İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... .....                     Maaşı yubanan işçilərdən ilginc müraciət .....                     Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? .....                     Binəqədidə kim nə istədi... EDİR! .....                     "Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" .....                     Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? .....                     Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? .....                     Gəncədə zibilə ayrılan milyon... .....                     "Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" .....                     Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək .....                     ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib .....                     Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir .....                     Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək .....                     Futbolun veteranları danışdılar: .....                     Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ .....                     Paşinyanın aparatından sərt bəyanat: .....                     Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb .....                     Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? .....                     İran Quru qoşunlarının komandanı: .....                     Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... .....                     Bakının məşhur gecə klubunun qarşısında dava: .....                     Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı .....                     “Deyirdi, sağalım, ayağa duran kimi…” .....                     "Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" .....                     Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik .....                     Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi .....                     Azərbaycanda psixi xəstələrin sayında rekord artım: .....                     Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından .....                     Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb .....                     Xırdalanda "Lombard-1" mağazasında oğurluq .....                     Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: .....                     Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... .....                     Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi .....                     Keçmiş məmur sədrlikdən istefa verdi .....                     Putin Paşinyanı cəzalandıracaq: NECƏ? .....                     Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş .....                     Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü .....                     Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları .....                     Paşinyan göstəriş verdi: .....                     Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: .....                 

Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Tarix: 8-08-2025, 08:41 | Çap et

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ Evdə keçirəcəyi görüş gündəmin əsas mövzusu olaraq qalır. Görüşlər avqustun 8-də Bakı vaxtı ilə təxminən 22:30-da başlayacaq, 04-də (Bakı zamanı ilə avqustun 9-da) isə üç liderin birgə bəyanatla çıxış etməsi gözlənilir. Vaşinqtona hər iki ölkənin xarici işlər nazirinin gedəcəyi də dəqiqləşib.

Günün ikinci hissəsində yayılan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib.

APA xəbər verir ki, dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub. Bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında paylaşım edib.

O qeyd edib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması.

Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.

Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan anlaşma memorandumları.

“Vaşinqtonda keçiriləcək görüşdə "tarixi irəliləyiş" kimi təqdim olunacaq sənəd imzalana bilər". Ermənistanın “Joqovurd” qəzeti Ermənistan hakimiyyətinə yaxın mənbələrə istinadən belə yazır. Qəzetin yazdığına görə, Paşinyan “Mülki müqavilə” partiyasının iclasında ABŞ-da “müəyyən sənədin” imzalanmasının böyük ehtimalla baş tutacağını bildirib.

Nəşrin iddiasına görə, Vaşinqton Zəngəzur dəhlizi probleminin həllini təklif edib. Belə ki, “dəhliz” terminindən istifadə etmədən və heç bir tərəfə xüsusi səlahiyyət vermədən, amma kənar nəzarət elementləri ilə açılmasını təklif edir.

Ekspertlərə görə, yekun sülh müqaviləsinə əsas maneə Ermənistan Konstitusiyasına dəyişikliklərin zəruriliyi olaraq qalır. Bunun üçün İrəvan yeni konstitusiya qəbul etməli olacaq ki, bu da gərgin daxili siyasi mübarizənin və 2026-cı il parlament seçkilərinə hazırlıqların getdiyi indiki şəraitdə mümkün deyil. Paşinyan etimad mandatı almaq və yalnız bundan sonra konstitusiya islahatlarına başlamaq üçün seçkilərdə qalib gəlməlidir.

Memorandumun özündə Zəngəzur dəhlizinin açılması məsələsi də öz əksini tapa bilər. Ermənistan dəhlizin Amerika şirkətinin idarəçiliyinə verilməsinə etiraz etmir, çünki hazırda Rusiya Federasiyasının FSB ona faktiki nəzarət edir. Amerika operatorunun meydana çıxması dəhlizin stabil fəaliyyətinə zəmanət verəcək və onun geosiyasi manipulyasiyalarda istifadəsini istisna edəcək. Bu, Rusiyanın bu istiqamətdə təsirini neytrallaşdırmağa çalışan İrəvanın maraqlarına cavab verir. Tam hüquqlu sülh müqaviləsinin imzalanması Ermənistanın öz konstitusiyasına qonşu dövlətlərə, o cümlədən Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtinanı özündə əks etdirən yeni geosiyasi doktrina daxil etməsindən sonra mümkün olacağını proqnozlaşdırır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi daha tez həll oluna bilər ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin yekun şəkildə normallaşması istiqamətində əməli addım olacaq.

Kremlə yaxın “Kommersant” nəşrində dərc edilən məqalədə deyilir ki, Vaşinqtonda gözlənilən danışıqlar artıq Ağ Evin rəhbəri üçün yeni diplomatik qələbə kimi qiymətləndirilir. “Hazırlanan sənəd sülh müqaviləsi olmasa da, onun imzalanması faktı Ağ Evdə Donald Trampa Cənubi Qafqazda sülhməramlı kimi çıxış etmək imkanı verəcək. Moskva ilə münasibətlərdə böhran yaşayan İrəvan və Bakı ABŞ-ı regionun əsas tənzimləyicisi kimi tanımağa hazır olduqlarını nümayiş etdirirlər”, - deyə məqalədə bildirilir.

Aydındır ki, Vaşinqtonda hansı sənədin imzalanmasından asılı olmayaraq, Rusiya bunu özünə qarşı addım hesab edəcək və gələcəkdə bu prosesi tormozlamaq üçün cəhdlər edəcək. Bəs o halda Vaşinqton sülh sazişini Rusiyadan qoruya biləcəkmi?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, yalnız Ermənistan Konstitusiyasını dəyişdikdən sonra sülh müqaviləsi imzalana bilər: “Ehtimal edə bilərik ki, Vaşinqtonda tərəflər sülh üçün niyyət bəyanı, yaxud ondan müəyyən qədər artıq hüquqi qüvvəsi olan sülh üçün çərçivə sazişi imzalayacaqlar. Adətən bəyanatların hüquqi bağlayıcı qüvvəsi olmasa da, bu sənədlər sülh müqaviləsi imzalamaq niyyəti ifadə edən ilkin razılaşmalardır. Çərçivə sazişi isə müəyyən hüquqi qüvvəsi olan, sülh üçün prinsipləri, sərhədlər, təhlükəsizlik (indiki halda Zəngəzur dəhlizində təhlükəsizliyin təmini) və s. detalları özündə ehtiva edən sənəddir. Beləliklə, Trampın liderliyində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolda vacib addım atılacağı gözlənilir və buna görə də son dövrlər Rusiya və İrandan təzyiq və hədələr artmaqdadır. Bu təzyiq və hədələri neytrallaşdırmaq, sülh prosesini qorumaq, o cümlədən digər regional konfliktlərə dair ABŞ və Rusiya arasında anlaşmaq üçün Trampın xüsusi nümayəndəsi Uitkoff bu günlərdə Moskvaya səfər edib. Bu danışıqlar, hər halda, Zəngəzur dəhlizinə dair məsələni də əhatə edir. Bu məsələdə ABŞ üstünlüyünü qorumaq üçün Trampın Rusiyaya daha öncə verdiyi 10 günlük vaxt, yeni sanksiyalar, Ukraynaya daha güclü hərbi yardım və s. kimi təzyiqlərdən istifadə etdiyini deyə bilərik. Beləliklə, Vətən müharibəsində tam qələbəmiz, suverenliyimizin tam bərpası 2020-2023-cü illəri əhatə etdiyi kimi, Zəngəzur dəhlizinin açılması ilə taclandırılacaq sülh müqaviləsi istiqamətdə uzun müddətdir davam edən danışıqların artıq yekun mərhələyə qədəm qoyduğunu deyə bilərik”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ, sülhün hansı ölkənin təşəbbüsü ilə, harada və necə əldə olunmasından daha çox, həmin sənədin Azərbaycanın milli maraqlarına cavab verib-verməməsidir: “Bu baxımdan sülh müqaviləsində ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, qarşılıqlı surətdə ərazi iddialarından imtina etməsi və xüsusilə Ermənistan Konstitusiyasında əksini tapan qeyri-real ərazi iddialarının rəsmən ləğv olunması əsas şərtlər sırasındadır. Eyni zamanda Azərbaycanın Naxçıvanla Zəngəzur dəhlizi vasitəsilə birbaşa bağlantı qurmaq hüququ, bu sülh paketində yer almalıdır. Azərbaycan bu dəhlizin nəzarətinin neytral və ya beynəlxalq tərəfdaş (məsələn, ABŞ və ya Avropa şirkəti) tərəfindən həyata keçirilməsini qəbul edə bilər. Bu isə Moskvanın təsir imkanlarının azaldılması anlamına gələcək və Azərbaycanın praqmatik, balanslaşdırılmış xarici siyasət anlayışı ilə uzlaşır. Vaşinqtonda keçiriləcək bu görüşün ən mühüm tərəfi odur ki, söhbət sıradan diplomatik məsləhətləşmədən deyil, dövlətlərin ali siyasi rəhbərliyi səviyyəsində keçirilən görüşdən gedir. Bu isə onu göstərir ki, tərəflər - həm Azərbaycan, həm də Ermənistan məsələni son mərhələyə daşımaq üçün ciddi iradə nümayiş etdirirlər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... - FOTOFAKT
Bu gün, 07:01
Maaşı yubanan işçilərdən ilginc müraciət - "Elə bir vəziyyət yaranıb ki..."
Bu gün, 06:56
Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Binəqədidə kim nə istədi... EDİR! - BU DA FAKT...
Bu gün, 06:45
"Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" - Sərdar Cəlaloğlu
Bu gün, 06:40
Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? - AKTUAL
Bu gün, 06:37
Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:35
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" - Əməkdar artist
Bu gün, 06:26
Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək - İran ABŞ-yə xəbərdarlıq etdi
Bu gün, 06:24
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib - KİV
Bu gün, 06:21
Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir - TUSK
Bu gün, 06:18
Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək
Dünən, 18:15
Futbolun veteranları danışdılar: - DÇ-2026-nın qalibi kim olacaq?
Dünən, 18:10
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ - ƏMR
Dünən, 18:03
Paşinyanın aparatından sərt bəyanat: - "Müharibə partiyası" Ermənistandan qaçmağa çalışır
Dünən, 17:55
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb - “Tasnim”
Dünən, 17:51
Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? – CAVAB
Dünən, 17:23
İran Quru qoşunlarının komandanı: - Əlimiz tətikdədir
Dünən, 17:16
Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... - TAM ÖZBAŞINALIQ!
Dünən, 17:14
Bakının məşhur gecə klubunun qarşısında dava: - İki mühafizəçi həbs edildi
Dünən, 17:08
Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
Dünən, 17:05
“Deyirdi, sağalım, ayağa duran kimi…” - Ramiz Əzizbəylinin anım günüdür
Dünən, 17:02
"Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" - MƏHKƏMƏ
Dünən, 16:50
Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik – Rəsmi
Dünən, 16:44
Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:43
Azərbaycanda psixi xəstələrin sayında rekord artım: - Psixoterapevtdən SOS
Dünən, 16:41
Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından ƏLDƏ OLUNUR
Dünən, 16:35
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb - vergidən yayınma maddəsi ilə...
Dünən, 16:33
Xırdalanda "Lombard-1" mağazasında oğurluq - MƏHKƏMƏ
Dünən, 16:31
Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: - “Əlinin bərəkəti var, ürəkdən edir”
Dünən, 16:19
Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... - İDDİA
Dünən, 16:06
Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi - KİV
Dünən, 16:02
Keçmiş məmur sədrlikdən istefa verdi - BUNDAN SONRA...
Dünən, 15:57
Putin Paşinyanı cəzalandıracaq: NECƏ? - GƏLİŞMƏ
Dünən, 15:56
Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş – FOTO
Dünən, 15:55
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü - TƏFƏRRÜAT
Dünən, 15:49
Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları - AKTUAL
Dünən, 15:49
Paşinyan göstəriş verdi: - Dərhal həbs edin
Dünən, 15:48
Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: - BƏS SONRA?
Dünən, 15:44
SOCAR-a yaxın yeni şirkət yaradılıb - “SOCAR Babək” ...
Dünən, 15:31
NƏ BAŞ VERİR: "BakıKart"ın da qiyməti artdı - BUNDAN SONRA...
Dünən, 15:25
Bakıda gecə klubunda qardaşı arvadına xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Dünən, 15:20
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir - SİYAHI
Dünən, 15:16
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib
Dünən, 15:11
Qaradağ icra hakimiyyətinin saxlanılan rəis müavininin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 15:10
"Temu"dan gələn sifarişlər gömrükdə açılıb, zədələnir? - İDDİALARA CAVAB
Dünən, 15:08
Bakıda taksi xidməti kəskin bahalaşdı
Dünən, 15:06
Eks-məmur kommunal pulunu ödəmədi: Dava düşdü - TƏFƏRRÜAT
Dünən, 15:00
Donbasda döyüşən azərbaycanlıları neçə il HƏBS gözləyir? – Sərt XƏBƏRDARLIQ
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru