Əsas Səhifə > Güney Press / Ana xəbər > Arzu Rəhimovun "xəstə çağırışçı" maniyası
Arzu Rəhimovun "xəstə çağırışçı" maniyası28-03-2014, 17:27 |
![]() Arzu Rəhimov hərbi prokurorun ətrafı adından istifadə edir.Səfərbərlik və Hərbit Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbəri, general-leytenant Arzu Rəhimov bu dövlət xidmətinə rəhbər təyinatı ilə ona olan ümidləri doğrultmur. Heç şübhəsiz ki, söhbətin gündən-günə artan əsgər ölümlərindən getdiyini dərhal anladınız. Məsələ burasındadır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin В«yararlıВ» adı altında Silahlı Qüvvələrə göndərdiyi 300-ə qədər gənc çağırışçıda vərəm, habelə digər xəstəliklər aşkarlandı və onlar Müdafiə Nazirliyi tərəfindən geri qaytarıldı. Təkcə yanvar ayında Silahlı Qüvvələrdə xidmət üçün çağırılan 157 çağırışçıda xəstəlik aşkar edildiyindən onlar hərbi xidmətdən azad olundular. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıydı. Nazirliyin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir. Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd etdiyimiz kimi, təkcə yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlandı və onlar geri qaytarıldılar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklərin müəyyən edilməsi general Arzu Rəhimovun bir sıra işçilərinin qanunsuzluqlarının miqyas tanımadığını sübut etdi. Hərbi həkim komissiyaları tərəfindən "xidmətə yararlı” - yəni sağlam olması barədə rəy verilmiş hərbi çağırışçıların yenidən yoxlanılaraq xəstəliklərinin müəyyən edilməsi və bunun ictimailəşdirilməsi prosesi Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra başladı. Yanvarın əvvəlində müdafiə nazirinin imzaladığı əmrə əsasən nazirliyin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirildi. Halbuki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiyalarının vəzifəsi çağırışçıların sağlamlığını yoxlayaraq hərbi xidmətə göndərməkdən ibarətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovun nə deməsindən asılı olmayaraq, tam şəffaf şəkildə həyata keçirilən tibbi müayinə birmənalı olaraq orduda sağlamlığın qorunması və hərbçilərin xidməti vəzifələrini sağlam şəkildə başa vurmasında çox əhəmiyyətli faktordur. Bəs bu prosedur nə qədər şəffaf keçirilir? Son faktlar göstərdi ki, çox pis. Qeyd etdiyimiz kimi, 157 nəfər hələ bir neçə günlük çağırış vaxtı ərzində Müdafiə Nazirliyinin geri qaytardığı çağırışçıların sayıdır. Ümumilikdə onların sayı yüzlərlədir. Xəstə olduğu halda Arzu Rəhimovun işçiləri tərəfindən sağlam adı ilə orduya gələn gənclərdə yaranan problemlər sonradan ölümlə nəticələnir ki, bunda da Arzu Rəhimov başqa qurumları günahkar adlandırırdı. Nazirlik də məhz bu cür halların qarşısını almaq üçün SHXÇDX-dən sonra gənc əcgərləri yoxlamağı zəruri saydı. Deməli, bir güc strukturu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkənin başqa bir güc strukturuna qarşı daha bir xoşagəlməz addım atıb. Əks təqdirdə, xəstə adamı necə sağlam adı ilə ordu sıralarına göndərmək olar? Bəli, В«Gündəlik BakıВ»nın hər zaman qeyd etdiyi kimi, məsələ araşdırılmalı və ona qiymət verilməlidir. Çünki bu, birinci hal deyil. Xatırlayırsınızsa, ötən illərdə hətta karantin müddətində, hərbi andı qəbul etməmiş bir neçə gənc əsgər dünyasını dəyişdi. Çağırışçıların arasında xəstələrin də olması, çağırış fəaliyyətinin şəffaf keçirilməməsinin müxtəlif səbəbləri var. Birmənalı olaraq burada bəzi varlı şəxslərin övladlarının əvəzinə sadə vətəndaşların xəstə övladlarının hərbi xidmətə aparılması halları mövcuddur. Həmçinin sağlamların müəyyən maraqlar çərçivəsində ordudan yayındırılması halları da mövcuddur. Sözsüz ki, bəzi məmur övladlarının xaricdə təhsil adı ilə çağırışdan yayınması halları da mövcuddur. Xəstələr isə plan doldurma xatirinə ordu sıralarına göndərilir. Əslində bunun özü çox biabırçı haldır. Bununla əlaqədar çox ciddi tədbirlər görülməlidir. Müəyyən çağırışçıların geri qaytarılması vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu odur ki, mütləq mənada qaytarılan gənclər sonrakı mərhələdə başqa güc strukturlarına göndərilməsin. Əslində Arzu Rəhimovun bəzi işçilərinin müəllifi və iştirakçısı olduqları bu məsələlər ilə əlaqədar ciddi araşdırmanın aparılmasına ehtiyac var. Əvvəla, burada məsələlər şəffaf deyil. İkincisi də şəffaflığın olması üçün çalışmalıdırlar ki, bu faktları ictimailəşdirsinlər. Əks təqdirdə, kim nə istəyir o cür də özbaşınalıq edir və yəqin bundan sonra da davam edəcək. MN-in müayinəsi nəticəsində SHXÇDX-nin yanlış rəy verdiyi aşkar olunduğundan artıq burada qanunsuz əməl ortaya çıxır. Bəs bununla bağlı kim və hansı şəkildə cəzalandırılmalıdır? Əslində В«Gündəlik BakıВ»yla yanaşı, bu məsələni ilk növbədə Hərbi Prokurorluq, həmin gənclərin valideynləri ictimailəşdirməli və günahkarların cəzalandırılmasını təmin etməlidirlər. Həmçinin müvafiq qurumlar da aşkar edilən qanunsuzluqla bağlı müvafiq hüquq-mühafizə orqanına müraciət etməlidir. Əslində baş verənlər çox ciddi məsələlərdir və bununla bağlı Hərbi Prokurorluğa şikayət göndərilməlidir. Bizim, habelə bir müddət əvvəl Müdafiə Nazirliyinin açıqladığı faktlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində çox ciddi pozuntuların olduğunu deməyə əsas verir. Əslində hər iki qurumun apardığı müayinənin nəticələri üst-üstə düşməliydi. Düzdür, iki dövlət qurumunun eyni müayinəni keçirməsi absurddur. Bu həm artıq xərc, həm də dövlət qurumlarına inamsızlıq yaratdığı üçün müayinələrdən biri, daha doğrusu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin açıqladığı nəticələr ləğv edilməlidir. Burada hansı qurumun haqlı olması və səlahiyyətlər bölgüsünün nə cür müəyyənləşməsi artıq ortadadır. Ötən illərin statistikasında bir çox hərbi qulluqçuların mülki həyatdan gətirdikləri xəstəlikdən dünyasını dəyişməsi hallarına rast gəlindi. Hər il onlarla gənc hərbi qulluqçu dünyasını dəyişirdi ki, onların da əksəriyyəti mülki həyatda olarkən həmin xəstəliklərə tutulmuşdular. Bu məsələdə əsas günahkar məhz hərbi çağırış xidmətini həyata keçirən qurumdur. Görünən odur ki, yeni müdafiə naziri bu cür halların qarşısını almaq üçün çağırışçıların geri qaytarılmasına çalışır. Halbuki xəstəlikdən ölən hərbi qulluqçuların sayının artması SHXÇDX-nin də müəyyən addımlar atmasına səbəb olmalı idi. Təəssüf ki, yerlərdən gələn məlumatlarda bu xidmətin xəstə əsgərlərin hərbi xidmətə göndərməsini davam etdirdiyi bildirilir. Bizim əldə etdiyimiz məlumatlara görə, SHXÇDX-in bəzi şöbələrinin xəstə əsgərlərin valideynlərindən təmənna ummaları və onlar istədiklərini əldə etmədikləri halda yoxsul ailələrdən olan xəstə çağırışçıları hərbi xidmətə göndərmələri halları bu gün də var. Sadaladıqlarımıza rəğmən belə suallar ortaya çıxır: - Hərbi Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xəstə çağırışçıların orduya göndərməsinə niyə susur? General-leytenant Arzu Rəhimovu Xanlar Vəliyevə kim, hansı yüksək vəzifəli məmur tapşırtdırıb? Nə üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüzlərlə yararsız gənci orduya göndərməsi ilə bağlı təhqiqat aparılmır? Hüquq-mühafizə orqanları, o cümlədən Hərbi Prokurorluğun müvafiq rəsmiləri nəyi gözləyir? Ortada 300 xəstə çağırışçının ordu sıralarına göndərilməsi faktı, habelə 2012, 2013-cü illərdə baş vermiş onlarla naməlum əsgər ölümləri halları olduğu halda Hərbi Prokurorluq bununla bağlı niyə təhqiqatlara başlamır? Nə üçün günahkar şəxslər barəsində cinayət işləri açılmır? Bəlli olan odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimov hər vasitədən istifadə edir. Maraqlıdır, Arzu Rəhimovla Xanlar Vəliyev arasında körpü rolunu kim oynayır? Bizdə olan məlumatlara görə, SHXÇDX-inin rəhbəri hətta Xanlar Vəliyevin, habelə onun ətrafı adından da istifadə edir. Bu barədə ayrı-ayrı sözlər işlədir. Əslində hamı kimi biz də hərbi prokuror, dövlətçilik ideyalarına, qanunun aliliyinə sədaqəti ilə seçilən ədliyyə general-leytenantı Xanlar Vəliyevi çox yaxşı tanıyırıq. Respublika Hərbi Prokurorluğunun fəaliyyətindəki keyfiyyət dəyişikliyi həm də ölkəmizin hərbi prokuroru Xanlar Vəliyevin bu sahə üzrə vəzifələrin öhdəsindən uğurla gəlməsi, peşəkar kadrları önə çəkərək onlara dəstək verməsi, ilə reallaşdı. Məhz baş prokurorun müavini, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi altında hərbi prokurorluğun kollektivi ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması istiqamətində əsaslı nailiyyətlərə imza atdı. Dövlətimiz və dövlətçiliyimiz qarşısındakı bu xidmətlərinə görə onun prezident komandasının sadiq üzvlərindən olduğunu bilirik. Qəribədir, Arzu Rəhimovun ədliyyə general-leytenantının, hərbi prokurorun ətrafındakı bəzi şəxslərin adından istifadə etməsi nəyə, hansı maraqlarına hesablanıb? Axı ortada ən azı 300 xəstə çağırışçının, ordu sıralarında dünyalarını dəyişmiş onlarla gənc əsgərin ölüm faktları var. Biz çox yaxşı bilirik ki, ordu sıralarında dünyasını dəyişmiş gənc əsgərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələrinin qanunsuzluqlarının qurbanına çevriliblər. Əvvəllər Arzu Rəhimov bütün bunları ayrı-ayrı icra hakimiyyətlərinin üstünə atırdı. İddia edirdi ki, guya əsas müqəssirlər icra strukturları, habelə hərbi həkim komissiyalarıdır. Lakin MN-in aşkarladığı son faktlar Arzu Rəhimovun yalanlarını üzə çıxardı. General bu dəfə ictimaiyyət qarşısına çıxaraq В«xəstə çağırışçılar orduya özləri könüllü, hərbi həkimləri aldadaraq gedirlərВ» - komik açıqlama verərək, özünə bəraət qazandırmaq istədi. Bütün bunlar onun xalq, yoxsul vətəndaşlar qarşısında yalan danışdığını sübut etdi. İndi isə hərbi prokurorun, onun ətrafındakıların adından istifadə etmək taktikasına əl atıb. Bəs görəsən, sürücünün aldığı 500 min manatlıq rüşvət cinayətinin hesabını kim verəcək? Yaxud Qobustan rayonunda aşkarlanmış cinayət işinə görə məsuliyyətə kim cəlb ediləcək? 300 xəstə çağırışçının şərəf və ləyaqəti necə olsun? Arzu Rəhimov, görəsən bunlara görə kim qanun, məhkəmə qarşısında cavab verməlidir? Axı Xanlar Vəliyevin ətrafı adından istifadə etmək insafsızlıqdır! Əminik ki, Arzu Rəhimovun xəstə çağırışçılarla bağlı yalanlarının üstü qısa müddətdə açıldığı kimi, gün gələcək, onun hərbi prokurorun adından istifadə etməsinin təfərrüatları da müfəssəl şəkildə bəlli olacaq. Əminik ki, Respublika Hərbi Prokurorluğu xəstə çağırışçıların ordu sıralarına göndərilməsi faktlarını tezliklə araşdıracaq, əsl müqəssirin kim olduğu hər kəsə bəlli olacaq. Onda 500 min manatlıq rüşvət, 300 çağırışçının şərəf və ləyaqəti, habelə digər məsələlər də həllini tapacaq.gundelik-baku.com Geri qayıt |