Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                     Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib .....                     Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                     Dostları Aysuna .....                     Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? .....                     İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır .....                     Hansı partiya neçə mandat qazandı? .....                     231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI .....                     ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” .....                     Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” .....                     ADNSU-dan "AZI" məsələsinə reaksiya: .....                     Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək .....                     Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... .....                     "Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." .....                     Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: .....                     Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin .....                     Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya .....                     Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib .....                     Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? .....                 

Şeyxin oğlunun adı QARA İŞLƏRDƏ HALLANIR - Qurub yaratdığı şirkətə BELƏ ƏL QOYDULAR...
Tarix: 7-06-2024, 15:15 | Çap et
Şeyxin oğlunun adı QARA İŞLƏRDƏ HALLANIR
Bakı şəhər sakini Qəhrəmanov Ramiz Qələndər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Cənab Baş prokuror!

2008-ci ildə Abşeron rayonu Aşağı Güzdək ərazisində 1 ha torpaq sahəsi alaraq, 2010-cu ilə qədər armatur zavodu inşa etdim. Bu barədə mənə məxsus əmlakın və torpağın çıxarışı var.

2010-2012-ci illər ərzində zavodu işlədərək, armatur istehsal etdim.

2012-ci ildə “Baku Steel Company” QSC-nin rəhbəri Rasim Məmmədov özünün qocu dəstəsi vasitəsi ilə bizim zavodun fəaliyyətini dayandırdı.

2016-cı ildə yenidən işə başladım. Uzun illər boyu tanıdıgım İlqar Əsədov adlı şəxs mənə təklif etdi ki, hər ikimiz əlavə vəsait qoyub, zavodun istehsal gücünü artıraq və gəliri bölək. Mən razılaşdım.

2016-cı ildə “Milan-A” şirkətini təsis edərək, mənə məxsus əmlakı “Milan-A” şirkətinə icarəyə verdik.

2016-2018-ci illər ərzində zavodun istehsal gücünü artırıb, işə başladıq. Elə həmin vaxtdan da problemlər başladı.

Belə ki, İlqar Əsədov mənə acıq şəkildə bildirdi ki, ya zavodu könüllü surətdə mənim adıma rəsmiləşdirməlisən, ya da birgə iş dövrümüzdə sənin qazanc əldə etməyinə imkan verməyəcəyəm. Ona bildirdim ki, mənə məxsus olan zavodu heç kimin adına rəsmiləşdirmək istəmirəm və sənə də bu qanunsuz əməllərindən əl çəkməyi təklif edirəm.

Bundan sonra İlqar Əsədov gizli surətdə Abşeron Rayon 2 Saylı Reyestr Xidmətində mənim əmlakımı saxta sənədlər əsasında özgəninkiləşdirməyə cəhd edib. Mənə məlumat çatan kimi, onun qanunsuz əməllərinin qarşısını aldım.

İlqar Əsədov 2018-2022-ci illər ərzində mənə məxsus olan zavodu işlədərək, mənə çatacaq dividendi ödəməyərək, qanunsuz hərəkətlərini davam etdirdi. Mən ona dəfələrlə bildirdim ki, mənə məxsus dividendi ödəyib, zavodu tərk etsin. O isə bildirdi ki, kimə şikayət edirsən et, xeyri olmayacaq, mənim arxamda duran qüvvələr də var, lazım olsa istənilən məsələni pul gücünə də həll edərəm.

Mən məcbur olub hüquq-mühafizə orqanlarına şikayət etdim. Nəticədə 20.09.2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4, 308.2, 313, 188.4.2 və 213.3-cü maddələri ilə 222026303 nömrəli cinayət işi başlanıldı. Araşdırma nəticəsində cəmiyyətin xüsusilə külli miqdarda gəlirinin mənimsənilməsi və vergidən yayınma faktları öz təsdiqini tapdı. Korrupsiya idarəsinin müstəntiqi Tural Yaqubov öz qərarında əvvəlcə “Milan-A” MMC-nin direktoru Abdulla Hüseynovun saxta alış sənədləri və əmtəəsiz əməliyyatlarla 24 841 759.99 (İyirmi dörd milyon səkkiz yüz qırx bir min yeddi yüz əlli doqquz manat doxsan doqquz qəpik) mənimsəmə faktını və 7 792 604,28 (yeddi milyon yeddi yüz doxsan iki min altı yuz dörd manat) vergi ödənişlərinin azaldılması faktını təsdiq edir. Sonra isə öz qərarında göstərir ki, mənimsəmə faktı təsdiqini tapmadıgına görə, heç kim təqsirləndirilən şəxs kimi cəlb olunmayıb. Daha doğrusu, müstəntiq Tural Yaqubov öz qərarında əvvəlcə şirkətin direktoru Abdulla Hüseynovun cinayət əməllərini təsdiq edir, sonra isə göstərir ki, cinayət əməllərini törədən şəxs müəyyən olunmadı.

Ən maraqlısı isə odur ki, müstəntiq Tural Yaqubov vergidən yayınma, yəni 7 792 604.28 manat vergi ödənişlərinin azaldılması faktına da göz yumaraq, Azərbaycan dövlət büdcəsinə ödəniləcək vəsaitin də qarşısını almışdır.

Sonradan mənə məlum oldu ki, həqiqətən İlqar Əsədovun arxasında duran şəxs var və o, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin oglu Məhəmməddir. Bu məsələni bilən kimi, Qafqaz Müsəlmanları İdarəsinə gedərək, Şeyx həzrətlərinin qəbuluna düşmək istədim. Mümkün olmadı. İdarənin işciləri Etibar və Rüfət adlı şəxslərlə danışdım(Məndə həmin şəxslərin telefon nömrələri də var). Onlar bildirdilər ki, Şeyx həzrətləri tapşırıq verib, İlqar Əsədov sizinlə ortaq məxrəcə gələcək. Bundan əlavə, Məhəmmədin nümayəndəsi Xəyal Bəşirov adlı şəxs də mənimlə görüşdü. O da mənə bildirdi ki, ortaq məxrəcə gəlin. Lakin heç bir nəticə olmadı.

Onu da bildirmək istəyirəm ki, bütün bunlar azmış kimi, “Milan-A” MMC-nin gəlirlərini mənimsəyən İlqar Əsədov öz qocu dəstəsi vasitəsi ilə əmlakımı işgal edərək, mənə məxsus olan əmlakın ərazisinə girməyə icazə vermir.

Cənab Prezident!

Cənab Baş prokuror!

Ulu öndərimiz dəfələrlə çıxışlarınızda vurğulayıb ki, “təqsirsiz şəxs cəzalandırıldıqda, cinayt törətmiş şəxs isə cəzasıq qaldıqda dövlət sarsıla bilər”.

Cinayət təqibi orqanı və digər vəzifəli şəxslər hazırkı cinayət işi üzrə Cinayət Prosessual Məcəlləsinin müddəalarını kobud şəkildə pozmuşlar. Mən digər vəkil və hüquqşünaslardan maraqlanıb öyrənmişəm ki, hələ indiyə qədər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəllsinin 308-ci maddəsi ilə başlanmış cinayət işlərinə xitam verilməmişdir. Ən yaxşı halda belə cinayət işləri baxılması üçün məhkmə orqanlarına göndərilmişdir.

Şeyxin oğlunun adı QARA İŞLƏRDƏ HALLANIR

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinə xitam verilməsi məni məyus və müflis etmişdir. Zərərçəkmiş şəxs kimi hüquqularım kobud surətdə pozulmuşdur. Mən indi başa düşmüşəm ki, Korrupsiya idarəsi İlqar Əsədovun mənafeyinə uyğun hərkət edərək cinayət işinin xitamına nail ola bilmişdir. Orqan öz nüfuzundan istifadə edərək mənə müxtəlif vədlər verib, cinayət işinin məhkəməyə göndərilməsinə inandırmışdır. Mən də onların dediklərinə inanaraq, cinayət işinin məhkəməyə göndərilməsini gözləmişəm.

Lakin sonradan cinayət işinə qanunsuz əsaslarla xitam verildiyini öyəndim. Həmin qərardan çətinliklə olsa da şikayət verdim. Lakin məhkəmələr də nəzarət qaydasında verdiyim şikayətləri təmin etməyib, həmin qanunsuz və ədalətsiz qərarları qüvvədə saxladılar.

Cənab Prezident!

Cənab Baş prokuror!

Sizin ədalət və mərhəmətinizə arxalanaraq, əmlakımı mənimsəyib əlimdən alan İlqar Əsədovun qanunsuz əməlləri barədə Baş Prokurorlugun Korrupsiya qarşı Mübarizə Baş İdarəsində xitam olunmuş cinayət işinin ləgv olunaraq yenidən cinayət təqibinin davam etdirilməsinə göstəriş verməyinizi xahiş edirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Bu gün, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Bu gün, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Bu gün, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bu gün, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Bu gün, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Bu gün, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Bu gün, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Bu gün, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Bu gün, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Bu gün, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Bu gün, 11:59
Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... - İLGİNC İDDİA
Bu gün, 11:58
"Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 11:51
Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: - 50 min manatlıq cərimə GƏLİR
Bu gün, 11:43
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin apellyasiya şikayətinə baxılacaq
Bu gün, 11:41
Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya - “Hraparak”
Bu gün, 11:24
Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib
Bu gün, 11:21
Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama
Bu gün, 11:20
"Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT
Bu gün, 11:19
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 11:13
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir - Paşinyan
Bu gün, 10:58
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
Bu gün, 10:55
Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... - ÇÜNKİ...
Bu gün, 10:49
Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:31
Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:29
Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:27
“Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru