BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU .....                     İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? .....                     Əsmər Əliyeva vəzifəsindən azad edildi .....                     Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu .....                     Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir .....                     İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub .....                     Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı .....                     Dünyada “ultra varlılar”ın sayı sürətlə artır .....                     İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə .....                     Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub .....                     MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək .....                     “Bir Kredit” BOKT-un .....                     Bakcell yeni baş icraçı direktor təyinatını elan edib .....                     Keçmiş məmur dələduzluqda ittiham olunur: .....                     "Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                     Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib .....                     Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                 

COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Tarix: 25-10-2024, 00:30 | Çap et
COP29 ölkəmiz üçün böyük təcrübədir
Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durum, Bakıda gözlənilən COP29 tədbirləri, İsrailin 50 milyondan çox soydaşımızın – Azərbaycan türkünün yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verəcəyi halda rəsmi Bakının siyasi baxımdan tutacağı mövqe, Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh və Qələbə planı, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana ünvanladığı məktublar və Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ehtimalı kimi mövzulardan bəhs edildi.

-Etibar bəy, Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durumu necə dəyərləndirirsiz?

-Azərbaycanda parlament seçkiləri həmişə olduğu kimi keçirildi. Elə bir dəyişiklik də yoxdur. Fikrimcə, həmin seçkilərin heç ümumi vəziyyətə də ciddi təsiri olmadı. Elə nə varsa, olduğu kimi, davam edəcək. Ancaq sosial sahədə müəyyən gərginliklər olur.

-Bakıda gözlənilən COP29 tədbirlərinə münasibətiniz necədir, bu tədbirin ölkəmiz üçün hansı faydalarını görürsünüz?

-Ölkəmizin faydalanması baxımından COP29 çox böyük tədbirdir. Keçirilməsi haqda qərar qəbul olunubsa, keçirilirsə, biz bundan maksimum faydalanmalıyıq. Birincisi, bütün dünyada ümumi iqlim dəyişikliyi bəşəriyyətin qarşısında ciddi bir problem kimi dayanıb. Biz, demək olar ki, hər gün planetin müxtəlif regionları boyu, o cümlədən Azərbaycanda da iqlimin nə cür dəyişdiyini görürük. Buna misal kimi gündəlik olaraq Xəzər dənizinin quruyaraq səviyyəsinin aşağı enməsinin, sahilin geri çəkilməsinin də şahidi oluruq. Və bu cür ekoloji problemlərin qarşısını almaq üçün bütün dünya dövlətləri lazımi qərarlar qəbul etməlidirlər. Bu səbəbdən də COP29 kimi tədbirlərdə dövlət başçıları toplaşıb hansısa ümumi qərarlara gəlməlidirlər. Bu dəfə də belə məsələlərin həlli üçün məhz Bakıda toplaşmaları Azərbaycan üçün bir avantajdır. Azərbaycanın həm tanınması, həm ölkəmizin orada problemlərinin qaldırılması baxımından, eyni zamanda Azərbaycanın bu proseslərə birbaşa müdaxiləsi, inteqrasiyası baxımından bu tədbir faydalıdır. Bir sözlə, çox vacib bir tədbirdir. Azərbaycanda belə böyük tədbirin keçirilməsi böyük bir təcrübədir. Odur ki, bundan maksimum faydalanmalıyıq...

-Bildiyiniz kimi, İran-İsrail gərginliyi getdikcə artmaqdadır. Əgər, İsrail 50 milyondan çox soydaşımızın yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verərsə, rəsmi Bakı siyasi baxımdan hansı mövqeni tutmalıdır?

-Siyasi baxımdan yanaşdıqda bu, iki dövlətin arasında olan bir problemdir. Həmin problem əvvəla, terrorla, bir sıra terror təşkilatlarının İran tərəfindən müdafiə olunmasıyla bağlıdır. Eləcə də İranın təsiri altında olan qüvvələrin onun göstərişi ilə Suriya, Livan, Yəmən ərazilərində təhdid yaratmasıyla əlaqədardır. İran neçə illərdir ki, açıq-aşkar bəyan edir ki, biz İsraili bir dövlət kimi məhv edəcəyik. Əlbəttə, biz də Azərbaycan olaraq istərdik ki, bu münaqişə silahsız, insan itkiləri olmadan ötüşsün. Ancaq son dövrlərdə bu iki dövlətin bir-birlərinə qarşı olan hərəkətləri, tədbirləri ona gətirib çıxarıb ki, ümumi sərhədləri olmasa da, bir-birlərinə zərbə endirməyə qərar veriblər. Biz arzu edə bilərik ki, heç olmasa, zərbələr yalnız hərbi obyeklərə vurulsun ki, dinc, mülki insanlar zərər çəkməsinlər...

-Yəni İrana kütləvi zərbələr endirələcəyi halda, qeyd etdiyimiz kimi, 50 milyondan artıq soydaşımızın taleyindən də söhbət gedir...

-Bəli, təbii ki, o problem də var... Biz istəmirik ki, hərbi münaqişə bizim soydaşlarımız üçün böyük narahatlıqlar yaratsın. Ancaq olacağa çarə yoxdur...

-Bu arada İsrail Qəzza ilə paralel Livanı da bobalamağa başlayıb. Necə düşünürsüz, dünya gücləri, xüsusən ABŞ və Avropa istəsələr, məsələyə daha ciddi və obyektiv yanaşsalar, bu qırğınları durdura bilərlərmi?

-Yaxın Şərqdə, Qəzza və Livandakı qırğınları durdurmaq üçün, dinc əhalinin əziyyət çəkməməsi, həyatını itirməməsi üçün vuruşan hərbi qüvvələr dinc əhalinin yaşadığı yerlərdən uzaq durmalıdırlar. Və təəssüf ki, öz atəş nöqtələrini, raket qruğularını və digər silahlarını əhalinin kütləvi cəmləşdiyi yaşayış məkanlarında yerləşdirirlər və həmin yerlərdən açdıqları atəşlərə cavab olaraq qarşı tərəf də o nöqtələri vurur ki, bu da dinc insanlar arasnda kütləvi itkilərə səbəb olur. Mən bir şeyi də anlaya bilmirəm ki, Qəzzada münaqişənin davam etməsinin əsas səbəblərindən biri də ötən il oktyabrın 7-də İsrailin ərazisinə hücum zamanı “HƏMAS” tərəfindən götürülmüş mülki vətəndaşlar olan girovların qaytarılmamasıdır. Əgər “HƏMAS” özünü terrorçu təçkilat hesab etmirsə, niyə həmin girovları əlində saxlayıb qaytarmır. Halbuki o girovların qaytarılması bu münaqişənin dozasının az qala sıfıra yaxınlaşmasına gətirib çıxara bilər...

Qərbin məsələyə daha ciddi yanaşmasına gəldikdə, BMT-nin məsələyə yanaşması göz önündədir... Sonuncu İsrail-Livan münaqişəsindən sonra BMT-nin qüvvələri də iki ölkənin sərhədinə yerləşdirilmişdi, düzdü fəaliyyətsiz idilər... Ümumi qərar ondan ibarət idi ki, “Hizbullah”ın hərbi qüvvələri sərhəddən müəyyən olunmuş məsafədə dayanacaqlar. Ancaq onlar, əksinə, İsraillə sərhədə daha da yaxınlaşıblar və orada atəş nöqtələri yarada biliblər. Bu səbəbdən də İsrail ordusu öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün həmin atəş nöqtələrini vurur... “Hizbullah” isə hərbiləşdirilmiş bir siyasi təşkilata çevrilməklə faktiki dövlət içində bir dövlətdir, Livan hökumətinə də tabe olmur və həmin dövlət üçün də təhlükə yaradır. Bunlar da müasir dünyada qəbul olmayan bir faktordur...

-Ukrayna Kursk vilayətinin bir hissəsini nəzarətə götürdükdən sonra Prezident Zelenski Sülh və Qələbə planı elan etdi. Necə hesab edirsiz, həmin planın həyata keçirilməsi üçün Qərb sonadək dəstək verəcəkmi Ukraynaya?

-Qərb onsuz da Ukraynaya dəstəyini verir və verməkdə də davam edəcək. Çünki Rusiyanın zəiflədilməsinin yollarından biri budur; münaqişənin uzadılması, dərinləşməsi və resursların tükədilməsi... Belə bir siyasət aparılır. İndi, hələlik böyük bir nəticə verməsə də, Rusiyaya vurduğu ziyan və tükəndirici fəaliyyəti göz qabağındadır...

-Məlum olduğu kimi, Moldovada prezident seçkiləri ikinci tura qaldı. Gürcüstanda isə 3 gündən sonra parlament seçkiləri keçiriləcək. Digər keçmiş ittifaq ölkələri, xüsusən də Azərbaycan üçün bu iki postsovet ölkəsində Rusiyaya meyilli qüvvələrin qələbəsi sərfəlidir, yoxsa Avropa və Amerika ilə inteqrasiyaya can atan qüvvələrin?

-Hesab edirəm ki, Moldovada prezidentliyə namizəd Mariya Sandu birinci turda ümumi qələbə qazanmasa da, ikinci turda çatışmayan səsləri əldə edə biləcək. Son məlumatlara görə, protokolların 100 faizinin emalından sonra Moldova MSK keçirilmiş referendumda avrointeqrasiya tərəfdarlarının əleyhdarları üstələdiyini elan edib. Amma cüzi fərqlə - 1 faizdən də az... Hazırda Moldovaya təhdid yaradan birbaşa Rusiyanın nəzarətində olan qondarma Dnestryanı qurumdur. Onun sonu da Ukrayna münaqişəsindən asılıdır...

Gürcüstana gəldikdə, İvanişvilinin əleyhinə olan qüvvələrin qalib gəlməsi ehtimalı daha böyükdür. Həmin ehtimal reallaşandan sonra vəziyyət yenə dəyişəcək... O ki qaldı, Qərbə inteqrasiya-filan məsələlərinə, hələ Güney Qafqazda bu işlərin axırının necə olacağı bilinmir. Ermənistan gah o tərəfəı, gah bu tərəfə sarı gedir. İndi də “BRİKS”-ə meyillənib. Paşinyan həmin qurumun Kazandakı tədbirində iştirak edir. Bir tərəfdən deyir ki, Qərbə meyillənirik, o biri tərəfdən isə həmin o Qərb təşkilatlarının əleyhinə yaradılmış quruma üzv olmaq planı irəli sürür...

Bütün hallarda Rusiyanın yenidən Moldova və Gürcüstanı öz təsiri altına alması, heç də bizim xeyrimizə olmaz. Amma ki, biz istənilən situasiyadan öz xeyrimizə istifadə etməyi bacarmalıyıq.

-Bəs Azərbaycan noyabrın 5-də ABŞ-də kimin prezident seçilməsindən qazanar, respublikaçı Trampın, yoxsa demokrat Harrisin?

-ABŞ-nin öz siyasəti var. İstər respublikaçılar istərsə də, demokratlar olsun... Amma həmin siyasətin təsirindən biz çox da uzaqlaşa bilmərik. Əsas odur ki, o siyasət bizim əleyhimizə yönəlməsin. Bunun üçün də müvafiq strukturlar lazımi dərəcədə işləməlidirlər. Yəni Azərbaycanın Ermənistanla müharibədə qalibiyyəti, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hamı həzm edə bilmir. ABŞ-də də ermənipərəst qüvvələr çoxdur, həm respublikaçılar, həm də demokratlar arasında... Bizim də vəzifəmiz ondan ibarətdir ki, prezident seçkilərində qələbə qazananların kimliyindən asılı olmayaraq, həmin qüvvələri neytrallaşdırmağı bacaraq, onların Azərbaycan əleyhinə fəaliyyət göstərməsi və qərarlar verməsi üçün bəhanələr yaratmayaq. Ümumiyyətlə, prezidentliyə namizədlərə baxanda da, bir böyük dövlət kimi Birləşmiş Ştatlara belə namizədlər yaraşmır. Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var...

- Etibar bəy, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə, ardınca isə Ermənistan Baş naziri Nikol Paşinyan ünvanladığı məktubda hər iki ölkə liderini bu ilin sonunadək Ermənistanla sülh sazişini imzalamağa çağırıb. ABŞ prezidentinin xüsusi köməkçisi də Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşərək Baydenin sözügedən məktubları ətrafında fikir mübadiləsi aparıb. Sizcə, hazırkı reallıqda və cəmi iki aya yaxın bir müddətdə sülh sazişinin imzalanmasına nail olunması mümkündürmü?

-Əlbəttə, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına çalışır. Amma əgər Ermənistan öz Konstitusiyasında Azərbaycanın tələb etdiyi dəyişikliyi hansısa yolla həyata keçirsə, bu, mümkündür. Əks halda sülh sazişinin imzalanması mümkün deyil... Təbii ki, Rusiyanın da marağındadır ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi getdikcə uzansın və ümumi durum ondan asılı halda qalsın. Ancaq Moskvanın da öz əsas marağı var ki, o da Zəngəzur dəhlizinin açılması və ona “FSB” qüvvələrinin nəzarət etməsidir. Həmin məsələ həll olunsa, yəqin ki, Rusiya da Azərbaycanla Ermənistan arasında sülh sazişinin sənədləşməsinə razı olacaq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Bu gün, 18:06
İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Bu gün, 18:02
Əsmər Əliyeva vəzifəsindən azad edildi
Bu gün, 17:59
Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Bu gün, 17:49
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Bu gün, 17:44
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Bu gün, 17:42
Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Bu gün, 17:28
Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Bu gün, 17:21
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Bu gün, 17:15
Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:10
MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Bu gün, 17:06
“Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Bu gün, 17:04
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bu gün, 16:53
Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Bu gün, 16:51
"Zamiqi olduğu kimi qəbul edin"
Bu gün, 16:41
Qan ver, həyat xilas et!
Bu gün, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Bu gün, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Bu gün, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Bu gün, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Bu gün, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Bu gün, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bu gün, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Bu gün, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Bu gün, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Bu gün, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Bu gün, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Bu gün, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Bu gün, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru