Hökumət iki azyaşlının əlilliyini ləğv edib... - əlillər dərmansız, ərzaqsız qalıb
Tarix: 21-04-2021, 17:34 | Çap et
 “Uşaqların əlillik pensiyası kəsilib, bir ildir ki, dərmanlarını ala bilmirik. Hər ikisi epilepsiya xəstəsi və əqli qüsurludur. Bir ildir ki, məmurlar məni də, əlil uşaqlarımı da süründürürlər. Bu vəziyyət isə uşaqlarımın səhhətinə daha ağır zərbə vurur”.
Zərdabın Qaravəlli kəndində yaşayan Gülnar Yusifova Meydan TV-yə danışır ki, iki əlil övladının – 14 yaşlı Asifin və 11 yaşlı Fəridin əlilliyi ləğv olunub. Onun sözlərinə görə, ötən ilin iyulunda hər iki uşağın əlilliyi ləğv olunub. Avqustda ana uşaqlarına görə Psixi Sağlamlıq Mərkəzindən sənədlər alaraq Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərib, ancaq imtina cavabı alıb. Səbəb kimi uşaqların epilepsiya tutmaları ilə bağlı məlumatların “Forma-88”-də qeyd olunmaması göstərilib. Ana Uşaq Nevroloji Xəstəxanasından TSEK-in tələb etdiyi qaydada sənədləri də alaraq təkrar komissiyaya göndərib. Yusifovlar ailəsinə TSEK-dən yenə imtina cavabı verilib. Bu dəfə imtinaya səbəb kimi uşaqların 10 günlük stasionar müalicə almadıqları göstərilib.

“Hansı sənədi istədilərsə apardım, amma…”
“Bu ilin martında hər iki övladımla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Sonra isə Dövlət Tibbi-Sosial Ekspertiziya Komissiyasına getdim. Komissiyadan 10 günlük stasionar müalicənin “Forma-88”-də qeyd olunması üçün Uşaq Nevroloji Xəstəxanasının həkimləri ilə əlaqə saxladılar. Oradan TSEK-ə bildirildi ki, uşaqların psixi problemlərinə görə xəstəxana stasionar yox, ev şəraitində müalicə yazıb. Səbəb psixi xəstəliyi olan uşaqların Uşaq Nevroloji Xəstəxanasında saxlanılması üçün şəraitin olmamasıdır. TSEK-də məndən 2021-ci ilin rəyini istədilər və mən Əsəb-Ruhi Dispanserindən onların istədikləri sənədləri əldə edərək növbəti dəfə TSEK-ə təqdim etdim. Ancaq övladlarıma hələ də yenidən əlillik təyin olunmayıb”, – ana danışır.
İki əlil uşaqla yollarda…
“Sənədlər TSEK-dədir. Ancaq hər dəfə müxtəlif bəhanələrlə məni dağa-daşa salırlar. İki xəstə uşaqla Zərdabdan Bakıya gəlirəm, Nazirliyə gedirəm, ordan TSEK-ə, ordan xəstəxanaya, ordan yenə rayona… İki əlil uşaqla yollarda qalmışam. Tez-tez huşlarını itirmələri, dillərinin qatlanması, 20-30 dəqiqə ərzində dəfələrlə bu halların təkrarlanması bu uşaqlara əlillik təyin etməyə kifayət etmirmi? Böyük uşağın psixi problemləri daha çoxdur. Bu boyda get-gəllər uşaqların psixi pozğunluğunu daha da artırır”.
 Tibbi rəy
“Pulsuzluqdan müalicəsiz qalıblar”
Ailənin maddi gəlirləri aşağıdır, bu üzdən də uşaqların müayinə və müalicəsi 1 ildir dayanıb:
“Maddi durumumuz çox ağırdır. Həyat yoldaşım Laçın köçkünüdür, bircə köçkünlüyə görə dövlət ona və iki uşağa 60 manat verir. Hər iki uşağa görə ümumilikdə 300 manat pensiya, iki əlil uşağa baxdığıma görə mənə 100 manat verilirdi. Əlillik ləğv olunandan sonra o 100 manat da kəsildi. Uşaqlar əlildir deyə, təhsillərini ev şəraitində alırdılar, buna görə hər ay 50 manat verilirdi. Bir neçə ay əvvəl onu da kəsdilər. Uşaqlar hər ay müayinədən keçib, müalicə almalıdır. Pulsuzluq üzündən müayinədən də, müalicədən də kənarda qalıblar. Bu uşaqların günahı TSEK-dəki qarnı yekə məmurların gözünü tutacaq”.
Dövlət Tibbi-Sosial Komissiyasının Laçın rayon şöbəsindən bildirilib ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Diaqnozun ağırlaşmalarını təsdiq edən müayinələrin nəticələri dəqiqləşdirilməli və sənəddə ətraflı qeyd edilməlidir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
|