Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar - ŞİKAYƏT
Tarix: 15-08-2017, 08:12 | Çap et
Son dövrlər qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir çox mühüm işlər görülsə də, hələ də qeyri-yaşayış sahələrində – uşaq baxçaları, zavod və fabriklərin yataqxanalarında, hətta təhlükəli metallar istehsal edən sexlərdə məskunlaşan məcburi köçkünlərimiz var. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qaçqın və məcburi köçkün ailələrinə yeni mənzillər verilməsi prosesi hələ də davam edir. Lakin bəzi hallarda bu mənzillərə əsl haqqı olanlar, ağır şəraitdə yaşayanlar deyil, müxtəlif vasitələrlə sahib olanlar da var. Dözülməz mənzərə Sumqayıtın Tuk zavodunun sexlərində məskunlaşan məcburi köçkünlər buradan köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Onlar ümid edirlər ki, köçürülmə birbaşa işğal altında olan torpaqlarda tikiləcək mənzillərə olacaq. Bu insanlar illərdir ki, ağır metal istehsal edən zavodun sexlərində yaşayırlar. Yayda toz-torpaq, sexlerdən ucalan tüstü-duman, qışda isə bütün bunlarla yanaşı, palçıqlı həyət, cındırından cin hürkən sexlər, ayağının altında dağılmağa hazır olan pilləkənlər, nəmişlikdən üfunət qoxuyan, kanalizasiya sularının dolduğu dəhlizlər və otaqlar… Bax, onlar burada yaşamağa məcburdurlar. Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün Nübar Həsənalıyeva deyir ki, 1993-cü ildən Sumqayıtın Tuk zavodunun həyətində məskunlaşıblar. Elnən gələn qara günü toy-bayram sayan N.Həsənalıyeva deyir ki, qaçqınlıq dövründə özlərinə imkan daxilində şərait də düzəldiblər: “Zavodun fəaliyyəti dayandırıldığından ilk vaxtlar hazırkı problemlərimiz yox idi. Sonralar bu zavodu Hafiz müəllim aldı şəxs aldı və bununla da qara günlərimiz başladı. Hafiz müəllim burada yeni tikintilər apardı, sexlər açdı. Mis sexləri işə salındıqdan sonra isə nəfəs ala bilmirik. Elə o ümidlə yaşayırdıq ki, müvəqqəti çətinlikdir, tezliklə öz torpaqlarımıza qayıdacağıq. Buraya heç vaxt əbədi, daimi yer kimi baxmadıq. Ölüm səbəbi onkoloji problem yazılır Zavodun ərazisində yaşayırıq. Uşaqlarımız burada xəstə doğulur. Əksəriyyət də onkoloji xəstədir. Yəni, bu sexlərdə məskunlaşanlardan dünyasını dəyişənlərin ölüm haqqında şəhadətnamələrində ölüm səbəbi kimi onkoloji problem yazılır. Hazırda burada yaşayan 17 ailənin hər birinin ailəsində onkoloji xəstəlikdən əziyyət çəkənlər var. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun qəbuluna düşmək üçün müraciət etmişik. Lakin heç birində bizi Ə.Həsənov qəbul edib, dinləməyib. Başa düşmürük, bunlar rəsmi qəbul günlərini elan edib, kimin gözünə kül üfürürlər? Hər yerdən əli üzülən bizim kimi çarəsizləri, ya prezidenti? Üzümü prezidentimizə tutub deyirəm. Cənab prezident, yüksək post tutan məmurların bir qismi vətəndaşları qəbul etmir. Onlar bu işi nazirliyin və ya komitənin əməkdaşlarına həvalə edirlər. Dinləyənlərin eşitdikləri də elə həmin otaqda qalır, kənara çıxmır. Nə şikayətə baxılır, nə də problemə əncam çəkilir. Vətəndaşın problemi havadan asılı qalıb. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına da getmişik. Eyni mənzərədir. Getdik deyək ki, kanalizasiya suyunun içində yaşayırıq. Bizi buradan köçürün. Yaşadığımız ərazini su basır. Özü də kimyəvi axıntıların qarışdığı çirkab sularıyla. Hər ay işığa 100 manat ödəyirik. Hamısını da suyu nasosla çəkmək üçün istifadə etdiyimizə görə. Rayonumuzun icra başçısı Kamal Həsənov bizi qapıdan içəri buraxmır. “Qaçqınkom”un rayon üzrə nümayəndəsi Sevindik Hüseynovun yanına gedirik. Gəlirlər, baxırlar, gedirlər. Sanki muzeyə baxmağa gəlirlər. Canımız boğazımıza yığılanda, hamımız yığışıb getdik Sevindik müəllmin yanına. And olsun Allaha. Necə nərə çəkdisə, qışqırdı ki, siz məni öldürəcəksiniz. Qoymursunuz işləməyə. Gütmişdik deyək ki, telekanallarda rəsmi məlumat yayılıb ki, idarə və müəssisələrdə yaşayan qaçqın və məcburi köçkünlər prezidentin sərəncamıyla köçürülür. Bəs bizim adımız niyə çəkilmədi?.. Yaxşı, bəs kimdən öyrənək? Biz adam öldürənik? Dərhal içəridən çıxıb qaçdı. Bala, bizi nə qeydiyyata alırlar, nə növbəyə götürürlər. Oradan çıxıb getdik Bakıya, FHN-ə. Dəfələrlə prezidentə, baş prokurora, baş nazirə, səhiyyə nazirinə, Əli Həsənova, Zakir Fərəcova məktub yazmışam. Bir ay getdik-gəldik. Prokurorluqdan dedilər ki, gedin Zakir Fərəcovun qəbuluna. Getdik. Heç bizə üzünü göstərən olmadı… Hamısı deyir dayan, gözlə… Torpaqlarımı, Vətənimi, əzizlərimi, işimi-gücümü , varımı-varidatımı itirmişəm. Hamısını bir tərəfə qoyuram. Torpağımı itirmişəm. Atam öləndə bir ovuc torpaq, Ağrıdağdan qar istədi məndən. Torpağımız ermənidə, özümüz də kimya zavodunun çirkab sularında qırılırıq. Arif müəllim (Arif Fərzəliyv Cəbrayıl rayon icra başçısının müavini-red.) çağırıb ki, ay Nübar, 100 AZN yazmışam sənə. Deyirəm ki, pul istəmirəm, bizi nəcisin içindən çıxart. Kənd sovetinin sədri Xaləddin deyir ki, bizlik deyil. Hamısı deyir dayan, gözlə. Nə qədər dayanım? Nə qədər ərizə yazarlar? Suyun içində batırdıq. Gecə zəng etdim yanğınsöndürənlərə ki, bala, bizi suyun içindən çıxardın. Gəlib bunu çəkin. Gəlmədilər, adam adamın gözünü yolda qoyar? Hara yazırıqsa, yenə gəlir yerli idarələrin üzərinə. Hər ay nasosun işləməsi üçün 100 AZN işıq pulu ödəyirəm. 65 yaşım var. Rahatlıq istəyirəm. Zavodun həyətində gölməçə yaradıblar. O da yaşadığımız yerin zirzəmisi olmadığına görə, gəlir dolur yaşadığımız yerə. Müraciət etdiklərimizdən yalnız Səhiyyə Nazirliyindən cavab gəldi. Teleqramlar vururam. Heç kimdən cavab gəlmir. Sanki, varlığımızı unudublar. Ayaqlarım şişib. 17 ailə yaşayır burada. Ümumilikdə 65 nəfərik. Sexlərin tüstüüundən ağ yuyub sərdiyimiz paltarları, ipdən qara yığırıq. Görünür, acından-susuzluqdan yox, xəstəlikdən öləcəyik. Arif müəllim yaxınlıqdakı binadan 15 ailəni çıxartdı. 5-6 il bundan əvvəl Əli müəllim qudasının yerini rahatladı. Bəs biz adam deyilik? Mən Azərbaycan vətəndaşıyam. Qarabağ qaçqınıyam. YAP-ın üzvüyəm. Arif müəllim vəzifədən gedincə YAP-dan imtina etmişəm. Etdiyi hərəkətlərə görə, partiyanı da gözdən salır. Arif müəllim evi olandan 20 000 AZN alıb ev verib. Mənim isə qaçmağa yerim, yatmağa evim yoxdur. Qohumunu Saatlıdan gətirib Müşfiqabadda yerləşdirdi. Məndən isə haqqım olan mənzilə görə, 2000 AZN istədi. Olmadı deyə, verə bilmədim. Ona görə də evsiz qadım. Köçürmədi bizi. Getdim Əli Həsənovun qəbuluna. Amma onun qaçqınları qəbul etdiyini heç kim görməyib indiyədək, əməkdaşları qəbul edir. Biz deyirik, onlar eşidir, eşitdikləri də elə otaqdan çıxanda unudulur. Arif müəllim mənə niyə ev vermədi? Pulum yoxdur ona görə? Məni dövlət saxlayır. Konstitutsiyaya görə, vətəndaşın problemi həll edilməlidir. Xəstəyəm, işləmək qabliyyətim yoxdur. Mən pulu hardan alım verim ona? Öz qohumlarını köçürtdü. Yalandan da utanmadan deyir ki, guya mənə ev verib, istəməmişəm. Əli müəllimdə bu qədər pul hardandır?.. Bu qədər məktub yazıram, prezidentə çatmır? Məmurlar nə maaş alır, hamısının altında milyonluq maşınları,villaları, var-dövləti hardan alırlar axı bunları? Deməli, bizə ayrılanı yeyirlər. Başqa ölkələrdə məmur sahibkar ola bilməz. Biz də isə sahibkarlar ancaq nazirlər, sədrlər komitə sədrləridir. Çörək pulu ilə 2000 AZN-ni necə yığım?.. Əli Həsənov nəvəsinə ötüşmək üçün “Gallenvagen” ala bilir, maşın kolleksiyası toplayır, amma qaçqının problemini həll edə bilmir? Hamını qıran-çatan nəvəsinə pul tapır, amma məni köçürməyə pul tapmadı? O maşınlara verdiyi pula 100-lə qaçqına normal mənzil şəraiti yaratmaq olar. Əli müəllimdə bu qədər pul hardandır?.. Deyəndə də deyirlər ki, qan-qan deyirsən. Bəs neyləyim? Problemim olmasa, danışmaram axı…” Şikayətimizə baxan yoxdur Sexdə yaşayan köçkünlərdən Sahibə Dəmirova Qubadlı rayonundandır. O da 1993-cü ildən bu zavodun sexlərində yaşayır. Deyir ki, zavod işə düşəndən mis, alminium və düral istehsal edir. İstehsal prosesi üçün isə su gölməçəsindən istifadə edirlər: “Gölməçənin isə axın yeri olmadığından su dolur binanın altına. Binanın fundamenti olmadığından isə həmin sualar yaşadığımız otaqlarda dizdən yuxarı qalxır. Bu bina bataqlığın üzərində tikilib. Sexlərin zəhərli tüstüsündən hamımız xəstəlik tapmışıq. Biz demirik ki, zavod işləməsin, sex fəaliyyətini dayandırsın. Prezidentimiz sərəncam verib, pul verib ki, qaçqının yaşayış şəraiti yaxşılaşdırılsın. Bu sexlərin qonşuluğunda yaşamaq insan həyatı üçün çox təhlükəlidir. Şkayətimizə də baxan yoxdur. Əgər o yanan yerin torpağından götürüb analiz etsələr, o zaman bizim niyə bu qədər xəstəliyə məruz qaldığımızın səbəbini bilərlər. Burada yaşayanlar, əsasən tənəffüs yollarının xərçəngindən dünyasını dəyişir. Mən də xəstəyəm. Amma burada yaşadığımızdan etdiyimiz müalicənin də təsiri olmur. Hamısı da bu sexlərin fəliyyətinin nəticəsidir. Hələ yenilərini də tikirlər. Vəziyyətimiz çox pisdir. Sanki Çernobılda yaşayırıq. “Qaçqınkom”da da Əli Həsənov heç kimi qəbul etmir. Ailəmizdən 2 nəfər xərçəngdən dünyasını dəyişdi. İndi yaydır, payıza-qışa dönəndə burada yaşamaq çətinləşir. Övladlarımıza yazığımız gəlir. Uşaqlar hər dəfə evi su basanda stress yaşayır, hər dəfə otaqlara su dolanda dəhşət yaşayırıq. Buna baxmayaraq, kanalizasiya suyunun içində dərs oxuyan 2 uşaq bu il yüksək balla tələbə adını qazanıb. Sevindik müəllim isə bizi mənzil növbəsinə də almır. Yanına gedəndə necə qışqırırsa, elə bil buna deyirik ki, evindən çıx, bizə ver. FHN-ə getdik. Orada Arif müəllim adlı bir şəxs vardı, gəldi baxdı, çəkdi apardı. May ayında isə ona zəng edəndə dedi ki, mənə daha zəng etməyin, məni işdən çıxarıblar”. Digər məcburi köçkün Almaz Quliyeva də deyir ki, bütün ailəsi xəstəlikdən əziyyət çəkir. Müalicə etdirməyə isə imkanları yoxdur. Fizuli rayonundan olan Şəfəq İmanquliyeva isə bildirir ki, onun əkiz uşaqları burada xəstə doğulub: “Bax, indi oğlum xəstədir, 40 qızdırmayla yatır. 1 ildir ki, həyatımız cəhənnəmə dönüb, hər otağa nasos qoymuşuq. Suyu çəkəndən sonra isə nəmişliyin verdiyi xəstəliklər bizi qırıb. Burada ən yüngül xəstəlik revmatizmadır. Bronxlarımız sıradan çıxıb. Bütün bunlarla bağlı icra başçısına yazdıq. Nümayəndəsi gəlib baxıb. Deməsinə görə, lazımı yerlərə sözümüzü çatdırır. Dedilər sizi köçürəcəklər. Gözümüz yollarda qalıb. Nə gələn var, nə gedən…. Biz burada can çəkişirik, bir tikə çörəyə görə səsimizi də çıxarmırıq, deyirik pis günün ömrü az olar, amma daha kanalizasiya suyunun içində yaşaya bilmirik!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
|