Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                 

Baramada daha bir yenilik
Tarix: 6-04-2018, 15:25 | Çap et
Baramada daha bir yenilik
DİA.AZ: - Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan “Happy Moments” artıq fəaliyyətə başlayıb.

DİA.AZ xəbər verir ki, “Happy Moments” Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portaldır. Portalın əsas məqsədi insanlara zaman itirmədən fərqli hədiyyə seçimi etməsinə imkanı yaratmaqdır. https://happymoments.az saytı insanlara müxtəlif xidmət növlərinin hədiyyə olaraq online satışını təşkil edir.

Startap-ın ideya müəllifi və təsisçiləri olan Ülviyyə Əkbərova və Süleyman Bağırlı “Happy Moments” portalı haqqında məlumat verərkən onun artıq Azərbaycanda bütün xidmət sektorlarını əhatə etdiyini və alıcıların portalda istənilən sektora uyğun məhsul tapa biləcəklərini qeyd etmişdir.

Portal hədiyyə seçimini sürətləndirmək üçün “Hədiyyələr” və “Kim üçün” adlanan menyularla mövcud hədiyyələr üzrə 2 fərqli istiqamətdə seçim etmək imkanı yaradır. Hər bir menyu əsas kateqoriyalar və subkateqoriyalardan ibarətdir.

“Hədiyyələr” menyusu bütün xidmət sektorlarını əhatə edən “Aktiv İdman”, “Kurslar və treninqlər”, “Əyləncə”, “Fotosessiya və portret”, “Səyahət və turlar”, “Gözəllik” və “Sağlamlıq” adlı əsas kateqoriyalar və hər bir kateqoriya üzrə müxtəlif subkateqoriyaları özündə birləşdirir.

“Kim üçün” adlanan menyu isə “xanımlar”, “bəylər”, “uşaqlar”, “cütlüklər” və “valideynlər” adlı kateqoriyalardan ibarət olmaqla hədiyyə seçimini sürətləndirməklə yanaşı, müştərilərə hədiyyə alacağı şəxsə uyğun fərqli və kreativ hədiyyə seçimi etməkdə köməklik göstərir.

Portaldan alınan xidmət növləri alıcıların istəyinə uyğun olaraq elektron və ya hədiyyə şəklində xüsusi hədiyyə qutusunda çatdırılır.

“Happy Moments” portalının digər üstünlüyü hədiyyə seçimi etməkdə çətinlik çəkən müştərilər üçün təklif edilən xüsusi “Happy Moments Hədiyyə Kartı” – dır. Müxtəlif məbləğlərdən ibarət hədiyyə kartını almaqla siz, hədiyyə edəcəyiniz şəxsə sərbəst seçim imkanı yaradır və hədiyyə edilən şəxs öz istəyinə uyğun seçim edir.

“Happy Moments” satışları ümumilikdə pərakəndə satış və korporativ sektor olmaqla, iki istiqamətdə həyata keçirilir. Pərakəndə satış online olaraq hər kəs üçün, korporativ satışlar isə şirkət əməkdaşları üçün nəzərdə tutulduğundan offline olaraq həyata keçirilsə də, şirkətlərin hədiyyə olaraq əsas üstünlük verdiyi “Happy Moments Hədiyyə Kartı”- nın son seçimi də hədiyyəni qəbul edən şəxslər tərəfindən online olaraq həyata keçirilir.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra müstəqil şirkətlər yaranıb. Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru