"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                 

Arzu Rəhimovun "xəstə çağırışçı" maniyası - ORDUYA KİMLƏR CƏLB OLUNUR?
Tarix: 28-03-2014, 17:27 | Çap et
Arzu Rəhimovun "xəstə çağırışçı" maniyası
Arzu Rəhimov hərbi prokurorun ətrafı adından istifadə edir.Səfərbərlik və Hərbit Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbəri, general-leytenant Arzu Rəhimov bu dövlət xidmətinə rəhbər təyinatı ilə ona olan ümidləri doğrultmur. Heç şübhəsiz ki, söhbətin gündən-günə artan əsgər ölümlərindən getdiyini dərhal anladınız. Məsələ burasındadır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin В«yararlıВ» adı altında Silahlı Qüvvələrə göndərdiyi 300-ə qədər gənc çağırışçıda vərəm, habelə digər xəstəliklər aşkarlandı və onlar Müdafiə Nazirliyi tərəfindən geri qaytarıldı. Təkcə yanvar ayında Silahlı Qüvvələrdə xidmət üçün çağırılan 157 çağırışçıda xəstəlik aşkar edildiyindən onlar hərbi xidmətdən azad olundular. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıydı. Nazirliyin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir.

Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd etdiyimiz kimi, təkcə yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlandı və onlar geri qaytarıldılar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklərin müəyyən edilməsi general Arzu Rəhimovun bir sıra işçilərinin qanunsuzluqlarının miqyas tanımadığını sübut etdi. Hərbi həkim komissiyaları tərəfindən "xidmətə yararlı” - yəni sağlam olması barədə rəy verilmiş hərbi çağırışçıların yenidən yoxlanılaraq xəstəliklərinin müəyyən edilməsi və bunun ictimailəşdirilməsi prosesi Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra başladı. Yanvarın əvvəlində müdafiə nazirinin imzaladığı əmrə əsasən nazirliyin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirildi. Halbuki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiyalarının vəzifəsi çağırışçıların sağlamlığını yoxlayaraq hərbi xidmətə göndərməkdən ibarətdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovun nə deməsindən asılı olmayaraq, tam şəffaf şəkildə həyata keçirilən tibbi müayinə birmənalı olaraq orduda sağlamlığın qorunması və hərbçilərin xidməti vəzifələrini sağlam şəkildə başa vurmasında çox əhəmiyyətli faktordur. Bəs bu prosedur nə qədər şəffaf keçirilir?

Son faktlar göstərdi ki, çox pis. Qeyd etdiyimiz kimi, 157 nəfər hələ bir neçə günlük çağırış vaxtı ərzində Müdafiə Nazirliyinin geri qaytardığı çağırışçıların sayıdır. Ümumilikdə onların sayı yüzlərlədir. Xəstə olduğu halda Arzu Rəhimovun işçiləri tərəfindən sağlam adı ilə orduya gələn gənclərdə yaranan problemlər sonradan ölümlə nəticələnir ki, bunda da Arzu Rəhimov başqa qurumları günahkar adlandırırdı. Nazirlik də məhz bu cür halların qarşısını almaq üçün SHXÇDX-dən sonra gənc əcgərləri yoxlamağı zəruri saydı. Deməli, bir güc strukturu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkənin başqa bir güc strukturuna qarşı daha bir xoşagəlməz addım atıb. Əks təqdirdə, xəstə adamı necə sağlam adı ilə ordu sıralarına göndərmək olar? Bəli, В«Gündəlik BakıВ»nın hər zaman qeyd etdiyi kimi, məsələ araşdırılmalı və ona qiymət verilməlidir. Çünki bu, birinci hal deyil. Xatırlayırsınızsa, ötən illərdə hətta karantin müddətində, hərbi andı qəbul etməmiş bir neçə gənc əsgər dünyasını dəyişdi. Çağırışçıların arasında xəstələrin də olması, çağırış fəaliyyətinin şəffaf keçirilməməsinin müxtəlif səbəbləri var. Birmənalı olaraq burada bəzi varlı şəxslərin övladlarının əvəzinə sadə vətəndaşların xəstə övladlarının hərbi xidmətə aparılması halları mövcuddur. Həmçinin sağlamların müəyyən maraqlar çərçivəsində ordudan yayındırılması halları da mövcuddur. Sözsüz ki, bəzi məmur övladlarının xaricdə təhsil adı ilə çağırışdan yayınması halları da mövcuddur. Xəstələr isə plan doldurma xatirinə ordu sıralarına göndərilir. Əslində bunun özü çox biabırçı haldır. Bununla əlaqədar çox ciddi tədbirlər görülməlidir. Müəyyən çağırışçıların geri qaytarılması vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu odur ki, mütləq mənada qaytarılan gənclər sonrakı mərhələdə başqa güc strukturlarına göndərilməsin. Əslində Arzu Rəhimovun bəzi işçilərinin müəllifi və iştirakçısı olduqları bu məsələlər ilə əlaqədar ciddi araşdırmanın aparılmasına ehtiyac var. Əvvəla, burada məsələlər şəffaf deyil. İkincisi də şəffaflığın olması üçün çalışmalıdırlar ki, bu faktları ictimailəşdirsinlər. Əks təqdirdə, kim nə istəyir o cür də özbaşınalıq edir və yəqin bundan sonra da davam edəcək.

MN-in müayinəsi nəticəsində SHXÇDX-nin yanlış rəy verdiyi aşkar olunduğundan artıq burada qanunsuz əməl ortaya çıxır. Bəs bununla bağlı kim və hansı şəkildə cəzalandırılmalıdır? Əslində В«Gündəlik BakıВ»yla yanaşı, bu məsələni ilk növbədə Hərbi Prokurorluq, həmin gənclərin valideynləri ictimailəşdirməli və günahkarların cəzalandırılmasını təmin etməlidirlər. Həmçinin müvafiq qurumlar da aşkar edilən qanunsuzluqla bağlı müvafiq hüquq-mühafizə orqanına müraciət etməlidir. Əslində baş verənlər çox ciddi məsələlərdir və bununla bağlı Hərbi Prokurorluğa şikayət göndərilməlidir.

Bizim, habelə bir müddət əvvəl Müdafiə Nazirliyinin açıqladığı faktlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində çox ciddi pozuntuların olduğunu deməyə əsas verir. Əslində hər iki qurumun apardığı müayinənin nəticələri üst-üstə düşməliydi. Düzdür, iki dövlət qurumunun eyni müayinəni keçirməsi absurddur. Bu həm artıq xərc, həm də dövlət qurumlarına inamsızlıq yaratdığı üçün müayinələrdən biri, daha doğrusu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin açıqladığı nəticələr ləğv edilməlidir.

Burada hansı qurumun haqlı olması və səlahiyyətlər bölgüsünün nə cür müəyyənləşməsi artıq ortadadır. Ötən illərin statistikasında bir çox hərbi qulluqçuların mülki həyatdan gətirdikləri xəstəlikdən dünyasını dəyişməsi hallarına rast gəlindi. Hər il onlarla gənc hərbi qulluqçu dünyasını dəyişirdi ki, onların da əksəriyyəti mülki həyatda olarkən həmin xəstəliklərə tutulmuşdular. Bu məsələdə əsas günahkar məhz hərbi çağırış xidmətini həyata keçirən qurumdur. Görünən odur ki, yeni müdafiə naziri bu cür halların qarşısını almaq üçün çağırışçıların geri qaytarılmasına çalışır. Halbuki xəstəlikdən ölən hərbi qulluqçuların sayının artması SHXÇDX-nin də müəyyən addımlar atmasına səbəb olmalı idi. Təəssüf ki, yerlərdən gələn məlumatlarda bu xidmətin xəstə əsgərlərin hərbi xidmətə göndərməsini davam etdirdiyi bildirilir. Bizim əldə etdiyimiz məlumatlara görə, SHXÇDX-in bəzi şöbələrinin xəstə əsgərlərin valideynlərindən təmənna ummaları və onlar istədiklərini əldə etmədikləri halda yoxsul ailələrdən olan xəstə çağırışçıları hərbi xidmətə göndərmələri halları bu gün də var.

Sadaladıqlarımıza rəğmən belə suallar ortaya çıxır: - Hərbi Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xəstə çağırışçıların orduya göndərməsinə niyə susur? General-leytenant Arzu Rəhimovu Xanlar Vəliyevə kim, hansı yüksək vəzifəli məmur tapşırtdırıb? Nə üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüzlərlə yararsız gənci orduya göndərməsi ilə bağlı təhqiqat aparılmır? Hüquq-mühafizə orqanları, o cümlədən Hərbi Prokurorluğun müvafiq rəsmiləri nəyi gözləyir? Ortada 300 xəstə çağırışçının ordu sıralarına göndərilməsi faktı, habelə 2012, 2013-cü illərdə baş vermiş onlarla naməlum əsgər ölümləri halları olduğu halda Hərbi Prokurorluq bununla bağlı niyə təhqiqatlara başlamır? Nə üçün günahkar şəxslər barəsində cinayət işləri açılmır? Bəlli olan odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimov hər vasitədən istifadə edir. Maraqlıdır, Arzu Rəhimovla Xanlar Vəliyev arasında körpü rolunu kim oynayır? Bizdə olan məlumatlara görə, SHXÇDX-inin rəhbəri hətta Xanlar Vəliyevin, habelə onun ətrafı adından da istifadə edir. Bu barədə ayrı-ayrı sözlər işlədir. Əslində hamı kimi biz də hərbi prokuror, dövlətçilik ideyalarına, qanunun aliliyinə sədaqəti ilə seçilən ədliyyə general-leytenantı Xanlar Vəliyevi çox yaxşı tanıyırıq. Respublika Hərbi Prokurorluğunun fəaliyyətindəki keyfiyyət dəyişikliyi həm də ölkəmizin hərbi prokuroru Xanlar Vəliyevin bu sahə üzrə vəzifələrin öhdəsindən uğurla gəlməsi, peşəkar kadrları önə çəkərək onlara dəstək verməsi, ilə reallaşdı. Məhz baş prokurorun müavini, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi altında hərbi prokurorluğun kollektivi ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması istiqamətində əsaslı nailiyyətlərə imza atdı. Dövlətimiz və dövlətçiliyimiz qarşısındakı bu xidmətlərinə görə onun prezident komandasının sadiq üzvlərindən olduğunu bilirik. Qəribədir, Arzu Rəhimovun ədliyyə general-leytenantının, hərbi prokurorun ətrafındakı bəzi şəxslərin adından istifadə etməsi nəyə, hansı maraqlarına hesablanıb? Axı ortada ən azı 300 xəstə çağırışçının, ordu sıralarında dünyalarını dəyişmiş onlarla gənc əsgərin ölüm faktları var. Biz çox yaxşı bilirik ki, ordu sıralarında dünyasını dəyişmiş gənc əsgərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələrinin qanunsuzluqlarının qurbanına çevriliblər. Əvvəllər Arzu Rəhimov bütün bunları ayrı-ayrı icra hakimiyyətlərinin üstünə atırdı. İddia edirdi ki, guya əsas müqəssirlər icra strukturları, habelə hərbi həkim komissiyalarıdır. Lakin MN-in aşkarladığı son faktlar Arzu Rəhimovun yalanlarını üzə çıxardı. General bu dəfə ictimaiyyət qarşısına çıxaraq В«xəstə çağırışçılar orduya özləri könüllü, hərbi həkimləri aldadaraq gedirlərВ» - komik açıqlama verərək, özünə bəraət qazandırmaq istədi. Bütün bunlar onun xalq, yoxsul vətəndaşlar qarşısında yalan danışdığını sübut etdi. İndi isə hərbi prokurorun, onun ətrafındakıların adından istifadə etmək taktikasına əl atıb. Bəs görəsən, sürücünün aldığı 500 min manatlıq rüşvət cinayətinin hesabını kim verəcək? Yaxud Qobustan rayonunda aşkarlanmış cinayət işinə görə məsuliyyətə kim cəlb ediləcək? 300 xəstə çağırışçının şərəf və ləyaqəti necə olsun? Arzu Rəhimov, görəsən bunlara görə kim qanun, məhkəmə qarşısında cavab verməlidir? Axı Xanlar Vəliyevin ətrafı adından istifadə etmək insafsızlıqdır! Əminik ki, Arzu Rəhimovun xəstə çağırışçılarla bağlı yalanlarının üstü qısa müddətdə açıldığı kimi, gün gələcək, onun hərbi prokurorun adından istifadə etməsinin təfərrüatları da müfəssəl şəkildə bəlli olacaq. Əminik ki, Respublika Hərbi Prokurorluğu xəstə çağırışçıların ordu sıralarına göndərilməsi faktlarını tezliklə araşdıracaq, əsl müqəssirin kim olduğu hər kəsə bəlli olacaq. Onda 500 min manatlıq rüşvət, 300 çağırışçının şərəf və ləyaqəti, habelə digər məsələlər də həllini tapacaq.gundelik-baku.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru