Azercell-də təcrübə keçmək istəyən tələbələr üçün növbəti imka
Tarix: 3-04-2018, 17:47 |
Çap et
DİA.AZ: - Hər zaman gənc nəslin inkişafına böyük önəm verən ölkənin lider mobil operatoru Azercell Telekom növbəti dəfə Yay Tələbə Təcrübə Proqramına başlayır. Aprelin 2-dən etibarən Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr, eyni zamanda Təhsil Nazirliyi SABAH qrupu tələbələri üçün Yay Tələbə Təcrübə Proqramına start verilir.
DİA.AZ xəbər verir ki, tələbələr 2018-ci ilin 13 aprel tarixinə qədər https://www.azercell.com/az/company/career/development_oportunities/internship2018/ linkinə daxil olmaqla proqrama müraciət edə bilərlər. Tələbələr 2 iyul tarixindən başlayacaq proqram çərçivəsində Azercell-də 2 ay təcrübə keçmək şansı qazanacaqlar. Yay Tələbə Təcrübə Proqramı mərhələlərlə seçilən gənclərə Azercell-də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı yaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar, bu da gənclərin gələcək karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 13 nəfər SABAH qrupu tələbələri olmaqla 155 tələbə Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 20-si isə şirkətdə işlə təmin olunub.
Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Eyni zamanda Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.