"Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                 

Cənub bölgəsindən soraqlar: Bu ərazilərin “Don Karleona”sı kimdir? - İLGİNC FAKTLAR
Tarix: 30-06-2022, 12:08 | Çap et
Cənub bölgəsindən soraqlar: Bu ərazilərin “Don Karleona”sı kimdir?
Bahəddin Leysanov ölkə prezidentinin söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir…

Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin hər ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kölgə iqtisadiyyatının ölkə iqtisadiyyatına vurduğu ziyandan danışıb. Ölkə iqtisadiyyatını xərçəng kimi saran kölgə iqtisadiyyatı prezident “böyük bəla” adlandırıb.

Prezident vurğulayıb ki, aparılan iqtisadi islahatların əsas vəzifələrindən biri və birincisi kölgə iqtisadiyyatına ziyan vurmaqdır: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”, deyə prezident Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bildirib.

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda kölgə iqtisadiyyat ölkə iqtisadiyyatının 60-70 faizini təşkil edir. Elə bu üzdən də adam başına düşən gəlir sitatistikasında Azərbaycan artıq Gürcüstandan geridə qalıb, Ermənistanla isə demək olar ki, bərabərdir. Əslində isə Azərbaycanda adambaşına düşən gəlirin əsas hissəsi məhz kölgə iqtisadiyyatda gizlənib və bu üzdəndə biz qonşularımzdan geridə qalırıq, xüsusən də bədnam qonşumuzdan geridə qalmaq üzrəyik.

Heç kimə sirr deyil ki, kölgə iqtisadiyyatı əsasən məmurların dəstəyi ilə və birbaşa iştirakı ilə çiçəklənməkdədir. Bir çox yerlərdə isə sovet dönəmində varlamış idarə müdirləri kölgə iqtisadiyyatının başında durur və genişləndirirlər. Belələrindən biri də artıq 30 ilə yaxındır ki, cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edən Bahəddin Leysanovdur.

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir?

Leysanov Bahəddin Dəyyan oğlu Masallı rayonunda doğulub. O zamankı İnşaat institutunu bitirib və Neftçalaya təyinat alıb. Həmin vaxt Neftçala rayonunun Aşağı Qaramanlı kəndində inşa olunan Pambıq zavodunda “prorab” olaraq əmək fəaliyyətinə başlayıb. Həddindən artıq xoşqılıqlı adam olan Leysanov həmin dönəmdə təkcə Neftçalada deyil, bütün Azərbaycanda nüfuzlu şəxs kimi tanınan, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin qılığına girib və bir müddət sonra məhz Nuruş Əliyevin köməyi ilə Neftçala Pambıq Zavodunun müdiri təyin olunub. Və gənc Leysanovun əvvəl Neftçalaya, sonra isə bütün cənub bölgəsinə sirayət edən hakimiyyəti başlayıb. 80-ci illərin əvvəlindən başlayaraq o, Neftçalada artıq qeyri-rəsmi milyoner olaraq tanınınrdı.

Xalq Cəbhəsi dönəmində yeni hakimiyyətlə də asanlıqla dil tapan Leysanov (cənub bölgəsində onu hamı soyadı ilə tanıyır) yeni hakimiyyətə gələn gənc cəbhəçilərə rüşvətin dadını tanıtdırır və pulun nə qədər şirin daddığını onlara əyani olaraq göstərir. 1993-cü ildə cəbhəçilərə arxa çevirən Leysanov yeni azərbaycanlıların düşərgəsində yer alır.

Kolxozlarından ləğvindən sonra pambıqçılığın tam iflas etməsi ilə hamı düşünür ki, Leysanovun erası bitir. Lakin bu heç də olmadı. Leysanov kolxozların ləğvindən sonra Neftçalada torpaqları ələ keçirməyə başladı. Bir ildən sonra bəlli oldu ki, Neftçalada əkinə yararlı bütün bələdiyyə dövlət torpaqları, həmçinin geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Həmin torpaqlar hələ də Leysanovun mülkiyyəti altındadır.

Lakin Leysanov təkcə Neftçala ilə kifayətlənmir. Bu gün Salyan rayonunun bələdiyyə və dövlət torpaqlarının yarısından çoxu Q.Məmmədovun verdiyi şəhadətnaməyə əsasən 99 illik müddətdə onun mülkiyyətindədir. Düşünməyin ki, Leysanov Salyan və Neftçala rayonları ilə kifayətlənib. Xeyr,bu belə deyil. Leysanov Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özünüküləşdirib. Daha əvvəl Neftçalada dostluq münasibətləri qurduğu Taleh Qaraşov həmçinin Lənkəranda da ona ayrıcalıq saxlayır. Bundan başqa Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzanıb.

Eyni zamanda Bahəddin Leysanov Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizdən çoxuna sahibdir.

Əslində bu pambıq zavodları bütövlükdə Leysanova məxsusdur. Çünki bu günə qədər Leysanov pambıq zavodlarının keçmiş işçilərinə məxsus olan səhmlərə görə bir qəpikdə olsun dividend ödəməyib. Zavodlar yenidən qurulsa da, son 20 il müddətində ziyanla işləyir. Hər halda Bahəddin Leysanov belə iddia edir.

O özünü “Don Karleona” kimi aparır

Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.

Cənub bölgəsində Leysanovla bağlı apardığımız araşdırmada onu gördük ki, bu rayonların əhalisi Bahəddin Leysanovu özlərinin bir nömrəli istismarçısı olaraq görürlər. Lakin buna baxmayaraq heç kim ona qarşı çıxmağa cəsarət eləmir. Bunu heç düşünmür də. Çünki Leysanovun Cənub bölgəsindəki əlaqələrini və gücünü hər kəs bilir. İstənilən adamı istənilən anda həbs etdirmək gücünə sahib olduğunu da hər kəs bilir.

Bahəddin Leysanovun yerlərdə gücü və şəbəkəsi o qədər böyükdür ki, cənub rayonlarına təyinat alan icra başçıları, polis rəisləri, prokurorlar onunla razılaşmağa, hətta onun tövsiyyələri ilə işləməyə məcburdurlar. Əks təqdirdə həmin vəzifəli şəxs təxribatla üzləşər və vəzifəsini itirər. Yəni Bahəddin Leysanov həm də cənub bölgəsinin bildiyimiz “Don Korleosudur” və bölgənin xaç atası olaraq toxunulmazdır.

Biləsuvardan, Neftçaladan və Salyandan topladığımız məlumatlara görə Leysanov təkcə bu rayonlarda minlərlə hektar torpağı “işğal” etməyib. Eyni zamanda Leysanov bütün cənub bölgəsində kölgə iqtisadiyyatın “baron”udur. Əldə etdiyimiz məlumata görə Bahəddin Leysanova çalışanların çox böyük əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq çalışmırlar. Buna baxmayaraq həmin adamlar bölgənin ən varlı və nüfuzlu ailələri olaraq bilinirlər.

Qeyd edək ki, Bahəddin Leysanovun kölgə iqtisadiyyatı ilə bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, Bahəddin Leysanov ölkə prezidentinin söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir…

AzToday.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru