“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                     Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub .....                     Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... .....                     İranın bitməyən Zəngəzur xofu .....                     Amerikada siyasi böhranın başlanğıcı: .....                     Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib .....                     Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir .....                     Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib .....                     İrəvanda "dövlət naziri" peyda oldu: .....                     Əmək müqaviləsi ləğv olunan neftçilər... .....                     Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb .....                     Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır .....                     Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? .....                     “Yaxşı arvad olun ki, əriniz gəzməsin” .....                     Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab .....                     Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü .....                 

Kəramətin "Səs” romanı ilə bağlı ÇAĞIRIŞ - "Qadağan olunmalıdır..."
Tarix: 30-01-2024, 09:53 | Çap et
Kəramətin "Səs” romanı ilə bağlı ÇAĞIRIŞ
"Kəramətin "Səs”i çıxdı”

Kəramət elə mürəkkəb adamdı ki, yaxşısını da desən səhvdi, pisini də.

Yazıçılıq elə bu nöqtədən başlayır, bu nöqtədən sürət götürüb asimana bülənd olur. "Səs” çıxanda məni qara-qara fikirlər bürüdü. Dedim, bu nə ara vaxt eləyib roman yazdı? Oxuyub başqa pəncərələrə dikilsinlər, həyat qapısını bir az düz bildikləri küçədən yox, başqa dalanlardan döysünlər deyə gün ərzində minlərlə adam feysbukda gözləyir ki, Kəramət status yazacaq.

Dedim, gedib kitabı alıb oxuyum. İşimiz-peşəmiz onsuz da oxumaqdır. Gözləməyin mənası yoxdu. Getdim gördüm oturub hər tərəfi şüşə kabinetdə. Oturmaq da demək olmaz. Şüşə kabinetdə çoyuyur, durur-oturur, oturur-durur. Dedim, ilahi, bu hansı divin ürəyidi?

20-25 dəqiqə ərzində şüşə kabinetə neçə-neçə adam gəldi. Hamısı sevgi gətirdi, kitab apardı. Arada mən elə gəlirdi ki, gələn adamların biri şüşə kabinetin qapısını açıb Kəraməti buraxacaq, Kəramət də havalanıb uçacaq, bir daha qayıtmayacaq. Amma açmadılar, adamlara Kəramət bu şüşə kabinetdə lazımdı, oturub yazsın, oxusunlar, ürəklərində desinlər ki, mən də elə bunu demək istəyirdim. Adamlara Kəramət lazımdı, Kəramətə heç kim…

Əlqərəz, kitabı aldım, bir nimçə də qarabaşaq yeyib aradan çıxdım. Kəramətçün darıxan adam onunla çox otura bilməz, elə aralıdan darıxsan yaxşıdı.

Kitab nəfis çap edilib, baxdım ki, eynəksiz də oxuya biləcəm, xoşbəxt oldum. Maşınla gələ-gələ üç-dörd dəfə açıb bir cümlə oxudum. Kəramətin cümlələri çəkicidi, ahənrübadı. Evə çatanda fikir məni götürdü, evdə oxuyum, ya işdə? Qəti qərar verdim, işdə oxuyacam. Onsuz kostyum satılmır, bir az da onun əsəbini tökərəm romana.
Səhər tezdən kitabdan siftə eləməmiş "Kulis”də yazı çıxdı qarşıma. Yazıçı Vüqar Van "Səs”dən yazıb. Tez məqaləni açıb oxudum. Kaş oxumazdım, çünki mən romanı oxuyandan sonra deyəcəyim bəzi şeyləri artıq bu yazıda görəcəkdim, gördüm də...

Kəramətlə ədəbi tanışlığım "Çöl” dən başlayıb. "Çöl”ü oxuyanda belə adamın varlığı məni narahat etdi. İstedad qədər paxıllıq çəkdiyim ikinci nəsnə yoxdur. Amma bu elə bir istedaddır ki, paxıllığın gücü çatmır, edə bilmirsən. Odur ki, Ya Allah deyib başladım.

Əvvəla onu deyim ki, əllini keçən ömrümdə bu tezliklə roman bitirməmişəm. Dil o qədər funksional, o qədər şirindi ki, kitabı yerə qoyan kimi elə bilirsən danışmağa adam tapmayacaqsan. Nəqlin dözülməz gözəlliyi adamı əldən salır.

Roman üzdən baxanda avtobioqrafik görünsə də, burda ayrı bir məsələ var. Kəramət bu romanda rus nəsrinin bizə öyrətdiyi stereotipləri sındırıb, xarakterlərin uşaqlığını, indiki halını, görünüşünü bizə göstərmir. Çünki onun bizə ötürəcəyi mətləb başqadır. O mətləb romanı bioqrafik çərçivədən çıxarır. Roman cəmiyyətə güzgü tutur, onun uşaqlığını, səhvlərini, görkəmini, xəstəliklərini anladır. Bu "diaqnoz”u həkimə vermək lazımdır ki, onu bəladan xilas eləsin. Bəs həkim kimdi, həkim romanın lap sonunda peyda olur, adı Barışdı!

İçində siyasi söhbətlər olan bədii mətnlər ədəbiyyat olmaq üçün publisistika ilə ölüm-dirim mübarizəsinə girişir. Çox vaxt publisistikanın tilişkəli dili ədəbiyyatı didib-dağıdır, şikəst edir. Kəramət bu bəlanı dəf eləməkdən ötrü özü-özünə meydan oxuyan hekayələri roman içində "Domna” ustası kimi əridib, istədiyi formaya sala bilib, publisistikaya qalib gəlib. Romanda Samitin, Xanbabanın, Cəmilənin hekayələri quru siyasi söhbətlərə bal yaxıb. Öz quyusuna düşən adama yazıçı deyirlər. Kəramət bu romanda özünə elə bir quyu qazıb ki, elə bildim sonacan çıxa bilməyəcək. Yenə köməyə Barış çatdı.

Son vaxtlar ölkəmizdə xeyli romanlar yazlıb. Bu roman streotipləri qırıb. Roman sübut etdi ki, ölkədə yazı azadlığı var, sadəcə yazıçı azadlığı yoxdu. Yazıçı özü-özündən hövüllənir.

Romandakı seçki prosesi məni maraqlandırmır. Məni maraqlandıran cəmiyyətin bu prosesə münasibətidir. Əsərdə nə qədər fərdi xarakterlər açılıb-ağardılmayıbsa, bir o qədər cəmiyyət, kütlə xarakteri qazılıb, kökləri gün üzünə çıxıb. Bu roman dədə-baba romanı deyil. Özümüz haqqındadı. Merkantil cəmiyyətin böyük məzhəkə bazarına çevrilməsi, dərdlərini satmaları, mentalitet alveri, roman boyu axıb gedir. Əsərin adındakı "səs” seçki səsi deyil, içimizə saldığımız "səs”dir. O səs ki bir gün bizi kar edəcək. Yazıçı quyusundan gələn səslərə qulaq verməsək, biz heç vaxt "səs” verə bilməyəcəyik.

Əsərdə məni qane etməyən bir məsələn də danışım. Mənə elə gəlir ki, yazıçı yazdığı mətni bəşəriyyətə pay verməlidir. Sabah-biri gün bu əsər başqa dillərə də tərcümə edilə bilər. Kəramət bir neçə yerdə Ramiz Rövşənin "qara paltarlı qadın”, "Aynur Camalın” saytı, "Aqil Abbasın filan sözü”, ifadələrini işlətməklə mətni konyuktura toruna salıb. Uqanda oxucusuna bu adlar yaddır, orda bu isimlərin gücü bizim cəmiyyətlə eyni deyil.

Mətni oxuya-oxuya sadə oxucunun bilməyəcəyi, amma ədəbiyyat adamlarının göydə tutduğu bəzi fəndlər qədərindən çoxdur. Söhbət mətni ilgəkləməkçün istifadə olunan təkrarlardan gedir.

Romandakı Cəmilə xarakteri, Cəmilə sevgisi, yüksək peşakarlıqla işlənib. Ümumiyyətlə, Kəramətin müxalif dönüşləri, hadisəni baş-ayaq etməsi özünün daxili çəkişməsindən gəlir və çox gözəldir. Əsərdə Kəramətin müəllimlə seçki alveri üstündə dialoqu var. Bu dialoq mənə Bela Tarrın "Turin atı” filmindəki hardansa peyda olun bir adamın ev yiyəsi ilə dialoqunu yadıma saldı. Yaxşı əsərlər onsuz da qohumdular.

Roman yenidir, Azərbaycan nəsrinin təzə səhifəsidir. Çox istərdim ki, bu roman qadağan ola, bəlkə, dünya bizim ədəbiyyata nəzər edə, yoxsa biz ömür boyu şüşə kabinetlərdə kitab satacağıq.

İlham Əziz Mənbə: Kulis.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır - Paşinyan
Bu gün, 10:38
Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
“Yaxşı arvad olun ki, əriniz gəzməsin” - Ofeliya Şabanova
Bu gün, 10:29
Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:12
Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Süni intellektin Bibliyanın müəllifi ilə bağlı təhlilinə Katolik Kilsəsindən REAKSİYA
Bu gün, 10:07
Kəmaləddin Heydərovun nəzarətində olan idarə 827 minlik avtomobil almaq istədi, baş tutmadı
Bu gün, 10:01
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
Bu gün, 09:56
Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:49
Paşinyan Bakının bu tələbini yerinə yetirməyə hazırdır - Tarasov
Bu gün, 09:45
“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Bu gün, 09:44
“Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib
Bu gün, 09:41
Paşinyan tapşırıq verdi: “Təzyiq edin!” - “Hraparak”
Bu gün, 09:37
"Fərhad Bədəlbəyli qohum olsa da dəstəyinə ehtiyacım olmayıb" - "Cənab leytenant"-ın qadın ifaçısı
Bu gün, 09:35
Eyni gündə 5 şirkət ləğv edildi – BÜTÜN İZLƏR BİR ÜNVANA APARIR
Bu gün, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru