Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                     Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” .....                     “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” .....                     Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: .....                     Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək .....                     Xəzərin coğrafi xəritəsi dəyişir? .....                     Çin ABŞ-yə üç sahədə qalib gəlib .....                     Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb .....                 

Azərbaycan hər il milyard yarım dolları necə itirir? - ARAŞDIRMA
Tarix: 27-03-2014, 14:06 | Çap et
Azərbaycan hər il milyard yarım dolları necə itirir?
Azərbaycan avtomobil bazarı 2014-cü ilin ilk iki ayında çox təzadlı iki göstəricisi ilə yadda qalıb. Bir tərəfdən, avtomobil kreditlərinə qoyulan məhdudiyyətlər satışları azaldıb və uyğun olaraq, yanvar-fevral aylarında ölkəyə gətirilən avtomobillərin sayı əvvəlki ilin uyğun dövrünə baxanda 6,6% aşağı düşüb. Digər tərəfdən, elə həmin dövr ərzində yerli avtomobil istehsalı 4,6 dəfə artıb. Həmçinin, yerli avtomobil dilerləri ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı satışların əla getdiyini və müştəri bazasının gündən-günə genişləndiyini vurğulayıblar.

Əcaba, avtomobil bazarında bu cür böhranlı günlər yaşandığı, bazarda müştəri qıtlığının yaşandığı bir zamanda yerli avtomobil istehsalçılarının satışlarında bu cür kəskin dönüş nə ilə bağlıdır? Hər halda, ötən 2013-cü ildə yerli avtomobil istehsalı idxal avtomobillərlə rəqabətdə uduzurdu və 2012-ci ilə nisbətən bu sektorda 21,8% geriləmə olmuşdu.

ANS PRESS-in araşdırmasına görə, bu işdə köhnə avtomobillərin kreditə verilməsində yaradılan çətinliklər rol oynasa da, yəni ilkin ödəniş üçün əsas məbləğin 80%-i qədər vəsait tələbi satışları çətinləşdirsə də, yerli istehsalçıların atdığı tutarlı addımlar da öz sözünü deyib. Yerli müəssisələr öz məhsullarını yetərincə əlverişli kredit şərtləri ilə təklif edirlər.

Məsələn, minik avtomobillərinin yeganə yerli istehsalçısı olan Naxçıvan Avtomobil Zavodu tam qiyməti 9 min manat olan avtomobil üçün ilkin ödəniş kimi cəmi 1400 manat istəyir, həm də kredit yerində rəsmiləşdirilir, sığorta sənədləri və digər rəsmiliklər təmin edilir. Bundan sonra müştəriyə, sadəcə, 3 il müddətinə ay ərzində 300 manat ödəmək qalır. Yəni sadəcə şəxsiyyət vəsiqəsini və 1400 manatı götürüb zavodun satış məntəqəsinə gedərək bir neçə saatdan sonra avtomobillə evə dönmək mümkündür.

Yaxud nisbətən bahalı 13 min manatlıq avtomobil almaq istəyən müştəri 1600 manat ilkin ödəniş eləməlidir və bundan sonra onun 3 il ərzində ayda 447 manat pul ödəməsi yetərlidir. Göründüyü kimi, əlində azacıq pulu olan və taksiçilik fəaliyyəti ilə ailəsini dolandırmaq istəyən adamlar üçün əlverişli təklifdir. Hər halda, Bakıda taksi sürücüləri yaxşı çalışdıqda ayda 1000 manata qədər qazana bilirlər ki, bunun 300 manatını kreditə yönəltmək onları elə də çətinliyə salmaz. Yüksək maaşlı işdə işləyən adamlar üçün isə, təbii ki, 447 manatlıq aylıq ödəniş normal görünür.

Lakin avtomobil bazarının strukturuna real baxdıqda və artım faizlərini kənara qoyaraq mütləq rəqəmlərlə danışdıqda, bu müsbət dinamikanın ümumi kütlədə payının çox az olduğunu görmək olur. Belə ki, yanvar-fevral aylarında ölkədə cəmi 142 ədəd avtomobil istehsal edilib ki, bu, həmin müddətdə ölkəyə xaricdən gətirilən 13 162 avtomobilin 1,08%-i qədərdir, ölkədəki avtomobil artımının isə 1,06%-ni təşkil edir. Sirr deyil ki, yerli avtmobil istehsalçıları bazara girməkdə çətinlik çəkirlər. Statistikaya görə, 2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal edilib. Halbuki, il ərzində ölkəyə 95 minə qədər minik avtomobili gətirilib və yerli istehsal bazarın 0,5%-dən də aşağı bir hissəsini əhatə edib.

Bu vəziyyətin nəticələri də göz qabağındadır. 2013-cü ildə təxminən 1,5 milyard dollara yaxın vəsait avtomobillər və onun ehtiyat hissələri üçün ölkədən kənara çıxıb. Ölkədə yığılan avtomobillər bazarda önəmli paya malik olsaydı, həmin vəsaitin xeyli hissəsi Azərbaycanda qalardı ki, bu da minlərlə işçinin əmək haqqı və dövlət büdcəsinə ödənmiş yüz milyonlarla manat vəsait demək olardı. Həm də idxal nəticəsində ölkəyə köhnə avtomobillər gətirilir. Aprelin 1-ə kimi Azərbaycana əsasən yaşı 15-ə çatan avtomobillər gətirilirdi, aprelin 1-dən isə yaşı 10 ətrafında dəyişən avtomobillər idxal ediləcək. Yəni əslində işbazlar real dəyəri bir neç yüz dolları keçməyən metal qırıntısına bir neçə min dollar xərcləyərək ölkəyə gətirirlər.

Bu məğlubiyyət vəziyyətindən çıxışın yeganə yolu ölkədə milli avtmobil sənayesinin təşkilidir. İlk mərhələdə avtmobilləri sadəcə yığmaqla kifayətlənmək olar. Bu zaman yüzlərlə yeni iş yeri açılar, həm də yığma hissələri ölkəyə topdan daha ucuz qiymətə gətirilər. Daha sonra isə ehtiyat hissələrinin istehsalı da təşkil edilə bilər. Possovet ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycanda avtomobil sənayesinin inkişafı üçün yetərincə bazar olmaması barədə deyilənlər həqiqətə uyğun deyil. Hər il 100 minə qədər minik maşınının reallaşdırıldığı bazar heç də kiçik sayıla bilməz. Avtomobil sənayesinin yaradılması da heç zaman gec deyil. Məsələn, bazarı Azərbaycanınkından təxminən 2 dəfə böyük olan Özbəkistan 2008-ci ildə “General Motors”la müqavilə imzalayıb və əyalət şəhəri Asakada mövcud olan avtomobil zavodunun ərazisində sıfırdan yeni avtomobil zavodu tikilməsi barədə razılıq əldə edib. Hazırda zavod ildə 230 minə qədər avtmobil istehsal edir ki, bunun yalnız 90 minə qədər Özbəkistanda satılır, qalanı isə Rusiyanın və digər region ölkələrinin bazarlarına göndərilir. “General Motors” Özbəkistanda yığma hissələrinin də istehsalını təşkil edib və ölkənin müxtəlif əyalətlərində yerləşən 120-yə yaxın müəssisə Asakadakı zavoda yarımfabirkat göndərir.

“Əmlak bazarı iştirakçıları” İB-nin icraçı direktoru, daşınmaz və daşınan əmlak üzrə ekspert Ramil Osmanlının fikrincə, Azərbaycan oxşar addımı Naxçıvan Avtomobil Zavodunun bazasında ata bilər. Təbii ki, Gəncə və Bakıda yerləşən avtomobil zavodlarının da imkanlarından istifadə edilməsi mümkündür. “İlk öncə, zavodun buraxdığı məhsulların çeşidi genişlənməlidir. Həm də ölkə səviyyəsində yerli malın alınması ilə bağlı ciddi təbliğat işi aparılmalıdır ki, xalq yerli avtomobillərə alışa bilsin. Məsələn, dövlət satınalmaları yalnız yerli avtomobilləri əhatə edə bilər”,- deyə Ramil Osmanlı ANS PRESS-ə bildirib. Ekspertin fikrincə, Azərbaycan da digər ölkələrin təcrübəsindən yararlanaraq eyni şassi üzərində həm minik, həm yük avtomobili, həm də mikroavtobus yığa bilər. Bu, yığma hissələrinin bir qisminin istehsalının təşkinə imkan yaratmaqla yanaşı, ölkədə ehtiyat hissələri bazarını da inkişaf etdirər.

Əslində, yaxın on illər boyu neftdənkənar bölmənin inkişafı ilə bağlı Azərbaycanın qarşısında duran öhdəliklər də bunu tələb edir. Hər halda, avtomobil sənayesi elə bir sektordur ki, yaradılan 1 iş yeri 7 əlavə iş yerinin yaramasına səbəb olur. Bu isə sözün həqiqi mənasında neftdənkənar bölmənin çiçəklənməsi deməkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" - FAKT BUDUR!
Bu gün, 09:14
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
"İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru