“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                     Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib .....                     Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri .....                     Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... .....                     Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib .....                     Qroznı üzərindəykən zərbə səsi eşidildi .....                     İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? .....                     Azərbaycanda 70 yaşlı "professor" həbs edildi .....                     İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir .....                     Rasim Musabəyovdan Peskova CAVAB: .....                     MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? .....                     “Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... .....                     Distant iş Trampın və Maskın planlarına ciddi maneədir .....                     Talıbovsuz Naxçıvanın ikinci ili .....                     Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır .....                     Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? .....                     Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... .....                     Ərazilərin ələ keçirilməsi qələbə deyil: .....                 

Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 8-11-2024, 09:22 | Çap et
Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı
Noyabrın 11-25-də Bakıda keçiriləcək COP29 anti-Azərbaycan qüvvələrə fürsət verib. Bu dəfə daha bir “ekoloq” gözlənilmədən ortaya atılıb. Söhbət 21 yaşlı isveçli ekofəal Qreta Tunberqdən gedir. Gürcüstanda seçkilərdən sonra nədənsə müxalifətə dəstək vermək üçün Tiflisə gələn Qreta yenə də Azərbaycana dil uzadıb.

“Turan”ın xəbərinə görə, “Blankspot” nəşrinə müsahibə verən ekofəal bu dəfə də özünü “siyasətçi” kimi sınamaq istəyib, yaşından və başından böyük danışıb. Azərbaycanın quru sərhədlərinin niyə bağlı qalması haqda rəsmi Bakının mövqeyini “unudan” Tunberq “hava limanı olmadan başqa yolla ölkəyə giriş-çıxış edə bilmir, hətta oraya getməli olsaydım belə, bunu etməzdim” deyib. Qreta Tunberq Tiflisdən sonra nədənsə Ermənistana da getmək eşqinə düşüb.

COP29-la bağlı da ağlına gələni danışan gənc qızcığaz deyib ki, “iqlim sammitindən heç bir gözləntisi yoxdur”. Qreta onun səfərini və görünür, Ermənistana da müəyyən niyyətlə aparan dairələr ekologiyadan deyil, anti-Azərbaycan mövqeyini bəyan etməsini istəyiblər. “Hər gün adamların repressiyalar və hüquq pozuntuları ilə üzləşdiyi ölkələrdə iqlim haqqında danışa bilmərik”, - o deyib.

Qreta ötən ilin yazında Hollandiya polisi onu saxlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyinə də nankor münasibət bəsləyib. Yada salaq ki, XİN iqlim fəallarına sərbəst nümayişlər keçirmək imkanı verilməsinin vacibliyini bildirmişdi.

Rusiyadan qaz almadığı üçün kömür yandırmağa, AES-ləri yenidən işə salmağa məcbur olan bəzi Avropa ölkələrini nədənsə görməzdən gələn “iqlim dəyişikliyi fəalı” Qreta Tunberq bundan bir müddət əvvəl də Bakıdan “bütün siyasi məhbusların azad edilməsini” tələb edib.

Qreta Tunberqin ulduzu 2019-cu ildə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı ilə parlayıb. BMT tribunasından dünya liderlərini “onun uşaqlığını oğurlamaqda ittiham edən” isveçli ətraf mühit fəalının tezliklə kimlərinsə “danışan dili”, “maşası” olması barədə informasiyalar tirajlandı. Bir çoxlarında “Qreta Tunberqin arxasında kim dayanır, kim yönləndirir və bundan kimlər faydalanır” sualı yarandı.

Qretanın özü iddia edirdi ki, o, “yalnız özü üçün danışır” və heç kimin layihəsi deyil. Bütün bu piar işini onun uğursuz opera ifaçısı olan anası Malena Ernmanın düşündüyü də deyilir. O, dəfələrlə populyarlığının olmamasından şikayətlənib. Nəhayət, qadın psixi sağlamlığı yerində olmayan, emosional davranışına görə məktəbdən uzaqlaşan qızında yeni obraz yaradaraq məşhurluğa çatıb.

Bir çox mənbələr Qretanın Corc Sorosun “kuklası” olduğunu deyir. Bəs Avropadakı hazırkı fəlakətli ekoloji vəziyyəti görməzdən gələn Qretanın COP29 ərəfəsi “qaza gəlməsi” təsadüfi deyil. Aydındır ki, bu, Qretadan istifadə edən qüvvələrin işidir.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında anti-Azərbaycan qüvvələrin getdikcə daha da cılızlaşdığını bildirdi: “Bir neçə gündən sonra Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına, COP29-a ev sahibliyi edəcək. Sözügedən tədbir qlobal müstəvidə kifayət qədər izlənilən və planetimiz üçün taleyüklü məsələlərin müzakirə olunacağı əhəmiyyətli bir platformadır. Çünki konfrans zamanı qəbul ediləcək qərarlar növbəti tədbirə qədər dünya ölkələrinin iqlim siyasətinin əsasını təşkil edəcək. Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, hazırda anti-Azərbaycan qüvvələr, xüsusilə erməni lobbisinin fəal şəkildə təmsil olunduğu ABŞ və Fransa kimi ölkələrdə Azərbaycanın COP29-a ev sahibliyi ilə əlaqədar mənfi rəylər formalaşdırılmağa çalışılır. Biz hər gün müxtəlif istiqamətlərdən qarayaxma kampaniyalarının şahidi oluruq. Bu, sadəcə, ölkəmizin uzun illərdir üzləşdiyi ikili standartların növbəti dalğasıdır. Beynəlxalq təşkilatlar çərçivəsində istədiklərini əldə edə bilməyən həmin qüvvələr daha da cılızlaşaraq, indi də özünü ekofəal adlandıran 21 yaşlı Qreta Tunberqə möhtac olublar. Artıq heç kimə sirr deyil ki, o, bu kimi fəaliyyətləri müəyyən qonorar qarşılığında həyata keçirir. Əgər həqiqətən bu şəxs ekofəal kimi fəaliyyətində səmimi olsaydı, biz onu Laçın-Xankəndi yolunda Ermənistanın ekoloji terroruna qarşı keçirdiyimiz aksiyalar zamanı görərdik. Bu tip qərəzli yanaşmaların ardında birmənalı olaraq erməni lobbisi və regionda maraqları olan qüvvələr dayanır. Lakin bütün bunlar nəticəsi olmayan addımlardır və ölkəmizin yüksələn nüfuzuna kölgə salmaq iqtidarında deyil. Hər birimiz tam əminik ki, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə növbəti sədrliklərə doğru uğurla addımlayacaq”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın bu tədbiri ən yüksək səviyyədə keçirəcəyini qeyd etdi: “Azərbaycanda hər dəfə mötəbər beynəlxalq tədbirlər keçirilən ərəfələrdə qarayaxma, şantaj, iftira və böhran kampaniyaları artır. Azərbaycana qarşı olan qüvvələr həmin fürsətdən istifadə edərək ölkəni gözdən salmağa və keçirilən mötəbər tədbirlərin əhəmiyyətinə kölgə salmağa çalışırlar. Noyabrın 11-21 arası Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikləri konfransına, COP29-la da bağlı bəzi mənfur dairələrin eyni hərəkətlərinin şahidi olmaqdayıq. Bu qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən COP29-un siyasiləşdirilməsinə edilən cəhdlər, bundan təzyiq aləti kimi istifadə təşəbbüslərin bir mərkəzdən idarə olunduğu şübhə doğurmur. Özünü ekofəal adlandıran Qreta Tümberin hətta bu kampaniyaya cəlb edilməsi acizliyin əlamətidir. Azərbaycanı ləkələmək istəyən çevrələr o qədər zəifdirlər ki, Qretanın ümidinə qalıblar. Sizin də dediyiniz kimi, həmin Qreta Sorosun maliyyəsi ilə qidalanaraq müxtəlif ölkələrə ezam edilib təxribatla məşğul olur. Onun guya Gürcüstandakı ictimai-siyasi proseslərə hansı təsiri oldu ki? Gürcüstan müxalifətinə heç bir köməyi olmadı və ola da bilməzdi. Təbii ki, istər Qreta olsun, istərsə də onu maliyyələşdirənlər, məlumatlandıran və danışdıranların özləri olsunlar, Bakıda keçiriləcək COP29 konfransının işinə də mane ola, nə də tədbirin beynəlxalq əhəmiyyətinə də zərrə qədər kölgə sala bilməyəcəklər. Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirəcək və burada qəbul olunan qərarlar da planetimizin qorunmasında mühüm rola malik olacaq. Aydındır ki, dünyanın diqqəti hazırda Azərbaycandadır və bu konfrans qlobal xarakter daşıdığından Qretaların cəhdləri də fiaskoya uğrayacaq. Sorosun maliyyəşdirdiyi siyasilərin və təşkilatların öz ölkələrində hansı fəsadları törətdiyi göz qabağındadır. Gürcüstanda, Ukraynada, indi də Ermənistanda və s. ölkələrdə yaranmış vəziyyət çox şeylərdən xəbər verir. Ermənistanın baş naziri Paşinyanla Qareta eyni məktəbin yetirmələridir. Görünür, Qretaya təlimat elə verilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Bu gün, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Bu gün, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Bu gün, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Bu gün, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Bu gün, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Bu gün, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Bu gün, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Bu gün, 17:31
"TikTok"er xanımlar həbs edildi
Bu gün, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Bu gün, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Bu gün, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Bu gün, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Bu gün, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Bu gün, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Bu gün, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Bu gün, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Bu gün, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Bu gün, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Bu gün, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Bu gün, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Bu gün, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Bu gün, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Bu gün, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Bu gün, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Bu gün, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Bu gün, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Bu gün, 15:58
MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 15:55
“Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Bu gün, 15:47
Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Bu gün, 15:44
Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Bu gün, 15:40
Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Bu gün, 15:38
Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Bu gün, 15:34
Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Bu gün, 15:24
Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Bu gün, 15:19
Müştəri 4,2 manata görə mərkəzin müdirini döydü - 1000 manat cərimə
Bu gün, 15:17
“Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Bu gün, 15:08
İrəvan silah almadı - Rusiya borcunu silir
Bu gün, 15:02
“Tiktokerlər tutulmamalıdır” - Hüquqşünas səbəbləri AÇIQLADI
Bu gün, 14:58
Ramzan Kadırov necə şişibsə... – Özbəkistana əl və dil uzadır
Bu gün, 14:53
Daha bir tiktoker HƏBS OLUNDU
Bu gün, 14:52
Ekipaj komandirinin, ikinci pilotun qəhrəmanlığı nəticəsində sağ qalmışıq - Bələdçi
Bu gün, 14:50
Paşinyan Lukaşenkodan inciyib, amma Ərdoğana görüşməyə tələsir
Bu gün, 14:02
İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşacaq - ŞƏRH
Bu gün, 14:00
Yoxsulluqla mübarizə resepti: 285 manat və... - ARAŞDIRMA
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru