
Türkiyədə seçki gərginliyi başa çatmaq üzrədir. Cəmi 3 gündən sonra Türkiyüə bələdiyyə seçkiləri ilə bağ lı olaraq qərarını verəcək. Azərbaycanla müqayisədə Türkiyədə bələdiyyə seçkiləri əsas siyasi partiyalar üçün strateji önəm kəsb edir. Hər bir məkanda olan strateji hədəflərə çatmaq üçün iqtidarda olan AKP üçün gərginlik daha da artıb. Ərdoğan iqtidarı seçki dönəmində çox mühim siyasi qərar aldı. Türkiyədə Fətullah Gülən tərəfdarları olan – camaatın sıradan çıxarılması həyata keçirildi. İllər öncə elə Gülən camaatına söykənərək hakimiyyətə sahiblənən Ərdoğan böyük bir projeni gerçəkləşdirmək üçün qərar verdi. Türkiyədə nurçulara qarşı dövlət hərəkətə keçdi. Nəticə etibarilə də böyük bir dalğa Azərbaycana qədər gəlib çatdı. Azərbaycanda da nəticə oldu və hələ ki, prosses səngiyib. Aylardır ki, davam edən piar kampinyasında çox mühim adamların adları keçsə də, hələlik yalnız Prezident Adminstrasiyasının siyasi təhlil şöbəsinin rəhbəri Elnur Aslanov işini itirib. Lakin ölkə mediasına sızdırılan informasiyalarda təkcə Elnur Aslanovun adı keçmirdi. PA rəsimisi ilə yanaşı ali təhsil ocaqlarından tutmuş, strateji enerji layihələrinə qədər ən müxtəlif istiqamətlərdə belə adamlar haqda danışılırdı. Lakin prosses Azərbaycanda bir qədər ertələnib deyə, hələlik onlarla bağlı qərarlar verilməyib. Məlumatlara əsasən ortada olan əsas adamlardan biri ARDNŞ prezidenti Rövnəq Abdallayevdir. R.Abdullayevin adı birbaşa olaraq nurçularla əlaqələrdə çəkilməsə də, onun ən yaxın adamlarından birinin adı Fətulla Gülənin В«HizmətВ» hərəkatının
Əsas kassası olaraq keçdi. Dolaşan informasiyalarda Rövnəq Abdullayev "nurçu"larla əlaqə saxlamaq və onlara dəstək vermək işini müavini Xalik Məmmədova tapşırdığı söylənilirdi. Xalik Məmmədovun qatı "nurçu" olduğu və bu cəryanın liderlərindən sayılan, Xəzər TV-nin rəhbəri Hüseyn Dinləməzlə mütəmadi təmasda olduğu deyilirdi. Məlumatda o da qeyd olunurdu ki, "nurçu"lar İngiltərədə Xalik Məmmədovun vasitəçiliyi və Rövnəq Abdullayevin maliyyə yardımı ilə yeni məktəb açıb. İngiltərədəki Təhsil Mərkəzi vasitəsi ilə bu ölkənin unversitetlərində oxuyan azərbaycanlı məmur balaları "nurçu"luğa cəlb edilir.
Lakin bu informasiyanın arayışı da var idi. Qafqaz Universitetinin rəsmilərindən birinin telefon danışığı yayıldı və bu danışıqlardan da aydın olurdu ki, əslində nurçular Rövnəq Abdullayevin Azərbaycan dövləti adına В«CağВ» Öyrətimdə payçıya çevrilməsi mahiyyət etibarilə heç nəyi dəyişmir. "Nurçu"lara məxsus olduğu bildirilən Qafqaz Unversitetinin dosenti , ali məktəbin Texnoparkının müdiri İsa Qasımovun səs yazısı olduğu iddia edilən audioda maraqlı məqamlar var idi . Həmin audio səs yazısında Rövnəq Abdullayevin Qafqaz Unversitetinin qeyri-rəsmi başqanı olduğu və ali məktəbin bütün işlərinin onun tərəfindən idarə olunduğu bildirilirdi. İsa Qasımov qarşı tərəfə deyirdi ki, əslində Rövnəq Abdullayev payçı olsa da, heç bir halda söz sahibi deyil. Yəni paylar COSAR-a satılıb. Lakin kadr siyasəti, idarəetmə yenə də В«nurçuВ»ların əlindədir.
GUNDEMINFO.AZ-a daxil olan çox ilginc informasiyaya əsasən Türkiyənin baş naziri Ərdoğan Azərbaycana yolladığı mürəcaitində əslində mühim strateji enerji layihələrinin içində nurçuların olmasından ciddi narahat olub. Ərdoğan Azərbaycanla Türkiyə arasında baş tutan milyard dollarlıq layihələrlə bağlı narahatlığını ifadə edib. O. Rəsmi Bakıdan bu lyihələrin gizli tərəflərini, həmçinin də əsas investitsiya maraqlarını nurçuların nəzarətinə düşə biləcəyindən narahat olduğunu ifadə edib. Bu istəklərinin baş tutmayacağı təqdirdə Ərdoğan layihənin icrasından çəkiləcəyini Bakıya ismarlayıb. Dünən yayılan daha bir məlumat isə kifayət qədər diqqəti çəkən idi. Artıq Ərdoğan Azərbaycanın Türkiyədə inşa etdiyi neftayırma kompleksindən özünə yaxın iş adamlarını geri çəkəcəyini bəyan edib. Məlumata əsasən Türkiyənin “Turcas Group” şirkəti elan edib ki, İzmir bölgəsinin Əliağa qəsəbəsi yaxınlığında inşa edilən “Star” neftayırma zavodu və eyniadlı terminalda ortaqlığını dayandırır. Şirkətdən yayılan rəsmi açıqlamaya əsasən “Turrcas Group” bu layihədəki 18 faizlik payını Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ/SOCAR) satmaq üçün danışıqlar aparır. Qeyd edək ki, SOCAR “Turcas Group”un da majoritar səhmdarıdır. Şirkət “Star” neftayırma zavodu layihəsindəki payının əvvəlcə 13,5 faizini satmaq istəyib, daha sonra bütün payını sataraq layihədən çıxmağı qərara alıb. 5,5 milyard dollara başa gələcək “Star” neftayırma zavodu Türkiyənin neft məhsulları idxalından asılılığını azaltmalıdır.
SOCAR bu layihədə 41,5 faiz paya malikdir, “Turcas”ın payı 18,5 faizdir. Layihədə qalan 40 faizlik pay Azərbaycan hökumətinin adından çıxış edən İqtisadi İnkişaf Nazirliyinə məxsusdur. Əgər “Turcas”ın payı SOCAR-a satılsa, o zaman Azərbaycan Dövlət Neft Şirkətinin bu layihədəki payı 58,5 faizə çatacaq. “Turcas”ın layihədəki iştirakı isə cəmi 0,5 faizlik payla simvolik xarakter daşıyacaq. Hazırda SOCAR “Star” layihəsinin maliyyələşdirilməsi üçün Türkiyə banklarından kredit almağa çalışır. Bu günlərdə “Denizbank” elan edib ki, layihəyə 500 milyon dollar kredit ayırmağa hazırdır.
Lakin kreditin SOCAR-a veriləcəyi məsələsinin də Rövnəq Abdullayevin və onun müavinin işdən atılması ilə yekunlaşacağı gözlənilir. Şərt ondan ibarətdir ki, ən azı ilkin mərhələdə Xalik Məmmədov işdən atılmasıdır. Böyük ehtimalla ARDNŞ-dəki nurçuların kəlləsini istəyən Ərdoğana cavab isə seçkilərdən bir neçə gün sonra veriləcək. Yəni AKP seçkilərdə qalib gəlsə, o zaman Rəsmi Bsakıdan Ankara müsbət cavab veriləcək. Əgər əksinə olacaqsa, o zaman iri enerji layihələrinin icrası ilə bağlı bir qədər ertələnmə qərarları verilməli olacaq. Nəhayət sonda onu da qeyd edək ki, Türkiyədə və Azərbaycanda nurçularla bağlı piar kampaniyası başlamazdan bir qədər əvvəl Azərbaycan mediasında Rövnəq Abdullayevin xalası oğlu Anar Əliyevin barəsində yayılan çox məxfi və mühim qərarlar da nurçular tərəfindən ötürülübmüş. Redaksiyamıza bu barədə bilgi verən mənbə iddia edir ki, ötən ilin dekabrın 10-da Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabat əslində nurçuların Rövnəq Abdullayevi şantaj etməsi kimi başa düşülə bilər. Fətullah Gülənin illərdir ki, Türkiyədə axtarışda olduğu, lakin məhz ABŞ-da Pensilvaniya ştatında gizlənməsi də diqqəti çəkən məqam kimi qeyd edilir. Bu barədə bizə bilgi verən mənbə deyir ki, Ərdoğan nurçularla savaşa başladığından ABŞ-ın himayə etdiyi Güləni istəyir. Amma ABŞ-da çox mühim güclər Türkiyənin baş nazirinə müsbət cavab vermir. Məlumata əsasən ABŞ-dan qaynaqlanan В«Anar Əliyev hesabatıВ» əslində Rövnəq Abdullayevə Ərdoğana hə deməmək üçün şantaj siqnalı imiş.








