Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... .....                     Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər .....                     ABŞ və İsrail diplomatiyaya xəyanət edib .....                     Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu .....                     Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır .....                     "İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" .....                     SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib .....                     "Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" .....                     Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb .....                     750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur .....                     Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR .....                     Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA .....                     QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? .....                     Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? .....                     Kubada enerji sistemi çökdü, etirazlar başlayıb .....                     Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? .....                     Hətta Adil Vəliyev də ona söz keçirə bilmir .....                     Mirsaleh Seyidovun BAZARI BAĞLANDI .....                     "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” .....                     "İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" .....                     Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib .....                     Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı .....                     Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı .....                     "Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" .....                     ABŞ erməni hərbçiləri öyrədir .....                     ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb .....                     Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı .....                     Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı .....                     Şagirdlər üçün yeni vəziyyət .....                     Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var .....                     Rusiyadan Ermənistan 5 milyardlıq .....                     DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi .....                     Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? .....                     Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun .....                     "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib .....                     30 illik diplomatik riyakarlıq iflas etdi: .....                     Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... .....                     AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib .....                     AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                 

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi - Bahalı həyat reklamı dəbə minib
Tarix: 12-03-2014, 11:25 | Çap et
Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi
Bakı Neft Bazasının keçmiş direktoru, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin oğlu Niyaz Babayev ayağını, hətta hər iki ayağını geniş açaraq yaşamağa öyrəşib.

Belə danışırlar ki, Niyazın atasının işdən azad edilməsinin səbəblərindən biri də onun ərköyün balasının superbahalı maşınlardan manyakcasına asılılığı olmuşdu. Oğlan maşınlardan imtina edə bilməyibsə, atası özünə başqa iş tapar. Bəyəm bütün qohumlarının yüksək vəzifələrdə işlədiyi bir vaxtda bu, o qədərmi çətin işdir?

Virtualaz.org saytının əldə etdiyi məlumatlardan da görünür ki, keçmiş iqtisadi inkişaf naziri və oliqarx-məmur Heydər Babayevin qardaşı oğlu əsl oliqarx kimi yaşayır, dincəlir. Düzdür, bir fərq də var: hətta ən qatı inhisarçılar da həyatlarını özləri qazanırlar. Niyaz isə necə deyərlər, Moskvaya piyada getməyə hazırlaşmır. O, hər şeyi hazır əldə edib.

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

“Ləğv etmə?Yox, eşitməmişəm”

Mətbuatda Babayevlər klanının korrupsiyaya bulaşmış sərvətlərinin əllərindən alındığı haqda dəfələrlə yazılsa da Niyazın dəbdəbəli istirahəti hələ yenicə vüsət alır.

Rəsmi olaraq Niyazın adına Bayıl tərəfdə yerləşən beşulduzlu (əslində üç ulduza güclə çatar) “Crown Plaza” oteli var. Məsələ bundadır ki, nömrələrinin qiyməti orta hesabla 200 manat olan bu otelə Azərbaycanda nə qədər tələbat var? Yeri gəlmişkən, bəyəm hansısa gəlirə ehtiyac var? Oğulbala bu oteli öz əyləncələri üçün istifadə edir.

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

Üstəlik bu, necə də sanballı səslənir: müxtəlif qızlarla tanış olanda deyirsən ki, “mənim öz otelim var”.

Şəhərin kənarındakı əksər hallarda boş olan bu obyekt öz gəliri ilə Niyaz Babayevin milyonlarla dollarlıq hesablarını və səyahətlərini ödəməyə bəs edərmi?

Virtualaz.org saytına o da məlum olub ki, 26 yaşlı Niyaz Babayev qüdrətli əmisinin vəzifədə olduğu vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Atasının neft sferasında o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və ürəyi istəyən kimi əylənib. Niyaz da bundan əvvəl haqqında bəhs etdiyimiz Murad Axundov kimi Bakının gecə əyləncələrində böyüyüb.

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

“Nə Bakı eee...”

Heydər Babayevin işdən azad edilməsindən sonra Bakıda qalmağın mənası da yox idi. Məmurlar əvvəlki kimi onun qarşısında əmrə müntəzir dayanmırdılar. Niyaz hərtərəfli qayğıdan kənarda qalmışdı.

Və bizim qəhrəmanımız pulun qarşınızdakı bütün qapıları açdığı məkana - müasir sivilizasiyanın mərkəzi Dubaya getdi.

Doğrudur, getməyə daha bir bəhanə var idi: ram edilmiş ürək. Bakının ən gözəl qızları ilə görüşən Niyaz nəhayət ki, vurulmuşdu. Doğrudur, qız ona ərə getməyə hazır deyildi, qız paralel olaraq Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Maqomed Qurbanovun yaxın qohumu, Dərbəndi “fırladan” qüdrətli Qurbanovlar klanının nümayəndəsi Şıxsəid Qurbanovla da gəzirdi. Həmin Şıxsəid Qurbanov diplomatik nömrə nişanlı, tünd qara şüşəli (cənab prezidentin dəfələrlə xəbərdarlıq etməsinə məhəl qoymadan) “Mercedes Gelandewagen”lə şütüyür.

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

Gənclər hətta bir neçə il əvvəl “Emporium” dizayner geyimi butikinin açılşında dalaşıblar da. Qız isə bu çəkişmədən yüksəkdə dayanıb və üçüncü sevgilisinə ərə gedib, hazırda İstanbulda xoşbəxt yaşamaqdadır.

Dubaya getmək üçün bəhanə xeyli tutarlı olub: təhsil. Bəs necə, cənab Babayevin qohum-əqrəbaları yataqxanalarda yaşadığı və ictimai nəqliyyatda gəzdiyi bir vaxtda bizim qəhrəmanımız “Bentley”də şütüyürdü və Dubayın elit rayonunda - əfsanəvi “Palm Cumeyrah” adalarında yerləşən dəbdəbəli villasında yaşayırdı. Bu adada evin, bağışlayın, sarayın qiyməti 2 milyon dollardan başlayır.

Ancaq Dubay varlılar üçün cənnət ola bilər, lakin o, müsəlman ölkəsində yerləşir və orada şəriət qanunları qüvvədədir. Ona görə də ehtiyatlı olmaq lazımdır. Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri sənə Azərbaycan deyil ki, valideynlərinin və qohumlarının əlaqələri, nazir kürsüləri köməyinə çatsın.

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

Və Niyaz “dünya vətəndaşı” olmağa qərar verir

Niyaz bala dünyanın ən yaxşı kurortlarına səyahətlərini davam etdirir. Axı planetdə belə yerlər nə qədər istəsən var. Həm də müxtəlif cür istirahət etmək olar. Ekstremal idmanla əylənmək, Avstraliyada koala ayısını öz əllərinlə yemləmək, D.Keruakın “Yollarda” əsərinin qəhrəmanının izi ilə gəzmək...

Lakin nəyə görəsə istirahətin bu növü bizim məmurların balalarının ağıllarına da gəlmir. Onlara yarıçılpaq qızlar, “tupoy” musiqi, bahalı içkilər, dəbdəbəli maşınlar və aşıb-daşan “şmotka” ver, bəs edər.

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

Ölkənin birinci şəxsi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq Niyaz Babayev Bakıda “Bentley”lə şütüyür. Bunu da başa düşmək olar. Belə “VİP-persona” qotur “Şkoda”da gəzəsi deyil ki... Sevimli bala təhlükəsizlik kəməri taxmağa da ehtiyac görmür, əvəzində 9 yaşlı qohumunu ön oturacaqda əyləşdirib şütüməyə üstünlük verir. Nə qayda-qanun axı? Qayda-qanun DYP üçündür, bunun Niyaza nə dəxli var?!

Sadəcə olaraq bunu bilməyi çox istərdik ki, rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin dəbdəbəli istirahətlərini və əyləncələrini davam etdirməyə imkan verən bu qədər pulu haradandır?

Diqqət yetirin ki, virtualaz.org saytının bundan da əvvəl yazdığı kimi, azərbaycanlı məmurların sevimli balaları sadəcə olaraq öz qədəh yoldaşlarından başqa cür düşünə bilmir. Niyaz da başqalarının elədiyini edir: Kann, Monako, Marbelyu, Sent-Rope, adı bədnam çıxmış “Gotha” klubu, İstanbulun “Reina” klubu...

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

Ancaq Niyaz boş yerə çalışmır, onun İnstagram səhifəsində az qala 3 min adam var. Deməli, qarşısında özünü dartmaq üçün kimsə var...

Gənc oğlanın şişman pul kisəsindən xeyli vəsait də onun şopinqinə gedir: bura məhdud sayda istehsal edilən krossovka nümunələri, minimal qiyməti on minlərlə avro olan “Romain Jerome” və “İcelink Six Time Show watch” saatları daxildir.

Yeri gəlmişkən, Niyaz Babayevi başqalarından fərqləndirən cəhət onun özünü guya işləyən biri kimi göstərməsidir. Ümumiyyətlə, diqqət yetirirsinizsə, sevimli balalar həmişə müxtəlif rollarda oynamağı xoşlayırlar: şişmiş sinəyə malik qəhrəman-sevgilidən tutmuş ta qalstukun rənginə uyğun sancaq seçmək “talantı” ilə hamını heyrətə salan uğurlu biznesmenə qədər...

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

Niyaz bu dəfə bizim prezidentimizə və bütövlükdə onun siyasi kursuna loyal və sadiq sahibkar obrazı canlandırır. Budur, o, öz kabinetində oturub, arxasında Azərbaycan bayrağı asılıb. Digər fotoda o, özünü elə göstərir ki, Heydər Əliyev Mərkəzində guya hansısa mühüm danışıqlar aparır. İstənilən işgüzar adam sizə deyər ki, işlə, bizneslə məşğul olaraq öz İphone-nunla fotosessiya etmək mümkün deyil.

Cənab Babayev, axı siz kimsiniz ki, arxanızda dövlətin rəsmi simvolu asılıb?! Hansı ki, həmin simvolu inauqurasiya mərasimi zamanı Azərbaycan Respublikasının prezidenti öpür və and içir. Bəyəm hər yerdə, hər günc-bucaqda öz dostlarınızla birgə pıçıldaşıb “inhisar və korrupsiya bataqlığına batmış Azərbaycanda işləməyin mümkün olmadığını” car çəkənlər sizlər deyilsiniz? Bir halda ki işləmək mümkün deyil, o zaman sizin İsveçrə banklarındakı hesablarınızdakı iri məbləğlər haradandır? Bu qədər kefə və tusovkalara xərclədiyiniz pullar haradandır?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
"İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57
SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
"Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" - ŞƏRH
Bu gün, 06:32
Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb - “Politico”
Bu gün, 06:20
750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:17
Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR - AXI NİYƏ?..
Bu gün, 06:05
Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA - TƏFƏRRÜAT
Bu gün, 06:03
QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42
"Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38
ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36
ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43
Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32
Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29
DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20
Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04
30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00
Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57
AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru