Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                     Dostları Aysuna .....                     Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? .....                     İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır .....                     Hansı partiya neçə mandat qazandı? .....                     231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI .....                     ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” .....                     Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” .....                     ADNSU-dan "AZI" məsələsinə reaksiya: .....                     Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək .....                     Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... .....                     "Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." .....                     Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: .....                     Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin .....                     Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya .....                     Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib .....                     Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? .....                     "Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir .....                     İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... .....                     Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... .....                     Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi .....                     Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı .....                     Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı .....                     “Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...” .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi .....                 

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir? - İLGİNC İDDİALAR...
Tarix: 27-06-2024, 12:01 | Çap et
İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?
Müharibə veteranı: Mirhəsən Seyidovun Neftçala “Aqrarpark”ın fəaliyyətə başlamasına, eyni zamanda ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanının icra olunmasına qarşı sərgilədiyi bu mövqe anlaşılmazdır...

Neftçala şəhər məhəllə 7, ev 177 ünvanda yaşayan Qarabağ müharibəsi veteranı Aslanov Aydın Balağa oğlu Poliqon-a müraciət edərək ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının 7 il müddətində yerinə yetirilməməsinə diqqət çəkib. Aydın Aslanov müraciətində qeyd edir ki, prezident fərmanının icra olunmamasının əsas səbəblərindən biri yerli icra orqanının “Aqropark” üçün ayrılan torpaq sahələrindən öz məqsədləri üçün istifadə etmək olub və nəticədə həmin torpaqlar yarasız hala düşüb.

Maraqlı iddiaların səsləndirildiyi müraciəti olduğu kimi oxucularımızın və bu məsələ ilə əlaqəli olan dövlət qurumlarının diqqətinə çatdırırıq:

“Hörmətli media nümayəndələri!

Bu müraciəti etməkdə məqsədim 2017-ci ildə ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanına uyğun olaraq Neftçalada yaradılmalı olan “Aqropark”ın hələ də yaradılmamsını diqqətinizə çatdırmaqdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə əsasən torpaq ehtiyatlarının potensial imkanlarından səmərəli istifadə edilməsi, əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması, əhalinin ərzaq məhsullarına artan tələbatının yerli istaehsal hesabına ödənilməsi, əhalinin rifahının yaxşılaşdırılması, ölkədə qeyri-neft sektorunun inkişafı, işsizliyin azaldılması məqsədi ilə yeni iş yerlərinin yaradılması, investisuya mühitinin daha da yaxşılaşdırılması əsas hədəf olaraq müəyyən edilmişdir. “Strateji Yol Xəritəsi”ndə torpaq bazarının inkişaf etdirilməsi strateji hədəf kimi qeyd edilmiş, kənd təsərrüfatına yararlı olub istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin artırılması, heyvandarlığın inkişafı prioritet məsələ kimi qarşıya vəzifə qoyulmuşdur.

Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq aqropark yaratmaqla pambıq sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Neftçala rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 2285,65 hektar torpaq sahəsi kənd təsərrüfatı torpaqları kateqoriyasına keçirilib.

Həmin qərarda göstərilir ki, Neftçala rayonunun inzibati ərazi sərhədləri daxilində, Dövlət Torpaq Fonduna aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin və örüş olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin icarə hüququ ilə istifadəsinə ayrılmasıəkinçiliyin və heyvandarlığın inkişafına, məhsul bolluğunun artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz töhfəsini verməklə yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına müsbət təsir göstərəcək.

Bütün bu fərman və qərarlardan çıxış edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Neftçala rayonunun inzibati ərazisində 3000 hektar sahədə “Aqropark” yaradılıb.

Normalda bu “Aqropark” artıq 7 ildir ki, fəaliyyət göstərməli, istər rayonda işsizliyin aradan qaldırılmasına rayon sakinlərinin rifahının yüksəldiləməsinə xidmət göstərmələ yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına da öz töhfəsini verməliydi. Çox böyük təəssüf hissi ilə bildiririk ki, Neftçala rayonu üçün strateji əhəmiyyəi olan bu “Aqropark” hələ də yalnız kağız üzərində mövcud olub və hələ də belə olmaqda davam edir.

Biz öz tərəfimizdən bu məsələ ilə bağlı rayon və ölkə səviyyəsində bir çox dövlət qurumlarına müraciət etsək də, problemin həlli ilə bağlı heç bir addım atılmayıb. Son olaraq təqribən iki ay əvvəl biz problemlə bağlı Azərbaycan Respublikası prezidentinə və İqtisadiyyat Nazirliyinə müraciət etmişik və inanırıq ki, ölkə prezidenti möhtərəm İlham Əliyev bu barədə məlumatlandırılarsa həm problem öz həllini tapacaq, həm də fərmənın icrasını 7 il müddətində yubadanlar cəzalandırlacaqlar. İqtisadiyyat Nairliyindən müraciətimizə aldığımız cavab da bunu deməyə əsas verir.

Lakin, müraciətimizə Neftçala rayon İcra Hakimiyyətindən aldığımız cavab bizdə ancaq təəssüf hissi doğurdu. Neftçala rayon İcra Hakimiyyətinin mənə ünvanladığı cavab məktubunda bildirilir ki, ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının icra olunmamsını Kür çayında suyun azlığı ilə əlaqəlidir. Öncəliklə qeyd edək ki, 2017-ci ildə Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərman verilirkən Kürdə su problemi yaşanmırdı. Digər tərəfdən 2015-ci ildə həmin vaxt Neftçaladan deputat olan Arif Rəhimzadənin təşəbbüsü ilə əraziyə beton su kanalı inşa edilib. Doğrudan da son bir neçə ildə Kürdə suyun səvəyyəsi aşağı düşdüyündən problemlər yarandı. Lakin hazırda Kürdə suyun səviyyəsi kifayət qədərdir və biz bu üzdən fərmanın icra Neftçala rayon İcra Hakimiyyətinin irəli sürdüyü səbəbləri əsassız hesab edirik və su ilə bağlı problemə də aşağıda bir daha qayıdacağıq.

Həmin vaxt Neftçalada icra başçısı olan İsmayıl Vəliyev (hazırda məhkəmə qərarı ilə həbsdədir) ayrılan 3000 hektarı özü əkərək böyük gəlirlər əldə etməyə üstünlük verdi və bu zaman onsuz da şoran olan əraziyə heç bir sərmayə qoyulmadı, torpaq sahələri sadəcə vandalcasına istismar olundu. İsmayıl Vəliyevin yerinə gələn Mirhəsən Seyidov da problemin həlli üçün heç bir addım atılmadı. Halbuki məsələnin həlli ilə bağlı gənc başçıya dəfələrələ müraciət olunmuşdu.

İsmayıl torpaqların şoran olmasını əsas gətirərək 3000 hektar ərazini ayrı-ayrı adamlara verdi və onlar da bir neçə il müddətində torpaqların istismarını davam etdirdilər. Hazırda isə vandalcasına istismardan sonra həmin ərazilər əkinə yararsız hala düşüb və ərazini əkmək mümkün olmadığından son iki ildə ərazi boş qalıb. Minlərlə hektar torpaq sahəsinin yararsız hala düşməsinin tək səbəbi isə torpaqların asan qazanc vasitəsi ilə amansızcasına istismar olunmasıdır. Halbuki icra hakimiyyəti və mərkəzi hökümət Neftçalada “Aqropark”ın yaradılması üçün əraziyə sərmayə cəlb edilməsini təmin etməli və işlər bu sahədə planlı şəkildə aparılmalıydı. Çox təəssüf ki, bu baş verməyib və yerli məmurlar prezidetin fərmanıyla ayrılan torpaq sahəsini özləri üçün asan qazanc yeri görərək ərazinin şoranlığa çevrilməsi üçün bütün imkanlarını səfərbər ediblər. Hansı ki, onlar imkanlarını əks istiqamətə, yəni çox illik sərmayə qoyulmasnı təmin edərək “Aqropark”ın fəaliyyətə başlamasına səfərbər etməliydilər.

Bir daha Neftçala rayon İcra Hakimiyyətindən aldığım məktuba qayıdaraq qeyd edim ki, əgər su problemi var idisə onda beş il müddətində həmin ərazilər necə əkilirdi. Və hazırda da ərazinin ətrafında 10 min hektarlarla torpaq sahələri becərilir və suvarılır.

Həmin dövlət torpaqları Neftçala rayon icra hakimiyyəti tərəfindən rayondan olmayan ayrı-ayrı adamlara verilib və çoxlarıylada müqavilə imzalanmayıb. Müqavilənin imzalamaması isə o deməkdir ki, faktiki olaraq əkilən həmin sahələr qeydiyyatdan kənardadır və onlardan alınan icarə haqqı və su pulu dövlətə deyil, məmurların cibinə gedir.

Buna görə də mən Neftçala rayon İcra Hakimiyyətinə və şəxsən icra başçısı Mirhəsən Seyidova müraciət edərək soruşuram: Neftçala “Aqrarpark” üçün su tapa bilmədiyiniz halda, “Aqrarpark”ın ətrafında qeyri-qanuni olaraq əkilən torpaqlara su necə çatdırılır və qanunsuz əkilən sahələrə suyu kim satır?

Biz artıq yararsız torpağa çevrilən Neftçala “Aqrarpark”ın ətrafında 10 minlərlə hektar torpağın qeyri-qanuni olaraq kimlərə verildiyini də açıqlaya və siyahını mediaya təqdim edə bilərik. Qeyd edim həmin şəxslər Neftçaladan deyil və əraziyə sərmayə qoymaq onalrın maraqları kənarındadır. Bu üzdən də bir neçə ildə sonra həmin torpaqlar da şoranlaşacaq və yararsız hala düşəcək. Yəni faktiki olaraq Neftçala icra hakimiyyətinin məsul şəxsləri, başda başçı olmaqla öz gəlirləri naminə Azərbaycan iqtisadiyyatına və ekoloji sisteminə ağır zərbə vururlar və düşünürəm ki, artıq bu şəxslər durdurulmalıdır.

Neftçala “Aqrarpark” üçün ayrılan torpaqların tamamilə yararsız vəziyyətə salınmasına baxmayaraq, həmin əraziyə sərmayə qoymağa, ərazini şorandan təmizləməyə, torpaqları yumağa və su ilə təchizatı daha da yaxşılaşdırmağa hazır olan şirkət var. Həmin şirkət il yarımdan artıqdır ki, Neftçala “Aqrarpark”ın fəaliyyətini təmin etmək, əraziyə çox illik sərmayə qoymaq üçün Neftçala rayon İcra Hakimiyyəti ilə 49 illik müqavilə bağlamaq üşün müraciət edib və bu məsələ ətrafında başçı ilə danışıqlar aparır. Amma nə sirrdisə başçı Mirhəsən Seyidov prezident İlham Əliyevin fərmanının icrası üçün maraqlı tərəf kimi görünmür və müqaviələnin imzalanmasından yayınmağa çalışaraq müxtəlif sözlər verərək həmin vədlərini yerinə yetirmir. Neftçala rayon İcra Hakimiyyətinin prezidentə etdiyim müraciətə cavab olaraq göndərdiyi məktub da bunu bir daha sübut edir.

Qeyd edim ki, mən uzun illər boyu I Qarabağ veteranlarının təşkilatına rəhbərlik etmişəm və rayonun sosial-ictimai məsələlərinin həllində iştirak rol alımışam. Bu məsələnin həlli də Neftçala üçün xüsusi strateji əhəmiyyət daşıyır və hazırda Qarabağ veteranlarına rəhbərlik etməsəm də, bu məsələnin həlli üçün mənə yüzlərlə insan müraciət edib və etməkdə davam edirlər. Həddindən artıq kasıb vəziyyətdə yaşayan bu insanlar üçün “Aqrarpark”ın fəaliyyətə başlaması iş və çörək yeridir və düşünürəm ki, icra başçısı bu insanların da vəziyyətini göz önünə alaraq prezidentin fərmanının yerinə yetirilməsi üçün nəhayət hansısa addım atmalıdır.

Son olaraq qeyd etmək istəyirəm ki, Mirhəsən Seyidovun Neftçala “Aqrarpark”ın fəaliyyətə başlamasına, eyni zamanda ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanının icra olunmasına qarşı sərgilədiyi bu mövqe anlaşılmazdır və inanmaq istəyirəm ki, başçı tez bir zamanda öz mövqeyini dəyişərək prezidentin fərmanının icra olunmasını təmin edəcək və “Aqrarpark”ın fəaliyyətə başlaması üçün sərmayə cəlb olunması üçün real addımlar atacaq.

İmza: Aslanov A.B. Tel: 050 589 68 03”

Redaksiyadan: Ümid edirik ki, Neftçala rayon İcra Hakimiyyəti 7 il müddətində prezidentin fərmanının icra olunmaması ilə bağlı daha əsaslı bir səbəb taparaq ictimaiyyətə təqdim edəcək. Digər tərəfdən Neftçala “Aqrarpark”ın torpaqlarının yarasız hala gətirən şəxslərin də məsuliyyətə cəlb olunması üçün əlaqədar dövlət qurumlarının da hərəkətə keçməsini arzu edirik...

Poliqon.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Bu gün, 11:59
Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... - İLGİNC İDDİA
Bu gün, 11:58
"Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 11:51
Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: - 50 min manatlıq cərimə GƏLİR
Bu gün, 11:43
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin apellyasiya şikayətinə baxılacaq
Bu gün, 11:41
Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya - “Hraparak”
Bu gün, 11:24
Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib
Bu gün, 11:21
Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama
Bu gün, 11:20
"Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT
Bu gün, 11:19
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 11:13
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir - Paşinyan
Bu gün, 10:58
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
Bu gün, 10:55
Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... - ÇÜNKİ...
Bu gün, 10:49
Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:31
Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:29
Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:27
“Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”
Bu gün, 10:25
Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi
Bu gün, 10:20
Paşinyan təkbaşına hökumət qura biləcək? - ŞƏRTLƏR
Bu gün, 10:15
Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək - GƏLİŞMƏ
Bu gün, 10:11
Tokayev və Kobaxidze Paşinyanı təbrik edib
Bu gün, 10:08
Ermənistanda səslərin hamısı hesablandı, Paşinyanın partiyası qalib gəldi - 49,81% səslə...
Bu gün, 10:04
Süni intellekt Yer kürəsində ən böyük resurs istehlakçılarından birinə çevrilir -Fəlakətin miqyası tükürpədicidir
Bu gün, 09:59
Ermənistan Rusiyasız mövcud ola bilməz - Ayvazyan
Bu gün, 09:56
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO
Bu gün, 09:52
İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: - Bu obyektlər VURULDU
Bu gün, 09:50
Ermənistanda seçkilər: - son məlumatlar
Bu gün, 09:48
"Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... - "Bundan sonra harda iş tapaq?"
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru