“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir
Tarix: 1-05-2023, 17:39 |
Çap et
DİA.AZ: - “Nar” ADA Universitetində təşkil olunan 11-ci karyera sərgisində iştirak edib. Artıq ənənə halını almış
sərginin əsas məqsədi tələbə və məzunları bir araya toplayaraq onların işəgötürənlərlə peşəkar əlaqələr
qurmasına dəstək olmaq, eləcə də işəgötürənlərin bacarıqlı kadr axtarışlarını asanlaşdırmaqdır.
Bu barədə DİA.AZ-a şirkətdən məlumat verilib.
Karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu şirkət və qurumların təqdim etdiyi
müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər. “Nar”ın İnsan resursları komandası da öz
növbəsində gələcəyin mütəxəssislərinə peşələrinin iş mühitindəki real tələbləri barədə məlumat verib.
Həmçinin şirkətin əməkdaşları gələcəkdə karyerasını telekommunikasiya sahəsində davam etdirmək
istəyən gənclərə cari vakansiyalar barədə məlumat verərək dəstək olublar. Eyni zamanda mobil operatorun
təcrübə və təqaüd proqramından yararlanmaq istəyən tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, təhsilin inkişafına dəstək “Nar” sosial fəaliyyətinin əsas istiqamətlərindəndir. Mobil
operatorun bu sahədə gördüyü genişmiqyaslı layihələri ilə buradan tanış ola bilərsiniz.