Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                     Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək .....                     Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin... .....                     Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. .....                     Paşinyandan Qarabağ açıqlaması .....                     İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib .....                     Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir .....                     Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür .....                     Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir .....                     Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? .....                     Vardanyanın Bakıdan sarsaq çağırışı .....                     Rusların Güney Qafqazdan qalma çabaları... .....                     Paşinyan Göyçədən danışdı və... çaşdı .....                     “Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib .....                     Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? .....                     Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... .....                     Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR .....                     8 noyabra doğru "kiçik" addımlar... .....                     "220 manat pensiya ilə 5 nəfər dolanar?" .....                     Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir .....                     Əgər Qarabağ qaziləri də incidilirsə... .....                     “Monqol əti” genetikamıza necə təsir edəcək? .....                     Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... .....                     "Bu, ümumiyyətlə, anlaşılan deyil..." .....                     SEPAH və Fransa katolikləri nədən narahatdır? .....                     Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı .....                     "NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" .....                     "Bundan sonra yaxşı eşidəcəm..." .....                     “Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı .....                     ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər .....                     Azərbaycan Zəfər Gününü qeyd edir .....                     Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi… .....                 

Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək? - Biz inandıq, tutalım... BƏS RUSLAR?
Tarix: 10-09-2024, 12:29 | Çap et
Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək?
Elçin Alıoğlu - TREND


Ermənistanın son zamanlarda Qərb ölkələrindən və Hindistandan müasir silahlar, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemləri alması və bu arada Ukrayna Silahlı Qüvvələrinə sovet istehsalı raketlər və zenit-raket komplekslərini ötürməsi barədə xəbərlər geniş müzakirə mövzusuna çevrilib. Rusiya mənbələrinin verdiyi məlumatlara görə, Ermənistanın bu addımları həm daxili, həm də xarici təzyiqlərin artdığı bir vaxtda həyata keçirilir və ölkənin öz təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-dan dəstək qazanmaq cəhdləri ilə izah olunur.

Ermənistanla Avropa Komissiyası arasında saziş imzalanıb. Buna əsasən İrəvan sovet istehsalı olan tank və zenit raket komplekslərini Gürcüstan limanı vasitəsilə Kiyevə göndərməlidir. Silahların ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu bildirilir. Ermənistanın mövcud zenit müdafiə sistemlərini və 152 mm-lik artilleriya qurğularını Ukraynaya təhvil verəcəyi deyilir.

Bu, İrəvanı və erməniləri təhlükəyə atacaq addım kimi dəyərləndirilir.

Qərb son zamanlarda Gürcüstanda da bənzər addımlar atır. Nəticə olaraq Cənubi Qafqazda zəifləyən mövqelərini geri qaytarmağa çalışır.

Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək?

Sosial şəbəkələrdə və mass-mediada Ermənistanın Ukraynaya böyük həcmdə hava müdafiə sistemləri verdiyi bildirilir. Həmin sistemlər arasında S-300, "Buk", "Osa" və "Tor" kompleksləri ilə yanaşı, bu sistemlərə uyğun raketlər də yer alır. Ermənistan bu yolla Rusiyaya illər boyu göstərdiyi dəstəyi “qarşılıqlı minnətdarlıqla” ödəyib. Onun fikrincə, bu addım Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın maraqlarına qarşı atılmışdır və Tumanov bunu açıq şəkildə tənqid edir.

Məsələyə hələlik Rusiya Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən rəsmi reaksiya verilməyib. Bununla belə, əvvəllər də Rusiya mediasında Ermənistanın Ukraynaya S-125 "Peçora" zenit-raket komplekslərini və "Toçka-U" raketlərini ötürdüyü bildirilmişdi.

Ekspertlər bu sistemlərin müasir ordular üçün artıq əhəmiyyətini itirdiyini vurğulasalar da, Ukrayna Silahlı Qüvvələri üçün belə sistemlərin hava hücumundan müdafiə sahəsində yaranmış boşluğu doldura biləcəyini qeyd edirlər.

Ermənistanın bu köhnə sovet sistemlərini öz arsenalından çıxarıb Ukraynaya göndərməsinin arxasında geosiyasi səbəblər dayanır. Daxili iqtisadi və sosial böhranla üzləşən Ermənistan ABŞ-ın və Qərbin dəstəyini qazanmaq üçün belə bir addım atmaqla geosiyasi, siyasi və iqtisadi preferensiyalar əldə etmək niyyətindədir.

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələri müasir hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchiz etmək məqsədilə köhnə texnikanı və avadanlığı Ukraynaya yollamağı, əvəzində "boşalmış yerlərə" Vaşinqton-Paris-Brüssel triosundan yeni sistemlər, avadanlıq və texnika istəmək strategiyasını reallışdırmağa başlayıb.

44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanın sovet istehsalı HHM sistemlərinin Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahları qarşısında tamamilə aciz qalması, bu sistemlərin modernləşdirilməsinə ehtiyac olduğunu göstərdi. Müharibə zamanı bu komplekslərin əksəriyyəti sıradan çıxarıldı və Ermənistan son illərdə Hindistan, Fransa və digər ölkələrdən daha müasir radar və zenit-raket kompleksləri sifariş etməyə başlayıb.

Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək?

Xüsusilə, Ermənistan 2023-cü ildə Hindistandan "Akash 1S" tipli müasir zenit-raket komplekslərinin böyük bir partiyasını sifariş etmişdir. Bu komplekslər, sovet istehsalı S-125 sistemləri əsasında hazırlanmış və Hindistanın müdafiə sənayesinə aid IDRW (Indian Defense Research Wing) saytının məlumatına görə, artıq bu il Ermənistana təhvil verilməlidir. Bununla yanaşı, Fransa da 2023-cü ilin payızında imzalanmış razılaşmaya əsasən, Ermənistana üç ədəd "Ground Master 200" radar sistemi vermişdir. Parisdəki mənbələrin məlumatına görə, Ermənistan yaxın zamanda Fransadan qısa mənzilli Mistral zenit-raket kompleksləri də almağı planlaşdırır.

Bütün bu proseslər Ermənistanın Sovet istehsalı olan köhnə HHM sistemlərini Ukraynaya ötürməsi və qarşılığında Qərbdən yeni nəsil silahlar əldə etməsi ilə əlaqələndirilir. Bu, bir növ qərb ölkələrində məşhur olan “köhnəni ver, yenini al” prinsipi ilə işləyən ticarət əməliyyatlarına bənzəyir. Ermənistan, Ukraynaya köhnə zenit-raket komplekslərini ötürməklə həm öz arsenallarını təmizləyir, həm də Qərbdən yeni texnologiyalar qazanaraq müdafiə sistemlərini gücləndirir. Bu strategiya, İrəvanın geosiyasi mövqelərini möhkəmləndirmək üçün müasir silah texnologiyalarına malik Qərb dövlətləri ilə əməkdaşlığını genişləndirmək arzusundan irəli gəlir.

Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemi son illərdə regiondakı gərgin geosiyasi vəziyyət və texnoloji inkişaflar fonunda mühüm diqqət mərkəzinə çevrilib. 2023-2024-cü illər ərzində Ermənistan HHM sistemlərinin modernləşdirilməsi və yenilənməsi üçün bir sıra beynəlxalq razılaşmalar imzalamış və müxtəlif ölkələrdən müasir hərbi texnika və avadanlıqlar əldə edib. Bu müddət ərzində Ermənistanın HHM sahəsində atdığı addımlar, onun gələcəkdə öz hərbi potensialını gücləndirmək və qonşu dövlətlərdən gələn potensial təhlükələrə qarşı müdafiəsini təmin etmək məqsədlərini göstərir.

Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək?

Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı sərhəd toqquşmaları Ermənistanın HHM sistemlərinin zəifliyini üzə çıxardı. Ermənistanın əsasən sovet istehsalı olan hava müdafiə sistemləri Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) və yüksək dəqiqlikli silahları qarşısında aciz qaldı. Bu məğlubiyyət Ermənistanı öz HHM qüvvələrini gücləndirmək məqsədilə yeni strategiyalar hazırlamağa və modern HHM texnologiyaları əldə etməyə sövq etdi.

Ermənistanın 2023-cü ildə HHM sahəsində mühüm tərəfdaşlarından biri də Fransadır. Fransa ilə bağlanmış razılaşmaya əsasən, 2023-cü ilin payızında Ermənistan Ground Master 200 (GM200) radar sistemləri alıb ki, sözügedən radar sistemləri Ermənistanın hava məkanını effektiv şəkildə nəzarət etmək və potensial hava hücumlarını vaxtında müəyyənləşdirmək üçün istifadə ediləcək. "GM200" radarları çoxfunksiyalıdır və həm aşağı hündürlükdə uçan hədəfləri, həm də uzaq məsafədəki raketləri aşkar etmək qabiliyyətinə malikdir.

Bundan əlavə, Ermənistan yaxın gələcəkdə Fransa ilə daha bir böyük hərbi müqavilə imzalamağı planlaşdırır. Bu razılaşma çərçivəsində Ermənistan "Mistral" qısa mənzilli zenit-raket komplekslərini əldə edəcək. "Mistral" sistemləri aşağı uçan təyyarə, helikopter və PUA-ların məhvi üçün nəzərdə tutulub və yüksək manevr qabiliyyətinə malikdir.

Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək?

Ermənistanın HHM sahəsində ənənəvi müttəfiqi olan Rusiya ilə də əlaqələri mövcuddur. Lakin son illərdə Ermənistanın Qərb ölkələri və Hindistanla əməkdaşlığı artırmasına baxmayaraq, o, Rusiya ilə hərbi-texniki əlaqələrini qoruyub saxlayır. Ermənistanın arsenalında hələ də S-300, "Buk", "Osa" və "Tor" zenit-raket sistemləri kimi sovet istehsalı sistemlər mövcuddur. Bununla belə, Ermənistanın bəzi mənbələrə görə, bu köhnə sovet sistemlərini Ukraynaya ötürməsi xəbərləri yayılmışdır. Ekspertlərin fikrincə, Ermənistan bu addımı atmaqla ABŞ və Qərb dövlətlərindən dəstək qazanmağa çalışır.

Ümumiyyətlə isə, Ermənistan müasir və potensial təhlükələrdən öz hava məkanını müstəqil şəkildə effektiv qorumağa qadir olmayan ölkələr sırasına daxildir. Respublikanın öz səmasını qorumaq üçün zəruri texnoloji, kadr və daha da önəmlisi, maliyyə resursları yoxdur. Yalnız öz gücünə əsaslanan milli Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması Ermənistan kimi kiçik və ən önəmlisi, dövlət subyektliyindən məhrum olan ölkələr üçün mümkünsüz bir yükdür.

Ermənistan Silahlı Qüvvələri öz hava sərhədlərini yalnız Rusiya istehsalı olan sistemlərlə və Rusiya tərəfdaşının hərbi-texniki müşayiəti ilə müdafiə edir. Moskva Ermənistanda silahlanmış HHM sistemlərinin təmiri və modernləşdirilməsi üçün istehsal bazasının lokallaşdırılması üzrə ilkin şərtlər yaratdı. Ermənistandakı “Patneş” QSC Razdan şəhərində rabitə vasitələrinin, radar texnikasının, Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) üçün funksional blokların istehsalı, təmiri, testi və texniki xidmətini, eləcə də S-300 və digər HHM sistemlərinin təmiri və modernləşdirilməsi ilə məşğul olur. Ermənistanın hərbi-sənaye kompleksində HHM vasitələrinin, P-14, P-15, P-18, P-19 radarlarının, “Şilka” zenit-özüyeriyən qurğularının (ZÖQ), “Kruq”, “Strela-10”, “Osa-AK” zenit-raket komplekslərinin (ZRK) tam və ya qismən modernləşdirilməsi həyata keçirilir.

Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək?

Sonuncu erməni-rus hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının nəticələrinə görə, Ermənistanda HHM və hərbi helikopterlər də daxil olmaqla, hərbi texnikanın təmiri və texniki xidməti üçün çoxfunksiyalı sertifikatlaşdırılmış mərkəzin açılması qərara alındı.

Sertifikatlaşdırılmış mərkəzlərin yaradılması layihələri hələ Ermənistan və Rusiya arasında 25 iyun 2013-cü il tarixində imzalanan "Hərbi-texniki əməkdaşlığın inkişafı haqqında" müqavilədən əvvəl irəli sürülmüşdü. O zamanlar bunlar ayrı-ayrı texniki xidmət klasterləri kimi planlaşdırılırdı, hərbi texnikanın konkret növü üzrə ixtisaslaşmışdı. Beləliklə, Çarentsavan maşınqayırma zavodu və Uralvaqonzavod hazırda Ermənistan ordusunun silahlanmasında olan T-72 tanklarının və digər zirehli texnikanın təmiri və xidmətini həyata keçirmək üçün 2012-ci ildə imzalanmış müqavilələri icra edirlər. Ermənistana ehtiyat hissələri, texniki sənədlərin təchizatı, həmçinin T-72 tanklarının modernləşdirilməsi perspektivləri müzakirə edilir. HHM vasitələri üzrə layihə sənədlərinin hazırlanması Ermənistan Müdafiə Nazirliyi ilə Rusiya “Almaz-Antey” konserni arasında razılaşdırılmışdır. Ermənistanda “Mi” helikopterlərinin təmirinə Rusiyanın “Oboronprom” Birgə Sənaye Korporasiyası da qoşulmuşdur.

Ermənistan ərazisinin effektiv hava hücumundan müdafiəsi, yalnız BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malik olan bir nüvə dövlətinin iştirakçısı olduğu birləşmiş sistem çərçivəsində mümkün ola bilər.

Ermənistanın ərazisi 30 min kvadrat kilometrdən kiçikdir və ölkə əhalisinin 30%-dən çoxu paytaxt İrəvanda yaşayır. İrəvanda və onun 30 km radiusunda Ermənistanın strateji əhəmiyyətli enerji obyektləri, o cümlədən Cənubi Qafqazın yeganə atom stansiyası yerləşir.

Ermənistanın öz döyüş aviasiyası yoxdur. Ermənistanın qərb və cənub-qərb hava sərhədlərini Rusiya MiQ-29 təyyarələri İrəvan yaxınlığındakı “Erebuni” aviabazasından döyüş növbəsi apararaq qoruyur. 2014-cü ildə “Erebuni”də helikopter eskadrilyası yaradıldı. Burada Rusiyanın Cənub Hərbi Dairəsinə (CHD) məxsus Mi-24P, Mi-8MT və Mi-8SMV helikopterlərinin iştirakı vacib obyektlərin havadan qorunması, bölmələrin və yüklərin operativ daşınması imkanlarını genişləndirdi.

Belə bir vəziyyətdə Nikol Paşinyanın Qərbin sifarihlərini və təlimatlarını yerinə yetirərək Rusiyanı aldatmağa çalışması İrəvan üçün yetərincə riskli vəziyyət formalaşdırır.

İrəvanın iddiaları təkzib edəcəyi, heç nə olmamış kimi davranacağı şübhəsizdir.

Amma Moskva ermənilərə inanacaqmı?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Övladı əsgərliyə gedən DEPUTATLAR
Bu gün, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Bu gün, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Bu gün, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Bu gün, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Bu gün, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Bu gün, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Bu gün, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Bu gün, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Bu gün, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Bu gün, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Bu gün, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Bu gün, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Bu gün, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Bu gün, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Bu gün, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Bu gün, 09:13
Rusların Güney Qafqazdan qalma çabaları... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:10
Paşinyan Göyçədən danışdı və... çaşdı - Bakıdan sərt cavab
Bu gün, 08:59
“Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib
Bu gün, 08:55
Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq - "The Guardian"
Bu gün, 08:50
Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:37
Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... - AMMA...
Bu gün, 07:34
Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 07:30
8 noyabra doğru "kiçik" addımlar... - MƏQALƏ
Bu gün, 07:25
"220 manat pensiya ilə 5 nəfər dolanar?" - NAZİRƏ SUAL!
Bu gün, 07:23
Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir - MƏHKƏMƏLƏRDƏ QALIB...
Bu gün, 07:17
Əgər Qarabağ qaziləri də incidilirsə... - Siyəzəndə ETİRAZ VAR...
Bu gün, 07:13
“Monqol əti” genetikamıza necə təsir edəcək? - “İnsan nə yeyirsə, odur”
Bu gün, 07:01
Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... - NƏ BAŞ VERİR?
Bu gün, 06:58
"Bu, ümumiyyətlə, anlaşılan deyil..." - partiya sədri
Bu gün, 06:52
SEPAH və Fransa katolikləri nədən narahatdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:49
Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı - “Bəzi məqamları açmağın zamanıdır”
Bu gün, 06:44
"NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" - Generaldan açıqlama
Bu gün, 06:35
"Bundan sonra yaxşı eşidəcəm..."
Bu gün, 06:32
“Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı – 44 günlük müharibənin kritik anı
Bu gün, 06:30
ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər - AKTUAL
Bu gün, 06:27
Azərbaycan Zəfər Gününü qeyd edir - MÜQƏDDƏS TARİX...
Bu gün, 06:23
Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…
Dünən, 21:07
Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 21:04
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Dünən, 19:10
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Dünən, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Dünən, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Dünən, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Dünən, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Dünən, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Dünən, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Dünən, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru