Əsas Səhifə > Güney Press > 8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib

8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib


Bu gün, 17:31
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin
deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon
təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,
Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin
ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq onların xatirələni bir dəqiqəlik sükutla yad edilib. Sonra söz
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib.
İcra başçısı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı
Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər Günü münasibətilə tədbir
iştirakçılarını təbrik edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı
ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq
səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini
nümayiş etdirdi. Bu gün Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir
Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır.
“Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı
uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük
Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Rayon rəhbəri çıxışında bildirib ki, “Tərtər şəhəri II Dünya müharibəsindən sonra
Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğu şəhərlərindən biridir!” Vətən
müharibəsində ermənilər tərəfindən müharibənin aparılmasının beynəlxalq hüquq
normaları ilə müəyyən olunmuş qaydaları pozularaq, dəfələrlə Tərtər şəhəri də daxil
olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan
olunmuş raket atılıb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı
əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-
yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc
əhalini atəşə tutması nəticəsində 16 nəfər qətlə yetirilmiş, 63 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb ki,onların arasında qadın və uşaqlar da var.
Vətən müharibəsində rayonumuzda 46 hərbi qulluqçu şəhid olub, 57 nəfər hərbi
qulluqçumuz yaralanaraq sağlamlığını itirib.1554 Vətən müharibəsi veteranımız var.
Ancaq tərtərlilər ön cəbhədə olduğu kimi arxa cəbhədə də şəhidlər versələr də, evləri
dağıdılsa da bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, ön
cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Sonra Milli Məclisin deputatı Anar Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin
Qasımov, Vətən Müharibəsi Qəhramanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası
Vaqif Əliyev, Vətən Müharibəsi şəhidi, gizir Mirzəli Rəşadın anası Afidə Mirzəyeva,
Azərbaycan Bayrağı Ordenli, Vətən Müharibəsi iştirakçısı Elnur Salahov, Gənc Qazilər
İctimai Birliyinin sədr müavini, qazi Baris Əliyev, Goranboy rayon Ağsaqqallar Şurasının
sədr müavini Aqil Abbasov, Goranboy rayon ağsaqqalı Eldəniz Abbasov, digər çıxış
edən şəhid ailələrinin üzvləri və qazilər 44 gün davam edən Vətən müharibəsində
rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qazandığı tarixi Qələbədən söhbət açıblar, Zəfərlə başa çatan müharibədə
Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Bildiriblər ki,
ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş
hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət
nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.
8 Noyabr Zəfər Günü münasibəti ilə rayon icra hakimiyyəti və Milli Məclisin deputatı
Anar Məmmədovun şəhid ailələri, qazi və müharibə veteranlarının şərəfinə təşkil
etdikləri bayram süfrəsi arxasında tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin
hazırladığı konsert proqramına baxıblar.
Şəhid ailələri və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
minnətdarlıqlarını bildiriblər.

8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib

Geri qayıt