Azərbaycanda uniforma biznesi .....                     Bakıda ƏMLAK ÇEKİ DAVASI .....                     ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib .....                     "Adıma VÖEN açdırmışdılar..." .....                     "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" .....                     Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir .....                     İranda Bakıya görə “müharibə” başladı .....                     Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır .....                     Oğlu deputatlığa namizəd idi... .....                     “Belə bir layihə ətrafında fikirləşməyə dəyər” .....                     "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" .....                     Xarici agentlər qədər təhlükəli işbaz məmurlar .....                     "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" .....                     Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU .....                     Bu ixtisasları seçməyin .....                     Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? .....                     Gəncə icra hakimiyyətinin YALANI .....                     "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar .....                     Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                     Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər .....                     Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı .....                     Yer kürəsində yeni fəsillər yaranıb .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür .....                 

“Hami”ləri Paşinyanı bu dəfə də aldadacaqlar - GÖRÜNƏNİ BUDUR...
Tarix: 25-06-2024, 12:44 | Çap et
“Hami”ləri Paşinyanı bu dəfə də aldadacaqlar
Elçin Alıoğlu - TREND


Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi Cənubi Qafqazda dayanaqlı sülhün və stabilliyin bərqərar olmasının əsas şərtlərindən biridir. İrəvan bunu etməli olsa da, vaxtı uzatmağa, "tələsik sülh"ü reallaşdırmağa çalışır.

Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində və Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiası yer alır. Həmin sənədlərdə sabiq "Dağlıq Qarabağ Muxtar Vilayəti" erməni ərazisi kimi göstərilir ki, bu da Azərbaycanın suverenliyinə, ərazi bütünlüyünə və sərhəd toxunulmazlığına birbaşa təhdiddir.

Ali qanununda belə iddianın yer aldığı ölkə heç bir halda Azərbaycan üçün normal münasibətlərin və adekvat əlaqələrin qurula biləcəyi dövlət sayıla bilməz. Rəsmi Bakı bölgədə əmin-amanlığın bərqərar olmasında maraqlı olduğundan Ermənistanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesini maksimal sürətdə tez başa vurulmasında, yekun sülh müqaviləsinin imzalanmasında, regional kommunikasiyaların bərpasında və yeni logistik marşrutların açılmasında maraqlıdır.

Rəsmi İrəvan çox qəribə, məntiqdən və beynəlxalq hüquqdan kənar mövqe nümayiş etdirir. Ermənistan XİN israrla təkrarlayır ki, sən demə, "ölkə Konstitusiyası ilə bağlı dəyişikliklər Ermənistanın daxili işidir və heç bir halda sülh danışıqlarında müzakirə predmeti ola bilməz".

Erməni diplomatlar, ümid edirik, beynəlxalq hüquqdan və qətnamələrdən, konvensiyalardan və s. sənədlərdən xəbərdardır. Həmin sənədlərin istisnasız olaraq hamısının leytmotivi iki təməl prinsipdən ibarətdir:

1. Bir ölkənin digərinə qarşı ərazi iddiası, bu iddianın dəstəklənməsinə yönəlmiş siyasət, militarist qərarlar, qanunlar, qanunverici aktlar və s. heç bir halda həmin ölkənin daxili işi olmayaraq geniş müzakirə mövzusu, aradan qaldırılması zəruri problemlərdir.

2. Hərbi əməliyyatlarda məğlub olan və ya kapitulyasiyaya uğrayan tərəf qalib tərəfin şərtləri ilə yanaşı, təkliflərini nəzərə almalı, sabit sülhün və əsaslı stabilliyin formalaşması üçün gərəkli bütün addımları atmalıdır.

Bu qədər bəsit.

44 günlük İkinci Qarabağ Müharibəsində məğlub və kapitulyasiyaya uğradılan tərəf Ermənistan olsa da, baş nazir Nikol Paşinyanın komandası qalib tərəf kimi davranır, danışıqlarda şərtləri irəli sürür, tələblər səsləndirir, prosesi öz maraqlarına uyğun dəyişməyə və mənafelərini təmin etməyə çalışır.

Məsələn, Nikol Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsinin hazırlanmasına hazırlıqların başlanması və layihənin 2026-cı ilin sonlarında təsdiqlənməsi barədə fərman imzalayıb.

Rəsmi İrəvan bu minvalla Konstitusiyanın yeni redaksiyasının hazırlanmasına iki il yarım vaxt sərf olunacağını bəyan edib. Təbi ki, yeni mətnin Ermənistanda ümummilli referendumda qəbul edilməsi üçün də daha bir neçə ay gərəkdir.

Yəni Ermənistanda Konstitusiyanın yeni mətni qəbul edilərsə və İrəvan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bəndi aradan qaldırarsa, bütün bunlar, ermənilərin fikrincə, ən yaxşı halda 3-3,5 ildən sonra baş verə bilər.

Rəsmi Bakının tələblərini xatırlasaq, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasının da məhz həmin müddətədək təxirə düşəcəyini ermənilər nəzərə çarpdırırlar.

Eyni zamanda, N.Paşinyan hakimiyyəti ordunun sürətlə silahlandırılması, Fransa, Hindistan, Belçika və s. ölkələrdən silah-sursatla hərbi texnikanın alınması barədə sazişlərin imzalanması ilə məşğuldur.

Ermənistan həm də ABŞ, Avropa İttifaqı və xüsusilə də Fransanın Cənubi Qafqazdakı plasdarmına çevrilmək, Qərbin dəstəyi ilə bölgədə "əsas güc" rolunu oynamaq fikrindədir.

İrəvanın bu siyasi şizofreniyasını qidalandıran Fransa prezidenti Emmanuel Makron olsa da, Avropa İttifaqının məmurları ermənilərə şirnikləndirici vədlər verməklə bölgədə gərginliyi süni şəkildə artırmağa çalışırlar.

Fransa və ya Avropa İttifaqı üçün Ermənistanın inkişafı, ermənilərin rifahı və yaşam səviyyəsinin yüksəlişi, İrəvanın ən müasir texnologiyalarla iqtisadi potensiala sahiblənməsi kimi nüanslar qarşıya qoyulan məqsəd deyil.

Parisin lokomotiv rolunu oynadığı qüvvələrə Cənubi Qafqazda Rusiya və İranın təsir mexanizmlərinin zəiflədilərək sıradan çıxarılması, bölgənin, ümumiyyətlə, Moskva və Tehranın aktiv fəaliyyət orbitindən kənalaşdırılması, Qərb strukturlarının və institutlarının regional gücə çevrilməsidir.

Bütün bunlar postsovet məkanın başqa ərazilərində yaşansaydı, təbii ki, proseslər təhlükəli səciyyə almazdı.

Amma Rusiya və İranın subregional dövlətlər yox, Cənubi Qafqazda bilavasitə bölgə dövlətləri olduğunu və onların heç bir halda kənardan müdaxilələrlə barışaraq, geri çəkilməyəcəklərini nəzərə alsaq, Qərb həddən ziyadə təhlükəli ssenarini reallaşdırmaq istəyir.

Cənubi Qafqaz ölkələri nə üçün, hansı səbəblərdən və nəyə görə Rusiya və İranla əlaqələri kəsməli, yalnız Qərbə meyilli siyasət yürütməlidir – bəlli deyil.

Əgər demokratiyadan, azad seçimdən və liberal dəyərlərdən bəhs ediriksə – Qərbin də fasiləsiz təkrarladığı mantra da elə budur – Cənubi Qafqaz ölkələri nə üçün ABŞ və Avropa İttifaqı ilə bahəm, Rusiya və İranla normal münasibətlərdə olmamalıdır?

Qərblə Rusiyanın və ya Qərblə İranın qarşıdurmasında tərəf olmaq məcburiyyətində olmamışıq, deyilik də.

Azərbaycanın mövqeyi budur. Gürcüstanın hakimiyyət dairələri də soyuqqanlı, rasional xarici siyasət yürütməyə, daxili siyasətdə Qərbin maliyyələşdirərək idarə etdikləri qüvvələrin təsirini azaltmağa çalışır.

Bölgə dövlətləri arasında marionetka durumunda olan təkcə Ermənistandır.

Artıq Rusiya və İran açıq şəkildə bəyan edirlər ki, Ermənistanı sürətlə silahlandırmağa başlayan Qərb, xüsusilə də Fransa Cənubi Qafqazda yeni silahlı qarşıdurma niyyətindədir.

Ermənistan cəmiyyəti bilməlidir ki, Nikol Paşinyan hakimiyyətinin təhlükəli, düşünülməmiş və bisavad siyasəti nəticəsində ölkədə revanşist qüvvələr yenidən fəallaşarsa, Azərbaycanın ünvanına yenidən hədələr səslənərsə, rəsmi Bakı gərəkli və adekvat tədbirlərə əl atmaq məcburiyyətində qalacaq.

Rəsmi Bakı Ermənistanın sürətlə silahlandırılması prosesini laqeydliklə və biganəliklə izləmək niyyətində deyil.

İrəvan bunu nə qədər tez anlarsa, ermənilər üçün bir o qədər yaxşıdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58
"Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56
Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54
"Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50
Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47
Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43
Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41
Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53
"Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Dünən, 15:45
“Azərenerji”dən 6.6 milyonluq layihə
Dünən, 15:39
Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Dünən, 15:24
"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru