“Nar” metroda şəbəkəsini gücləndirir
Tarix: 3-10-2023, 07:46 |
Çap et
DİA.AZ: - “Nar” üstün müştəri təcrübəsinin təqdim edilməsi məqsədilə metro ərazisində təkmilləşdirmə
işləri aparıb. Bunun nəticəsində Bakı metrosunda zəng və internet xidmətinin keyfiyyəti dəfələrlə
yüksəldilib. Bu barədə DİA.AZ-a şirkədən xəbbər verilib.
Aparılmış təkmilləşdirmə işləri şirkətin müştəri məmnuniyyəti strategiyasının ayrılmaz
hissəsidir. “Nar”ın əsas məqsədi abunəçilərini daima diqqət mərkəzində saxlamaqla onlara
sərfəli şərtlərlə yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsidir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.