Zəlzələ məsələsi: BU MTK DA TƏHLÜKƏ MƏNBƏYİDİR... - Diqqət, TƏHLÜKƏ!!!
Tarix: 14-02-2023, 17:31 | Çap et
 Biz bir media olaraq Azərbaycanda yüksək mərtəbəli binalar tikən MTK-ların qanunsuz əməlləri barədə neçə illərdir ki, yazırıq. Biz bu mövzuda yazanda nə qardaş Türkiyədə, nə də hansısa qonşu ölkədə bu miqyasda zəlzələ baş vermişdi. Sadəcə, biz problemi görürdük, cəmiyyətin və hakimiyyətin diqqətini buna yönəltməyə çalşırdıq. Bu gün Azərbaycanda hamı zəlzələdən, tikilən binaların riskli olmağından və daha nələrdən danışıb yazırlar. Bəs biz neçə illər öncə bu barədə haray salanda niyə kimsənin səsi çıxmırdı. İndi hamı xorla bu barədə danışır. Bəli, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyi məsələsi aktuallaşıb. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur. Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var. Biz çətinliklə əldə etdiyimiz sənədlər əsasında yazmışdıq ki, binalar arasındakı məsafə binaların hündürlüyünün 0.6 hissəsindən az olmamalıdır. Biz rəsmi sənədlər əsasında yazmışdıq ki, məhəllə daxilində yüksək mərtəbəli binalar tikilə bilməz. Əgər sabah qəza vəziyyəti olarsa, xilasetmə qüvvələri bura necə daxil olacaq..? Təsəvvür edirsiniz, yeni tikilən binaların arasından adi avtomobil güclə keçir. İraq olsun fəlakət olarsa, vəziyyət necə olacaq..? Bir daha bildiririk ki, dünya seysmoloqlarının tərtib etdiyi xəritədə Bakı 8-9 ballıq seymsik zonada yerləşir. Başa düşdünüzmü, cənablar..? Millətin faciəsi ilə alver etməyin. Bəli, bu gün Bakıda yüksək mərtəbəli bina tikənlərin, MTK sahiblərinin çoxunun inşaat işindən başı çıxmır. Dünən bazarlarda şortik satanlar, siqaret alverçiləri, nə bilim qəssablar hamısı bina tikintisinə girişib. Belələrindən biri də “Bizim Ev” MTK-dır. Mənə “İmişlili Mürşüd deyərlər, mənim qarşımda heç kim dayana bilməz...” deyən bu köhnə tərəkəməyə necə başa salaq ki, şəhərsalma müasir elmdir, ay adam... Sən nə bilirsən inşaat, şəhərsalma nədir..? Bu adam heç tikintinin adi-elementar qaydalarını da bilmir. Beləsinə heç toyuq hini də etibar etmək olmaz. Bu adam gecə-gündüz ətrafda yaşayan sakinləri nevroz həddinə çatdırıb, səs-küydən sakinlər evlərində otura bilmir. Bu adam məhəllədə uşaqların oynadığı xırda sahəni də zəbt edib. Əgər sabah bu uşaqların başına bir iş gələrsə kim cavab verəcək, ay Mürşüd..? Bu adam Yasamal rayonunda “Məhsul” idman stadionunun ərazisini zəbt edib. Görəsən, Yasamal İcra Hakimiyyəti, FHN, Arxitektura və Memarlıq Komitəsi hara baxır..? Yazıq vətəndaşlar ən yuxarı instansiyalara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy, stress mənbəyi deyil ee... Bu MTK-la həm də yaşıllıqların qənimidir. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur. Təsəvvür edirsiniz İmişli Mürşüd idman stadionunun soyunub-geyinmə otağını da zəbt edib. Sözün qısası, biz yenə də gördüklərimizi yazırıq, haray salırıq ki, bəlkə bu məmurlar ayıla. Türkiyədəki faciə bizdə təkrar olunmaya. Buyurun bu da sakinlərə işgəncə verən obyektin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024 //gundelik-baku.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
|