Mərkəzi Ordu İdman Klubunda NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR!
Tarix: 22-10-2021, 12:01 | Çap et
 Rüşvət və korrupsiya yuvasına bər-bəzəkli ad da tapıblar – Mərkəzi Ordu İdman Klubu. Və burada xeyli sayda Azərbaycan əsgəri vətən qarşısında öz hərbi borcunu yerinə yetirir, yəni hərbi qulluq keçir. Adama deyərlər, paytaxt Bakının göbəyində İdman Klubunda hərbi xidmət keçmək necə olur ? Bəlkə, səhərlər klubun yaşıl meydançasında dombalaq aşmaq, günortalar gərnəşmək, axşamlar əsnəmək hərbi qulluqdur, cənablar ? 30 ildir müharibə gedən, şəhidlər verən ölkədə “dərə xəlvət tülkü bəy” deyib, özünü Mərkəzi İdman Klubunda günə verənlərə nə ad vermək olar ? Bəs kasıb, imkansız ailələrin övladları döyüşdə şəhid olanda, minaya düşəndə siz harada idiniz, ay papasının gül balaları ? Bəli, Mərkəzi İdman Klubu 30 ildir imkanlı, varlı, vəzifəli şəxslərin övladlarını həqiqi hərbi xidmətdən yayındırmaqla məşğuldur. Niyə, məqsəd nədir ? Birincisi, vəzifəli şəxs övladını vətən yolunda ölməyə qoymur, övladını qoruyur. Vətəni yox, övladını. İkincisi, bu haldan istifadə edən Mərkəzi Ordu İdman Klubunun rəsiləri təkcə son 30 ildə milyonlar qazanıblar. Bəli, Müdafiə Nazirliyinin tabeçiliyində olan Mərkəzi Ordu İdman Klubu əsl rüşvət yuvasıdır. Təsəvvür edirsiniz, ordudan, həqiqi hərbi xidmətdən yayınmağın qiyməti 20-30 min, son vaxtlar isə 40-50 min manat olub. Bu yüksək maaş alan məmurun 5-6 illik maaşıdır. Bəs məmur haradan 30-40 min tapıb Mərkəzi Ordu İdman Klubunun rəislərinə verir? Biz şanlı ordumuzun Aprel döyüşünü, 44 günlük müharibədəki möhtəşəm qələbəsini alqışlayırıq, ordumuzla qürur duyuruq. Amma qalib ordunun nüfuzuna kölgə salanlar da az deyil. Bizim də məqsədimiz ordumuzu deyil, problemləri yaradanları ifşa etmək, onlarla bağlı olan neqativ halları işıqlandırmaqdır. Axı, cənab Prezident özü də dəfələrlə media mənsublarına müraciət edib ki, problemləri işıqlandırın, ictimailəşdirin. Bizim də məqsədimiz hərbi səfərbərliyi özünün şəxsi biznesinə çevirən zabitlərə diqqəti yönətməkdir. Bəli, uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubu ( MOİK ) sözün həqiqi mənasında rüşvət və korrupsiya yuvası olub. Yuxarıda dediyimiz kimi, bu hərbi hissədə qulluq etməyin qiyməti ortalama 30- 40 min manatdır. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...Astronomik rəqəm alınır ee. Görün, MOİK-in sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyev kimi zabitlər bu illər ərzində neçə milyonlar qazanıb. Təsəvvür edə bilməzsiniz ki, müharibə gedən ölkədə məmur balaları MOİK-də necə qulluq edirlər. Deməli, məmur övladı öz sürücüsü ilə 200 min dəyəri olan avtomobillə hansısa hərbi hissəyə gedir, orda and içmə mərasimindən sonra MOİK-ə “komandirovat” olunur və Allah qoymasa həqiqi hərbi xidmət başlayır. Bu milyonları Rəşad Quliyev istəsə də təkcə mənimsəyə bilməzdi. Rəşad Quliyevin Müdafiə Nazirliyində şərikləri olmasa, onu çoxdan “gedər-gəlməzə hərbi xidmətə “ yola salmışdılar. Görəsən, bu boyda cinayət əməllərini Müdafiə Nazirliyi, cənab nazir görmür ? Görür, niyə görmür ? Milyonları mənimsəyən həmən Rəşad Quliyevin vəzifəsini bir az da böyüdüblər. O, hazırda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır. Yaxşı Rəşad Quliyevin əməllərini müdafiə nazirləri görməyib. Bəs Hərbi Prokuror niyə görməzdən gəlir ? Əgər MOİK-də baş verən cinayət əməllərinə şərik deyilsə, niyə susur, niyə tədbir görmür ? Qoy, bu suallara əlaqədar dövlət qurumları cavab versin. //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12 |
|
|
|
| • Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47 |
|
|
|
| • TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19 |
|
|
|
| • "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16 |
|
|
|
| • Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09 |
|
|
|
| • Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07 |
|
|
|
| • “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05 |
|
|
|
| • 300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
| • Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56 |
|
|
|
| • ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51 |
|
|
|
| • “3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49 |
|
|
|
| • Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44 |
|
|
|
| • Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15 |
|
|
|
| • Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11 |
|
|
|
| • SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07 |
|
|
|
| • İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57 |
|
|
|
| • “TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54 |
|
|
|
| • Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47 |
|
|
|
| • Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41 |
|
|
|
| • Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36 |
|
|
|
| • Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38 |
|
|
|
| • Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28 |
|
|
|
| • Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02 |
|
|
|
| • Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:50 |
|
|
|
| • Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Dünən, 12:48 |
|
|
|
| • Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:43 |
|
|
|
| • “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Dünən, 12:33 |
|
|
|
| • Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Dünən, 12:31 |
|
|
|
| • Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Dünən, 12:24 |
|
|
|
| • Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Dünən, 12:20 |
|
|
|
| • Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 12:07 |
|
|
|
| • Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Dünən, 12:01 |
|
|
|
| • Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Dünən, 11:55 |
|
|
|
| • Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Dünən, 11:36 |
|
|
|
| • ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Dünən, 11:22 |
|
|
|
| • Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Dünən, 11:19 |
|
|
|
| • "Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Dünən, 11:06 |
|
|
|
| • Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Dünən, 10:57 |
|
|
|
| • Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Dünən, 10:51 |
|
|
|
| • İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Dünən, 10:45 |
|
|
|
| • "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
| • SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Dünən, 10:35 |
|
|
|
| • Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Dünən, 10:18 |
|
|
|
| • “Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Dünən, 10:16 |
|
|
|
| • Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Dünən, 10:12 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Dünən, 10:03 |
|
|
|
| • Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Dünən, 09:58 |
|
|
|
| • Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Dünən, 09:53 |
|
|
|
| • "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Dünən, 09:43 |
|
|
|
| • “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Dünən, 09:24 |
|
|
|
|