Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                 

Yeni “həbs dalğası” daha kimləri aparacaq? - Eldar Mahmudova doğru addım-addım
Tarix: 6-04-2021, 15:12 | Çap et
 Yeni “həbs dalğası” daha kimləri aparacaq?
Sabiq məmurların həbsi davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin ardınca ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı da həbs edilib.

Qeyd edək ki, “MTN işi” ilə bağlı bu qurumda bir müddət əvvəl də yüksək vəzifəli şəxslər həbs olunmuşdu. Ötən gün isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şixəliyev və Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov həbs olunaraq istintaqa cəlb olunublar. Baş Prokurorluğun məlumatına görə, hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törətmək, külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsində ittiham olunur.

Qeyd edək ki, Rasim Quliyevin həbsi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovu, generalların həbsi isə sabiq nazir Eldar Mahmudovu hədəfə gətirib.

Göründüyü kimi, həbs dalğası davam edir və iddia olunur ki, proses genişlənəcək və bir sıra sabiq məmurları həbsə aparacaq. İddialarda adı çəkilənlərədn biri də sabiq “MTN şefi” Eldar Mahmudovdur. İddia olunur ki, həbs olunan generallar sabiq nazirin də həbs yoluna “yaşıl işıq” yandırır.

Qeyd edək ki, Eldar Məhmudovun hələ “MTN işi”nin istintaq müddətində həbs olunacağı gözlənilirdi, amma iki dəfə istintaqa çağrılan sabiq nazir özünü qorumağı bacardı.

Həmin dönəmdə isə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və daha bir neçə şəxs həbs olundu. Sabiq “MTN şefi” isə azadlıqda qaldı. Son həbslər isə Eldar Mahmudovun həbsini yenidən aktuallaşdırıb və gözlənilən odur ki, istintaqa cəlb olunan generalların ilkin ifadələrindən sonra sabiq nazir də məsuliyyətə cəlb olunacaq.

Xatırladaq ki, ilin ilk ayları ölkədə bır sıra sabiq məmurların həbsi ilə başladı. Belə ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədov, Naxçıvanın keçmiş təhsil naziri Məmməd Qəribov, general-leytenant Rövşən Əkbərov, "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılov 2021-ci ildə həbs olunanlardır.

Ötən il isə daha çox icra başçılarının kütləvi həbsi ilə yadda qalıb. Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişlinin icra başçısı Viliyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və Cəlilabadın icra başçısı Namiq Zeynalov da həbs olunanlar arasındadır.

Göründüyü kimi, icra başçılarının həbsi ilə başlayan yeni “dalğa” artıq yüksək çinli məmurlara çatır. Həbs olunacağı gözlənilən sabiqlər sırasında isə ilk yerdə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov və sabiq MTN şefi Eldar Mahmudovdur.

Hazırda vəzifə tutan məmurların arasında da həbs olunanların olacağı istisna edilmir. Vətəndaşların ən çox narazı olduğu, şikayətlərin günü-gündən sürətlə artdığı sahələrə rəhbərlik edənlərin bu və ya digər formada məsuliyyətə cəlb olunacağı gözlənilir ki, başlanan proses də məhz buna doğru gedir.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bu həbsləri dəstəklədiyini və davamlı olmasının dövlət üçün vacibliyini deyib:

“Ləğv olunmuş MTN-dən, keçmiş nazir Eldar Mahmudovdan sonra formalaşan yeni təhlükəsizlik strukturu şəfafflıq yolunda ciddi addımlar atdı. Adı korrupsiya, cinayət əməllərində hallanan şəxslər həbs edildi. Elə keçmiş MTN-də strateji postlar tutan şəxslər həbs olundu, hazırda da həbslər davam edir. Bütün bunlar dövlətin təhlükəsizliyi üçün vacibdir və aparılan proses təqdirəlayiqdir. Hesab edirəm ki, digər dövlət orqanlarında da yoxlamalar aparılmalıdır. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Ruslan Quliyev o qədər stateji post tutmurdu. Onun cinayət əməlləri varsa, mütləq Hacıbala Abutalıbovun fəaliyyətini yoxlamaq lazımdır. Yaxud Əhməd Əhmədzadə vəzifəsindən azad olundu. Düşünürəm ki, onun fəaliyyətinin yoxlanılmasına ciddi ehtiyac var. Ümumiyyətlə, fəaliyyətində nöqsanlara yol verənlər, hədə-qorxu ilə pul tələb edənlər, rüşvətə, korrupsiyaya bulaşanlar, dövlət vəsaitini mənimsəyənlər və digər dövləti cinayətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hesab edirəm ki, həbslər davam etməlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru