Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                 

Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı - Həbsxanadan müraciət
Tarix: 4-04-2017, 11:41 | Çap et
Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı
“Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm” - hazırda həbsdə olan, Dövlət İqtisad Universitetini bitirmiş Neman Bayram oğlu Eminov redaksiyamıza göndərdiyi məktubunda belə yazır

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edildiyini yazan N.Eminov məktubunda iddia edir ki, ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudova arxalanan məmurların sifarişinin qurbanıdır.

N.Eminov özü haqda yazır ki, 1985-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub: “Qəsəbədəki 2 nömrəli tam orta məktəbi “əla” qiymətlərlə bitirib, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. Ali təhsilimi başa vurduqdan sonra MN-nin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətimi yerinə yetirdim. Hələ orta məktəb illərində müəllim peşəsini sevdiyim üçün Gəncə Müəllimlər İnstitutunda riyaziyyat-informatika ixtisasına yiyələndim. Cəlilabad və Qazax rayonlarının orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul oldum. Sonra yaşadığım Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirdim. Pedaqoji fəaliyyətimlə paralel, Goranboy rayon Təhsil Şöbəsində kiçik referent dövlət qulluğu vəzifəsinə təyin olundum.
Bu vaxt şahidi oldum ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov oğlu Ramin Hseynovun ləğv olunmuş MTN-də işləməsindən sui-istifadə edərək RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov, metodist Etibar Abdullayev, Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva, Nizami kənd tam orta məktəbinin direktoru Mahnur Tağıyeva və Ağamalıoğlu kənd tam orta məktəbinin direktoru Zöhrə Əliyeva ilə əlbir olaraq Goranboy təhsilini “bazara” çeviriblər. Saxta yolla müəllimləri Gəncə Müəllimlər İnstitutundakı ixtisasartırma kursuna göndərirdilər. Müəllimlərin adı kursda olsa da, özləri məktəbdə dərslərini keçirdilər.
Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva 2012-ci ilin noyabr ayında məndən də 1000 manat aldı və sonra aldadıldığımı öyrəndim. Sonra pulumu tələb edəndə geri qaytarmadı. Bu məsələlərlə, xüsusilə, mənimlə bağlı məktəbin “Əmr” kitabı yoxlanılsa, kifayət qədər saxtakarlıqlar aşkar olar.
RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov Gəncə Müəllimlər İnstitutunun əməkdaşı Xasay Novruzovla əlbir olaraq məni aldatdılar.
Eyni zamanda, Xasay Novruzov Tovuz rayonunda fəaliyyət göstərən kollecin Yaşar adlı müəllimi, Gəncə Müəllimlər İnstitutunun Ələddin adlı müəllmi, keçmiş TQDK-nin əməkdaşı Elnur Nağızadə və Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovla işbirliyi quraraq müəllimlərdən, eləcə də məndən müxtəlif adlarla pul alaraq aldatmışdılar.
Belə olan halda, mən 29 oktyabr 2013-cü il tarixində aidiyyəti dövlət qurumlarına şikayət ərizəsi göndərərək, toxunduğum faktların araşdırılmasını xahiş etdim. Şikayətim araşdırılmaq əvəzinə, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun “sifarişi ilə” üstümə şər atılaraq, həbs edildim.
İbtidai istintaq araşdırılmasında, məhkəmədə mənə qarşı prokurorluq əməkdaşı, Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, Goranboy Rayon Məhkəməsinin hakimi haqsızlıq, ədalətsizlik etdilər, məni aldadan, mənə “saxta sənəd, arayış” verən bir qrup vəzifəli şəxslərin verdikləri rüşvətə görə mənim 5 il müddətinə azadlıqdan mərhum edilməyimə nail oldular. Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun sifarişi ilə həbs edildim.
Onun oğlu Ramin Hüseynov ləğv edilmiş MTN-in əməkdaşı, Eldar Mahmudovun kadrı idi. İlham Hüseynov Eldar Mahmudova arxalanıb mənə hədə-qorxu gəlirdi, istəyinə nail oldu, günahsız olsam da, həbs etdirdi”.
N.Eminov məktubunda cəzaçəkmə müəssisəsində başına gətirilən müsibətlər və qanunsuzluqlardan da yazır: “Cəza çəkdiyim Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev mənim hüquqlarımı pozur, mənə mənəvi işgəncələr verərək, süründürməçiliyə yol verir.
Belə ki, mənim hər hansı bir təşkilata, quruma şikayət ərizəsi göndərmək, müraciət etmək hüququm var. Lakin çox təəssüflər olsun ki, Natiq Hacıyev mənim bu hüquqlarımı pozmaq istəyir.
Cəza çəkdiyim müəssisənin məhkumlarına ərizə yazmaqda bəzən köməklik göstərirəm, müəyyən məsələlərdə istiqamət verirəm. N.Hacıyev buna görə də mənə hədə-qorxu gəlir, problemlər yaradır.
Qeyd edim ki, cəzamın 3-də bir hissəsini, demək olar ki, yarıdan çoxunu çəkmişəm. Cəzaların icra məcəlləsinə, qanunvericiliyə əsasən, məhkəmənin qərarı ilə rejimimi dəyişdirərək, qalan cəzamı çəkmək üçün məntəqə tipli müəssisəyə köçürülə, komendaturaya göndərilə bilərəm. Bunun üçün isə məhkəməyə barəmdə cəza çəkdiyim müəssisənin verdiyi müsbət xasiyyətnamə olmalıdır. Ancaq bu da mənim üçün problemə çevirilib. Rəis müavini Natiq Hacıyev mənimlə qərəz apardığına görə barəmdə müsbət xasiyyətnamə vermir.
Qeyd etdiyim kimi, cəzamın yarıdan çoxunu çəkdiyim səbəbdən ötən il Qaradağ rayon Məhkəməsinə cəzamın qalan hissəsini məntəqə tipli müəssisəyə göndərilməyim haqqında qərar qəbul edilməsi xahişi ilə müraciət etdim.
Qaradağ rayon Məhkəməsi xahişini təmin etmədiyi üçün həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apelleyasiya şikayəti verdim. Lakin Bakı Apellyasiya Məhkəməsi Qaradağ rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Hakimlər, ittihamçı prokurorlar mənə köməklik göstərmədilər. Çünki pulum, məni onlara tapşıracaq arxam yoxdur.
Sonra həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verdim. Mənə bildiriş gələndə ki, məhkəmə prosesi 28 mart 2017-ci il tarixindədir və hakim Gülzar Rzayevadir, o an çox sevindim və ümidləndim. İnanmaq istədim ki, təcrübəli hakim olan Gülzar Rzayeva ədalətli qərar qəbul edəcək.
Odur ki, böyük inam hissi ilə xanım Gülzar Rzayevaya yazılı müraciət yazıb göndərdim. Həmin müraciətdə hakimdən ümummilli lider Heydər Əliyevin ruhuna hörmət və etirama xatir barəmdə qanunauyğun qərar qəbul etməsini xahiş etdim. Ancaq hakim Gülzar Rzayeva 28 mart 2017-ci il tarixində keçirilən məhkəmə prosesində cəzamın 3-də iki hissəsini çəkməyimə baxmayaraq, cəzamı yüngülləşdirməkdən, yəni məni məntəqə tipli müəssisəyə göndərməkdən imtina etdi.
Bu günə kimi mənə qarşı edilən haqsızlıqlar, ədalətsizliklər barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, təəssüf ki, heç bir müsbət nəticəsi olmayıb.
Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm. Ona görə də qəzetiniz vasitəsilə Baş Prokuror cənab Zakir Qaralovdan, daxili işlər naziri cənab Ramil Usubovdan və ədliyyə naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, mənə qarşı yönələn haqsızlıqlara son qoyulmasına, hüquqlarımın pozulmasının qarşısının alınmasına kömək etsinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Eminov Neyman Bayram oğlu dünən redaksiyamızla telefon əlaqəsi saxlayaraq şikayətini təsdiqlədi, üzləşdiyi problemi ölkə içtimaiyyətinə və aidiyyəti qurumlara çatdırılmasını xahiş etdi.
\\tezadlar.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru