Lənkəranın bu kəndi işsizlikdən boşalır... - GİLEY
Tarix: 3-06-2022, 15:01 | Çap et
 Ta qədim dövrlərdən, yol çəkmək, su çəkmək ən savab işlərdən hesab edilirdi. Deyilirdi ki, insan özü həyatda olmasa belə, xərc edib çəkdirdiyi yola, gətirdiyi suya görə uzun illər rəhmət sahibi olur. Məhz buna görə də bir neçə əsr öncə zəngin şəxslər yol-su çəkməyə çalışırdı. Bu gün isə bu adət ənənənin unudulması bir kənara, vətəndaşlara gözdağı vermək məqsədilə bəzi ərazilərə nə yol çəkilir, nə ərazilər yol çəkilməsi üçün plana salınır, nə ərazilərə su çəkilir. Sanki həmin ərazilərin əhalisi bu sınağı yaşamağa məcburmuş kimi. Elə Lənkəran rayonunun Gəgiran kəndinin sakinləri kimi… Bu günlərdə Lənkəran Rayon Gəgiran kəndinin sakinləri Bizimyol.info xəbər portalına şikayət məktubu ünvanlayıblar. Sakinlər iddia edir ki, Gəgiran kəndinin ən ağrılı yeri yol problemidi.
Məktubda deyilir: “Lənkəran rayonunun Gəgiran kəndi rayon mərkəzindən 40 kilometr aralıda yerləşir. Gəgiran ərazi dairəsi 3 kəndi, Gəgiran, Jidi və Dıryan kəndlərini özündə birləşdirir. Bu kəndlərdə 3250 nəfər əhali yaşayır. Kənd sakinlərinin əsas məşğuliyyəti isə əkinçilik və maldarlıqdır. Son vaxtlar kəndin aşıb-daşan problemlərini həzm edə bilməyən sakinlər, xüsüsilə də gənclər, yaşadıqları doğma evlərini tərk etməyə başlayıb. Kəndin problemləri işsizlik, müəllim və həkim çatışmazlığı, ən dəhşətlisi isə yol problemidir. Son aylar ərzində kənddən 60-a yaxın gənc ailə çıxaraq, respublikanın başqa yerlərində məskunlaşıblar”.
Sakinlər bildirir ki, əsasən qış aylarında kənddən çıxmağın qeyri mümkündür. Günlərlə bəzən isə həftələrlə rayon mərkəzi ilə əlaqənin kəsilir. Belə olan halda çıxılmaz vəziyyətdə qalan sakinlər at arabalarından istifadə etməklə xəstələrini xəstəxanaya çatdırır, özlərinə də ərzaq almağa nail olurlar. Lakin bu cür hallar hər dəfə uğurlu olmur. Əksər vaxtlarda isə xəstələr rayon mərkəzinə çatmadan yoldaca dünyalarını dəyişir.
Gəgiran ərazi vahidliyinə daxil olan kəndlərdə problemlərin çox olmasına rəğmən yaşlı sakinlər öz ata-baba yurdlarını tərk edərək digər yerlərə getməkdən boyun qaçıraraq bir gün bu problemlərin həll olunacağı günü gözləyir. Kənd sakinləri bildirir ki, əgər vaxtında bu kəndlərdən köçən gənc ailələrin qarşısı alınmasa yaxın illərdə bu ərazilərin boş qalacağı istisna edilmir.
Məsələ ilə bağlı Bizimyol.info Lənkəran İcra Hakimiyyətindən bildirilib ki, Lənkəran rayonunun Gəgiran kəndinə aparan avtomil yolu 48 nömrəli Yol İstismarı MMC-nin balansındadır və həmin yolda nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdən ötrü mütəmadi cari təmir işləri aparılır.
“14 yaşayış məntəqəsini birləşdirməklə 15344 nəfərin yaşadığı 37,6 km-lik Cil-Separadi-Tükəvilə-Sinovli-Diryan-Jidi-Gəgiran-Köhnəgəgir-Tuado avtomobil yolu əsaslı təmirə ehtiyacı olan kəndlərarası avtomobil yollarının siyahısına daxil edilmiş və bununla bağlı müvafiq məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramına təqdim olunmuşdur. Sözügedən avtomobil yolunun təmir olunmasından ötrü vəsait ayrılacağı təqdirdə, “Azəravtoyol” ASC tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.
Son illərdə Lənkəranda yol infrastrukturunun yenilənməsi isiqamətində ardıcıl tədbirlər müvəffəqiyyətlə davam etdirilmiş və 9 iri yol layihəsi həyata keçirilməklə ümumilkdə 200 km-yə yaxın avtomobil yolu yenidən qurulub” - deyə qeyd edilib.
Bildirilib ki, 2012-ci ildən başlayaraq Dövlət Proqramının icrası çərçivəsində rayonun 73 yaşayış məntəqəsinə yeni qaz xətləri çəkilərək sakinlər mavi yanacaqla təmin edimiş və bu işlər davam etdirilir. Yaxın illər ərzində mərhələli şəkildə olmaqla digər yaşayış məntəqələrinin, o cümlədən rayonun ucqar dağ kəndi olan Gəgiran kəndinin də yeni qaz xətləri çəkilməklə qazlaşdırılması nəzərdə tutulub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
|