Səfər Mehdiyevin "Ramal-Trans" TƏLƏSİ... - "...gömrük boğazımızda qalan tikədir"
Tarix: 29-07-2020, 14:03 | Çap et
 “Səbail Rayon Məhkəməsi Gömrük Komitəsinin iddiası əsasında - qısa idxal bəyannaməsi olmadığına görə bizi 1500 manat cərimə edib. Məhkəmə bizim iştirakımız olmadan işə baxıb. Məhkəmə qərarından apellyasiya şikayəti etdik. Dünən, iyulun 28-də şikayətimizə baxıb, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladılar. İlin-günün bu vaxtında üstümüzə 1500 manat da yüklədilər”.
REKLAM
grandhayat.az
Читать дальше
“Yeni Sabah” xəbər verir ki, bunu Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib. O, qısa idxal bəyannaməsi ilə izahat verərək bildirib:
“Demək, sadə dildə izah edim: əgər, xaricdən yük gəlirsə, Azərbaycan sərhədinə yaxınlaşmamış, yük haqqında gömrük orqanına məlumat verirsən və üstəlik 36 manat pul ödəyirsən. Bu pul niyə ödənilir, bu da məlum deyil.
Əgər yükü gətirən şirkət vaxtında xəbər verməsə və sərhəddən keçirib sənə təhvil versə, onda batdın, dərhal 1500 manat cərimə olunacaqsan.
Yükün həcmi, dəyəri heç kəsi maraqlandırmır. Nə gətirirsən gətir, QİB verməsən, cərimə olunacaqsan.
Bu qayda gömrükdə islahatlar aparılandan sonra tətbiq olunmağa başlayıb.
Bir də gömrükdə “Ramal-Trans” (ada heç bir müdaxilə olunmayıb) deyilən bir tələ var. Kimin yükü gəldi, aparıb salırlar ora və yükün həcminə uyğun səndən pul alırlar. Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı “Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də.
Qayıdıram, ayın 28-ində olan məhkəməyə. Məhkəmə saat 10:00-da olmalıdır. Hakim görən kimi soruşdu:
- Bəs sən xaricdə deyildin?
- Yox, burda olmuşam.
- Sənə hörmətim var.
Adamın Allahı var, bütün hərəkətlərində, danışıq tərzində hörmətini hiss edirdim. Doğrusu, bu vəziyyətin özündən çox qorxuram. Çünki bu vaxta qədər məhkəmələrdə mənim əleyhimə çıxarılan qərarların demək olar ki, hamısı mənə hörməti olan hakimlər tərəfindən çıxarılıb.
Nəticə bəlli olsa da, sonu gözlədim. Gömrük orqanının nümayəndəsi gəlməmişdi. İclas katibi zəng edib çağırdı. Məhkəmə saat 11:30-da baş tutdu. Gömrük hüquqşünası da yaxşı oğlan idi, sübutu da çox sadə oldu. Bizim yükü gətirən maşın sərhədi səhər saat 7-də keçib. Kamerada fotosu var. Fotoda da saat göstərilib. Biz isə qısa bəyannaməni doldurmuşuq və ödəniş etmişik saat 11:00-da. Maşının şəkli var, sənəd var, vəssalam...
Hakim üzümə baxıb:
- Mən qanuna tabeyəm.
- Möhtərəm hakim, axı gələn kitabın dəyəri 1500 manatdan azdır.
- Nə edim qanunun tələbidir.
Gömrükdə islahatlar başladı, "ura" dedik. Amma boğazımızda tikə qaldı. İndi gömrük boğazımızda qalan tikədir. Nə yuxarı qayıdır, nə də aşağı düşür.
Qısa idxal bəyannaməsini kim ixtira edib? Bəs bu cərimənin miqdarı haradan götürülüb? Bu Ramal trans niyə?
Bəzən xarici ölkələrə kitab göndərirəm. Bir neçə e-mail yazmaqla gömrük rəsmiləşdirilməsi asanlıqla həll olur. Heç Türkmənistanda da buradakı kimi problemlə üzləşmirəm. Rüsumlarını al, malımı göndər, gəlsin. Bu qaraçılıq, hər tin başı bir qutu qoyub pul yığmaq niyə gərək?”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
|