“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                 

Diaspora rəhbərini gömrükdə necə şərlədilər... - "Boynuna al, sənə kömək edək..."
Tarix: 14-06-2019, 15:52 | Çap et
Diaspora rəhbərini gömrükdə necə şərlədilər...
Gömrük işçilərinin ayıq-sayıqlığı nəticəsində 6 aydır həbsdə olan diaspora sədrinin müavininin başına gələnlər

Lənkəranda anadan olub, sonradan Dağıstana köçən Rauf Azizov Rusiya vətəndaşıdır. O, Mahaçqala şəhərində “Azərbaycanlıların Mahaçkala şəhərində yerli milli-mədəni muxtariyyəti” cəmiyyətinin 5 ildən çoxdur ki, sədr müavinidir.

Yenicag.az Rauf Əzizovun başına gələnlərin təfərrütını sizə təqdim edir.

Diaspora rəhbərini gömrükdə necə şərlədilər...

10 dekabr 2018-ci il tarixində Rauf Əzizov nənəsinin rəhmətə getdiyi xəbərini alır. Bu xəbəri eşidən Əzizov dostu Əliyev Tahir Yaşar oğlu və atasının yaxın dostu Həbiblə birlikdə yola çıxır. Onlar həmin gün saat 23:00, 23:30 radələrində Şimal Ərazi Baş Gömrük idarəsinin “Samur” Gömrük Postundan Azərbaycan ərazisinə daxil olurlar.

Rauf Əzizov ifadəsində bildirib ki, onun maşınından əvvəl iki maşın olduğu və gömrük işçisinin isə yoxlama aparmadığını gördükdə, onlara nənəsinin dəfninə çatmalı olduğunu deyib və yoxlama prosesini tezləşdirməyi xahiş edib. Bu zaman gömrük işçisi yaxınlaşıb və avtomobilə baxış keçirməli olduğunu deyib. Gömrük qaydalarına uyğun olaraq, sərnişinlər maşından düşərək, piyada keçidi ilə Azərbaycan ərazisinə daxil olublar.

Gömrük əməkdaşı öncə sürücü qapısını açmağı və maşına baxışın buradan başlayacağını deyib. Rauf Azizov gömrükçünün dediyinə əməl edib. 5-10 saniyə ön tərəfə baxdıqdan sonra, gömrük işçisi arxa oturacağa baxa-baxa yük yerinin qapısını açmağı tələb edib. Rauf Azizov baqajın qapısını açıb və gömrük işçisinin yanına gəldikdə, gömrük işçisi əlində salafan klokda patronları ona göstərək bunların nə olduğunu soruşub. Gördüyünə inanmayan Rauf Azizov “əlindəki nədirsə, sənindir, onların nə olduğundan xəbərsizəm”, deyə ona cavab verib. Gömrük işçisi bildirib ki, patronları ön oturacaqla arxa oturacaq arasındakı dirsəkaltı sahəsindəki saxlanc yerindən tapıb. Gömrük əməkdaşı patronları tapdığı yerə qoyub və digər gömrük əməkdaşlarını oraya dəvət edib.

Digər əməkdaşlar gəldikdən sonra isə patronları götürüb aparıblar. Daha sonra Rauf Azizovu içəri dəvət ediblər. Rauf Azizov ifadəsində bildirib ki, o, otağa girdikdə gömrük əməkdaşlarının patronları saydığını görüb. Bu zaman Rauf Azizov onlara etiraz edərək, patronlarda əl izlərinin yoxlanmasını tələb edib. Bu zaman gömrük əməkdaşları bunun gec olduğunu, artıq özlərinin patronlara toxunduqlarını deyiblər. Daha sonra Rauf Azizovun üzərində və maşında təkrar yoxlama aparılıb və heç nə aşkar edilməyib.

Rauf Əzizov bildirib ki, daha sonra gömrük postundakı növbə rəisi ona yaxınlaşaraq “yaz ki, patronlar mənimdir, biz də sənin işini yüngülləşdirək”. Gömrük postunun növbə rəisinin bu təklifi Rauf Azizovu qəzəbləndirib və o, gömrük işçilərinə “siz ermənisiniz?” sualı verib. Onudan avtomaşınında oturub, gözləməyi tələb ediblər. Daha sonra Gömrük postunun rəisi gəlib və Rauf Əzizovun avtomobilinin yanında dayanıb. Bu zaman Rauf Əzizov maşınından düşərək ona yaxınlaşıb. Gömrüyün rəisi də ona eynən nöbə rəisinin təklifini edib: “”yaz ki, patronlar mənimdir, biz də sənin işini yüngülləşdirək”.

Rauf Əzizov isə patronların ona məxsus olmadığını dedikdə, gömrüyün rəisi növbə rəisinə üzünü tutaraq “Kontrabandanın əməliyyatçılarını çağırın, onda tez boynuna alar, onlar onun boynuna tez qoyar!”. Bu zaman Rauf Əzizov “mənim dərimi də soysanız mənə məxsus olmayan şeyi boynuma qoya bilməzsiniz”, deyə rəisə cavab verib. Bundan sonra Rauf Əzizovu taksi ilə Xaçmaz Gömrük İdarəsinə gətiriblər. Xaçmaz Gömrük İdarəsində ondan patronları maşınına kimin qoyduğundan şübhələndiyini soruşublar. Rauf Əzizov isə bildirib ki, patronları onun maşınına baxış keçirən gömrük əməkdaşının qoyduğundan şübhələnir.

Maraqlıdır ki, maşında görünən bir yerdən çtapılan patronlar Rusiya sərhədçiləri, gömrükçüləri tərəfindən aşkar edilməyib. Elə bu faktın özü onu deməyə əsas verir ki, Rauf Əzizov qəsdən şərlənib. Rauf Əzizovun ailəsini də maraqlandıran şərlənmənin kim tərədindən edilməsidir.

Xaçmaz Gömrük İdarəsində də izahat alan zaman Rauf Əzizova “boynuna al, sənə kömək edək! Göstər ki, Mahçqala kriminal yerdir, orada silah, patron tapmaq asandır, mən də patronları küçədən tapmışam və polisə təhvil vermək yadımdan çıxıb”, – deyə təkilfi ediblər. O, isə cavabında bildirib ki, heç vaxt özü-özünü şərləməyəcək.

Daha bir maraqlı məqam isə sorğu-sualdan sonra Rauf Əzizovu Xaçmazdakı otellərdən birində qalmağa göndəriblər. Əgər bir şəxs ölkəyə patron keçirirsə və tutulubsa, onu oteldə gecələməyə göndərmək nə deməkdir? Yəqin, gömrükçülər düşünüb ki, Rauf Əzizov oteldən qaçar və bu onlar üçün göydəndüşmə bir şey olar.

Səhərisi gün Rauf Əzizovu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus FİAT “Doblo” markalı maşınla oteldən götürüb Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə gətiriblər. Orada axşam iş saatı bitənə qədər kafedə gözlədilən Rauf Əzizova gömrük əməkdaşı zəng edərək, ilk çağırışda gəlməli olduğunu deyib və onu evə buraxıb. Səhərisi gün isə ona zəng edərək 12 dekabr 2018-ci il saat 15:00-da İstintaq İdarəsində olmağı deyiblər. Orada müstəntiq Rüstəm Həsənov Rauf Əzizovu 3-4 saat sorğu-suala tutduqdan sonra, şübhəli şəxs kimi tutub və həbsinə sanksiya verib.

Qeyd edək ki, Rusiya gömrük sərhədində avtomobillərə baxış çoxsaylı videomüşahidə kameraları altında, maşının qapıları və şüşələri aşağı salınmış vəziyyətdə və sürücünün birbaşa iştirakı ilə aparılır. Maraqlıdır ki, Rauf Əzizovun maşınına baxış zamanı heç bir videomaşahidə kameraları olmayıb, özü baqajı açan zaman gömrük əməkdaşı arxa oturacaqdan patron aşkar edib.

Ölkəyə patron keçirməkdə ittiham olunan Rauf Əzizovun tələblərinə rəğmən hələ də onun maşınına baxış zamanı videomüşahidələr ona və vəkilinə təqdim edilməyib.

Bu işdə maraqlı olan digər məsələlərə toxunmaq istərdik. Rauf Əzizovun maşınında sursat aşkar edilir, ancaq bunu sübut edəcək müşahidə kameralarının çəkilişi cinayət işinə əlavə edilmək üçün istintaqa təqdim edilmir. Bundan əlavə aşkar edilən sursatlar baqlistik ekspertiza edilmədən qablaşdırılıb və maşında olan 3 nəfərin barmaq izləri götürülməyib. Gömrük işçilərinin “maddi sübutların götürülmə və qablaşdırma qaydalarını” niyə pozduğu isə ümumiyyətlə anlaşılan deyil.

Diaspora rəhbərini gömrükdə necə şərlədilər...

Daha bir maraqlı məqam isə avtomobildən sursat aşkar edilməsinə baxmayaraq Rusiya Federasiyası gömrük orqanlarına və sərhəd xidmətinə niyə görə sərhəddən sursat buraxdıqları barədə sorğu göndərilməyib.

Əgər maşından sursat aşkar edildiyi həqiqəti əks etdirirdisə, niyə görə, şəxsin Mahaçqalada yaşadığı ünvanında təxirəsalınmaz istintaq hərəkətlərinin – o cümlədən axtarış aparılması barədə Mahçaqala polis orqanına müvafiq beynəlxalq əməliyyat-istintaq tapşırığı göndərilməyib?

Dünən isə, Rauf Əzizovun Qusar rayonunda keçirilən məhkəmə prosesində iştirak etdik. Şahidlər gəlmədiyi üçün məhkəmə təxirə salındı.

Yeri gəlmişkən hal şahidlərindən biri Muradov Natiq ötən məhkəmədə etiraf edib ki, ayda 2-3 dəfə gömrük əməkdaşları tərəfindən baxışlarda iştirak üçün hal şahidi qismində cəlb edilir. Bu isə qanuna tamamilə ziddir.

Növbəti məhkəmə prosesində baş verənlərlə bağlı sizi məlumatlandıracağıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Bu gün, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Bu gün, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Bu gün, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Bu gün, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Bu gün, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Bu gün, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Bu gün, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Bu gün, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Bu gün, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Bu gün, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru