“Nar” “Stevie” mükafatına layiq görüldü
Tarix: 24-08-2023, 17:24 |
Çap et
DİA.AZ: - “Nar” “Stevie® International Business Awards” beynəlxalq biznes mükafatını qazandı. “Nar” bu
mükafatı “Müştəri məmnuniyyəti” nominasiyasında, son 2 il ərzində müştəri xidmətləri sahəsində
uğurlarına görə layiq görüldü. Bu barədə DİA.AZ-a şirkətdən xəbər verilib.
Mükafatın müstəqil hakimlərinə “Nar”ın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində
həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş hesabat təqdim edildi. Şirkətin məsafədən göstərdiyi
müştəri xidmətləri, yüksək rəqabət olan Azərbaycan bazarında Müştəri Loyallığı İndeksində (Net
Promoter Score) liderliyi beynəlxalq münsiflər tərəfindən xüsusi vurğulanıb.
Stevie® Awards 2002-ci ildə ABŞ-da təsis olunub və dünya üzrə biznes sahəsində fəaliyyət göstərən
şirkətlərin və şəxslərin nailiyyətlərini qiymətləndirir və uğurlu nümunə kimi tanıdır. Qeyd ki, “Nar” artıq
2-ci dəfədir bu mükafata layiq görülür.