Əsas Səhifə > Güney Press, Reklam > “Nar” metroda şəbəkəsini gücləndirir
“Nar” metroda şəbəkəsini gücləndirir3-10-2023, 07:46 |
DİA.AZ: - “Nar” üstün müştəri təcrübəsinin təqdim edilməsi məqsədilə metro ərazisində təkmilləşdirmə işləri aparıb. Bunun nəticəsində Bakı metrosunda zəng və internet xidmətinin keyfiyyəti dəfələrlə yüksəldilib. Bu barədə DİA.AZ-a şirkədən xəbbər verilib. Aparılmış təkmilləşdirmə işləri şirkətin müştəri məmnuniyyəti strategiyasının ayrılmaz hissəsidir. “Nar”ın əsas məqsədi abunəçilərini daima diqqət mərkəzində saxlamaqla onlara sərfəli şərtlərlə yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsidir. “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. Geri qayıt |