AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Azərbaycanda “uşaq pulu” niyə verilmir? - PROBLEM
Tarix: 7-03-2019, 09:27 | Çap et
Azərbaycanda “uşaq pulu” niyə verilmir?
Yəqin ki, bu günlərdə mətbuatda yer alan və ölkə vətəndaşlarına az qala böyük hadisə kimi təqdim olunan uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılmasından xəbərdarsınız. Bu, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub.

Həmçinin əvvəllər beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 33 manat təşkil edən sosial müavinətin məbləği də 55 manata çatdırılıb.

Xatırladaq ki, 2018-ci ildə müavinətin məbləği 10 faiz artıralaraq 109 manat olmuşdu.

Ölkəmizdə uşaq pulunun bərpası isə hələ ki, sadəcə təklif olaraq qalmaqdadır.

Dünyanın əksər ölkəsində aylıq uşaq pulu və doğuşa görə birdəfəlik sosial müavinət verilir

Məlum olduğu kimi, uşaqların normal böyüdülməsi üçün valideynə şərait yaratmaq məqsədi ilə dünyanın əksər ölkəsində aylıq uşaq pulu və doğuşa görə birdəfəlik sosial müavinət verilir.

Çox uzağa getməyək. Dövlətimizlə həmsərhəd olan və MDB məkanında yerləşən bəzi ölkələrə nəzər salaq. Misal üçün, Rusiyada yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə 250 min rubla yaxın vəsait verilir. Amma bu vəsait birbaşa vəsait şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına və uşağın təhsil xərclərinə yönəldilir.

Bu yaxınlarda isə Rusiyanın dövlət başçısı öz çıxışında ailədə doğulan ikinci uşağa görə verilən birdəfəlik sosial müavinətin 10 min dollardan 20 min dollara qaldırılacağını, yaxın gələcəkdə isə körpəsi olan ailələrə mənzil və bir sıra imtiyazlar veriləcəyini bəyan etdi.

Türkiyədə yeni doğulan uşağa görə 300 lirə, ikinci uşağa 400 lirə, üçüncü və sonrakılara 600 lirə birdəfəlik yardım edilir. Qız uşaqlarına 18 yaşına qədər 55 lirə, oğlanlara 50 lirə verilir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət tərəfindən 36 ay müddətində 714 dollar məbləğində müavinət ödənilir. Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.

Dünyanın iqtisadi inkişaf səviyyəsinə görə öndə gedən dövlətlərində isə bu rəqəmlər qat-qat yüksəkdir.

İsraildə uşaq evi, kimsəsiz uşaq yoxdur

Daha bir maraqlı faktı diqqətinizə çatdırmaq istərdik.

İsraildə uşaq evi yoxdur. Orda hər bir kimsəsiz körpəyə aylıq qulluq üçün 3500 dollar məbləğində vəsait ayrılır, həmin pul körpənin himayəsini öz üzərinə götürən ailəyə ödənilir. Yəni həmin körpələr valideyn qayğısı ilə əhatə olunur, yetimliyin acısını hiss etmədən böyüyür. Özü də körpələri himayəsinə götürən ailələr daim nəzarətdə saxlanılır. Himayəçilər vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədikləri, ona kifayət qədər sevgi verə bilmədikləri halda isə, körpə onlardan alınıb başqa bir ailəyə verilir.

Göründüyü kimi, xarici ölkələrdə uşaqlara hansısa formada müavinət ayrılır, dövlət yeni doğulmuş körpələrin, gələcəyin qurucusu olan uşaqların qayğısına qalır. Azərbaycanda isə hansısa səbəbdən buna ehtiyac duyulmur.

Qonşu Gürcüstanda uşaq yeməkləri Azərbaycandakından 50-80 faiz ucuzdur

Üstəlik ölkəmizdə uşaq yeməklərinin qiymətləri də orta statistik vətəndaşın cibinə uyğun deyil. Bunu təsəvvür etmək nə qədər çətin olsa da, Qonşu Gürcüstanda uşaq yeməkləri Azərbaycandakından 50-80 faiz ucuzdur. Misal üçün, Bakıda 19 manata satılan “Similac” uşaq yeməyini qonşu Gürcüstanda 11, allergiyalı körpələr üçün nəzərdə tutulan və paytaxtımızda 24 manat dəyərində olan “Friso Gold 1 - HA” yeməyini isə 12 manata əldə etmək olar.

Normalda bir körpə bu yeməklərin 1 qutusunu uzağı 3 sutkaya yeyib birtirir, demək, bir körpə üçün Similac Hypoallergenicin günlük norması 8 manata başa gəlir. Bu məbləği 1 aya vuranda 240 manat edir.

Təbii ki, ölkəmizdə nisbətən ucuz qiymətə (10-15 manat civarında) satılan uşaq yeməkləri də var. Amma həmin “keyfiyyətli” yeməklərin qəbulu körpələrdə bağırsaq çöplərinin və digər ciddi xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərin müalicəsi isə həm maddi, həm də mənəvi cəhətdən valideynlərə çox baha başa gəlir.

Amma körpəsi olan valideynlərin baha qiymətə əldə etməyə məcbur olduğu qidaların belə tərkibi və keyfiyyəti tam müəyyən deyil. Çünki bu yeməklər hazırda ölkəmizdə qeydiyyatdan keçmədən apteklərdə satılır.

Bununla belə, həkimlər valideynlərə məhz həmin qidalardan istifadə etməyi məsləhət görür.

Bu qidalarla yanaşı, ölkəmizə xaricdən tərkibi ana südünə çox yaxın olan xüsusi uşaq yeməkləri də gətirilir. Həmin yeməklərin bir qutusu isə hardasa 30-35 manata satılır. Sözügedən yeməklə qidalanan bir körpənin günlük norması 10-12 manat təşkil edir ki, bu da demək olar, orta əmək haqqından iki dəfə çoxdur.

Təsəvvür edin, elə ailələr var ki, orda əkizlər, üçəmlər, bəzən hətta dördəmlər, beşəmlər böyüyür. Sizcə, həmin ailələrin büdcəsi bu körpələri yedirtməyə çatarmı?

Ölkə vətəndaşlarına ən azından minimum əmək haqqı məbləğində aylıq uşaq pulu verilməlidir

Nə qədər qəribə səslənsə də, Azərbaycanda dövlətin uşaq üzərində heç bir haqqı yoxdur. Gəlin adi bir hesablama aparaq. Tutaq ki, ailədə bir körpə böyüyür və 24 manatlıq “Friso Gold – HA” süd qarışığı ilə qidalanır. 300-400 manat əmək haqqı alan ailə başçısı bu məbləğin 240 manatını elə təkcə övladının aylıq qidasına xərcləyir, təxminən 100 manata yaxın “pampers”ə, yerdə qalan pul isə körpə üçün qulluq vasitələrinə, pal-paltarına sərf olunur. Sonucda aydın olur ki, atanın bir aylıq maaşı övladının zəruri ehtiyaclarını ödəməyə belə yetmir.

Ölkə vətəndaşlarına ən azından minimum əmək haqqı məbləğində aylıq uşaq pulu verilməlidir ki, evində körpə böyüyən ailələr çox sıxıntıya düşməsin.

Dövlətimizin gələcəyi olan bu günün körpələrini qayğıdan kənarda qoyan hökumət sabah nə üzlə onlardan vətənə xidmət etməyi, Azərbaycanın bütövlüyü uğrunda döyüşməyi tələb edə bilər axı?!

Zənnimizcə, bu haqda düşünməyə, özü də ən yüksək dövlət səviyyəsində düşünməyə dəyər. Körpə fidanlarımızın sağlam və xoşbəxt böyüməsini, gələcəkdə cəmiyyətimiz üçün layiqli vətəndaş olmasını təmin etmək məqsədilə onlara hökmən dövlət qayğısı göstərilməli, körpəsi olan ailələrə aylıq uşaq pulu ödənməli və digər imtiyazlar verilməli, eləcə də uşaq yeməkləri bazarında qiymətlər ciddi nəzarətə alınaraq tənzimlənməlidir.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru