“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." .....                     “Çınqıl Servis” ASC səhmdarlarının .....                     ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir .....                     Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək .....                     Qafqaza sülh Amerika saatı ilə gəlir .....                     Regionlarda otellərin qiyməti niyə bahadır? .....                     Gəncədə 10 manatla audit şirkəti quruldu .....                     Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm .....                     Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub .....                     "O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" .....                     Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... .....                     Əmrullayevin təhsilə olan EŞQİ .....                     Araz Paşayev kimi aldadır? .....                     “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” .....                     'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" .....                     İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı .....                     "JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? .....                     "Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" .....                     Deputatın işçisi vətəndaşı boğmaq istədi .....                     Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb .....                     Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq .....                     Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm .....                 

100 Mbit internet üçün əlavə 100 manat da xərcləməlisiz - Söndürüb-yandırmaqla düzəlmir...
Tarix: 8-09-2024, 09:38 | Çap et
100 Mbit internet üçün əlavə 100 manat da xərcləməlisiz
"Biz əvvəl internetə görə ayda 19 manat pul ödəyirdik. Bu aydan isə 26 manat ödəyirik. Amma internetin sürətində bir fərq yoxdur. Provayderə zəng etmişik, deyirlər mobil telefonlarda internetin sürətli olması üçün yeni cihaz almalısınız".
Bu barədə Bakı sakini Aqil Məmmədov Sputnik Azərbaycan-a bildirib.
"Belə çıxır ki, 100 Mbit/saniyə interneti evdəki modem qəbul edə bilmir. Bu lap, at alıb sonra axur düzəltməyə oxşadı. Camaatı məcbur ediblər ki, hamı 26-27 manat ödəyib 100 Mbit/saniyə internet almalıdır. Sonra yadlarına düşüb ki, evə quraşdırdıqları modem zəifdir, bu sürətdə interneti qəbul edib paylaya bilmir. Bunun üçün də əlavə bir cihaz alınmalıdır, onu da qoyurlar abunəçinin boynuna" - Məmmədov deyib.
O qeyd edib ki, internetin qiyməti bahalaşandan modemi söndürüb-yandırmaq da sürətin artmasına kömək etmir:
"Yenə əvvəl sürət azalanda, zəng edirdik, deyirdilər "interneti söndürüb-yandırın düzələcək. İndi modemi söndürüb-yandırmaq da köməyimizə çatmır, gərək yeni cihaz alaq".
Qiymət qalxıb, keyfiyyət isə yox!
Qeyd edək ki, bu aydan etibarən əhali internetin qiymətini yeni, artan tariflə ödəsə də, internetin minimal sürəti 100 Mbit/saniyəyə çatmayıb. Abunəçilər sosial şəbəkələrdə internetin qiyməti bahalaşandan sonra sürətinin nəinki artdığı, hətta aşağı düşdüyünə dair şikayət dolu statuslar paylaşırlar. Onlar iddia edirlər ki, internetin sürəti və qiyməti artmamış keyfiyyəti daha yaxşı idi. İnternetin sürəti ilə bağlı şikayətlərə isə provayderdən fərqli cavablar verilir. Əsasən səbəb cihazların 100 Mbit/s interneti dəstəkləmədiyi göstərilir.
Abunəçilər yeni cihaz almalıdır
Deyilən şikayətləri araşdırmaq üçün haqqında ən çox şikayət edilən provayderlərdən biri- "Azeurotel" MMC ilə əlaqə saxladıq. "Azeurotel" MMC-dən bildirdilər ki, bir neçə il öncə mənzillərə qoyulmuş modemlər 2,4 GHz dəstəkləyir. 100 Mbit/saniyə interneti isə hazırda mənzillərdəki modemlərlə Wi-Fi-ə qoşulmuş cihazlara ötürmək mümkün deyil.
"100 Mbit/saniyə interneti ancaq modemin 1-ci Portuna Lan kabel (kommutasiya şnuru) qoşaraq kompyuter vasitəsilə əldə etmək olar. Evdə Wi-Fi-ə qoşulmuş cihazların 100 Mbit/saniyə internetlə təmin olunması üçün mənzil sahibləri öz hesablarına ya 5 GHz dəstəkləyən modem almalı, yaxud da router adlı cihaz əldə etməlidir. Router cihazının qiyməti isə 100 manatdan başlayır və üzü yuxarı dəyişir"- "Aztelekom"MMC-dən bildiriblər.
"Bu istehlakçı hüququnun pozulmasıdır"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, internetin sürətini hamı üçün minimal etdikdən sonra abunəçini bu sürəti əldə etmək üçün yeni cihaz almağa məcbur etmək istehlakçı hüququnu kobud şəkildə pozmaqdır.

"Əvvala, hər bir vətəndaşın o sürətdə internetə ehtiyacı yox idi. İstehlakçıya seçim hüququ verilməli idi. İnternetin sürətini artıraraq qiyməti diktə etmək istehlakçı hüququnu kobud şəkildə pozmaqdır. Çünki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur. Amma Baktelekom minimal sürəti 100 Mbit/s etməklə hamıya bu qiyməti diktə etdi. Bu azmış kimi, bundan sonra həmin sürətdə interneti əldə etmək üçün vətəndaşın boynuna yeni cihaz almağı qoyur. Çox güman ki, burada aidiyyatı qurumlar karter sövdələşməsinə gediblər" - ekspert deyib.
Onun sözlərinə görə, provayderlər Baktelekoma əvvəldən bildirməli idilər ki, onların mənzillərə qoyduqları modem bu sürətdə interneti Wi-Fi-ə qoşulmuş cihazlara ötürə bilməyəcək:
"Xidməti göstərən qurumun borcudur ki, vətəndaşı əvvəlcə ölçü cihazı ilə təmin etsin. Baktelekom da provayderlərə göstəriş verməli idi ki, bütün abunəçilərini 100 Mbit/saniyə interneti dəstəkləyən modemlə təmin etsinlər. Bundan sonra əhalidən yeni sürətdə internetin ödənişini tələb edə bilərdilər. Amma hazırda əks vəziyyət müşahidə olunur. Sürət əvvəlki kimi qalıb, vətəndaşdan istifadə edə bilmədiyi internetin pulu alınır".

"Aztelekom" dan şikayətlərə cavab
İnternetin sürətinin zəif olması barədə şikayətlərə gəlincə, "Aztelekom" bu iddialara belə cavab verib:
"Qeyd edək ki, internet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır.
İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur. Həmin səbəblər aşağıdakılardır:
Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.
Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq.
Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda "Aztelekom" abunəçilərindən "170", "Baktelecom" abunəçilərindən isə "155" Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur".
Onu da xatırladaq ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Hazırda 100 Mbit/saniyə optik internetin qiyməti 27 manatdır. Minimum sürət ölkə üzrə bütün abunəçilərə təqdim olunur. Amma abunəçilər 32 manat ödəməklə 150 Mbit/s -ə qədər, 38 manat ödəməklə isə 250 Mbit/s -ə qədər internet ala bilərlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... - AYI ADI ÜSTÜNDƏDİR...
Bu gün, 06:50
Əmrullayevin təhsilə olan EŞQİ BUDURMU?
Bu gün, 06:47
Araz Paşayev kimi aldadır? - Direktorların Avropa səfəri ilə bağlı qalmaqal böyüyür
Bu gün, 06:43
“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:37
'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" - deputat
Bu gün, 06:05
İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:01
"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF
Bu gün, 05:58
Deputatın işçisi vətəndaşı boğmaq istədi - İŞƏ POLİS QARIŞDI
Bu gün, 05:54
Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb - GƏLİŞMƏ
Bu gün, 05:44
Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq – Ermənistan nə edəcək?
Bu gün, 05:40
Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm - Tramp
Bu gün, 05:36
Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06
"Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00
Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59
Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57
ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55
Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00
Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Dünən, 17:56
Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru