Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Tarix: 8-08-2025, 06:52 | Çap et

“Çox sevinirəm ki, Elçin müəllimi sağlığında xoşbəxt edə bildim. O, heç gözləmirdi ki, “Mahmud və Məryəm” romanına film çəkilər. Mən onun xatirəsini yaşatmaq üçün əlimdən nə gəlirsə, edəcəyəm. Çünki Elçin müəllim mənim sənətdəki böyük uğurum olub. Ümumiyyətlə, Əfəndiyevlər ailəsi mənim sənətdə böyük uğurum olub. Bu sənətdə var olmağımın və bütün uğurlarımın arxasında bu ailə dayanır".

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova görkəmli yazıçı, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə bağlı xatirələrini bölüşərkən deyib.

O bildirib ki, ilk dəfə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” teletamaşası ilə sənətə gəlib:

“Daha sonra Türkiyədə də Elçin müəllimin əsərləri ilə ən böyük mükafatları qazandım. Yaxşı ki, Əfəndiyevlər ailəsi həyatımda olub. Hər şey üçün Elçin müəllimə sonsuz təşəkkür edirəm".

Məlahət Abbasova Elçin Əfəndiyevlə bağlı xatirələrinin çox zəngin olduğunu deyib:

“1987-ci ildən etibarən “Sən həmişə mənimləsən” teletamaşası həyatıma girdiyindən bəri bu ailəyə, xüsusilə də Elçin müəllimə hər zaman yaxın olmuşam. Mənim ilk atdığım ən böyük addım Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında körpü quraraq Elçin müəllimin “Mahmud və Məryəm” romanını ortaq layihə kimi təqdim etməyim idi.

Bu istiqamətdə atdığım addımlar mənim üçün çox önəmlidir. Ailəsi də bunu yaxşı bilir. Bunu ilk dəfə mən təklif etdim və Elçin müəllim bu ideyaya çox sevindi. Daha sonra mən Türkiyədə Elçin müəllimin pyeslərini səhnəyə qoymağa başladım.

Onun dörd pyesi İstanbul Şəhər Teatrında səhnəyə qoyuldu. Hər biri böyük uğur qazandı, mükafatlara layiq görüldük, qastrollara getdik. Elçin müəllim mənim üçün sadəcə böyük bir yazıçı deyildi, o, mənim üçün mənəvi bir dayaq idi. Elçin Əfəndiyevin adı Azərbaycan mədəniyyətinə qızıl hərflərlə yazılıb.

O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi. Onu Türkiyə tamaşaçısına tanıtmaq, pyeslərini səhnəyə qoymaq mənim üçün fəxrdir. Məsələn, 2015-ci ildə İstanbul Şəhər Teatrı Elçin müəllimin "Şekspir" adlı pyesi ilə 11 mükafat qazandı, mən ilin ən yaxşı rejissoru seçildim. O tamaşada rol alan aktyorların hamısı mükafat aldı.

Orada altı xarakter vardı və hamısı ilin ən yaxşı aktyoru, ən yaxşı köməkçi aktyoru mükafatına layiq görüldü. Səhnə tərtibatı, musiqi, hamısı yüksək qiymətləndirildi. Musiqini Xalq artisti, tanınmış bəstəkar Aygün Səmədzadə yazmışdı.

Türkiyədə bir çox universitetlərdən ona fəxri doktor adları verilib. Atatürk Kültür Mərkəzində Türkiyə Prezidenti tərəfindən mükafatlandırılması, bu işin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bütün bu proseslərin canlı şahidi olmuşam və ona görə də bunları deməyi özümə mənəvi borc bildim”.

Aktrisa qeyd edib ki, son zamanlar onun səhhətində müəyyən problemlər olsa da, qəfil vəfatı hər kəs üçün gözlənilməz olub:

“Biz onunla hər zaman danışırdıq. Ən son Türkiyədə xəstəxanada yatdı. Mən onun qızı ilə çox yaxın rəfiqəyəm. Biz onlarla bir ailə kimi olmuşuq. Dünən qızı mənə yazır ki, “Sən bilirsən də papa səni necə çox istəyirdi”.

İndi özümü doğma atamı itirmiş kimi hiss edirəm. Soruşdum ki, nə olub, xəstə idi, yoxsa necə?

Dedi: “Yox, Məlahət, hər şey normal idi”. Xəstəliyi var idi əslində. Amma yəqin ki, gecə ürəyi dayanıb”.

Məlahət Abbasova vurğulayıb ki, dünyanın ən böyük teatrlarından birində Azərbaycanın sənət insanı olaraq Elçin müəllimin tamaşaya qoyulan dram əsərlərinin oynanılması, mükafatlar, qostrollar və çox böyük nailiyyətlərlə geri dönməsi bizim üçün fəxrdir:

“Elçin müəllimlə ata-qız münasibətimiz vardı. Hər dəfə İstanbula gələndə görüşürdük. Onsuz da ailəcə görüşən bir insanıq. Elçin müəllimlə çox gözəl xatirələrim var. Hər dəfə Bakıya gələndə, o zaman Nazirlər Kabinetində işləyirdi. Mütləq onun yanına gedirdim, bir stəkan çayını içirdim.

Bir şeyi başa düşməyəndə Elçin müəllimin özəl nömrəsi vardı zəng edirim, birbaşa telefonu özü açırdı. Uzaqda da olsa, hər zaman tamaşalarımla maraqlanırdı. Deyirdim “Narahat olmayın, Elçin müəllim. Tamaşanı siz necə yazmısınızsa, mən də o cür səhnələşdirəcəyəm”.

“Mahmud və Məryəm” filminin ideyası və iki ölkə arasında əməkdaşlıq təklifini ilk dəfə mən irəli sürmüşdüm. Həmin vaxt Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev, Türkiyənin isə Ertuğrul Günay ilə birbaşa görüşdüm və icazələri aldım.

Onun dörd pyesini tərcümə etmişəm. Burada, İstanbuldakı səhnələrdə o əsərləri tamaşaya qoymuşam. İndi istəyirəm onun xatirəsinə həsr olunmuş bir kitab nəşr edim. Hələlik kitabın adını müəyyənləşdirməmişəm. Elçin müəllimin "Qatil" və "Şekspir" əsərini dövlət teatrlarının repertuarında da səhnəyə qoymaq istəyirəm. Çünki bu əsərlər artıq İstanbul Şəhər Teatrlarında uğurla nümayiş olunub. İndi məqsədim onları dövlət teatrlarının səhnəsində təqdim etməkdir. Təəssüf ki, Elçin müəllim bunu görə bilmədi.

Pyesi tərcümə edib repertuara təqdim etmişdim, amma bu, Türkiyədəki seçkilərlə eyni vaxta təsadüf etdi. İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrlarından biridir, 13 binamız, 1 500 işçimiz var. Mən bu teatrda 6 il rəhbərlikdə, direktor müavini vəzifəsində çalışmışam.

Seçkilərdən sonra rəhbərlik dəyişdi və lakin fəaliyyətimi aktrisa və rejissor kimi davam etdirirəm. Bu gün seriallarda gördüyünüz bir çox tanınmış simalar bizim teatrın aktyorlarıdır. Belə böyük bir teatrda çalışan yeganə azərbaycanlı mənəm. Hazırda Beynəlxalq Teatr Festival Komitəsinin üzvüyəm. Harada festival keçirilirsə, Elçin Əfəndiyevin pyesləri orada səhnəyə qoyulub”.

Aktrisa bildirib ki, mərhum dramaturq Elçin müəllimlə son görüşlərində onun tək bir arzusu vardı:

“Elçin müəllimlə son görüşlərimizdə onun bir dərdi vardı. Deyirdi “Nə vaxt mənim “Teleskop” tamaşamı səhnəyə qoyursan?”. “Teleskop” artıq bizim Bədii Şuradan keçmişdi. Ona söz vermişdim, o sözümü mütləq yerinə yetirəcəyəm. “Teleskop” əsərini repertuara təqdim etdiyim zaman bu, məhz seçki dönəminə təsadüf etdi. Elçin müəllimin qızı Günay xanım da bunu çox gözəl bilir. Həmin seçkilərdə CHP qalib gəldi. Biz isə 6 ildir ki, Ak Partiya tərəfindən təyin olunan rəhbərlikdə idik. Yeni rəhbərlik gəldikdən öz komandalarını gətirdilər. Belə bir keçid dövrü idi. İndi isə Elçin müəllimin əziz xatirəsi üçün bu əsəri daha da təzləşdirəcəm”.

Məlahət Abbasova “Elçin müəllimin məni qucaqlayıb “Aferin!” deməsi həyatımın ən böyük mükafatı idi”, deyə vurğulayıb:

“Elçin müəllimin “Ulduzlar altında cinayət” (“Qatil”) tamaşası 3 il ərzində 200 dəfə sərgiləndi. O, bu əsərini çox sevirdi. Ardınca “Şekspir”gəldi. O da böyük uğur qazandı. Nə yaxşı ki, həmin tamaşaları səhnəyə qoydum və Elçin müəllim özü də böyük məmnuniyyətlə izləyib bəyəndi. Hər dəfə İstanbula gələndə tamaşalara baxırdı. Onun nəsihətlərini dinləyirdim, əsərlərini mənə o qədər həvəslə izah edirdi ki... Məsələn, “Qatil” tamaşasında mənə dəqiq şəkildə yön verirdi, nəyi necə etməliyəm, hansı səhnəyə necə yanaşmalıyam, izah edirdi".

O tamaşada bir yuxu səhnəsi vardı. Elçin müəllim xüsusi olaraq deyirdi: “Bax, qətiyyən o səhnəni çıxarma ha!” Çünki məndən əvvəl bu əsəri səhnələşdirən rejissor həmin səhnənin həllini tapa bilməmişdi və onu çıxarmağa qərar vermişdi. Elçin müəllim isə israrla deyirdi ki, məhz o yuxu səhnəsi olsun. Mən həmin səhnəni oturub dərinliklə oxudum və dedim ki, Elçin müəllim, “sizin bu yuxu səhnəsi tamaşanın “kilid” səhnəsidir. Mən onu necə çıxara bilərdim axı?” Çünki o səhnə tamaşanın əsas mərkəz nöqtəsidir, onu mütləq saxlamaq lazım idi. ‘Qatil’ tamaşası ilə bağlı qastrol səfəri üçün Bakıya gələndə, Xalq artisti Şükufə Yusupova, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Sabir Məmmədov və digər sənətkarlar da tamaşaya baxmışdılar.”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bütün aktyorları hamısı məni təbrik etdi. Dedilər ki, “Mehribanın həll edə bilmədiyi o yuxu səhnəsini sən necə ustalıqla səhnələşdirdin! Bizdə bu səhnənin həlli tapılmamışdı”. Mən də dedim ki, “Vallah, Elçin müəllimin sayəsində”. Bildiyim qədərilə Azərbaycanda bu səhnə çox zəif təqdim olunmuşdu. Sonradan baxdım və doğrudan da, düzgün səhnələşdirilməmişdi. Elçin müəllim mənim təqdim etdiyim səhnəyə baxanda o qədər sevindi ki, qanadı olsaydı, uçardı. Biz qastrol səfərinə gələndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva tamaşaya gəldi və onu çox bəyəndi. Onunla yanaşı, bir sıra dövlət rəsmiləri, eləcə də müxtəlif nazirliklərin nümayəndələri də tamaşada iştirak edirdilər. Nərgiz xanım bizi Elçin müəllimin “Şekspir” tamaşasına baxmaq üçün öz teatrına dəvət etdi və bizim bütün aktyor heyətimiz üçün ziyafət təşkil etdi.

"Qatil" tamaşasını görəndə necə mənə sarıldı, gözləri doldu... Mənə, “Aferin!, Sən məni anlamısan. Bu əsərdə nə demək istədiyimi tutmusan” dedi. Deyəsən, o dövrdə Mehriban Ələkbərzadə ilə bu səhnənin quruluşu ilə bağlı müəyyən fikir ayrılıqları olmuşdu. Ona görə də Elçin müəllim bu səhnə ilə bağlı xüsusilə narahat idi".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru