan dövlətlərlə yanaşı qoyur. Ən pisi də odur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərir. Onlar “Dağlıq Qarabağı” xəritədə ayrıca bir subyekt kimi göstərirlər. Belə təşkilatın yazdıqlarına heç fikir vermək də lazım deyil. ABŞ-ın tapşırığını yerinə yetirən bir qurumdan nə gözləmək olar. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən istənilən qurum, təşkilat ciddiyə alınmamalıdır. Bəllidir ki, qərəzlidirlər.

Sonuncu dəfə Varşavada ATƏT-in tədbirində təşkilatın rəhbəri David Kamerlə mübahisə etdim. Təəssüf ki, o mənim izahatıma heç fikir də vermədi. Dediyim ki, departamentin bir şöbəsidir. Heç vaxt ABŞ-ı tənqid edə bilməz. Onun müttəfiqləri barədə artıq bir söz yazmır. Belə bədnam təşkilatın hesabatı əlbəttə ki, saxta məlumatları əks etdirəcək".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, bu cür təşkilatlar Qərbin Azərbaycana qarşı qısqanc münasibətinin üzdə görünən tərəfidir: “30 il bundan əvvəl nəinki Qarabağda, hətta Ermənistanda bir azərbaycanlı qoymadılar. Azərbaycanlılar bir əsrdə neçə dəfə deportasiya olundular. "Freedom House" niyə bu məsələləri dilə gətirmir. Söhbət belə faktlardan düşəndə təşkilat gözlərini yumur. 30 il bu təşkilata ermənilərin əməllərindən yazdıq, amma qulağını tutdu, gözlərini bağladı. Qərbin Milli Demokratiya İnstitutu var idi. Onların nümayəndələri ilə birgə biz rayonlara gedirdik, qaçqın-köçkünlərlə görüşürdük. Onlar insanlarımızın vəziyyətini görürdülər. Bəs insan haqları məsələlərində niyə Azərbaycana qarşı cıxırlar?!

Bu ancaq Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə qısqanc yanaşmanın nəticəsidir. Dünyada nə qədər konflikt var. Azərbaycan yeganə dövlətdir ki, konfliktli müharibəni uddu. Prezidentin açıq şəkildə çıxışları, cəsarətlə bizə qarşı edilən qərəzli münasibəti ifşa etməsi onlarda qısqanclıq, qıcıq yaradır. COP 29 öncəsi Qərbin etmədiyi hərəkət qalmadı. Qərəzlərindən etmədikləri əməl qalmadı.

Azərbaycanın əlində əsaslar, konkret faktlar var. Bütün platformalarda bu haqda deyilməli və yazılmalıdır. Azərbaycan diasporu və lobbisi fəaliyyətə keçməlidirlər. Qoy dünya gözünü açıb ermənilərin vəhşiliyini də görsün. Əks halda, erməni diasporu bu cür təşkilatları maliyyələşdirib əleyhimizə iş görəcəklər".

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zamiqi olduğu kimi qəbul edin"
Bu gün, 16:41
Qan ver, həyat xilas et!
Bu gün, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Bu gün, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Bu gün, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Bu gün, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Bu gün, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Bu gün, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bu gün, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Bu gün, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Bu gün, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Bu gün, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Bu gün, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Bu gün, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Bu gün, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Bu gün, 11:59
Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... - İLGİNC İDDİA
Bu gün, 11:58
"Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 11:51
Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: - 50 min manatlıq cərimə GƏLİR
Bu gün, 11:43
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin apellyasiya şikayətinə baxılacaq
Bu gün, 11:41
Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya - “Hraparak”
Bu gün, 11:24
Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib
Bu gün, 11:21
Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama
Bu gün, 11:20
"Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT
Bu gün, 11:19
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 11:13
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir - Paşinyan
Bu gün, 10:58
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
Bu gün, 10:55
Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... - ÇÜNKİ...
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru