Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan “Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsi “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə (REAL TV) 48 000 AZN ödəyəcək.
Pravda.az-ın xəbərinə görə, bu, məlumat, reportaj, sujetlərin hazırlanması və televiziya yayımı xidmətləri ilə əlaqədardır.
Müvafiq müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.