"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                 

“Həmin şirkət mənim və anamın mənzilini başqasına satdı” - NARAZILIQ VAR!
Tarix: 14-02-2023, 15:55 | Çap et
“Həmin şirkət mənim və anamın mənzilini başqasına satdı”
Bakı şəhəri, Binəqədi rayon sakini Seymur Rüstəmov dələduzluq əməli ilə üzləşdiyini deyir.

DİA.AZ-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, Xırdalanda bina tikintisi ilə məşğul olan “AFŞARAN-A” MMC-nin rəhbərliyinin ona külli miqdarda borcu var.

S.Rüstəmovun sözlərinə görə, şirkətin rəhbərliyi onun özünə və anasına məxsus mənzilləri dələduzluq yolu ilə satıb: “1 ildən artıqdır faktla bağlı istintaq tədbirləri həyata keçirilsə də, nəticə yoxdur. “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Fəxrəddin Hüseynovla 2016-cı ildə imzaladığımız müqavilə əsasında şirkətin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində tikdiyi binada 231 nömrəli mənzili pay kimi 54 152 manat əvəzində mənə verməyi öhdəsinə götürüb, lakin təqdim olunmuş arayışa əsasən pulu alsa da, öhdəliklərini icra etmədi. Həmçinin sonradan adı dəyişərək “FAM-88” MMC olan “AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol verib, mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30 944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satıb. Məlum olur ki, bu iki MMC-nin məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilib”.

Şikayətçi deyir ki, yuxarıda qeyd edilən mənzildən başqa onun ailə üzvlərinin adına “AFŞARAN-A” MMC-nin tikdiyi binada daha 2 mənzil də olub: “MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə həyat yoldaşım Əlizadə Şəhla və anam Rüstəmova Raya arasında eynitipli müqavilələr bağlanıb, 339 və 261 nömrəli mənzillər onlara satılıb. Daha sonra Şəhla Əlizadənin adına olan 339 nömrəli mənzilin dəyəri Fəxrəddin Hüseynov tərəfindən məcbur olaraq mən-Rüstəmov Seymur Qəzənfər oğluna qaytarıldığından həmin mənzilin sənədlərini mən Fəxrəddin Hüseynova vermişəm. Rüstəmova Rayanın adına olan 261 nömrəli mənzilin sənədləri isə Fəxrəddin Hüseynov tərəfindən aldadılaraq, dəyərinin qaytarılacağı vədi verilərək məndən geri alınıb, lakin dəyəri qaytarılmayıb və mənzil başqa şəxsə satılaraq pulu Fəxrəddin Hüseynov tərəfindən mənimsənilib. Həmin mənzilin qaytarılması tələbi ilə anam Raya Rüstəmova tərəfindən Abşeron Rayon Məhkəməsinə müraciət edilib. Həmin məhkəmə gedişatında ekspert rəyi əsasında müəyyən edilib ki, anam Raya Rüstəmovanın da imzasını saxtalaşdıraraq, guya mənzilindən imtina etməsi və dəyərini alması göstərilib. Anama məxsus mənzil də qanunsuz olaraq başqasına satılıb”.

S.Rüstəmov əlavə edib ki, F.Hüseynovla arasında armatur satışına görə işgüzar münasibət olub. Lakin qarşı tərəf ona olan borcunu mənzillə əvəzləyəcəyini bildirib. Bütün problemlər də bundan sonra başlayıb: “Dəfələrlə Fəxrəddin Hüseynovun ofisində olmuşam, ondan 73 808 manat, 32 000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin mənə qarşı dələduzluq əməli törətmiş Fəxrəddin Hüseynov öz havadarlarına arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir. İllərlə yığdığm vəsait ələ keçirilib, ailəmə məxsus bütün mülkiyyətlər dələduzluq yolu ilə mənimsənilib”.

Vətəndaş qeyd edib ki, F.Hüseynovun əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2, 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaq aparılır, bir neçə digər şəxs zərərçəkmiş qismində tanınıb: "İstintaq dövründə F.Hüseynovun əməllərindən başqa şəxslərin də zərər çəkməsi məlum olub. 2021-ci ildə prokurorluğa şikayət edərək əvvəlki adı “AFŞARAN-A” MMC olan, indiki “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəydiyini bildirmişəm. Şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər cinayət işinə birləşdirildi. Lakin bir il ərzində hər hansı tədbir görülmədiyindən 2022-ci ilin noyabrında Sumqayıtda Baş prokuror Kamran Əliyevin qəbulunda oldum. Baş prokuror bu işin obyektiv araşdırılması ilə bağlı göstəriş versə də, buna əməl edilmir. 16 aydır adları çəkilən şirkət rəhbərlərinə cinayət işi açılıb, lakin hələ də məni zərərçəkən şəxs qismində tanımırlar. Baş İdarənin İstintaq şöbəsinin rəhbəri Fərid Nağıyev mənim zərərçəkən şəxs qismində tanınmağıma, bu işin obyektiv araşdırılmasına mane olur. Hazırda anama məxsus mənzilin başqasına satılması məsələsi üzrə iş Abşeron Rayon Məhkəməsindədir. Mənim üzləşdiyim dələduzluq əməli, həmçinin evimin başqasına satılması ilə bağlı şikayətim isə Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki işə birləşdirilib".

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, Seymur Rüstəmovun şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb: “Şikayətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilib. Seymur Rüstəmov dəfələrlə Baş Prokurorluqda və Baş İdarədə qəbulda olub və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib. Hazırda qeyd edilən mübahisə ilə bağlı Abşeron Rayon Məhkəməsində mülki işə baxılır”.

Şikayətlə bağlı adıçəkilən şirkətin rəhbər şəxsləri ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru