“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                 

Əli Həsənov milyonları bax belə mənimsəyirdi - ŞOK FAKTLAR
Tarix: 15-05-2020, 13:50 | Çap et
Əli Həsənov milyonları bax belə mənimsəyirdi
Azərbaycan Respublikasında teleradio yayımını tənzimləyən orqan olan Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq ölkə prezidentinin 25 iyun 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Ölkə prezidentinin 5 oktyabr 2002-ci il tarixli 795 saylı fərmanı ilə təsdiqlənmiş Əsasnaməsinə görə “Şura televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmış dövlət orqanıdır” (maddə 1). Əsasnamədə o da qeyd olunub ki, dövlət büdcəsindən maliyəlişdirilən bu qurum “öz fəaliyyətində müstəqildir” (maddə 3). Amma, Azərbaycan tamaşaçısı və dinləyicisi hər kəsdən daha yaxşı bilir ki, ötən 17 illik fəaliyyəti dövründə bu dövlət orqanı öz fəaliyyətində nə müstəqil ola bildi, nə də özünün müəyyən olunmuş tənzimləyici funksiyasını həyata keçirə bildi. Efirimizin “səviyyəsi” geniş tamaşaçı və dinləyici auditoriyası tərəfindən davamlı olaraq müzakirə olunsa da, giley-güzar və narazılıqlar baş alıb getsə də, tənzimləyici dövlət orqanı qış yuxusundan oyanmadı ki, oyanmadı. Çünki birbaşa Əli Həsənov özü buna imkan vermədi. Bu necə baş verdi?!

Birincisi, Ə.Həsənov elə başlanğıcda Teleradio Şurasının tərkibini bu sahədə nə isə pozitiv bir iş görmək potensialı olmayan insanlardan, daha doğrusu, öz adamlarından ibarət formalaşdırdı. 2003-cü ildə ölkə prezidentinin sərəncamı ilə təyin olunan ilk 6 Şura üzvündən 5-i Ə.Həsənovun tələbə yoldaşları və dostları idi. Elə bu səbəbdən də el arasında Teleradio Şurasını çox haqlı olaraq “Əli Həsənovun tələbə klubu” adlandırdılar. Şura aparatında iş alan 40 nəfərə yaxın işçinin də əksəriyyəti Ə.Həsənovun və Şura sədri N.Məhərrəmlinin qohumu, yerlisi və ya dost-tanışı idi. Sanki bu dövlət qurumu sadəcə Əli Həsənovun qohumları, dostları və tələbə yoldaşlarının faktiki olaraq heç bir iş görmədən yüksək əmək haqqı almaları, mənzil əldə etmələri və digər imtiyazlar qazanmaları üçün yaradılıbmış.

Şura komplektləşdirilərkən kadrların təhsili, təcrübəsi, peşəkarlıq səviyyəsi və görməli olduqları işin spesifikliyi əsla nəzərə alınmadı. Təbiidir ki, belə bir tərkiblə işləmək yox, sadəcə işi yola vermək olardı ki, nəticə etibarı ilə elə bu cür də oldu.

İkincisi, hətta belə bir dişsiz Şuranın qaldırdığı, həll etmək əzmində olduğu təşəbbüslər belə bir çox hallarda Ə.Həsənov tərəfindən boğulurdu. Baxmayaraq ki, ölkə prezidenti tərəfindən təsdiq olunmuş Əsasnaməsinə görə “Şura öz fəaliyyətində müstəqildir”.

Beləliklə, Teleradio Şurası ölkədə teleradio yayımını tənzimləməli olan dövlət orqanı deyil, faktiki olaraq Ə.Həsənovun şəxsi maraqlarına xidmət edən müqəvva bir qurum oldu. O, dərəcədə müqəvva bir qurum oldu ki, nəinki geniş ictimaiyyət, hətta televiziya aparıcılarının bir çoxu dəqiq adının necə olduğunun fərqinə varmadan onu bu gün də “televiziya və radio yayım şurası” kimi təqdim etməkdədirlər.

Əli Həsənovun “tələbə klubu”

Teleradio Şurasının Əsasnaməsinə görə (maddə 12) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Şura üzvü təyin oluna bilməzlər. İndi görün, Ə.Həsənov ölkə Prezidentinin imzalanmış olduğu Əsasnamənin tələblərini necə pozub. Məsələn, Ə.Həsənovun dayısı oğlu Məmmədəli Hüseyn oğlu Cəfərov uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun müxtəlif adlar altında yaratdığı və rəhbəri olduğu çoxsaylı firma, şirkət və MMC-lər daha çox metal tədarükü və satışı ilə məşğul olub. Fəaliyyəti bu və ya digər səbəb üzündən dayandırılmış zavodların avadanlıqlarını, Bakı, Sumqayıt, Gəncə və digər rayonlarındakı “köhnəlmiş” su və qaz xətlərini, Xəzər dənizində SOCAR-a aid estakada, boru və kəmərləri demontaj edərək BARMEK, poladəritmə zavodu və İrana satışının təşkili məgər sahibkarlıq fəaliyyəti deyil? Mən hələ M.Cəfərovun yaratmış olduğu hüquqi şəxslərin adını və ünvanını tez-tez niyə dəyişdiyinin səbəbini izah etmək istəmirəm. Qoy, əlaqədar orqanlar bunu araşdırsın. Yəni, bütün bunlardan xəbəri olduğu halda (hələ mən demirəm ki, Ə.Həsənovun himayəsi və iştirakı olmadan bütün bunları düşünmək və idarə etmək əsla M.Cəfərovun bacara və öhdəsindən gələ biləcəyi işlər deyil) Ə.Həsənov bu adamın 2005-ci ildən başlayaraq dalbadal 4 dəfə prezident sərəncamı ilə Şura üzvü təyin olunmasını necə təşkil edib?

Eyni sözləri Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva haqqında da demək olar. Az qala bütün Azərbaycan bilir ki, Sona Vəliyeva artıq neçə illərdir ki, geniş sahibkarlıq şəbəkəsini idarə edir. “Kaspi” qəzeiti, “Kaspi” liseyi, “Kaspi” uşaq bağçası, Xətai klinikası, neçə-neçə ticarət obyekti və gözəllik salonları, beynəlxalq mətbuat mərkəzi və s. Yəni, bütün bunlar az imiş kimi onu Teleradio Şurasına üzv təyin etdirmək çoxmu vacib idi?! Axı S.Vəliyevanın iddiası çox olsa da, həmin işləri görməyə fiziki cəhətdən imkanı yox idi. Hələ onu demirəm ki, S.Vəliyevanın Şura sədrinin müavini seçilməsi məhz Ə.Həsənovun tapşırığı ilə uzun müddət mətbuatdan gizli saxlanılıb. O da maraqlıdır ki, sədr müavini olduğu illər ərzində, hətta ara-sıra Şura iclaslarına gələndə belə bircə dəfə də olsun onun üçün ayrılmış iş otağının qapısını açmağa vaxtı olmayıb. Adamın işi və vəzifəsi çox olduğundan hansı birinə çatdırsın axı?!

Görün, Ə.Həsənov və S.Vəliyeva cütlüyü nə qədər “igid” adamdırlar ki, bu boyda işlərin, gəlhagəlin arasında vaxt tapıb hələ bir doktorluq dissertasiyası da “yazaraq” “müdafiə” ediblər. Özü də nə yazıblar, nədən yazıblar və necə yazıblar? Yəqin ki, bunları da bir araşdıran tapılacaq. Əsil vay-şivən də elə onda qopacaq. Sadalanan faktlara onu da əlavə edim ki, Ə.Həsənov 2000-ci ildən başlayaraq həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiridir. Yaxşı olar ki, onu da araşdırsınlar görək, Prezidentin köməkçisi və eyni zamanda Prezident Administrasiyasında şöbə müdiri vəzifələrini tutan, geniş biznes şəbəkəsinin idarəçiliyi ilə gündəlik sıx məşğul olan bu şəxs həm də, pedaqoji fəaliyyətlə məşğul olmağa, özü də kafedraya rəhbərlik etməyə necə vaxt tapıb?! Yəni, bu dərəcədə asudəlik imiş?! Nəhayət, yüksək dövlət vəzifəsində özünü doğrultmayaraq vəzifədən kənarlaşdırılan bu “alim” indi geniş tələbə auditoriyası qarşısına çıxaraq nədən danışacaq?! Həm də, nə üzlə danışacaq?!

Oğulları Şamxal onlardan da “irəli” getdi. Uşaq ikən ABŞ-dan bəri dolaşaraq dəfələrlə az qaldı ki, elə özü də dolaşsın.

Ölkə Prezidentinin teleseriallar çəkilişinə ayırdığı millionların taleyi necə oldu?!

Bu yerdə istərdim ki, cənab Prezidentin 2011 və 2013-cü illərdə teleseriallar çəkilisi məqsədi ilə MTRŞ-na ayırmış olduğu 11 milyon manat vəsaitin taleyi ilə bağlı iki faktı təqdim edim.

Birinci fakt: 2013-cü ildə ayrılan 6 milyon manat vəsait MTRŞ tərəfindən özəl telekanallar (ANS, SPACE, Lider, ATV və ARB) arasında bərabər şəkildə bölündü. Məndə olan məlumata görə ATV-yə ayrılan pulların da xeyli hissəsi birbaşa Ə.Həsənovun tapşırığı ilə oğlu Şamxal Həsənova verildi. O, da guya prodakşın rəhbəri olaraq həmin pullar hesabına C.Cabbarlının “Aydın” pyesi əsasında eyni adlı teleserial çəkməli idi. Amma həmin teleserialı bu günədək efirdə görən olmadı. MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bircə dəfə də olsun bu məsələni dilə gətirmədi.

İkinci fakt: Ayrılan 6 milyon manatın 1 milyon manatı “Xəzər” TV-yə verildi. “Xəzər” TV isə “Əli və Nino” serialı çəkilməsinə dair “Trem” prodakşınla müqavilə bağladı. Baxmayaraq ki, o dönəmdə artıq Leyla Əliyevanın təşəbbüsü ilə “Əli və Nino” filminin çəkilişi gedirdi. Mən bu məsələ ilə bağlı Şura sədri N.Məhərrəmli ilə söhbət edərək dedim ki, bəlkə “Xəzər” TV ilə “Trem” prodakşının müqaviləsinə yenidən baxaq. Axı, eyni əsər əsasında paralel olaraq iki film çəkilməsinə nə lüzum?! N.Məhərrəmli isə, – “bunun nə ziyanı var, qoy iki film olsun”, dedi. Müddət başa çatdı, amma “Term” prodakşının filmi üzə çıxmadı. Bu haqda N.Məhərrəmlinin tapşırığı əsasında Şura sədrinin müavini olaraq mən “Xəzər” TV-nin o zamankı rəhbəri Hüseyn Dinləməzlə telefon əlaqəsi yaradaraq filmin çəkilişi vəziyyəti ilə maraqlandım. O, da dedi ki, pulu alıb gediblər, nə film var, nə də özləri. Belə olanda mən bir qədər sərt tonda sual etdim ki, “bəs belə bir qeyri-ciddi hüquqi şəxslə müqavilə bağlayanda gözünüz, ağlınız harada idi?”

H.Dinləməzin mənə cavabı da kifayət qədər sərt və gözlənilməz oldu. Dedi ki, abi o adamları mən heç tanımırdım da, onları mənə siz yön gördünüz. Onun bu cavabı mənə bərk dəydi. Ona görə də səsimin tonunu bir qədər də qaldıraraq “Hüseyn bəy, Siz nə haqla mənimlə belə danışırsınız? İndiyədək mənim səninlə ya və şirkətinizlə hər hansı bir formada danışığım, yaxud da sizlərə xahiş və ya tapşırığım olub?!”

O, səsinin tonunu lap aşağı salaraq “abi mən siz deyəndə Şuranı nəzərdə tuturam. Bəli, mənə şəxsən sədriniz N.Məhərrəmli Ə.Həsənovun adından dedi ki, pulu məhz “Trem” prodakşına verin, onlar “Əli və Nino” serialı çəkəcək”.

Mən “Xəzər” TV rəhbərliyi ilə olan bu danışığımı dərhal və olduğu kimi sədr N.Məhərrəmliyə çatdırdım. O, qıpqırmızı qızararaq “gərək sən onunla o tonda danışmayaydın”, – dedi və bir daha həmin pullar üçün heç kəsdən hesabat tələb olunmadı. Beləliklə, ölkə prezidentinin teleseriallar çəkilişi üçün ayırmış olduğu pulları “xərcləndi”. Amma Azərbaycan tamaşaçısı o filmləri görmədi.

Şamxal Həsənlinin kaprizləri

Ə.Həsənovun oğlu Şamxal barədə daha bir neçə söz. Bu gənc oğlunun yaşı nədir, başı nədir ki, eyni vaxtda 2 telekanalın (“Xəzər” TV və “Dalğa”) və 3 radionun (Xəzər FM, Araz FM və radio qrup) idarəçiliyi ona verilsin (Artıq “Xəzər” TV-nin idarəçiliyi ondan alınıb, bəs “Dalğa” TV və radioların taleyi necə olacaq?!). Necə “idarə” etdiyi də hər kəsə bəlli idi. Şamxalın idarə etdiyi dönəmdə “Xəzər” TV gün ərzində bəlkə də 25-30 dəfə reklam və teleticarətlə bağlı qanunvericiliyin tələblərini kobud şəkildə pozurdu. Teleradio Şurasının sədri nəinki Şamxala, heç onun işçilərinə belə yol verdikləri çoxsaylı qanun pozuntuları ilə bağlı irad deməyə cəsarət etmirdi. “Xəzər” TV-nin bu şıltaqlığının qarşısı alınmadığından digər telekanallar da artıq üzə durmuşdu. İş o yerə çatmışdı ki, Teleradio Şurası Monitorinq şöbəsinin əməkdaşları “Xəzər” TV-nin monitorinqinin aparılmasına etiraz edirdilər. Haqlı da etiraz idi. Bir halda ki, aşkar olunan qanun pozuntuları ilə bağlı ölçü götürən yoxdur, onda o monitorinqləri aparmağın nə mənası vardı?

Mediaya yardım adı altında oyunlar

Ə.Həsənov və N.Məhərrəmli kamera və ya mikrofon qarşısına keçərkən tez-tez səsləndirdikləri tezislərdən biri də bu idi ki, guya qonşu dövlətlərlə müqayisədə Azərbaycanda reklam bazarı çox zəifdir. Birmənalı olaraq bildirirəm ki, bu, büsbütün yalan və absurd fikirdir. Bu, dövlətin mətbuata və televiziyalara yardım ayırmasına hesablanmış tam olaraq saxta bir təbliğat idi. Bu gün artıq hər kəsə aydın olduğu kimi, cənab Prezidentin xoş niyyətlə ayırmış olduğu o vəsaitlər sonda mətbuat və telekanalların inkişafına deyil, məhz Ə.Həsənov, N.Məhərrəmli və V.Səfərlinin maliyyə balansını daha da yaxşılaşdırmağa xidmət etdi.

Bu “siyasətin” arxasında gizlənərək “Xəzər” TV və Ə.Həsənovun qanadları altında olan bəzi digər telekanallar yaxşıca pul qazandılar. Sui-istifadədən söz düşmüşkən demək olar ki, bütün telekanallar neçə illərdir ki, “Kaspi” liseyinin, “Kaspi” uşaq bağçasının və “Xətai” klinikasının reklamlarını yayıb. Bir araşdıran olmayıb ki, indiyədək həmin reklamlar üçün cəmi nə qədər ödəniş olub?! Bəs telekanallarda gedən reklamların uçotu necə?! Təkcə “Xəzər” TV son 2-3 ildə bu sahədən milyonlarla qazanc əldə edib ki, onun da yalnız cüzi bir hissəsi rəsmi sənədlərdə əksini tapıb, yerdə qalan fantastik məbləğ isə Şamxalın cibinə gedib. Bir də ki, yetərincə gəliləri olan özəl televiziyalara və üst-üstə cəmi 50-60 nəfər oxucusu olmayan qəzetlərə dövlət tərəfindən axı niyə yardım edilməlidir?! Əgər maliyyə probləmləri olarsa, zəhmət çəkib onlar da dövlətdən kredit alsınlar. Necə olur ki, taxıl əkən fermer kredit alır, dəbdəbəli həyat tərzi yaşayan televiziya və qəzet təsisçisinə isə yardım edilir?!

Müəssisə rəhbəri necə olmalıdır?!

Gəlin, etiraf edək ki, bu və ya digər idarə, müəssisə və təşkilatda işlərin nə vəziyyətdə olması böyük ölçüdə orada kollektivə kimin rəhbərəlik etməsindən asılıdır. Əgər birinci şəxs işgüzar, savadlı, peşəkar, tədbirli, təcrübəli və təşəbbüskar insandırsa, hər cür çətinlik və problemlərə rəğmən orada işlər ümumən yaxşı gedəcəkdir. Əfsuslar olsun ki, Teleradio Şurası ötən 17 il ərzində bu sarıdan da çox şey itirdi. Bu illər ərzində ölkədə teleradio fəaliyyəti sahəsindəki nöqsanlar, problemlər və yayımcılar qarşısında duran vəzifələrlə bağlı demək olur ki, heç bir ciddi müzakirələr aparılmadı. Şuranın fəaliyyəti sadəcə ara-sıra kimlərəsə lisenziya vermək lazım gəldikdə 10-15 dəqiqəlik toplaşaraq “qərar” verməkdən ibarət oldu.

Razılaşın ki, kollektivin normal fəaliyyəti üçün hər kəsin qərar, təşəbbüs, göstəriş və tapşırıqları məhz birinci şəxdən gözlədiyi, lakin ala bilmədiyi, passivliyin, qısqancılığın və ətalətin hökmran olduğu belə şəraitdə işləmək də, dözmək də, bütün bunlara etiraz etmək də çox çətindir. Təəccüb doğuran odur ki, Şura sədri Nuşirəvan Məhərrəmlinin heç bir standartlara uyğun olmayan belə passiv və müəmmalı iş prinsipinin “yol xəritəsi”nin müəllifi birbaşa prezidentin köməkçisi Ə.Həsənov olub. Görünür, Ə.Həsənovun özünün, həyat yoldaşının və oğlunun teleməkanda şəriksiz söz sahibi olmaları üçün məhz belə fəaliyyəti olmayan Şura gərək imiş.

Ötən yazılarımda qeyd etmişdim və bir daha təkrar edirəm ki, bu gün qələmə aldığım məsələlərlə bağlı mən Ə.Həsənov və N.Məhərrəmli vəzifədən uzaqlaşdırılandan çox-çox əvvəl rəsmi mətbuatda və televiziyalarda tənqid və təhlil xarakterli silsilə yazılarım və çıxışlarım olub. Davamlı olaraq aidiyyəti dövlət orqanlarına, o cümlədən ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya rəsmi müraciətlərim olub. Bu fikirlə bağlı oxucuda inamsızlıq olmasın deyə, həmin müraciətlərdən birini olduğu kimi təqdim edirəm.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti

Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Mən 22 may və 22 iyun 2019-cu il tarixlərdə Sizə teleqramla müraciət etmişəm. Lakin aradan iki ay keçməsinə baxmayaraq teleqramlarım hələ də Sizə çatdırılmayıb. Odur ki, həmin teleqramı təkrarən Sizə göndərməli oldum.

Hörmətli Mehriban xanım!

Azərbaycan teleradio məkanında birbaşa həmin sahəyə cavabdeh olan yüksək vəzifəli şəxslərin iştirakı ilə davamlı olaraq baş verməkdə olan çox ciddi qanun pozuntuları, özbaşınalıq və sui-istifadə halları, dövlət başçısının tələb və tapşırıqlarına, bütövlükdə ölkənin milli maraqlarına sayğısızlıq göstərildiyinə dair konkret faktlarla bağlı münasib bildiyiniz vaxtda məni Şəxsən qəbul etməyinizi xahiş edirəm. Teleqramın mətnindən də göründüyü kimi mənim şikayətim birbaşa ölkə Prezidentinin köməkçisi Əli Həsənovun və onun kurasiyasında olan yüksək vəzifəli şəxslərin dövlət maraqlarının ziddinə olan pozucu, dağıdıcı və talançı fəaliyyəti ilə bağlıdır.

Odur ki, bu teleqramın Əli Həsənovun xidmətinə istiqamətləndirilməsinə qəti olaraq etiraz edirəm.

Dərin ehtiramla: Qafar Cəbiyev, Milli Televiziya və Radio Şurasının

sabiq sədr müavini, Azərbaycan Respublikasının

əməkdar jurnalisti, tarix elmləri doktoru, professor.

22 iyul 2019-cu il.

Onu da bildirim ki, bir müddət həmin müraciətlərim Ə.Həsənovun rəhbər orqanlardakı dostları tərəfindən blok edilərək ünvana çatmasına imkan verilmədi. Daha doğrusu, Ə.Həsənovun qanunsuz hərəkətləri barədə yazdıqlarım elə onun özünə ötürüldü.

Hiss edəndə ki, mən müraciətlərimdə çox israrlıyam, onda Ə.Həsənov özünə və mənə yaxın olan insanları üstümə minnətə saldı. Siz bu məmurlardakı öfkəyə, özünəarxayınçılığa və saymazlığa bir baxın! Görün, nə dərəcədə yollarını azıblar ki, insanların birbaşa ölkə rəhbərliyinə ünvanlamış olduğu müraciətləri belə blok edərək gizlədirlər. Bununla da, şəxsi maraqları naminə vətəndaşla ölkə rəhbərliyi arasında uçurum yaradırlar.

Teleradio Şurası yeni dönəmdə

Bu gün cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə çox ciddi struktur islahatları aparılmaqdadır. Hesab edirəm ki, bu kontekstdə “Televiziya və Radio yayımı haqqında” qanuna və “Teleradio Şurası haqqında Əsasnamə”yə yenidən baxılmalı, habelə, Şuranın tərkibi peşəkar kadrlar hesabına yenidən formalaşdırılmalıdır. Zaman göstərdi ki, Teleradio Şurasının Ə.Həsənovun “qəlibindən” çıxmış indiki strukturu artıq işə yaramır.

Mən əminəm ki, Teleradio Şurasının yeni rəhbərliyi ötən illər ərzində bu dövlət qurumunun fəaliyyətində olan bütün kölgəli məqamları dərindən və hərtərəfli araşdırmaqla müvafiq hüquqi, inzibati və təşkilatı tədbirlər görəcəkdir. Düşünürəm ki, bu zaman MTRŞ-nın neçə illərdir ki, Gəncə şəhərindəki qeyri-müəyyən ünvana hansı məqsədlə köçürmüş olduğu, habelə Şura sədri N.Məhərrəmlinin KİVDF rəhbərliyi ilə əlbir olaraq öz qaynı Raminin təsisçisi olduğu “Elektron mediaya yardım fondu” xətti ilə sildiyi pulların da hesabatı tələb olunacaqdır. Araşdırma aparılarsa, müxtəlif vaxtlarda Şura tərəfindən boş tezliklərə elan olunmuş müsabiqələrin keçirilməsi və lisenziyaların verilməsi zamanı birbaşa Ə.Həsənovun tapşırığı və xeyir-duası ilə yol verilmiş çoxsaylı formalizm, sui-istifadə, saxtakarlıq və bu kimi digər qanun pozuntuları ilə bağlı çox ciddi faktlar da üzə çıxacaqdır. Yəqin, Ə.Həsənov, N.Məhərrəmli və V.Səfərlidən onu da soruşan tapılacaq ki, Teleradio Şurasında işləyən, lakin jurnalist olmayan və ömründə bir gün belə jurnalistlik fəaliyyəti ilə məşğul olmayan şəxslərə hansı əsasla jurnalistlər üçün tikilmiş binalardan üçotaqlı mənzillər verilib?

Mən ixtisasca hüquqşünas olmasam da, hər halda anlayıram ki, qanunları bilərəkdən və məqsədli şəkildə pozanlarla bu qəbildən olan əməlləri sadəcə bilməməzlik, məlumatsızlıq və ya ehtiyatsızlıq üzündən törədənlərin cəzası eyni ola bilməz. Ona görə də, Ə.Həsənov və onun əhatəsinin qanunazidd əməlləri araşdırılarkən onların bu əməlləri bilərəkdən, özü də məqsədli şəkildə törətdikləri mütləq nəzərə alınmalıdır.

Bir sözlə, Ə.Həsənov, onun həyat yoldaşı S.Vəliyeva, N.Məhərrəmli, V.Səfərli və onların “komanda” üzvlərini hələ çox sorğu-sual gözləyir. Yəni, bu şəxslər gec də olsa dərk etməlidirlər ki, Azərbaycan hüquqi-demokratik dövlətdir. Bu o deməkdir ki, hər kəs törətdiyi əməllərə görə mütləq şəkildə cavab verməlidir.

Qeydlərimi ibrətamiz bir əhvalatla bitirmək istərdim. Deyirlər ki, bir gün dəvə sahibi ağır xəstələnir və can üstə olduğundan bütün yaxınlarını çağırdıraraq onlardan halallıq alır. Sonda o dünyaya arxayın getmək üçün öz dəvəsindən də halallıq istəyir. Dəvə isə ona: “məni ac da, susuz da saxlamısan, gücüm çatdığından çox yük vurmusan, uzaq səfərlərə aparmısan. Bunların hamısını sənə halal edirəm. Təkcə o filan vaxtı məni uzunqulağın quyrğuna bağladığını sənə heç cür bağışlaya bilmərəm deyir. Bu mənada Əli Həsənov və onun əhatəsi də neçə illərdir ki, haqqı tapdalanan, lakin abır-həya gözləyərək səsini çıxarmayan, üzə qayıtmayan bir çox olduqca peşəkar və ləyaqətli jurnalistləri təsadüfi və səviyyəsiz trollarının əli altında saxlamaqla onlara mənəvi əzab vermişlər. Sanıram ki, bax bunun cavabı hər şeydən daha ağır olacaqdır.
Qafar Cəbiyev,
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
В«Qızıl qələmВ» müakafatı laueatı, tarix elmləri doktoru, professor
//konkret.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Dünən, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Dünən, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Dünən, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Dünən, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Dünən, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Dünən, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru