Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... .....                     Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR .....                     Şuşa yoluna pul verərik, amma... .....                     Bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ .....                     Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır .....                     “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” .....                     Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır .....                     Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası .....                     "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" .....                     CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur .....                     Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? .....                     "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" .....                     Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir .....                     "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" .....                     Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı .....                     "Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                     Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı .....                     EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib .....                     Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı .....                 

Azərbaycan minlərlə ha torpağını da geri ala bilər... - Gündəmdə olan yeni xəritə...
Tarix: 18-12-2021, 09:01 | Çap et
Azərbaycan minlərlə ha torpağını da geri ala bilər...
“Biz Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalanırıq".

Bunu jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Arman Yeqoyan deyib. Onun sözlərinə görə, təkcə Rusiya Federasiyasının Baş Qərargahında bir neçə xəritə var.

“Rusiya onlarla birlikdə hərəkət etməyi təklif etdi. Hazırda vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiq edilmiş, 1974-cü il tarixli sonuncu xəritə təklif olunub. Bundan sonra təsdiq olunmayan dəyişikliklər edilib. Dəyişikliklər zamanla baş verib, ancaq hər yerdə yox. Məsələn, Tavuşda da dəyişikliklər olub, ancaq kolxozlar səviyyəsində”, - deyə Yeqoyan qeyd edib. O, delimitasiya və demarkasiyanın bir çox şeyi dəyişə biləcəyinə əmin olduğunu bildirib. Arman Yeqoyanın açıqlaması sərhədlərin delimitasiyası və demarkasiyasının hansı xəritələr əsasında aparılmasına dair Ermənistanla Rusiya arasında fikir ayrılığının yaşandığını göstərir. Yəni Rusiya sərhədlərin 1974-cü ildə, Ermənistan isə 1926-cı ildə tərtib edilmiş topoqrafik xəritələr əsasında müəyyənləşdirilməsini istəyir. Paşinyan iqtidarı bu mövqeyini 1926-ci ilin xəritəsinin hüquqi əsasa malik olması ilə izah edir. Ekspertlərin fikrincə, Ermənistanın əsas məqsədi Laçın rayonunun ərazisindən keçən dəhlizin böyük hissəsini öz ərazisinə qatmaq və Qarabağa birbaşa çıxış əldə etməkdir.

Qeyd edək ki, 1928-ci ildə nəşr olunmuş siyasi-inzibati xəritədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti cənub-qərbdən, yəni Laçın rayonu ərazisində Ermənistan SSR ilə demək olar ki, həmsərhəd göstərilir. Hazırda Laçın və Şuşa rayonlarının ərazisinə daxil olan bir sıra kəndlər və torpaq sahələri həmin vaxt Hadrut (keçmiş Dizaq) rayonunun tərkibinə verilmişdi. DQMV-nin cənub-qərb sərhədlərini Hadrut rayonunun inzibati-ərazi vahidinə daxil olduğundan Ermənistana çıxış yolu çox qısa idi.

Ona görə də ermənilər bundan istifadə edib sonralar DQMV-in Ermənistana birləşdirilməsi məsələsini qaldırdı. Lakin 1930-cu ildə Kürdüstan qəzasının ləğvi ilə Laçın və Qubadlı rayonlarının, DQMV-in tərkibində isə Şuşa rayonunun yaradılmasından sonra Hadrut rayonunun inzibati-ərazi quruluşiunda dəyişiklik yarandı. Növbəti illərdə dərc olunmuş xəritələrdə DQMV ilə Ermənistan arasında sərhəd məsafəsi daha genişdir. İkinci Qarabağ müharibəsində həm keçmiş Hadrut rayonu, həm də Laçın rayonuna daxil olan ərazilər erməni işğalından azad edilib və Azərbaycanın nəzarətinə qaytarılıb. Artıq Dağlıq Qarabağ termini belə yoxdur. Ona görə də Ermənistanın 1926-cı il xəritəsi əsasında sərhədləri müəyyənləşdirmək cəhdi Qarabağdakı ermənilərlə birbaşa əlaqə yaratmaq imkanı vermir.

2020-ci ildə noyabrın 10-da imzalanmış Bəyanatda da Ermənistanda və Qarabağdakı ermənilər arasında yeganə əlaqə vasitəsinin Laçın dəhlizi ola biləcəyi göstərilir. Əksinə, 1926-cı ilin xəritəsi tətbiq olunarsa, Ermənistan sonrakı illərdə Azərbaycandan aldığı əraziləri geri qaytarmalıdır. Bu halda Ermənistanın Azərbaycandan qopara biləcəyi ən geniş ərazi Zəngəzur mahalının bir hissəsi ola bilər.

Zəngəzura daxil olan bir sıra ərazilər, yəni keçmiş Cəbrayıl qəzası və Naxçıvan Muxtar Respublikasının 1926-cı ildən sonra Ermənistana verilmiş torpaqları Azərbaycanın tabeliyinə keçməlidir. Qeyd edək ki, hazırda Zəngəzur vilayətinin cənub hissəsində Ermənistanın yuridiksiyasına 46 kilometrə yaxın ərazi daxildir. Əgər ərazilər 1926-cı ilin xəritəsi əsasında yenidən bölünsə, o zaman Ermənistana 10 kilometr pay düşəcək. 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndi də daxil olmaqla, 1933-cü ildə Zəngilan rayonunun (keçmiş Cəbrayıl qəzası) 9 kəndi də Azərbaycana qaytarılmalıdır.

Deputat Arman Yeqoyanın Tavuş vilayətindən söz açması isə söhbətin daha çox Qazax və Gədəbəy rayonlarının Ermənistana verilmiş, eləcə də işğal olunmuş ərazilərindən getdiyini göstərir. Ermənistan Qazax rayonunun, 1990-1992-ci illərdə işğal etdiyi Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Xeyrimli və Qızıl Hacılı kəndlərini hələ işğal altında saxlayır. Hansı xəritənin tətbiq edilməsindən asılı olmayaraq, həmin kəndlər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Əks halda, sərhədlərin delimitasiyası və demarkasiyası mümkün ola bilməz. Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da keçirilmiş Soçi görüşündən əvvəl İctimai Televiziyaya verdiyi müsahibədə Qazax rayonunun 7 kəndinin işğalından söz açarkən bu problemi delimitasiyası və demarkasiya məsələsinin tərkib hissəsi adlandırmışdı. Halbuki, Paşinyanın sözündə məntiq yoxdur. Çünki həmin kəndlər mübahisəli ərazi deyil, Azərbaycanın işğal olunmuş suveren torpaqlarıdır.

Azərbaycan dövləti istənilən vaxt hərbi güc tətbiq etməklə Qazaxın kəndlərini işğaldan azad etmək hüququna malikdir. İkincisi, işğal altındakı kəndlər qaytarılmadan nə kommunikasiyalrın açılmasından, nə də sülh sazişindən danışmaq olar. Ermənistanın Qazax rayonunun adları çəkilən yeddi kəndini və Sədərək rayonunun Kərki kəndini işğal altında saxlaması münaqişəsinin davam etməsi deməkdir. Bakı-İcevan dəmir yolu xəttinin fəaliyyətini bərpa etməsi üçün Ermənistan Qazaxın kəndlərindən çıxmalıdır. Çünki sözügedən dəmir yolu işğal altındakı Barxudarlı və Sofulu kəndlərindəki stansiyalardan keçir. Həmçinin, Ermənistanın cənubu ilə şimalını birləşdirən və Gürcüstana çıxışını təmin edən M4 şosse yolu, eyni zamanda, Tavuş vilayətinin Gürcüstana çıxışını təmin H37 magistral yolu işğal altındakı Bağanıs Ayrım kəndindən keçir. Ona görə də Qazaxın kəndlərinin işğal altında qalması Ermənistan üçün strateji əhəmiyyət daşıyan yolların bolkda saxlanılması deməkldir. Sərhədlərin müəyyənləşməsi zamanı daha çox SSRİ dövründə kolxoz təsərrrüfatını inkişaf etdirmək və digər adlar altında Ermənistana pay verilmiş Azərbaycan torpaqlarının qaytarılması müzakirə mövzusu ola bilər.

Əgər 1974-cü ilə aid xəritədən istifadə olunarsa, o zaman 1984-cü ildə SSRİ Nazirlər Sovetinin göstərişi ilə Qazax rayonunun Ermənistana verilmiş 1675 hektar torpaq sahəsi Azərbaycana qaytarılmalıdır. Qeyd edək ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə növbəti iddia irəli sürüb. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi ermənilərin iddialarını dayandırmaq üçün rayon rəhbərliyi və Azərbaycan hökumətinə dəfələrlə etiraz müraciəti göndərib. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr verməyib. 1984-cü il oktyabrın 24-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Şamil Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər Kəmərli kəndindən 6 km aralıda yerləşən “Bataqlı bulaq” deyilən yerə gedib. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq adı altında əraziyə gəlişində məqsəd torpaqların verilməsinə kömək etmək idi. Bundan hiddətlənən kənd sakinləri gələnləri daşa basıb, Ş.Rasizadənin maşınını aşırmışdılar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edilib.

İclasda çıxış edən Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı göstərişin Moskvadan verildiyini bildirib. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul edib və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin edib. Hazırda bu ərazi hər iki tərəfdən minalandığı üçün nə ermənilər, nə də azərbaycanlılar əraziyə daxil ola bilir. Beləliklə, Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum olub. Ancaq sərhədlərin delimitasiyası və demarkasiyasının 1926 və ya 1974-cü illərdə tərtib edilmiş xəritələr əsasında aparılmasından asılı olmayaraq, Azərbaycanın itirdiyi minlərlə hektar torpaq sahəsini geri qaytarmaq şansı yaranıb. Çünki Ermənistan hakimiyyəti də SSRİ dövründə kolxoz təsərrüfatı ilə əlaqədar sərhədlərin dəyişməsinə səbəb olmuş qərarların hüquqi qüvvəyə malik olmadığını iddia edir.

Əgər sərhədlər əvvəlki qaydada yenidən çəkiləcəksə, o zaman Ermənistan Azərbaycandan aldığı torpaqlardan imtina etməlidir. Əgər sərhədlər 1926-cı ilin xəritəsi əsasında aparılarsa, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Torpaq Komissiyasının 11 yanvar 1927-ci il tarixli qərarı ləğv olunmalıdır. Komissiyanın iclasında Ermənistan SSR və Azərbaycan SSR kənd təsərrüfatı komissarları A.Erzikyan və D.Buniyatzadənin iştirakı ilə Qazağın Şınıx-Ayrım bölgəsi barədə Ermənistanın iddiası qəbul edilib. Zaq MİK-nin 1929-cu il fevralın 18-də qəbul etdiyi qətnamə ilə təsdiqlənmiş müqaviləyə əsasən, Qazax qəzasının Şınıx-Ayrum bölgəsindən 4000 desyatin (1 desyatin-1,09 ha) Ermənistanın Dilican qəzasına verilib.

Bundan başqa, ümumi sahəsi 3104 desyatin və əhalisi 577 nəfər olan, əvvəllər Qazax qəzasının inzibati sərhədlərinə daxil olan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Azərbaycanla əlaqəsi kəsilib. ZaqMİK yerli komissiyasının 19-20 iyul 1929-cu il iclasında bu vəziyyəti aradan qaldırmaq üçün yeganə mümkün həll yolu kimi hər üc kəndin Ermənistanın Dilican qəzasına verilməsi göstərilib.

Eyni fərmanla 26 təsərrüfatdan ibarət olan Qazaxın Xeyrimli kəndi də Dilican qəzasının Kunen-Heyrimli kəndinə birləşdirilib. Sərhəd mübahisələri haqqında Torpaq Komissiyasının 1928-ci ilə dair hesabatında qeyd edilir ki, yalnız Azərbaycanın Qazax qəzasından Ermənistan SSR-ə 79208 desyatin əkinə yararlı və 75904 desyatin yararsız torpaq verilib. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqların 50 faizindən məhrum edilib. 1946-ci ildə də Qazax rayonunun bəzi əraziləri Ermənistana verilib. Bu halda 1926-cı ilin xəritəsi tətbiq edilərsə, Ermənistan yalnız işğal altındakı kəndləri deyil, eyni zamanda minlərlə hektar torpaq sahəsini Azərbaycana qaytarmalıdır. Eləcə də, 1969-cu ildə SOV.İKP MK Plenumunun qərarı ilə qanunsuz olaraq Gədəbəy rayonundan alınıb Ermənistana verilmiş Tağlar kəndi də Azərbaycanın yurisdiksiyasına keçməlidir. Yəni hər iki xəritə Azərbaycana SSRİ dövründə itirdiyi torpaqları Ermənistandan geri almaq imkanı yaradır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51
Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Dünən, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Dünən, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Dünən, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Dünən, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Dünən, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Dünən, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dünən, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Dünən, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Dünən, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Dünən, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Dünən, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Dünən, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Dünən, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru